Müsahibə / Məşhurlar

Emin Ağalarov Leyla Əliyevadan danışdı

Banu. | 16-07-2015, 00:41
13 946 16

 
 
 Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə boşandıqan sonra müğənni və 
"Crocus Group” şirkətinin vitse-prezidenti Emin Ağalarov "Səni unutmaq" mahnısına klip çəkdirib.

Ağalarov mahnının Leyla Əliyevaya həsr olunması ilə bağlı yayılan xəbərlərin mif olduğunu bildirib. Onun sözlərinə görə, mahnını Əliyeva ilə yollarını ayırmazdan əvvəl bəstələyib. Emin qeyd edib ki, mahnının məzmunu bir çox insanlar üçün yaxın görünə bilər.

"Hislər soyuya bilər, sevgi keçə bilər. Hətta əgər münasibətlər qurtarırsa, ürəkdə gecələr sakitcə yatmağa imkan verməyən nəsə qala bilər", - Ağalarov bildirib.

Emin etiraf edib ki, onun Leyla Əliyeva ilə münasibətləri çox gözəl olaraq qalır və onların doqquz illik nikahına xüsusi mahnı həsr olunmasına ehtiyac yaranmayıb.

"Leyla mükəmməl insan, tamamilə unikal anadır. Məndə uşaqların tərbiyəsi üçün ona minnətdarlıq hissindən başqa heç nə ola bilməz. Amma mən də həmçinin yaxşı atayam”, - deyə Emin qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib.

Leyla Əliyeva Emin Ağalarovla nikahını pozmaq qərarına gəldiyini bildirib: "Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.

Leyla xanımın açıqlamasından sonra Emin bəy də məsələyə aydınlıq gətirib. O da ayrı şəhərlərdə yaşadıqlarını əsas gətirərək boşanma qərarını birlikdə verdiklərini yazıb: "Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda, anası ilə birlikdə yaşayır. Çoxları üçün sirr deyil ki, son illər bizim Leyla isə nikahımız formal xarakter daşıyırdı. Biz çoxdan müxtəlif şəhərlərdə, ayrı yaşayırdıq. Boşanmamızı rəsmiləşdirməyin vaxtı gəlib çatdı və biz bunu etdik. Biz dost olaraq qalırıq və uşaqlarımızı birlikdə tərbiyə etməkdə davam edəcəyik"

Leyla Əliyeva və Emin Ağalarov 30 aprel 2006-cı ildə ailə qurublar. Onların nikahı böyük sevgi və hörmət üzərində qurulmuşdu.
1 dekabr 2008-ci ildə cütlüyün Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib../ANS
 



Sirli dunyam | 12 avqust 2015 10:51 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Nergiz love | 18 iyul 2015 14:02 | Status: Professional user | Şərh: 7 871
Tesekkur.......
Real Madrid CF | 17 iyul 2015 20:59 | Status: Qonaq | Şərh: 0
Nece deyerler qismetden qacmaq olmaz..inaniramki yeniden basqa aile qurub xosbext olarlar hele gec deyilki..
esma inci | 17 iyul 2015 16:28 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: Ag Gul
Sitat: Billurə
2-ci şəkildəki "sehliyarelesgerovun" rəyi mənim daha çox diqqətimi çəkdi. İnşallah nə problemi varsaa tez bir zamanda həll olsun.

men de gördüm :((
Ag Gul | 16 iyul 2015 20:42 | Status: Professional user | Şərh: 4 333
Sitat: Billurə
2-ci şəkildəki "sehliyarelesgerovun" rəyi mənim daha çox diqqətimi çəkdi. İnşallah nə problemi varsaa tez bir zamanda həll olsun.

men de gördüm :((
Miraj | 16 iyul 2015 20:07 | Status: Professional user | Şərh: 2 625
cox heyif.....
gül həyat | 16 iyul 2015 18:35 | Status: VİP user | Şərh: 548
Sitat: Guler_İsmayılova
Her kes ideal olmalidir deye bir wey yoxdur. Bele daha munasib olacagini duwunurler demekki.

Sitat: Guler_İsmayılova
Her kes ideal olmalidir deye bir wey yoxdur. Bele daha munasib olacagini duwunurler demekki.


Məncədə
BULUTUM | 16 iyul 2015 18:34 | Status: Professional user | Şərh: 7 388
Qismet beleymiw
Billurə | 16 iyul 2015 15:06 | Status: Professional user | Şərh: 4 892
2-ci şəkildəki "sehliyarelesgerovun" rəyi mənim daha çox diqqətimi çəkdi. İnşallah nə problemi varsaa tez bir zamanda həll olsun.
drop | 16 iyul 2015 14:56 | Status: Gümüş user | Şərh: 2 448
qismetde varsa olacaq. bu bowanma haminin bawina gele biler
Ay_Sun | 16 iyul 2015 14:51 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
özleri bilerler....
Gülçin | 16 iyul 2015 11:46 | Status: Brilliant user | Şərh: 6 780
Hər kəsin bir qisməti var, bu dünyada...
SEVDA | 16 iyul 2015 09:00 | Status: Nəzarətçi | Şərh: 17 441
özleri bilerler....
Sariwka1 | 16 iyul 2015 08:31 | Status: VİP user | Şərh: 1 774
Sitat: boris arxan
qismetleri beleymiw
Guler_İsmayılova | 16 iyul 2015 01:24 | Status: Şərhçi | Şərh: 322
Her kes ideal olmalidir deye bir wey yoxdur. Bele daha munasib olacagini duwunurler demekki.
boris arxan | 16 iyul 2015 01:13 | Status: Professional user | Şərh: 4 784
qismetleri beleymiw