Müsahibə / Məşhurlar

"Azərbaycanlı müğənni qeyri-adi evlilik təklifi etdi..."

Aysel | 15-06-2015, 00:20
8 656 12

 

 

Yaxın günlərdə müğənni Nizami Nikbin sevənlərinə "Mənimlə evlənərsənmi?" adlı klipini və ilk albomunu təqdim edib. Təqdimat mərasimi Bakı Caz Mərkəzində (Baku Jazz Center) baş tutub. Tədbirdə media nümayəndələri və incəsənət xadimləri iştirak edib. Azadqadın.az saytının əməkdaşı Aysel xanımla müğənninin klipini, eyni zamanda müxtəlif diqqət çəkən mövzular üzərinə olan maraqlı söhbətini və təqdimatdan rəsimləri sizinlə paylaşırıq...

 

 

 1. Nizami Nikbin kimdir?

- Əsas sənət olaraq müğənniliyi seçmişəm. Amma, eyni zamanda şair, bəstəkar, rejissor, ssenarist, aktyor, aparıcı və sahibkar kimi də fəaliyyət göstərirəm. Universal İncəsənət Nümayəndəsi də adlandırmaq olar.

 

2. Nə üçün məhz Nikbin təxəllüsü? Bu həyatda da pozitiv və optimist xarakterli fərd olmağınızdan irəli gələn formatdır?

- Bəli. Həm düşüncələrimdə, həm də gələcəyə baxışlarımda nikbinəm. Nikbinliyi gözlərimdən də oxumaq olur.

 

3. Qızların diqqətinə yönələn bir sual verim, subaysınız?

- Bəli, subayam.

 

4. Səsinizin gözəlliyi qaçınılmazdır, xarakterinizə hansı üslubdakı mahnılar daha uyğun gəlir?

- Qiymətləndirdiyiniz üçün təşəkkür edirəm. Daha çox klassik və retro estrada mahnılarını dinləyirəm. Major lad üstündə yazılmış lirik mahnılar mənim daxilimə daha çox yaxındır.

 

5. Yeni layihəniz oldu yaxın günlərdə... Bu arada, təbrik edirəm, davamlı olsun. "Mənimlə evlənərsənmi?" bu layihə tamamilə öz ideyanız idi? Bir az bu haqda danışardınız...

- Təşəkkür edirəm. Amin! Bəli, mənim ideyamdır. 2014-cü ildə bu fikir ağlıma gəlmişdi. Bildiyiniz kimi, bəylərimiz sevdikləri xanıma evlilik təklif edəndə əsasən qardaş ölkənin müğənnisi Kutsinin "Benimle evlenirmisin?" mahnısından istifadə edirlər. Düşündüm ki, niyə də Azərbaycan türkcəsində bu mövzuda mahnı olmasın. Mahnıda da qızın dilindən cavab kupletin olması duetin yaranmasına səbəb oldu. Bu mahnının söz və musiqisini məhz özüm yazmağımın səbəbi isə ideyamın oğurlanmaq qorxusu oldu. 

Bu klip layihəsi həm də tərbiyəvi xarakter daşıyır. Düşünürəm ki, Azərbaycan xanımı bu cür önəmli anı ən mükəmməl şəkildə yaşamağa layiqdir. Bu cür evlilik təklifi həm də kişinin xanıma olan böyük sevgisini, verdiyi yüksək dəyəri sübut edən cəsarətli addımdır.

 

6. Klipdə tərəf müqabiliniz aktrisa Emiliya xanımdır, bu birlikdəliyi də özünüz təklif etmisiniz xanıma?

- Xeyr, prodüserim İlahə xanım təklif edib. Mən klipdə görmək istədiyim obrazı təsvir etdim ona, o da sağ olsun, ən münasibini tapdı.

 

7. Klipin quruluşu və mahnı ilə uyumluluğu gözəl alınıb, evlilik təklifi qeyri-adi sujetlə çəkilib, bu ideyanı bir neçə fikirlər arasından seçmisiniz, yoxsa ilk ağlınıza gələn bu olub?

- Rəhbərlik etdiyim şirkət uzun müddətdir ki, ictimai məkanlarda qeyri-adi formada evlilik təkliflərinin təşkili xidmətini həyata keçirir. Bu mövzuda müştərilərimiz üçün təşkil etdiyimiz nümunələr çoxdur. Bu baxımdan komandamız xeyli təcrübəyə malikdir. Ən mükəmməl hesab etdiyim ideyanı isə öz klipim üçün saxlamışdım.

 

8. Klipin təqdimat mərasimi də keçirilib, necə oldu, kimlər iştirak etdi tədbirdə?

- Hər şey normal oldu. Özümə yaxın hesab etdiyim media və incəsənət nümayəndələrini dəvət etmişdim. Mənə təmənnasız dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.

 

9. Romantiksiniz yoxsa realist?

- Mənim düşüncəmdə bu anlamlar bir-birinə əks olan anlamlar deyil. Reallıqla barışan və həyatımı reallığa uyğun qurmağa çalışan, gələcəyə optimist baxan romantik insanam.

 

10. Şeirlər də yazırsınız, şeir hisslərdən dışa vuran bir gərginlikdir, hisslərin alisi isə sevgidir. Sizin şeirlərinizin mövzusunu hansı hisslər təşkil edir?

- Müxtəlif mövzularda şeirlərim olsa da, əsasən sevgi mövzusunda yazıram. Son zamanlar isə, əsasən mahnılara söz yazıram.

 

11. Nə vaxtdan qələm və kağızla birlikdəliyiniz başlayıb?

- "Məktəb illəri" adlanan ilk şeirimi 2002-ci ildə yazmışam.

 

12. Klipinizi görəndən sonra sevgiyə önəm verdiyinizi daha dəqiq gördüm, həyatda sevdiyiniz xanıma da belə bir qeyri-adi formatda evlilik təklifi edərsinizmi?

- Əlbəttə, edərəm. Klipdəki kimi orjinal və təsirli ideya düşünərəm.

 

13. Nizami Nikbin sevgi qavramını necə alqılayar?

- Sevgi böyük anlamdır. Əgər, söhbət kişinin qadına qarşı olan sevgi hissindən gedirsə, bu, ürəyə hökm edən ən güclü qüvvə və mənəvi ehtiyacdır. Sevməyən insan həyatında həmişə boşluq hiss edir.

 

14. Aşiq olmaq yoxsa sevmək...?

- Mənim fikrimcə, aşiq olmaq sevginin ilk addımıdır. Öncə kiminsə xarici görünüşünə, yaxşı xasiyyətinə vəya istedadına aşiq oluruq və onu yaxından tanımağa çalışırıq. Əgər, axtardığımız bütün vacib xüsusiyyətləri o insanda tapa biliriksə, özümüzə layiq biliriksə, zamanla sevgi yaranır və getdikcə böyüyür.

 

15. Sizin dünyanızda qadın kimdir?

- Kişinin özündən ayrı yaradılmış ikinci yarısı.

- Kişilərin ən çox ehtiyac duyduğu varlıq.

- Həyatın ən gözəl mənzərəsi.

- Və ən nəhayət, həyatda ən çox sevdiyim varlıq olan Anadır qadın!

 

16. Qadının ictimai və siyasi sahələrdə söz sahibi olmasına münasibətiniz necədir?

- Qadın çox böyük qüvvədir, qadın olan işdə böyük nəaliyyətlər əldə etmək olur, amma son söz həmişə kişinin olmalıdır.

 

 

17. Kişi və qadın bərabərliyi sizin üçün hansı müstəvidə yerləşir?

- Nə dinimiz, nə reallıq, nə məntiq, nə də mentalitetimiz qadın və kişinin bərabərliyini təsdiqləmir. Kişi qadından bir dərəcə də olsa üstündür. Bu o demək deyil ki, qadının hüquqları tapdanmalıdır, qadın mənəvi əzilməlidir vəya qadının istəkləri nəzərə alınmamalıdır. Bizim ailədə son söz sahibi həmişə atam olub. Mənim gələcəkdə quracağım ailəmdə də mən olacam.

 

18. Azadlıq anlayışını necə izah edərdiniz?

- Cinayət məsuliyyəti daşımayan istəyini heç bir təzyiq olmadan həyata keçirə bilmə imkanı.

 

19. Kim daha azaddır?

- Cinayət məsuliyyəti daşımayan insan

 

20. Münasibətlərdə azadlıq yoxa çərçivə daha öncüldür?

- Çərçivə. Həyatda hər şeyin norması və düzgün olan forması var. 

 

21. Siz xanımınıza hansı kriteriyaları ön planda və "nida işarəsi" ilə bəlirtməyi düşünürsünüz?

- Allahdan qorxsun! Məsuliyyətli olsun! Ailə sirrin saxlasın! Baxımlı olsun! Hörmətimi saxlasın! Özbaşına olmasın!

 

22. Ümumiyyətlə, cinsindən asılı olmayaraq insana qadağa qoymaq nə dərəcədə labüddür? Qısıtlanma çərçivəsini özünü dərk edən insan özü cızsa daha uyğun olmazmı?

- İradəsi zəif olan insana qadağa qoymaq, hətta onu idarə etmək lazımdır. Əgər, qoyulan qadağa məntiqli və həmin insanın xeyrinədirsə, niyə də olmasın?

 

23. Evlilik içində nələr barındırar?   

- Evli olmadığım üçün bu barədə danışmaq məncə doğru olmazdı. Amma, onu deyə bilərəm ki, şanslı insan o kəsdir ki, səhər işinə, axşam da evinə tələssin.

 

24. Ailə hər iki cinsin yaşamını necə etkiləyər, məsələn, nələri dəyişməsi gərəkər?

- Subay insan əsasən özü üçün yaşayır. Amma, evləndikdən sonra həm də ailən üçün yaşamalısan və addımlarını atanda evli olduğunu nəzərə almalısan.

 

25. Mental dəyərlər sizin üçün nə qədər önəmlidir?

- Hər hansı bir dəyəri öz arşınımla ölüçrəm öncə. Əgər, həmin dəyər dinimizə, məntiqimə və vicdanıma görə doğrudursa, o zaman əməl edirəm.

 

26. Qadın daha güclü sevər, yoxsa kişi?

- Ağlı ilə seçib sevən qadın

 

 

27. Siz sevginizi qarşı tərəfə ilk dəfə bildirərkən klipdəki evlənmə təklifi qədər fərqli bəlli edərsiniz, yoxsa sadəcə sözlərlə bəzəyərsiniz bu etirafı?

- Şəraitdən asılıdır. Klipdəki kimi də olmasa, romantik abu-havada etiraf etmək istəyərəm.

 

28. İlişkidə qadınla kişi arasında incə də olsa bir cizgi varmıdır?

- Əlbəttə. Hətta, insanın özü ilə vicdanı arasında da cizgi var.

 

29. Qadına nəyi güzəştə getmək olmaz?

- Xəyanəti, şeytanlığı və özbaşınalığı.

 

30. Bəs kişiyə?

- Qadınını mənəvi və maddi cəhətdən təmin etməkdən boyun qaçırmasını.

 

31. Kişi bir qadında nə axtarar? Bəzən eşidirik, deyirlər ki, mən axtardığımı onda tapmadım... Nədir bu axtarılar, kişi nöqteyi-nəzərindən?

- İlk öncə xarici görünüşü arzularımdakı obraza yaxın olmalıdır. Eyni zamanda, məsuliyyətli və baxımlı olması, hörmətimi saxlaması və içində Allah qorxusu olması vacibdir.

 

32. Münasibətdə qural (qayda) varmı?

- Əlbəttə. Məncə əsas qayda odur ki, arada hər şey qarşılıqlı olmalıdır. 

 

33. Qadın çəkiciliyi hansı meyarlara əsasən diqqətə yönəlir?

- İlk öncə sifətdəki şarm və bədən quruluşudur. Daha sonra ictimai yerdə özünü necə aparması və nitq mədəniyyəti onun haqqında bir fikir formalaşdırır. Mən ilk növbədə baxışlara diqqət edirəm. Gözlər də çox şeyi deyir.

 

34. Yeni mahnılar, kliplər üzərində çalışırsınızmı?

- Bildiyiniz kimi, həm də "MƏNİMLƏ EVLƏNƏRSƏNMİ?" adlı ilk albomum da işıq üzü gördü.  Hələ ki albomdakı mahnıları geniş gütləyə tanıtmaq, sevdirmək üçün çalışıram. Yeni mahnı və klip növbəti sezona düşünərəm inşallah.

 

35. Son olaraq, saytımız xanımlar üzərinə odaklanmış bir alandır, burdan xanımlarımıza mesajınız, iradınız və ya sadəcə sözünüz varsa, deyin, Nizami Nikbindən birbaşa eşitsinlər....

- Sözümü 2012-ci ildə yazmış olduğum bir şeirlə bitirmək istəyirəm..

     

    Mənə tanış gəlir o uzun saçlar,

Sanki, saçlarımın davamıdırlar.

Hər telin ayrıca məst edir məni,

Qəlbimə dərmanmı, dəvamıdırlar?

 

Mənə tanış gəlir bucür baxışlar,

Hardasa görmüşəm... düşünüm hələ...

Yəqin, hər baxdığım qadın gözündə,

Çoxdan axtardığım bu imiş elə.

 

Mənə tanış gəlir o bal dodaqlar,

Baxmağıma belə qıymadığımdır.

Sanki, illər boyu arzuladığım,

Yuxumda öpməkdən doymadığımdır.

 

Mənə tanış gəlir o gözəl bədən,

Sanki, ölçülübdür mənim əynimə.

Gözlərim parlayır, görəsən nədən!?...

Deyəsən, eşq vurur mənim beynimə...

 

Gənc müğənniyə maraqlı söhbət üçün təşəkkür edirik. Yeni nailiyyətlərini gözləyir, uğurlarının davamını diləyirik. Növbəti layihələrdə görüşənədək, əsən qalın!


 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aysel Abdullazadə...14.06.2015


SaDəCə_SəN | 22 noyabr 2016 23:31 | Status: VİP user | Şərh: 226
gozel klipdir,baxmiwam....
ESMERRi | 5 aprel 2016 19:40 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Ay_Sun
Tanimiram maraqlida deyil.Azerbaycanda mugenilerin sayi bilinmir.
B.Fereh | 27 mart 2016 12:07 | Status: Nəzarətçi | Şərh: 6 977
BELE BOZBAWLARI TANIMIRAM.GOR NEYNEN OZUN REKLAM EDIR,DUWUK.
Ay_Sun | 15 iyun 2015 14:01 | Status: Brilliant user | Şərh: 13 409
Tanimiram maraqlida deyil.Azerbaycanda mugenilerin sayi bilinmir.
Real Madrid CF | 15 iyun 2015 13:28 | Status: Qonaq | Şərh: 0
Hee bu klipee baxmisamm budaa cuska mugennilerimizden biridirr:)
Sienna | 15 iyun 2015 12:41 | Status: Şərhçi | Şərh: 287
Tanimirdim.amma mahnini beyendim..fikirleride cox gozeldi..Allah yolunu aciq etsin.
SABINA | 15 iyun 2015 10:48 | Status: Professional user | Şərh: 7 410
Lap yaxsi.ugurlari bol olsun
Sunay Elizade | 15 iyun 2015 09:43 | Status: Gümüş user | Şərh: 2 157
tsk maraqli xeberdi
BULUTUM | 15 iyun 2015 09:00 | Status: Professional user | Şərh: 7 391
Tewekkurler
meleyke224 | 15 iyun 2015 01:47 | Status: Qonaq | Şərh: 0
Əla çox bəyəndim. Mahnı gözəl,klip gözəl,səs gözəl... Müsahibə də çox maraqlı səmimi alınıb. Səsiylə istedadlıyla bizləri gözəl mahnıları, zövqlə dinləməyə sövq edən, Nizami Nikbin Eşq olsun sizə, ugurlarınız davamlı olsun inşAllah
boris arxan | 15 iyun 2015 01:35 | Status: Professional user | Şərh: 4 784
tanimirammmm
miss xərçəng | 15 iyun 2015 00:41 | Status: Şərhçi | Şərh: 437
Lap yaxşı xeyrin görsün