Müsahibə / Məşhurlar

"El-oba boş qeybətlərlə insanların həyatını zəhərləməməlidir"

Aynur_Qurbanqizi | 10-03-2011, 23:00
4 126 93


"Təmiz dünya" Ictimai Birliyinin rəhbəri Mehriban Zeynalova azadqadin.az-ın 23 sualını cavablandırır:

 


  

1) Özünüzü insanlara necə təqdim edərdiniz?

Həmişə başqalarına bu sualı verəndə  öz-özümə mənə bu sual verilərdisə nə cavab verərdim dəyə fikirləşmişəm. əslində çox çətin sualdır. Məni tanıyan insanların tanıdığı kimi. Sadəcə Mehriban Zeynalova.

 

2) Həyat deviziniz?

Mənim və təşkilatımızın devizi - insan insana yardım etməlidir.

 

3) Kişilər ağıllıdır, yoxsa qadınlar? Cavabınızı dəlillərlə sübut edin.

Hesab edirəm ki həm kişilər, həm də qadınlar ağıllıdır. Əks təqdirdə kişilər dünyanı, qadınlar isə kişiləri idarə edə bilməzdi, əslində bu bir zarafatdır. Amma mən ağılın cinsə bölünməsinin əleyhinəyəm. Çünki elə Azərbaycanın özünün də təcrübəsi göstərir ki, ölkədə həm ağıllı kişilər həm, də olduqca ağıllı qadınlarımız var. Əgər dünya miqyasında  məsələyə nəzər salsaq  belə misalları bütün ölkələr üçün çəkmək olar.


4) Sizin zövqünüzdə kişi (və ya qadın) obrazı?

Əslində qadın və ya kişi obrazının zövqlə müqayisə edilməsi mənim üçün qətiyyən qəbul edilməzdir. Çünki dəbə uyğun özünü dəyişən qadın və kişi hələ obraz deyil. Mənim zənnimcə obraz, xarakterdir. Əgər kişi, mərddirsə, sözünün ağasıdırsa, əyilməzdirsə, bütün çətin vəziyyətlərdə çıxış yolu tapırsa, yaltaq deyil, ikiüzlü deyil, insanlara hörmətlə yanaşmağı bacararaq sadədirsə, bu məncə kişi xarakteridir. Qadın da öz növbəsində bu keyfiyyətləri özündə cəmləməlidir ki, böyütdüyü övlad normal insan kimi formalaşsın.

 

5) Sizc ə ailədə niyə kişi qadından üstün sayılmalıdır? Bu yazılmamış qanun hansi meyarlarla təsdiqlənib?

Mənim  ailəmdə  heç kim heç kimdən üstün ola bilməz. Hər bir insan cinsindən asılı olmayaraq hörmətə layiqdir. Amma uzun müddət formalaşmış stereotiplər müəyyən qaydalar formalaşdırıb. Hətta mənim anamın bir məsəli var. Deyir ki "evdə bir kişi bir qadın olmalıdır, əgər  hər ikisi qadın və ya hər ikisi kişi olsa o ev dagılar" əslində muəyyən müdriklik var bu kəlamda. Amma bu o demek deyil ki, kişi dedikdə yoldaşını döyən-söyən, alçaldan kişi nəzərdə tutulur. Kişilər anlamalıdır ki, nə qədər qadını alçaldırlarsa, o qədər də özləri alçalır.

 

6) Siz də «el-oba nə deyər?» prinsipi ilə arzu-istəklərinizi qurban verənlərdənsiniz?

Bəzən hə, bəzən isə yox. Əslində ictimai qınaq insanların özünə və davranışına nəzarət üçün  cox effektiv bir vasitədir.  Bəzən "atam mənə kor dedi, gələn-gedənə vur dedi" prinsipi ilə yaşayıb,  "el-oba nə deyər" deyiminə tam biganə qalınmasına razı deyiləm. Əslində insanların ictimai şüuru elə formalaşmalıdır ki,  el-oba boş qeybətlərlə insanların həyatını zəhərləməməli, insanlar da  ictimai təhlükələrlə müşahidə edilən hərəkətlərə yol verməməlidirlər.

 

7) Ən son nə vaxt və hansı kitabı oxumusunuz?

Mən ümumiyyətlə ixtisasla  bağlı hər gün müxtəlif  ədəbiyyat oxuyuram. Bədii ədəbəyyat isə  uzaq yol gedəndə oxuyuram. Sonuncu səfərim kecən ilin  oktyabr ayında olub. Demək belə çıxır ki, oktyabrdan bu yana  kitab oxumamışam.

 

8) Hansı bayramı sevirsiniz?

Bütün bayramları. Təkcə bayramları yox, sevdiyim  insanları şad edən butun gunləri də sevirəm.


9) Milli-mentalitetimizdə nəyi dəyişmək istərdiniz?

İndi mən bir fikir söyləyəcəm bəlkə də coxlarına qəribə gələcək. amma "Dəyişmək" ifadəsinin həm təhlükəli, həm də müsbət tərəfləri mövcuddur.  Təhlükəli tərəfi odur ki, biz özümüzə məxsus bütün dəyərləri məhv edərək yenidən qurmaga cəhd göstəririk və əvəzində heç nə və ya cox təhlükəli yeni davranışlar qazanırıq.  Digər tərəfdən isə, bəzi adətlərimiz problemlər yaradır. Misal ücün, yengə məsələsi... 


10) Sizə hansı hədiyyənin olunmasını arzulayardınız?

Məni sevindirmək üçün elə böyük hədiyyə lazım deyil.  Ümumiyyətlə əşyalar məni o qədər də sevindirmir.  Məni sevindirən münasibətlərdir. Məsələn yardım etdiyim bir şəxsin "sag ol"-u mənə böyük hədiyyədir.


11) Ailə qurandan sonra niyə sevgi azalır?

Ona görə ki ailə quran gənclər sadəcə olaraq hisslərə bağlanırlar. Əgər gənclər  hisslərə bağlanmaqdan əlavə, bir-biri ilə  dost ola bilərlərsə, o zaman sevgi heç vaxt ölməz.

 

12) Hansı səhvi heç vaxt bağışlamaq olmaz?

Yalan söyləyəni,  yaltaqlıq və oğurluq edəni, namərdliyi

 

13) Varlı olmağın sirri…

Mən maddi cəhətdən varlı olmadığımdan bu sirrin acarı mənə bəlli deyil. Amma mənən varlı olmaq üçün isə sadəcə insanları sevməyi bacarmaq lazımdır.


14) Sizcə, kişilərin şüurundan «Yaxşı at özünə qamçı vurdurmaz» məsəli nə vaxt silinəcək?

Əslində bu misala alternative misal da var yaxşı kişinin atı büdrəməz. Amma nədənsə kişilər daha cox sizin çəkdiyiniz misala  əl atırlar. Yaxud mərdi qova qova namərd etmək məsləsi.  Bəzən kişlər o qamçı ilə mərdi qova qova namərd edirlər. əslində niyə insan qamçı vurulma ilə müqaiyəs edilməlidr.

 

15) Tənqidlə təhqiri dəyişik salanlara nə deyərdiniz?

Səbrli ol. Əvvəl qulaq as, sonra cavab ver!

 

16) Deyirlər, sevgini tez-tez dilə gətirmək onu ucuzlaşdırır. Amma psixoloqlar qeyd edir ki, nə qədər çox sevdiklərinizə hisslərinizi ifadə etsəniz o qədər yaxşıdır. Bəs, siz sevginizi necə ifadə edirsiniz?

Mən necə ifadə edərdim yox, mən nece ifadə edirəm desək  yaxşı olar. Mən həmişə sevdiklərimə "mən səni sevirəm" deməkdən çəkinmirəm. Sevdiklərim isə övladlarım və dostlarımdır.

 

17) Bilsəniz ki, 3 gün sonra öləcəksiniz, nə edərdiniz?

Deyirlər ölüm haqqdır. Amma buna baxmayaraq dəhşətə gələrdim. Çünki görüləsi işlərim var…

 

18) İşgüzar qadın ağlı və zəhməti ilə karyerasında yüksəliş edir, maddi təminatı yüksəlir, amma haqqında mütləq deyilir: «Bir qadının təkbaşına bunları əldə etməsi mümkün deyil, hansısa varlı kişinin hesabınadır». Cəmiyyətimiz niyə qadının gücünü qəbul edə bilmir?

Realliq budur ki, qadın əməyinin qiymətləndirilməsi ölçüsü üzrə siyasət hələ də düzqün qurulmayıb. Kişilərə elə gəlir ki, məhz onlar qadınları istədikdə ucaldır, istədikdə alçaldır. Necə olur ki, qadın təkbaşına gözəl övlad böyüdə bilir, ona təhsil verə bilir, ona toy edə bilir, amma karyerada yüksələ bilmir. Bütün bunlar absurdur. Qadınlar namus və qeyrətlə  karyerada da yüksələ bilir, eləcə də gözəl övlad yetişdirir. Kişilər isə bizdə deyirlər ki, ayıblarına kor olsunlar ki, iş görmək istəyən qadına seks obyekti kimi baxmağı tərgitsinlər. Bəzən belə sterotiplərin özü  əxalqsızlığın ən bariz nümunəsidir. Yuxarıda dediyim kimi mərdi qova qova namərd etmək. Belə sterotiplər bəzən qadınların da şüurunu o formada da  dəyişir ki,  mən iş adamı olacağamsa mənə mütləq bir kişi arxa olmalıdır. Bilirsiz bu nədən irəli gəlir, çüniki qadından qadına dəstək hələ lazımi formada formalaşmayıb.


19) Qızıl balıq sizin yalnız 3 arzunuzu həyata keçirə bilər. Ondan nə istəyərdiniz?

Bəzi insanlar möcüzələr inanmasalar da mən möcüzələrə inanıram. Odur ki qızıl balıqdan:

Birinci, Qarabağa köç edənləri yola salmaqda iştirakımı

Ikinci, qadınların bir-birinə dəstək verməsini

Üçüncü, övladlarımın xoşbəxt və müstəqil özlərini idarə etmələrini;

 

20) Ailədə qadın fiziki - mənəvi zorakılığa məruz qalır. O qadına hansı çıxış yolu göstərərdiniz?

Ola bilər kimsə məsləhət görərdi ki, ailəndən ayrıl. Mən buna başqa cür yanaşırma . Tələsmə. Əvvlcə özün öz münasibətlərinizi təhlil et. Əgər səndə alınmasa psixoloqa müraciət et ( qadın təşkilatlarına).  Davarnışlarınızda nəyin zərərli olduğunu müəyyənləşdir. Əslində hansı probləmlərin bu zorakılığa rəvac verdiyini müəyyənləşdir. Əgər fiziki zorakılıq mütamadidirsə və onun təhlükəli ana çatması gözlənilirsə müvəqqəti yer dəyişikliyi edin. Bunun üçün sığınacaqda və ya  qohumların evində daldalanmaq olar. Ondan sonra hadisələrin qiymətləndirilməsini aparmaq lazımdır. Məhz ondan sonra qərəar vermək olar ki hansı qəti addımları atmaq olar.


21) Televiziyada sizə veriliş açmaq şansı versəydilər, hansı mövzuda və necə bir veriliş layihəsini onlara təqdim edərdiniz?

Bir az çətin sualdır.

Amma ilk növbədə insanın dünyanın əşrəfi olduğunu vurğulayan verilişlərə üstünlük verərdim. Amma insan deyəndə kişi və qadını ayırmazdım. Biz ayrı seçkiliklə dünyanın məhvərini və tarazlığını pozuruq. Bu haqqı bizə heç kim verməyib….

 

22) İnsanlarda üstünlük verdiyiniz keyfiyyətlər…

Etibarlılıq.


23) Son olaraq, azadqadın.az-a iradlarınız və məsləhətləriniz?

Əstafrulla. Mən kiməm ki, irad buldirəm. Allahımızdan başqa həyatda heç kim və heç nə mükəmməl deyil. Amma Sizə deyə bilərəm ki, qədəminiz mübarək! Eyni zamanda, məsləhət görərdim ki, Sizin azad qadın bütün qadınlara bərabər yanaşsın, qadınlara dəstək olan bir sayt olsun, amma kişiləri də alçaltmaq olmaz. Onlar bizə Tanrıdan əmanətdir necə ki biz onlara.

 

P.S. Qeyd edim ki, kimsəsiz, köməksiz qadınların ümid, pənah yeri olan Mehriban xanım həddindən artıq sadəliyi, səmimiliyi, humanist hissləri ilə əbədi olaraq yaddaşıma həkk olundu. Əsl Azərbaycanlı xanıma məxsus ən yüksək insani xususiyyətləri özündə cəmləşdirən qadın təşkilatı rəhbərinə dəyərli zamanını ayırıb saytımız üçün verdiyi xususi müsahibəyə görə minnətdarlığımızı bildiririk. 

 

Aynur Qurbanqızı


ONEGIRL | 12 iyul 2013 19:38 | Status: VİP user | Şərh: 399
Sitat: gunes batarken
maraqlidi tsk
gunes batarken | 28 iyun 2013 23:45 | Status: Professional user | Şərh: 958
maraqlidi tsk
Mickey Mouse | 27 iyun 2013 16:22 | Status: Professional user | Şərh: 4 008
Maraqli idi..
Ay Gul | 7 iyun 2013 20:29 | Status: VİP user | Şərh: 431
tewekkurler
Leyla. | 30 may 2013 07:25 | Status: Professional user | Şərh: 2 597
cox gozel cavablardi.
Qanad | 20 may 2013 22:07 | Status: Yazar | Şərh: 4 357
beyendim gozeldir cavablar.
Akademik | 18 may 2013 22:41 | Status: Professional user | Şərh: 4 580
gözəl cavablardı.
ayruska | 15 may 2013 15:42 | Status: Professional user | Şərh: 3 978
cox gozel cavablandirib tewekkur
memmedli konul | 24 mart 2013 21:25 | Status: Şərhçi | Şərh: 115
twkler

n16
Milaska. | 23 mart 2013 21:31 | Status: Gümüş user | Şərh: 1 486
LAP YASI
MELEK_ | 13 mart 2013 16:25 | Status: Professional user | Şərh: 3 949
hmmmm,lap yaxsi
askimm | 3 mart 2013 00:36 | Status: VİP user | Şərh: 721
cox beyendin wink
Leman_55 | 25 fevral 2013 16:32 | Status: VİP user | Şərh: 583
BEYENDIM.TWKR
qeldin sesi | 6 fevral 2013 14:32 | Status: Şərhçi | Şərh: 113
ehsen bele qadinlara
zoluwka | 31 yanvar 2013 23:33 | Status: Professional user | Şərh: 3 172
cox gozel cavablandirib tewekkurler
Meqa | 31 yanvar 2013 23:15 | Status: Professional user | Şərh: 2 077
Sitat: AGAA
COX MARAQLI IDI

beli..0...
Lola. | 30 yanvar 2013 18:08 | Status: Professional user | Şərh: 2 230
:n43:
AGAA | 14 dekabr 2012 01:15 | Status: VİP user | Şərh: 1 153
COX MARAQLI IDI
Decel | 29 noyabr 2012 22:27 | Status: Gümüş user | Şərh: 933
yaxsi cavbalar verib ehsen
ALEV | 16 noyabr 2012 18:27 | Status: Şərhçi | Şərh: 325
COX GOZEL
niagara | 12 noyabr 2012 01:50 | Status: VİP user | Şərh: 293
:n43:
Ayka21 | 23 avqust 2012 14:23 | Status: Yazar | Şərh: 2 770
Sitat: _Almira_
Qadinlar kiwilerden daha agillidir mence

mence de canim
xeber yaxsidir twkler :n43:
sevinc keder | 21 avqust 2012 16:43 | Status: Professional user | Şərh: 3 818
TEWEKKURLER EDIREM COX MARAQLIDIR
:n9:
life82 | 7 avqust 2012 12:22 | Status: Gümüş user | Şərh: 985
COX GOZEL
TATLI GUZEL | 13 iyul 2012 14:29 | Status: Professional user | Şərh: 5 781
suppa :n43:
Akif Ehmedov | 5 iyul 2012 01:02 | Status: Qonaq | Şərh: 713
Sitat: dr.Samira
təbii ki...əvəzedilməz kimsə yoxdu,əsas odur ki,onun vəzifəsini icra edən tapılacaq və onun gördüyü iş yarımçıq qalmayacaq(məs.,durna qatarı,yenə əvvəlki tək qatar olacaq,xaotik uçmayacaq)..ancaq heyif gedəndən,onu artıq heç nə geri qaytarmayacaq...


Sarvan uzaq yolda sarbansız qalsa, karvan mənzilə yetəcək...nə olsun....Ailə qatarında isə "əvəzediciyə" ehtiyac yaranmasın..
dr.Samira | 5 iyul 2012 00:54 | Status: Həkim | Şərh: 1 135
Sitat: AkifВ Ehmedov
...amma 2-ci durna, sadəcə, onu əvəz edəçək, 1-ci durna ola bilməyəcək..

təbii ki...əvəzedilməz kimsə yoxdu,əsas odur ki,onun vəzifəsini icra edən tapılacaq və onun gördüyü iş yarımçıq qalmayacaq(məs.,durna qatarı,yenə əvvəlki tək qatar olacaq,xaotik uçmayacaq)..ancaq heyif gedəndən,onu artıq heç nə geri qaytarmayacaq...
Akif Ehmedov | 5 iyul 2012 00:50 | Status: Qonaq | Şərh: 713
Sitat: dr.Samira
bir vaqon əksilsə də qalacaq,qatardakı ikinci durna birincinin yerini alacaq.

...amma 2-ci durna, sadəcə, onu əvəz edəçək, 1-ci durna ola bilməyəcək..
dr.Samira | 5 iyul 2012 00:46 | Status: Həkim | Şərh: 1 135
Sitat: AkifВ Ehmedov
Durna qatarından baş durnanı vurub salsan, o qatar qalacaqmı?

bir vaqon əksilsə də qalacaq,qatardakı ikinci durna birincinin yerini alacaq...Sadəcə,mahir o durnaya deyərəm ki,özündən sonra,qatara başçılıq edə biləcək,ikinci durnanı düzgün təlimatlandırıb,öz yerini tutmağa layiq biri edə bilə...Allah heç bir qatarı,(ailəni) başsız eləməsin..
Akif Ehmedov | 5 iyul 2012 00:39 | Status: Qonaq | Şərh: 713
Kişilər qadınlar haqqında daha yüksək fikirdə olurlar, nəinki qadınlar kişilər haqqında...Hərdən adama elə gəlir ki, qadınlar yeni dünya qurmaq istəyirlər. Bölmənin birində qadınlarla kişilərin eyni cürə düşünə bilməsini arzulayırıq, digərində isə "Qadınlar kişilərdən daha ağıllıdırlar" deyirik... Biz bərabər deyə qəbul edirik, amma yenə də kişinin üstün rolu lazımdır. Durna qatarından baş durnanı vurub salsan, o qatar qalacaqmı?