Müsahibə / Məşhurlar

"Anam niyə gəlib mənim məktəb paltarlarıma baxmır?” - Xanım Qafarovanın evindən reportaj

Nurlana Həbibova | 22-10-2014, 22:05
10 147 32
"Anam niyə gəlib mənim məktəb paltarlarıma baxmır?” - Xanım Qafarovanın evindən reportaj


AzadQadin.az axsam.az-a istinadən Xanım Qafarovanın evindən hazırlanmış reportajı təqdim edir:
Mərhum aktrisamız, Əməkdar artist Xanım Qafarova haqqında kimsə məndən soruşarsa, bəlkə də ilk olaraq ağlıma onun oynadığı rolları deyil, Xanımın necə bir insan olması gələr. Sağlığında onunla cəmi bir dəfə görüşüb müsahibə almışdım. Xəstə yatdığı, müalicə olunduğu müddətdə isə bir neçə dəfə telefonla əlaqə saxlayıb hal-əhval tutub, səhhəti ilə maraqlanmışdım...
Ancaq elə ilk görüşümüzdən Xanım mənə sanki rəfiqə, bir bacı, yaxın qohum münasibəti göstərmişdi. Hər dəfə ona zəng edib, səhhəti ilə maraqlanıb "Xanım, mənəm Şahanə” deyəndə sanki illərin tanışıyıqmış kimi, gülə-gülə, mülayim, şən səslə "Hə, Şahanə ” deyərdi. Mənim xatirəmdə Xanım istedadlı aktrisa olmaqdan əvvəl, səmimi, sadə insan, qayğıkeş, övladı üçün bütün dünyanın qarşısında diz çökməyə hazır bir ana obrazı ilə qaldı.
Bu gün də Xanımın evinə getməkdə məqsədim son nəfəsində belə adını çəkdiyi, nigaran qaldığı qızı, balaca Gövhəri görmək idi.

Bayaqdan nənəsi Gövhərin yemək təklifinə nazla yanaşan balaca qız bizi görcək sakitcə süfrə başına keçdi... Biz də Gövhər nənə ilə son aylar yaşanandan, nəvəsinin sonrakı taleyindən danışdıq...

"Gövhər özü ağıllı uşaqdır. Amma bir az kaprizi var da. O da anasından sonra belə oldu, sağlığında yox idi. Anasının ölümü ona çox təsir edib. İnandırım ki, sizi 3 ayda bir gün olmayıb ki, balaca Gövhər məni ağlatmasın. Hər gün "ana səni göylərdə görür”, "anan dedi nənəni incitmə, dərsini oxu” kimi sözləri deyirəm. Demişəm ki, ikinci-üçüncü sinifdə aparıb sənə ananın yerini göstərəcəm, onda biləcəksən. Gah mənə inanır, gah da inanmır. Bir də görürsən gedib başqalarından da soruşur. Deyirəm ki, oxu, instituta gir, haçansa anan gələcək...
Həyətdə oynadığı yerdə qəfil içəri girib oturur, başlayır, başına –başına vurmağa ki, "mən istəyirəm anam gəlsin”. Beləcənə onu ağlaya-ağlaya dərsə aparıram, ağlaya-ağlaya da gətirirəm”.
Söhbət əsnasında Gövhər xanım deyir ki, nəvəsinin Heydər Əliyev Fondu tərəfindən himayəyə götürülməsi məsələsi hələ baş tutmayıb:
"Söz vermişdilər ki, Fond Gövhərin təhsilini öz üzərinə götürür. Amma nədənsə etmədilər. Bilmirəm, indi məsələ Mehriban xanıma çatmayıb , ya nətərsə... Allah canlarını sağ etsin. Ana üçün hər şey, xəstəliyini müayinə etdilər, Türkiyəyə göndərdilər, indi qisməti belə gətirdi, alınmadı. Ancaq qalan bu uşaqdır. İnandırım ki, bu uşağın danışığı , hərəkəti onu mənim yadımdan çıxartdırıb. Çox fikir eləyirəm. Çox sıxılıram ki, 5 ildən sonra nə olacaq. Böyük qızım da bizimlə eyni həyətdə qalır. Ali təhsillidir, ancaq iki gözü də tutulub deyə işləmir. Bir neçə dəfə Türkiyədə əməliyyat elətdirdi, ancaq düzəlmədi. Gözü belə olmasa idi, Gövhəri o aparıb gətirərdi. Onun da iki övladı var, oğluna mənim əsgərlikdə rəhmətə gedən oğlumun adına qoymuşam, böyüdüb boya -başa çatdırmışam. Evləndirmişik. Oğlan nəvəm indi Günəşlidə olur, iki uşağı var. Hər dəfə gələndə ağlayıb, deyir, ay nənə, mən sənə kömək edə bilmədim. Hazırda həmin qızıma 13 yaşında qızı baxır, 80 yaşında qaynanasının ümidinə qalıb.



Mənim 5 övladım olub. İkisi kiçik yaşlarında, biri əsgərlikdə rəhmətə getdi, Bu qızımla, Xanım qalmışdı. Uşaq olandan Xanımı xəstəlik tutdu. İnandırım ki, əlinə düşən pulu çox yol gedə bilmirdi deyə maşına, kirayə pullarına verirdi. Əri də oldu, olmamaq hesabına. İndi də var, demir ki, mən uşağa baxmıram, saxlamıram, amma saxlamamaq hesabındadır. Xəstə, şəkər, gözü tutulub, qaraciyəri işləmir, mən ona nə deyim? Deyim aliment ver? Allah hökumətimizdən razı olsun, Gövhər üçün 150 manat pensiya kəsib. Allah Əlqismət müəllimdən və Afaq Bəşirqızından razı olsun, buna görə çox əlləşdilər. Mən özüm də 160 manat təqaüd alıram. Dolanırıq, ac-susuz qalmırıq”.
Gövhər nənənin yeganə nigarançılığı nəvəsinin gələcəyi ilə bağlıdır. Hətta buna görə deputatla əlaqə saxladıqlarını da dedi :
"Mənim üçün çox çətindir. Söz verdilər, indi narazı deyiləm, qat- qat qarşılarında baş əyirəm. Xanıma etdiklərinə görə. Ehsanını verdilər, qəbrini düzəltdilər. Amma mən onun ehsanını halva -çörəklə verərdim, məni qınamazdılar. Mənim oğlum, ərim yoxdur. Nəvəm isə canlı insandır da qalıb. Elə bil ki, həyatın burulğanındadır. Mən uşaqlarımın hamısını oxutdurmuşam, nəvələrimi də həmçinin. Ancaq artıq yaşlanmışam, Gövhərin dərsləri ilə məşğul ola bilmirəm. Digər nəvəm Fatimə kömək edir, ancaq o da uşaqdır da, hamımız onu çağırırıq. Biri var ki, müəllim Gövhərlə məşğul olsun, biri də var ki, uşaq məşğul olsun. Savad olmasa Gövhər həyatda ayaq üstə dura bilməz. Hər təsirin altına düşər. Mən bu gün varam, sabah yox.



Öləndə qızım gözünü yummurdu. Səhərdən saat 4-ə kimi can verdi. Elə bil ki, nəsə gözləyirdi. Millət vəkili Qənirə xanım gəlib oturdu, əlini tutub sığalladı, dedi: "Xanım, məni tanıdın”, kirpiyi ilə cavab verdi. Dedi ki, sənin ananı da, qızını da Mehriban xanım öz öhdəsinə götürdü, məktəb məsələsi həll olunacaq. Qızım ondan sonra can verə bildi. Onu dəfn edəndən sonra Xanımın 3-də Qənirə xanım burada idi. Mənə dedi ki, xətircam ol ana, sabah gəlib danışarıq. Fond da ildə ona 5 min manat köçürəcək, o orada 11 il təhsil alacaq, oradan instituta, işə girəcək, tam ayaq üstə duracaq. Elə bildim ki, dünyanı mənə bağışladılar. Mənə ancaq o uşağın ayaq üstə durması lazım idi. Məkətəbə bir neçə gün qalmış zəng etdik Qənirə xanıma, dedi, Türkiyədəyəm. Dedik bu uşağı necə edək, uşaq birinci sinifin sevincini yaşamalıdır da. Dedi, deyərəm, cavab deyərlər mənə, sizə çatdıraram. Elə onunla da telefon bağlandı, qurtardı. Daha zəng gəlmədi, daha bizdə zəng etmədik. Mən Qənirə xanımın haqqını danmıram, rəhmətliyin sağlığında bizimlə maraqlandı.
Vaxtı ilə anasının oxuduğu 44 nömrəli məktəbə aparıb yazdırdıq onu. Müdir bizi qəbul etdi, ağladı, dedi, tanıyıram, sənin də uşaqların burada təhsil alıb, götürərəm. Gündə bir dəfə ona bufetdən bulkusun, sokun verərəm, dedim, heç nəyə ehtiyacımız yoxdur, elə təhsil alsın bəsimdir. Allah ömür versin. İndi mən aparıb gətirirəm. Ayaqlarım dolaşa- dolaşa aparıb, ağlaya- ağlaya gətirirəm. 76 yaşında qadınam. Nə olar ki, bir uşaqdır, bəlkə o da böyüyüb ölkəsinə anası kimi fəxr gətirəcək. Gərəkli insan olacaq. İndi elə hər gedəndə müəlliməsi deyir ki, əla uşaqdır. Dərsdən sonra saxlayır, Azərbaycan dili ilə riyaziyyatı öyrədir. Ancaq evə gələndən sonra da valideyn onun dərsləri ilə məşğul olmalıdır. İstəyim odur ki, nəvəm oxusun, ayaq üstə dursun. Özünü müdafiə edə bilsin. Amma onlar dedi ki, məktəbin servisi var, gəlib aparacayıq, saat 5-6 da da gətirəciyik. Hər şey hazır. Mən də paltarını yuyardım, yeməyini bişirərdim. Çünki artıq getməyə -gəlməyə gücüm çatmır axı. Xanım bu uşaqdan çox nigaran getdi. Tanımadığımız, kənar adamların yuxusuna gəlib deyir ki, bu qədər əziyyət çəkdim, balam qaldı ortalıqda”.
Anadan məhrum olan balaca Gövhərin təsəlli yerindən biri də onun atasıdır.



"Bayramlarda bir neçə günlük aparıb saxlayır, gücü çatandan nəsə alır. Mən də heç nə demirəm ki, anadan məhrum olub, atadan da məhrum olmasın. Keçən dəfə gələndə Gövhər çox sevindi , "Şükür Allaha, heç olmasa atam gəldi” deyib qucaqladı. Qızım can verəndə atası aparmışdı, evdən qaçırtdıq. Anası rəhmətə gedən gün üçün Gövhər deyir ki, ayaqlarım sınardı, kaş ki, getməzdim, anamla gedərdim. Anam məni ağlasaydım özü ilə aparardı. Uşağın belə fikrinə hərdən məəttəl qalırıq . İstəyirik uşağı psixoloqa aparaq. İstər- istəməz anasının yoxluğu təsirini göstərib. Uşağı ruhlandırsın , hər gün ağlayır, yadına düşəndə, "haçan gələcək”, "düzünü de, zəng elə anamla danışım”, "Sən axı deyirdin, mən yalan danışmıram”, "Mənim anam kabluk geyinirdi, şaxtababaya aparırdı, niyə gəlib mənim məktəb paltarlarıma baxmır”-deyir. Çətin vəziyyətdəyəm. Uşaq üçün də çətindir. Axşam oldu, "ay nənə, mamamı istəyirəm”, ağlayır, bir də görürsən ki, məndən küsür, üzünü çevirib yatır. Elə ki, görür mən də ağlayıram, artıq dayanır.



Atası aparanda sevinir, amma indi anası zəng edib maraqlanmır, deyə çox da maraqlı deyil getməyə. Hərdən yalandan deyirəm ki, sözümə baxmasan verəcəm bir yolluq atan aparsın, orada oxutdursun ,deyir, nənə ölərəm getmərəm heç vaxt. Sən də mənimlə gedərsən.

Yoldaşının birinci ailəsindən uşaqları, nəvələri var. Bu orada artıq tikədədir də. Xanım Qafarova onun ikinci həyat yoldaşı olub, birinci rəhmətə getmişdi. Xanım gec ailə həyatı qurdu. Mən həmişə ona deyirdim ki, ərə get, elə bir uşağın olsun. Yoxsa o ərə getməyəcəkdi. Rəhmətlik uşaq istəyən idi. İkincisini də istəyirdi, səhhəti yol vermədiyinə görə alınmadı. Onlar evlənəndə kirayə qalırdılar. Ancaq kirayə pulunu sonradan çatdırmadığı üçün Xanım indi oturduğumuz yerə köçdü. Ata-baba yurdumuz olub bura. İndi qaldığımız yer həyətimizdəki qaraj idi, sahmana salıb Xanım yerləşdi. O Türkiyəyə gedəndə teatrın direktoru Əlqismət müəllim bu qarajı təmir etdirdi. Dedi, qoy gəlsin, ürəyi sevinsin... Son anına qədər Xanım dedi, ana bağışla məni sizin üçün heç nə edə bilmədim. 3 il ömrüm qalsa idi, sizə şərait yaradardım. Bu həyatda heç nə görmədi”.




milashka_167 | 9 noyabr 2015 22:18 | Status: VİP user | Şərh: 1 452
Nece nurlu qadindi.Allah ona cooooxlu omr versin nevesini hec olmaya yerbeyer etsin.
dılay | 8 noyabr 2015 17:35 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: Nagizade.Leyla
Usaq anadan yetim qalir allah rehmet elesin
Nagizade.Leyla | 6 iyul 2015 22:58 | Status: VİP user | Şərh: 1 321
Usaq anadan yetim qalir allah rehmet elesin
Nergiz33 | 30 mart 2015 19:13 | Status: VİP user | Şərh: 1 079
ay ne pis oldu ureyim o vaxti oxudumki usagi Mehriban xanim oxumagina komey edecey demek yalan ved imis heyif
Leyla Ezizli | 8 mart 2015 23:03 | Status: Şərhçi | Şərh: 372
Çox pis oldum ALLAH REHMET ELESİN.GOZLERİM DOLDU.O USAĞA ÇOX YAZIĞIM GELİR.
nurlana nurlana | 14 fevral 2015 20:39 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: Nergiz love
Cox Pis oldum.coox sevdiyim aktrisamiz idi.Allah rehmet elesin.usaqada allah ozu komek olsun.kimese moohtac olmasin.

Amin
Nergiz love | 13 noyabr 2014 09:16 | Status: Professional user | Şərh: 7 871
Cox Pis oldum.coox sevdiyim aktrisamiz idi.Allah rehmet elesin.usaqada allah ozu komek olsun.kimese moohtac olmasin.
Miraj | 5 noyabr 2014 15:53 | Status: Professional user | Şərh: 2 625
can ay bala...
KARAGULUM | 31 oktyabr 2014 20:57 | Status: Gümüş user | Şərh: 1 433
Allahim hec bir uwagi ana atAsiz qoymasin
SEVA | 25 oktyabr 2014 21:09 | Status: Professional user | Şərh: 5 150
ayyy cox pis oldum Allah komek olsun
Sevda_88 | 23 oktyabr 2014 23:35 | Status: Şərhçi | Şərh: 371
Allah komekleri olsun, dovlet bir yardim gosterse yaxsi olar

bizde ancaq olumunden sonra qiymet verirler onsuz, oda vicdanlarina dusende xala-xetir qalmasin deye
Nara88 | 23 oktyabr 2014 23:02 | Status: Professional user | Şərh: 4 253
dunan basqa saytda oxumusdum((goz yaslarimi saxlaya bilmedim((cox korpedi ozude qiz usagi((Allah komey olsun
amerika | 23 oktyabr 2014 22:44 | Status: Şərhçi | Şərh: 278
ay Allah axıra qeder oxudum çoxx pis oldum.Kaş kaş kömey elesinler, yazıqdı e uşaq, özde qız uşağı.Çox ağır mesuliyyetdi.Men inanıramki Mehriban xanım kömek edecek.İnşAllah.
Gulumka | 23 oktyabr 2014 21:47 | Status: Şərhçi | Şərh: 904
Sitat: TENHA_MELEK
Allah rehmet etsin ,cox pis oldum.Anasizliq cox pisdir.

ALLAH heç uşağa göstərməsin!
BULUTUM | 23 oktyabr 2014 20:02 | Status: Professional user | Şərh: 7 388
Sitat: Hayka
Yetime can can deyen cox olar Corek veren az.

Duzdu tam razi Haykacim.
Gülçin | 23 oktyabr 2014 18:25 | Status: Brilliant user | Şərh: 6 780
Dəhşət.. Ürəyim ağrıdı.. 0106
BULUTUM | 23 oktyabr 2014 15:44 | Status: Professional user | Şərh: 7 388
Ezizinem aglama
Gundu kecer aglama
Felek bagliyan qapini
Bir gun acar aglama.

Ezizinem aglama
Gundu kecer aglama
Felek bagliyan qapini
Bir gun acar aglama.
SEVDA | 23 oktyabr 2014 15:34 | Status: Nəzarətçi | Şərh: 17 441
Uwaq anadan yetim qalırmıw.....can bala.....
Ay_Sun | 23 oktyabr 2014 12:58 | Status: Brilliant user | Şərh: 13 409
Allah rehmet etsin ,cox pis oldum.Anasizliq cox pisdir.
Aynur_Mezahirli | 23 oktyabr 2014 10:30 | Status: Qonaq | Şərh: 0
Allah rehm etsin balaca qiza, anasininda yeri cennet olsun... recourse
ehtibar | 23 oktyabr 2014 08:39 | Status: Gümüş user | Şərh: 2 547
Sitat: Hayka
Yetime can can deyen cox olar Corek veren az.

duzdur
Dəniz qızı | 23 oktyabr 2014 08:31 | Status: Brilliant user | Şərh: 8 019
Allah özü rəhm eləsin.Əvvəlindən axırına kimi ağladım
BULUT | 23 oktyabr 2014 08:21 | Status: Qonaq | Şərh: 0
can ay bala ele pis oldum
bacana | 23 oktyabr 2014 02:19 | Status: Qonaq | Şərh: 0
Can ureyim aqriyir bu usaqa Allah hec bir usaqi anasiz qoymasin.Gozel aktirisaydi Allah rehmet elesin necede usaqina gore saq qalmaq istiyirdi sukur Allahin bildiyine Allah bilen yxsidi biz kimiki..
SABINA | 23 oktyabr 2014 00:23 | Status: Professional user | Şərh: 7 410
Allah rehmet etsin.
gulya20 | 23 oktyabr 2014 00:21 | Status: Professional user | Şərh: 4 677
Allah komekleri olsun.Allah neneyede can sagligi versin,yaziq usaga baxa bilsin.Offf cox pis oldum.Emim usaqlari geldi gozumun qabagina 0106 Allah hec bir usagi anasiz atasiz qoymasin.
ada.. | 22 oktyabr 2014 23:48 | Status: Qonaq | Şərh: 0
Usaq hemise anasiz yetim qalir.ana yoxdusa demeki usaq ortaliqda qalir .Allah bu usagin komeyi olsun
birdane | 22 oktyabr 2014 23:44 | Status: Professional user | Şərh: 3 726
allah rehmet elesin
Hayka | 22 oktyabr 2014 23:38 | Status: Şərhçi | Şərh: 396
Yetime can can deyen cox olar Corek veren az.
Allah rehmwt elesin

Allah rehmwt elesin