Müsahibə / Məşhurlar

Prezidentin qızları təqdimat mərasimində

Qanad | 6-11-2013, 09:26
18 805 38

Dünən Bakıda Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimat mərasimi keçirilib.
 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat mərasimində iştirak ediblər.Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Azərbaycanın istənilən bölgəsi, o cümlədən qədim Bakı tarixən orijinal arxitekturası və mühəndis həllərinə cavab verən nadir memarlıq nümunələri ilə zəngin olub, ölkəmiz özünəməxsus memarlığı ilə daim fərqlənib: "Milli memarlarımızın müxtəlif dövrlərdə yaratdığı sənət abidələri xalqımızın mədəni həyatının nadir incilərini təşkil edərək onun milli şüurunun, estetik zövqünün möhkəmlənməsinə və inkişafına xidmət edib. Bəzi memarlıq abidələri əzəməti, orijinal üslubu və yüksək sənətkarlıq keyfiyyətləri ilə bu günədək mütəxəssisləri heyran edir"

A.Ələkbərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən-günə inkişaf edən Azərbaycanın bütün bölgələrində aparılan quruculuq işləri bu gün ölkəmizin yeni simasını yaradır, paytaxt Bakıya xüsusi yaraşıq verən yeni memarlıq nümunələrinin inşası şəhərimizi daha da gözəlləşdirir:
"Şərq və Qərb memarlıq üslubunun vəhdət təşkil etdiyi Bakıda inşaat işləri zamanı milli memarlıq ənənələri ilə müasir üslubun bir-birini tamamlamasına diqqət yetirilir. Burada müasir arxitektura ideyalarına özünü ifadə etmək imkanı verilir, eyni zamanda, qədim memarlıq ənənələri qorunub saxlanılır".
Mərkəzin direktoru bildirib ki, son illər paytaxtımızda həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələr inşa olunmaqdadır. Bunlardan biri də özündə müasirliyi ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən Heydər Əliyev Mərkəzidir. Orijinal arxitekturası ilə fərqlənən bina memarlıq quruluşuna xüsusi yaraşıq verir:
"Qısa bir zamanda Bakının müasir simasının simvoluna çevrilən bina dünya memarlıq siyahısına daxil edilib. Bu gün Heydər Əliyev Mərkəzinin arxitektur təqdimatında binanın layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadidin bizimlə bu əlamətdar tədbirdə iştirakı fərəhləndirici haldır. Yeni axtarışları, ideyaları və əldə etdiyi nailiyyətləri ilə bütün dünayada tanınan xanım Zaha Hadidin əsərləri bir çox ölkələrə yaraşıq verir.
Xanım Zaha Hadidin müəllifi olduğu hər bir abidə kimi, Heydər Əliyev Mərkəzinin binası da arxitektur incəlikləri, dizaynı, xarici və daxili görünüşünün bir-birini tamamlaması, ümumiyyətlə, öz aurası ilə hamını heyran edir. Mən bugünkü fürsətdən istifadə edərək öz unikallığı ilə seçilən bu binanın layihəsini məhz doğma Bakımızda həyata keçirdiyinə görə xanım Zaha Hadidə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, çoxsaylı beynəlxalq konfrans, forum və sərgilərin keçirildiyi bu məkanın memarlıq özəllikləri ilə tanışlıq hər biriniz üçün maraqlı olacaq.
Təqdimat mərasimində Heydər Əliyev Mərkəzinin binasının layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid çıxışında deyib:
"İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə və xanımına Mehriban Əliyevaya minnətdarlığımı bildirmək istərdim. Bu, bizim hamımız üçün çox böyük təcrübə və nailiyyət oldu. Mən bu layihədə iştirak edən bütün ofisə və hamıya, həmçinin Livan, Türkiyə, ABŞ, Çin və digər ölkələrdən olan köhnə və yeni dostlarıma təşəkkürümü bildirirəm".
Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Azərbaycanın əməkdar memarı Elbəy Qasımzadə qeyd edib ki, bu gün Azərbaycanın arxitektura həyatında əlamətdar hadisədir:
"Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan binanın arxitektur təqdimat mərasimi keçirilir. Azərbaycan memarlığının qədim, zəngin tarixi və ənənələri var. Ötən ilin əvvəlində olduğu kimi, bu gün də Azərbaycanda tanınmış arxitektorlar gözəl memarlıq nümunələri yaradırlar. Dünya şöhrətli Zaha Hadid onlardan biridir. Zaha Hadid Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü seçilib və akademik Mikayıl Hüseynov adını medalla təltif olunub".
Tədbirdə müxtəlif ölkələrdən bir sıra tanınmış arxitektorlar da iştirak ediblər. Qonaqlar müasir memarlığın incilərindən sayılan, son illərin dünya memarlıq layihələri sırasında ilk yerlərdən birini tutan Heydər Əliyev Mərkəzinin binası ilə yaxından tanış olublar.

Tədbir layihənin memarlıq özəlliklərinin, eləcə də Heydər Əliyev Mərkəzinin binasının dünya memarlığındakı rolunun diqqətə çatdırılması baxımından əhəmiyyətli hadisədir.
Tədbirin bədii hissəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı və tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı olub. Konsertdə F.Əmirovun "Şənlik", Ü.Hacıbəylinin "Cəngi" və M.Mirzəzeyin "Azərbaycan" rəqsləri, Ə.Tağıyevin "Sən gəlməz oldun" mahnısı, Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından üvertüra, "Gülçöhrənin ariyası" və digər əsərlər ifa edilib.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı ilə yaradılıb. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzinin binasının təməli 2007-ci il sentyabrın 10-da qoyulub. Tikinti işləri beş il davam edib və 2012-ci il mayın 10-da Heydər Əliyev Mərkəzinin binasının rəsmi açılış mərasimi keçirilib.

cesur kiz | 27 noyabr 2015 15:41 | Status: Şərhçi | Şərh: 115
0104 0105 niye sekil yoxdu?
ESMERRi | 5 noyabr 2015 16:29 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Alice
Sitat: leyla meherremova
Xəbər niyə bu günə düşüb?, yoxsa mənə görünür ))

Yox bacı... Sənə görünmür məndədə belədi...
Miraj | 3 noyabr 2014 18:34 | Status: Professional user | Şərh: 2 625
duuz beyenmedimmm
KARAGULUM | 1 noyabr 2014 09:51 | Status: Gümüş user | Şərh: 1 433
Leylanin paltarinnan isteyireeeem.... 0101
Tesekkurler
SEVA | 28 sentyabr 2014 18:32 | Status: Professional user | Şərh: 5 150
tesekkurler
nuray2007 | 21 fevral 2014 20:38 | Status: Şərhçi | Şərh: 420
gozel geyimleri var
LARA SOFI | 7 noyabr 2013 15:18 | Status: VİP user | Şərh: 735
OFF HEC HOVSELEMDE CATMADI OXUMAGA
Alice | 7 noyabr 2013 14:42 | Status: Professional user | Şərh: 5 020
Sitat: leyla meherremova
Xəbər niyə bu günə düşüb?, yoxsa mənə görünür ))

Yox bacı... Sənə görünmür məndədə belədi...
ww.ss | 7 noyabr 2013 01:53 | Status: VİP user | Şərh: 695
Mawallahh geyimleri super idi
Zulfiyya Guseynova | 7 noyabr 2013 01:16 | Status: Qonaq | Şərh: 0
bunlarin neyine gozel deyirsix men meetel qaldim
M.Aliyeva | 6 noyabr 2013 22:07 | Status: Gümüş user | Şərh: 1 970
Arzu daha gozeldi.
nara hesenova | 6 noyabr 2013 17:12 | Status: Gümüş user | Şərh: 1 201
Mənə maraqlı gəlmədi hövsələm çatıb oxumadım.
Nazlı_Kız | 6 noyabr 2013 15:28 | Status: Brilliant user | Şərh: 6 473
Mamalari qizlarinan qeweydi)
HUSNIYYA | 6 noyabr 2013 15:10 | Status: Gümüş user | Şərh: 1 191
LEYLAMIZ COOOOX GOZELDIR ..ARZUDA,DONU GAWANGDI..
Inci deniz | 6 noyabr 2013 15:01 | Status: Yazar | Şərh: 2 379
Leylani xoslayiram.
Sekine Hesen | 6 noyabr 2013 14:56 | Status: Gümüş user | Şərh: 3 112
ELEBIL EKIZ BACIDILAR GET GEDE MAMA VE IKI QIZ BIRI BIRLERINE BENZEYIRLER SIFETDEN HAMISI MARAQLIDI AMA GOZELDILER UCUDE PALTARLARIDA GOZELDI
ŞokaLaTovA PeÇeNyA. | 6 noyabr 2013 14:33 | Status: Gümüş user | Şərh: 2 059
Mende ordaydimmm lol Ozumu gostermeyi sevirem deye fotolarda yoxammm ))
Lumia | 6 noyabr 2013 14:27 | Status: Professional user | Şərh: 5 378
Arzunun paltari superdir.
Sari gelin | 6 noyabr 2013 14:05 | Status: Gümüş user | Şərh: 2 439
LEYLAMIZ COOOOX GOZELDIR ..
sanel | 6 noyabr 2013 13:39 | Status: Professional user | Şərh: 3 647
qesengdiler analar ozlerindende qesengdi
nur gun ma me | 6 noyabr 2013 13:04 | Status: Şərhçi | Şərh: 356
tesekkurler
gul kokusu | 6 noyabr 2013 12:40 | Status: Gümüş user | Şərh: 1 472
tewekkurler
Alice | 6 noyabr 2013 12:35 | Status: Professional user | Şərh: 5 020
Sitat: ALLEGRETTO
ARZUŞKADA LEYLAŞKADA GÖZƏL GÖRSƏNİRLƏR . wink .BƏS MAMALARI HANI lol

Daha böyük qızlardı hər yerə mamanan getmirlər... wink
ALLEGRETTO | 6 noyabr 2013 12:02 | Status: Gümüş user | Şərh: 2 218
ARZUŞKADA LEYLAŞKADA GÖZƏL GÖRSƏNİRLƏR . wink .BƏS MAMALARI HANI lol
KoNkReT | 6 noyabr 2013 11:56 | Status: Gümüş user | Şərh: 951
Bu indiye kimi gördüyüm en en en seliqesiz xeberdir.Hec bu xeberi oxumağa deymaz.Yeqinki oxuyanlar gördü,çünki bir abzası iki defe yazıblar..
sadəcə MƏN | 6 noyabr 2013 11:50 | Status: Brilliant user | Şərh: 4 771
Sitat: Ayan92
Arzu super görsənir.Paltarına bayıldım.

Özü normal görünür,amma paltarı həqiqətən superdir...
Nərmin.bayram | 6 noyabr 2013 11:32 | Status: Gümüş user | Şərh: 2 313
təşəkkürlər
Ulviyye | 6 noyabr 2013 11:28 | Status: Gümüş user | Şərh: 2 839
tewekurler
Mehdiyeva Cinara | 6 noyabr 2013 11:06 | Status: VİP user | Şərh: 1 038
lap yaxsi
tesekkurler