Məşhurlar / Müəllif yazıları

Bu gün Azadlıq çarçısı Xəlil Rza Ulutürkün ad günüdür!

Inci deniz | 21-10-2013, 08:00
7 766 25




Bu gün,oktyabrın 21- i hamımızın tanıdığı, sevdiyi, Azərbaycanımızın şair və qəhrəman oğlu Xəlil Rza Ulutürkün ad 
günüdür.Xəlil Rza elə 
mübariz, elə vətənpərvər, elə dürüst bir oğludur ki vətənimizin,onun haqqında çox danışmaq olar.



Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:


1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında 

eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına 

təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.


Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!


Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc 

əhaliyə vəhşicəsinə divan tutdu. Bu soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. 

Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş soyqırımı lənətlə qarşıladılar. Sovet 

ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran 

edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ 

çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar 

hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo 

həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam 

etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, 

şer, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz 

bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul 

etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.

Xəlil Rza dilini, millətini, tarixini dərin məhəbbətlə sevirdi. Bu sevgi o qədər güclü idi ki,onun qəlbi bu sevgiyə dar gəlirdi. Bu 

sevgini o poemalarla, şeirlərlə çatdırırdı xalqına.


Kim qorumur oz dilini,
Itsin menim gozumden qoy ilim-ilim.
O sahili bu sahile birlesdiren
Polad korpum, qilincimdir.
Gunesimdir menim dilim!


Xəlil Rzanın "Adımız,soyadımız "poemasında isə öz uşaqlarına qeyri Azərbaycan adı verən insanları qınağa çəkərək,onları milliləşməyə, doğmalaşmağa çağırır.

Yenə əlim çənəmdə,yenə başım ovcumda.
Həqiqətin böyüyü yenə dilim ucunda.
Nə qədər qat qarışdı, nə qədər hərc mərcdi
Adımız,soyadımız.

Ağdamlı,Şuşalı, Şəkili, Şıxlı
Mən bir az kədərli,bir az acıqlı,
Dərdini yazıram Azərbaycanın.
Siz ey adı kimi,soyadı kimi
Bu doğma torpağa ögeyləşənlər
Babəkin odundan,Qoç Koroğludan,
Üzeyir ruhundan ayrı düşənlər.

Elə bilmə mənim dərdim 
Bir şəkilçi, ya hecadır?
Dəniz dərdin qarşısında
Bu dərd bəlkə bir damcıdır.
Canım,gözüm, əziz qardaş,
Qəhrəmanlıq, igidlik yox,
Bizdən adi insaniyyət tələb edir
Bu dağ, bu daş.
Gəl düşünək yavaş-yavaş.
Cabbarlım sağ olaydı kaş.
Vurğunum sağ olaydı kaş.
Üz tutaydı bu "i" lərə,"zadə"lərə
Bu "ov"lara, bu "pur"lara
Adı,soyu çopurlara,
Özgəsini yamsılayan bu nəfəssiz şeypurlara.
Və deyəydi:" Ay quzu birçəkli,keçi papaqlı,
Atan şəkilidir, anan qazaxlı,
Üç ay o yanlarda oxudun deyə,
Nə tez çanağından çıxmısan çölə?"


Xəlil Rza Ulutürkün dərdi ümumixalq dərdi idi. O vətən yolunda çox əzab əziyyətlər çəkdi və əziz oğlu Təbrizi də vətən yolunda qurban gedərkən alqışladı. O kədərini, qəmini qəlbində saxladı və oğluyla fəxr etdi.


Mənim şeirim,mənim qanim cinayətlə dava edir. 
Bir haldaki davam edir 37 
Qorx ki bir gün Vətən deyə:
Xəlil balam qurbanım getdi.


Xəlil Rza Ulutürk Azərbaycanın bir çox vətənpərvər oğulları kimi daima qəlbimizdə yaşayacaq. Onun şeirləri,ə məlləri 
nəsildən -nəsilə keçərək alqışlanacaq.

aynur.xuda | 23 oktyabr 2013 18:55 | Status: Gümüş user | Şərh: 1 289
ay Allah bu cur yazini nece qacirmisham gozumden cox cox sevdiyim ve yaradiciligina deyer verdiyim insandir RUHUN SHAD OLSUN ULUTURK Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan INSHALLAH O GUNLERI GORERIK
ayruska | 22 oktyabr 2013 23:50 | Status: Professional user | Şərh: 3 978
tskler xebere gore
nara hesenova | 22 oktyabr 2013 18:07 | Status: Gümüş user | Şərh: 1 201
KIM QORUMUR OZ DILINI,ITSIN MENIM GOZUMDEN,QOY ILIM-ILIM,O SAHILI BU SAHILE BIRLESDIRIN,POLAD KORPUM,QILINCIMDIR,GUNESIMDIR MENIM DILIM...Sevirem oz dilimi,ruslarin icinde olsaqda usaqlarida qoymuram yadindan cixsin,vetenperver sairimizede allah rehmet elesin....
Nazlı_Kız | 22 oktyabr 2013 17:08 | Status: Brilliant user | Şərh: 6 473
Sitat: Damla
Sitat: G-DAMLA
FIKIR VERMEDEN YAZMIWAM NE BILISEN MURAT BOZU BEYENIREM)

Gorunur cox xeberlere werhi fikir vermadan yazirsan...
Adi werhi duzgun yazmagi bilmirsen...Xelil Rzani tanimamagina teecublenmedim..Murat Bozu meselen yazdim...

)hee tecublenmeli hecne yoxdu
Seyidli | 22 oktyabr 2013 01:46 | Status: Yazar | Şərh: 2 706
Xəlil Rza Ulutürkün dərdi ümumixalq dərdi idi. O vətən yolunda çox əzab əziyyətlər çəkdi və əziz oğlu Təbrizi də vətən yolunda qurban gedərkən alqışladı. O kədərini, qəmini qəlbində saxladı və oğluyla fəxr etdi.

Türkün ULU şairi!...

Qalıbsa canında bircə damla qan,
İnanma saxtakar sülhbazlara sən.
Şuşadan,Lsçından əl çəkən,inan,
Kor olur,əl çəkir iki gözündən
İnanma,saxtakar sülhbazlara sən.

Əgər ölməyibsə eşqin,qeyrətin,
Vur,ölən daşnakdır,zərbəni bərk vur !
Odur ilk düşməni bəşəriyyətin.
Yırtıcı nifrətim düşməni qovur,
Gəbərən daşnakdır,adam deyil,vur !
Ayan92 | 22 oktyabr 2013 01:31 | Status: Professional user | Şərh: 3 056
.X.R.Uluturkun yaradiciligini cox beyenirem.Ixtisasim oldugu ucun onun haqqinda etrafli melumatim var idi."Davam edir 37" weirini de ezberden bilirem.
Beren | 22 oktyabr 2013 00:02 | Status: Professional user | Şərh: 3 214
Gözəl şair idi.Xəlil Rza Ulutürk haqqında çox dərindən məlumatım yox idi.Amma gözəl insan və şair olduğunu bilirdim.Xəbəri oxudum və bilmədiklərim ilə məlumatlanmış oldum.Xəbər üçün təşəkkürlər canım.
Allah rəhmət eləsin!

HUSNIYYA | 21 oktyabr 2013 23:43 | Status: Gümüş user | Şərh: 1 191
Gəl düşünək yavaş-yavaş.
Cabbarlım sağ olaydı kaş.
Vurğunum sağ olaydı kaş.
Üz tutaydı bu "i" lərə,"zadə"lərə
Bu "ov"lara, bu "pur"lara
Adı,soyu çopurlara,
Özgəsini yamsılayan bu nəfəssiz şeypurlara.
Və deyəydi:" Ay quzu birçəkli,keçi papaqlı,
Atan şəkilidir, anan qazaxlı,
Üç ay o yanlarda oxudun deyə,
Nə tez çanağından çıxmısan çölə?"
tewekkur edirem canim..
Sabahım. | 21 oktyabr 2013 21:46 | Status: Professional user | Şərh: 3 359
Sitat: G-DAMLA
MEKTEB OXUMUWAM SADECE FIKIR VERMEDEN YAZMIWAM)

AY AMAN BU NƏ DEMƏKDİR.BUNUNCUN MƏKTƏB OXUMAQ BELƏ LAZIM DEYİL.BİRAZ DÜNYAGÖRÜNÜLÜ OLMAQ LAZIMDIR.NECƏ YƏNİ O BÖYÜK AZADLIQ ŞAİRİNİ TANIMAMAQ OLUR.COX TƏƏSSÜF ANCAQ SƏVİYYƏSİZ MÜĞƏNNİLƏRİ ONLARIN HƏYATINI İZLƏYİRLƏR.DEMƏLİ HEC TELEVİZORDA ADİ ƏDƏBİ VERİLİŞƏ BELƏ BAXMAYIBLAR.
O BÖYÜK ŞAİR TƏRCÜMƏCİ MEYDANLARDA XALQLA CİYİNBƏCİYİN DAYANAN MEYDANDAN ZİNDANLARA GEDƏN ORDA DA FƏALİYYƏTDƏN QALMAYAN OĞLU İGİD TƏBRİZİ QARABAĞ UĞRUNDA DÖYÜŞLƏRDƏ BELƏ ŞƏHİD VERƏNDƏN SONRA SINMAYAN XƏSTƏ ÜRƏYİLƏƏ SON GÜNƏ QƏDƏR VƏTƏN DƏRDİ QARABAĞ DƏRDİ CƏKƏN BÖYÜK ŞAİR...
.ONUN ÖLÜMÜNDƏN SONRA ONUN HƏYATINI KİTABA CEVİRƏN ONA LAYİQ XANIMI DA QÜRURUNU İTİRMƏDİ.
COX TƏƏSSÜF ONU TANIMAYANLARA ....COX YAZÖİQLAR.

Sitat: Damla
Adi werhi duzgun yazmagi bilmirsen.

ŞƏRHİ GÖZÜYUMULU YAZMAQ OXUMADAN.....MƏKTƏB DƏ BELƏ OXUMUSAN YƏQİN İNCİMƏ
Damla | 21 oktyabr 2013 21:18 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: G-DAMLA
FIKIR VERMEDEN YAZMIWAM NE BILISEN MURAT BOZU BEYENIREM)

Gorunur cox xeberlere werhi fikir vermadan yazirsan...
Adi werhi duzgun yazmagi bilmirsen...Xelil Rzani tanimamagina teecublenmedim..Murat Bozu meselen yazdim...
Billurə | 21 oktyabr 2013 18:26 | Status: Professional user | Şərh: 4 892
Heç bir insan azad deyil bu dünyada..
Ayaz Musdafayev | 21 oktyabr 2013 17:49 | Status: Şərhçi | Şərh: 153
Sitat: gulcan
Sitat: G-DAMLA
Tebrikler ne deyim tanimiram yenede xeber ucun cox tewekkurler deniz xanim

Siz məktəb oxumamisiniz ki? Xəlil Rza Uluturku tanımayan birisinin ola biləcəyinə inmazdım..
Allah rəhmət elısin. Gozəl insan olub... Şeirlərinim coxunu oyrınirdik məktəb vaxtı.. Gozəl xəbərdir..

xanim yeqin fikir vermeyib ele sefler olur adamda

ALLAH REHMET ETSIN
Nazlı_Kız | 21 oktyabr 2013 17:19 | Status: Brilliant user | Şərh: 6 473
Allah rehmet etsin ne deyim

Sitat: Damla
Sitat: G-DAMLA
Tebrikler ne deyim tanimiram yenede xeber ucun cox tewekkurler deniz xanim

Kimi ne munasibetle tebrik edirsiz?
Neynirsiz taniyib Murat Bozu tanidiz besdir..

FIKIR VERMEDEN YAZMIWAM NE BILISEN MURAT BOZU BEYENIREM)

Sitat: gulcan
Sitat: G-DAMLA
Tebrikler ne deyim tanimiram yenede xeber ucun cox tewekkurler deniz xanim

Siz məktəb oxumamisiniz ki? Xəlil Rza Uluturku tanımayan birisinin ola biləcəyinə inmazdım..
Allah rəhmət elısin. Gozəl insan olub... Şeirlərinim coxunu oyrınirdik məktəb vaxtı.. Gozəl xəbərdir..

MEKTEB OXUMUWAM SADECE FIKIR VERMEDEN YAZMIWAM)

Sitat: leyla meherremova
Sitat: G-DAMLA
Tebrikler ne deyim tanimiram yenede xeber ucun cox tewekkurler deniz xanim

Tanımaq lazımdır canım.Bu cür insanları tanımamaq böyük qəbahətdir.Azərbaycan üçün ürəyini şam kimi əridən bu cür insanları tanımaq mənəvi borcunuzdur.Bax tanısaydın,təbrik əvəzinə, deyərdin ki, Allah rəhmət eləsin,gözəl insan, gözəl şair idi.

TEWEKKURLER DEDIYIN UCUN CANIM SADECE FIKIR VERMEDEN YAZZMIWAM DIQETLI OXUYARAM TA)
Melek | 21 oktyabr 2013 16:42 | Status: Gümüş user | Şərh: 914
ALLAH REHMET ETSIN TEWEKKURLER XEBER UCUN
Nərmin.bayram | 21 oktyabr 2013 15:39 | Status: Gümüş user | Şərh: 2 313
VƏTƏNPƏRVƏR VƏ İGİD BİR İNSAN OLUB ÇOX GÖZƏL ŞEİRLƏRİ VAR ALLAH RƏIHMIƏT ELƏSİN
Qanad | 21 oktyabr 2013 14:44 | Status: Yazar | Şərh: 4 357
Sitat: G-DAMLA
Tebrikler ne deyim tanimiram yenede xeber ucun cox tewekkurler deniz xanim


Gozelim burda yazmisansa basqa yerde deme.Bu dahi insani tanimayan yoxdur.Bilmemek eyib deyil.
'Bilmeyib oyrenmemek eyibdir.
Internet saytlarindan tap hec olmasa bir az melumatlan.
Baxin oz sairlerimizi,Yazicilarimizi tanimiriq amma basqa dovletler onlarla fexr edir.
gulcan | 21 oktyabr 2013 14:35 | Status: Gümüş user | Şərh: 1 932
Sitat: G-DAMLA
Tebrikler ne deyim tanimiram yenede xeber ucun cox tewekkurler deniz xanim

Siz məktəb oxumamisiniz ki? Xəlil Rza Uluturku tanımayan birisinin ola biləcəyinə inmazdım..
Allah rəhmət elısin. Gozəl insan olub... Şeirlərinim coxunu oyrınirdik məktəb vaxtı.. Gozəl xəbərdir..
Alice | 21 oktyabr 2013 13:00 | Status: Professional user | Şərh: 5 020
GÖZƏL ŞERLƏRİ VAR....ALLAH RƏHMƏT ELƏSİN....
.Hanı vəfalı yar, sevdalı canan?
Niyə bir həmdəmin yoxundu sənin?
Bəlkə külək deyil qapını açan.
Evinə sığmayan ahındı sənin!
Şöhrətin düşdükcə obaya- elə,
Zaman varlığını sıxır, şairim.
Belədir həmişə ağır zəlzələ
Ən uca dağları yıxır, şairim!
jasmin7 | 21 oktyabr 2013 11:54 | Status: VİP user | Şərh: 745
ALLAH REHMET ELESIN O DUNYASINI VERSIN
Just me | 21 oktyabr 2013 11:54 | Status: Professional user | Şərh: 1 296
Xəlil Rza UluTÜRK – AZATLİK HASRETİ



Sən demə azadlıq aymış günəşmiş,
O aya o günə həsrət qalmışam.
Həyat səsli küylü bir keşməkeşmiş,
Doğma səsə ünə həsrət qalmışam.

Mənim o yerlərdə ayaq izim var,
Səadət aynası beş dənizim var.
Vəfa xəzinəsi firəngizim var,
Onun ağ üzünə həsrət qalmışam.

Ruhum meydanlara sığmayan alay,
Üç rəngli bayrağım qalx ucal haray.
Öpsün tellərini Xəlil, günəş, ay,
Mən sənin üzünə həsrət qalmışam.

Uzaq diyardayam daş qəfəsdəyəm,
Bir vətən ləhinə teşnə həstəyəm,
Mənə görüş verin səfər üstəyəm,
Balamın gözünə həsrət qalmışam.

Çattırın o gülə gülzara məni,
İtirsən o yerde gəz ara məni,
Qürbəttə qoymayın məzara məni,
Vətən gündüzünə həsrət qalmışam.

Xəlil sən qayasan dərdə dözərsən,
Sən kürsən, xan araz, göygöl xəzərsən,
Yenə o yerləri bir gün gəzərsən,
Demə sən bu günə həsrət qalmışam.



Xelil Rza UluTÜRK..........
Damla | 21 oktyabr 2013 11:54 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: G-DAMLA
Tebrikler ne deyim tanimiram yenede xeber ucun cox tewekkurler deniz xanim

Kimi ne munasibetle tebrik edirsiz?
Neynirsiz taniyib Murat Bozu tanidiz besdir..
gul kokusu | 21 oktyabr 2013 11:37 | Status: Gümüş user | Şərh: 1 472
ALLAH REHMET ELESIN...RUHU WAD OLSUN....AMIN....
drop | 21 oktyabr 2013 11:18 | Status: Gümüş user | Şərh: 2 448
Atan şəkilidir, anan qazaxlı,
Üç ay o yanlarda oxudun deyə,
Nə tez çanağından çıxmısan çölə?"

mesel var e: "qinindan cixib qinin beyenmeyen".ele hemin sohbetdi weirde de.
Allah rehmet elesin.


Sitat: G-DAMLA
Tebrikler ne deyim tanimiram yenede xeber ucun cox tewekkurler deniz xanim


kimi ve niye gore tebrik edirsiz? soruwmaq ayib olmasin
Nazlı_Kız | 21 oktyabr 2013 11:10 | Status: Brilliant user | Şərh: 6 473
Tebrikler ne deyim tanimiram yenede xeber ucun cox tewekkurler deniz xanim
Qanad | 21 oktyabr 2013 09:25 | Status: Yazar | Şərh: 4 357
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi


Kim qorumur oz dilini,
Itsin menim gozumden qoy ilim-ilim.
O sahili bu sahile birlesdiren
Polad korpum, qilincimdir.
Gunesimdir menim dilim!