Bizimkilər / Bizim kollektiv

Banu xanımla eXclusive müsahibə!

Elgun_Azizov | 19-01-2015, 17:43
3 740 57
 
 
- Salam, Banu xanım. Özünüzü təqdim edin.
 
Sevinc.
 
- Adınızı kim qoyub, mənasını deyərdiniz zəhmət olmazsa?
 
Atam. 10 ildən sonra dünyaya gəlmişəm, ailəmizə Sevinc gətirmişəm.
 

- Mənə elə gəlir ki, saytda admin olduğunuz üçün çoxlarına da Sevinc gətirmisiniz. Nikinizi bəs haradan gördüz, götürdüz?

 

Aaaa... Əgər belə olsaydı, düzü çox sevinərdim :winked: Bu adı çox sevirəm. Əslində Banu Çiçək yazdım, amma alınmadı.

 

- Bildiyim qədər evlisiz. Neçə övladınız var? Sayta, eyni anda da ailənizə yetərincə vaxt ayıra bilirsinizmi?

 

Bəli. Çox xoşbəxt, gözəl ailəm var. Bir oğlum var. Bəli, bütün vaxtımı, hər şeyimi, hətta həyatımı da gözüyumulu onlara qurban verərəm.

 

- Allah saxlasın... Saytda ovladı olmayanlara qismət olsun.

 

Çox sağ olun... Aminnn!

 

- Desələr ki, mətbəxdə ən dadlı bişirdiyiniz yemək hansıdır, nə deyərdiniz?

 

Tərifləmək olmasın, bütün yeməkləri dadlı bişirirəm. Çünki sevgimi də qatıram. Mən nə iş görürəmsə onu sevə-sevə görürəm. Başdan sovdu heç nə etmirəm.

 

- Hansısa universitet və ya kollec bitirmisiniz?

 

Bəli, ATU-nu. Məktəbdə də, universitetdə də yaxşı oxumuşam.

 

- Hansı fakültəni? Şübhəm yoxdu yaxşı oxumağınıza :) Saytda gördüyünüz işlərdən bəllidi...

 

Təşəkkürlər... Elektrotexnika fakültəsini.

 

- Bir dəfə maraqlı müzakirəmiz oldu. Bəlkə yadınıza gəlir. Mən sizə söylədim ki, siz mətbəxdən kənarda çox işlər görə bilərdiniz. Yəni düşüncəniz və potensialınız tək mətbəxlə bitməz sizin.... Siz də dediniz - hardan bildiniz ürəyimdən keçəni? :love: Misalçün evdar bir xanımlıqdan kənar hansı sahədə özünüzü görərdiniz? Marağınız ən çox hansı sahəyədir?

 

Düzü yazar və ya jurnalist olmaq istərdim. Məncə alınardı məndə. Kitab -dəftərsiz sanki havam çatmır. İçimdə nəsə yaratmaq, nəsə etmək enerjisi çoxdur. Bu saytı elə ona görə çox sevirəm ki, hardasa içimdə qalan o yazıb - yaratmaq enerjisini az da olsa saytda verə bilirəm. Amma admin olmasaydım daha çox şey edə bilərdim sayt üçün, vaxtım çatmır sadəcə...

 

- Saytda əksəriyyətin sevimlisinə çevrilmisiz. Bunu necə bacardınız? Yəni başqa saytların adminlərinə nə məsləhət görərdiniz?

Mənim bir xasiyyətim var. Özümü qarşımdakının yerinə qoymağı bacarıram. Heç vaxt şikayət etmirəm, hər şeyi olduğu kimi qəbul edirəm. Heç kimdən də gözləntim yoxdur. Bacardığımı edirəm, qarşılıq gözləmədən. Ona görə də məni tanıyan hər kəş çox istəyir. (Çox təvəzökaram deyəsən) :0100: Nəinki Adminlərə, hamıya məsləhətim odur ki. özünüzü qarşınızdakı insandan üstün tutmayın. Uşaq olsa belə ona şəxsiyyət kimi davranın. Heç kim, heç kimdən üstün deyil. Hamını başa düşməyə çalışın. Səbr və anlayış!

 

- Ancaq hərdən çox üzülürsünüz, əsəbləşirsiniz, hətta sayta belə gəlmək istəmirsiniz. ..

26 noyabr 2011 tarixindən bu günə kimi bu saytda olduğunuz üçün peşman deyilsiz ki?

 

Hə, olur elə vaxtlar, amma sonra fikirləşirəm ki, çox əziyyətim olub saytda yarıda buraxmağa haqqım yoxdur. Həm də məni sevən insanları necə tərk edə bilərəm. Mən vəfasız deyiləm axı... Qətiyyən peşman deyiləm. Burada özümü kəşf etmişəm. Gözəl insanları tanımışam. Dostlar qazanmışam.

 

- Ümumiyyətlə, mən sizin səbrinizə həsəd aparıram. Bu vaxt çərçivəsinda kimləri daha yaxından tanıdınız?

 

Səbrli olmağa çalışıram. Mən ancaq o adamla kobud olaram ki, onu həyatımdan birdəfəlik silim. Yoxsa onun üzünə necə baxa bilərəm?

Həm də qadın səbirli və təmkinli olmalıdır. Keçmişdə nənələrimizi özümə örnək götürürəm. Əslində çox insanın yeri ayrıdır mənim qəlbimdə, amma Aynur xanımı və Jalə xanımı yaxından tanıdığım üçün onlar fərqlidir. Onları özümə dost hesab edirəm.

Bilirsiniz, bəlkə də bu mənim xoşbəxtliyimdi ki, hətta həyat yodaşımı, oğlumu, qaynanamı belə istədiyim insana çevirə bildim... :0115: Səbrimlə, ağlımla , bacarığımla...


- Sizi bu saytda admin təyin edən bir adminəmiz daha olmalıdır - Aynur xanım....
Onunla münasibətiniz necədi?

  

Həəə... Aynur xanım... Çox gözəl! O qədər yaxşı insandır ki, hətta bacım qədər sevirəm onu... Bir məsuliyyətsizliyi olmasa ideal bir admin və xanımdır. Gözəl ürəyi, kəskin zəkası, s ürətli düşünmə qabiliyyəti var. Kaş ki, onu sayta bağlaya bilsəydim :winked:

 

- Həyat şüarınız bəs nədir?

 

Həyat şüarım: Bacarmıram sözü yoxdur mənim üçün! İstədiyim hər şeyə nail oluram.
 

- Qatılıram istədinmi, olur. Saytımızda yetərincə boşanan ailələrlə rastlaşırıq. Ümumiyyətlə, həyat təcrübənizə əsaslanaraq yeni ailə qurmuş insanlara nə məsləhət görərdiniz?

 
Birinci - səbr, əmək, ağıl, güzəştə getmək, lazım gəldikdə göz yummaq... Qadın bunlara malik olmalıdır. İnanın ağıllı qadın çöl kişisini belə ideal həyat yoldaşına çevirə bilər, bunun üçün zaman, səbr və əmək lazımdır. Bir də lap kişi xəyanət etsə belə, yenə sən birinci olacaqsan. Boşansanız nə qazanacaqsınız, yenə də kiminsə ya əri ilə, ya da boşanmış biri olsa belə yenə ikinci, arxa planda siz olacaqsınız. Ona görə onu heç kimə hədiyyə etmiyin, qazanmağa çalışın...
 
- Sevinc xanım, həyatınızda hər şey sizi qane edirmi? Yəni nələrdən razı, nələrdən narazısınız?
 
Bəli, həyatımdan çox razıyam.
 
- Bildiyim qədəri ilə çox zənginsiz. Dünyanın ən böyük xəzinəsinə sahibsiz. Sevib, sevilirsiz.
Həyatda bu zənginliyə sahib olmaq üçün nələrisə qurban verdinizmi?
 
Həyat yoldaşım ayağıma daş dəyməyə belə qoymaz, daim arxamdadır, oğlum mənim göz yaşıma qıymır. Qaldı var dövlət. Mənim üçün heç önəmli deyil.
 
- Məncə də əsl zənginlik budur.
 
Bəli sevgi əmək istər. Karyeramı qurban verdim. İşləməyimə razı olmadı yoldaşım. Mən də razılaşdım.
 
- Bir adminə olaraq saytda əl işindən razı qaldığınız istifadəçilər olubmu?
 
Hə olub . İndi də var, amma ad çəkmək istəmirəm.
 

- Yaxşı elədiniz, çünki mən də düşündüm ki, ad çəksəniz çoxları inciyəcək :) Sonda saytla bağlı istifadəçilərə nə arzu edərdiniz?

 
Sizi çox sevirəm. Yaxşı ki, varsınız. Hamınızın yeri qəlbimdə ayrıdır. Bir onu deyim ki, xanımlığınızı unutmayın, kobudluq heç bir xanıma yaraşmır. Bir - birimizi başa düşək. Mehriban olaq. Burada gözəl, mənalı vaxt keçirək.
 
- Sizə təşəkkür edirəm ki, vaxt ayırdınız suallarıma cavab yazdıniz.
 
Mən təşəkkür edirəm. Çox bəyəndim heç belə səmimi olmamışdım. Deməli sual verməyi bacarmaq lazımmış... :winked:
Çox sag olun, Elgün bəy.
 
- Dəyməz, xoşdur...
 
 
P.S: Növbəti müsahibədə görüşmək ümidi ilə...

ruzgargulum | 25 may 2016 11:42 | Status: Brilliant user | Şərh: 2 493
Cox gozel suallar ve cox semimi cavablar. Elaaaa
dılay | 24 may 2016 23:02 | Status: Brilliant user | Şərh: 8 183
Sualları və cavabları sevə-sevə oxudum. Banu xanım sualların hər birinə səmimi şəkildə cavab verib
Allah butun arzu isteklerine catdirsin insallah.
Yagis_Negmesi | 28 noyabr 2015 09:06 | Status: Gümüş user | Şərh: 1 614
Sizi tanimagima cox wad oldum 0147
Cicim İncim | 5 noyabr 2015 00:43 | Status: Gümüş user | Şərh: 2 456
Maraqla oxudum...Banu xanımın xanımlığına , mehriban, səmimi bir qadın olmağına heç şübhəm də yox idi...
buxqalter | 28 oktyabr 2015 12:36 | Status: VİP user | Şərh: 1 212
Maragli fikirleriniz var.beyendim ve zovqle oxudum.iwlerinizde ugurlar
gece-gunduz | 1 oktyabr 2015 23:41 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: guldeniz
tanidigima wad oldum
guldeniz | 30 sentyabr 2015 18:10 | Status: Professional user | Şərh: 1 641
tanidigima wad oldum
SaFFir | 21 iyun 2015 23:08 | Status: Qonaq | Şərh: 0
Pozitiv enerjiynen doldum xeberi oxuyub)
Banu. | 12 iyun 2015 20:27 | Status: Admin | Şərh: 2 266
Sitat: hopeful-woman
Banu canim menim..

Hope canim menim seni cox sevirem darixdim))
Aykanur 15 | 26 aprel 2015 10:23 | Status: Qonaq | Şərh: 0
Tanidi gim ucun sad oldum 0144
ÇeşMə | 25 mart 2015 22:27 | Status: Gümüş user | Şərh: 75
Tanidiqma sad oldum
ayka wirinka | 21 mart 2015 13:37 | Status: Şərhçi | Şərh: 233
maraqli yazilib
Leyla Ezizli | 18 mart 2015 12:25 | Status: Şərhçi | Şərh: 372
Mən burada yeni olmağıma baxmayaraq banu xanımın müsahibəsini oxudum və çox istəyirəm Banu xanımı.Allah sizi xoşbəxt etsin canım mənim.Mənim də ailəm dağılıb öz səbrsizliyimə görə bununçün də özümü heç vaxt bağışlamıyacam.siz çox gözəl söz dediniz gərək qadın səbrli olsun əks halda öz həyat yoldaşını başqasına hədiyyə edər mənim kimi.
hopeful-woman | 26 fevral 2015 11:31 | Status: Professional user | Şərh: 133
Banu canim menim.....Seni o qeder cox isteyirem ki..en cetin ve cixilmaz anlarimda mene komek olmusan.Allah aileni,sevgini,xosbextliyi sene cox gormesin.her zaman sevib sevilesen. 0144
Nigar | 23 fevral 2015 17:07 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: TENHA_MELEK
Banu xanimi cox isteyirem.Hec bir zaman sozumu yere salmayib.Allah razi olsun.Allah bir omur boyu xosbext etsin.Yaxindan tanisliga cox sad oldum 0109
Banu. | 22 yanvar 2015 09:42 | Status: Admin | Şərh: 2 266
Cox sag olun ezizlerim xosh sozler ucun haminiza minnetdaram.YXshiki varsiniz.
Vetenperver | 21 yanvar 2015 17:31 | Status: Professional user | Şərh: 6 700
Müsabiqədə Sevinc xanım haqda hər şeyi bilirdim,şəxsən mənn yeni heçnə görmədim.Sevinc xanım özəl bir xanımdır,çox nadir tapındıdır.Qadınlarda az rast gəlinən məlahətlilik var bu xanımda.Olduqca sadə,kobudluqdan uzaq olan,hər zaman etik normalar çərçivəsində danışan,mülayimliyi,əsl qadınlığa xas olan cəhətləri bu xanımı hamıya sevdirib.
birdane | 21 yanvar 2015 13:33 | Status: Professional user | Şərh: 3 726
banu xanimi tanimagima sevindim ureyi temiz semimi xanimdir
sadəcə MƏN | 20 yanvar 2015 18:44 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
SULTANIM | 20 yanvar 2015 18:38 | Status: Ekspert | Şərh: 4 742
Banu xanimi, musahibe vasitesile daha da yaxindan tanimaq furseti yaratdigi ucun Elgun beye tesekkurler.
Banu xanim saytimizin heqiqetende ureyidir. Yeqinki, onsuz bu sayt olmaz.
Banu xanim size ailenizde olan o xosbextliyin daim olmasini, oglunuzun sevincini yasamanizi arzulayiram. O 1 oglunuzu Allah min budaq etsin.
Ay_Sun | 20 yanvar 2015 15:44 | Status: Brilliant user | Şərh: 13 408
Banu xanimi cox isteyirem.Hec bir zaman sozumu yere salmayib.Allah razi olsun.Allah bir omur boyu xosbext etsin.Yaxindan tanisliga cox sad oldum 0109
SEVDA | 20 yanvar 2015 15:24 | Status: Nəzarətçi | Şərh: 17 439
Tanıwlığa wad olduq,twk....
Elgun_Azizov | 20 yanvar 2015 13:42 | Status: Professional user | Şərh: 1 393
Növbəti müsahibəm layihə olacaq onun qalibiylə edəcəm.
boris arxan | 20 yanvar 2015 10:10 | Status: Professional user | Şərh: 4 784
her ikinize tewekkurler .Doqrudanda Banu xanim sebrli ve temkinlidi .yaxindan tanimaqima wad oldum .bele bir musahibenin SULTANIM XANIMNAN VE GULCIN XANIMNAN alinmaqin isterdim
Qiriq_qelb | 20 yanvar 2015 02:11 | Status: Qonaq | Şərh: 0
salam xajis edirem menimüseyfemi duzeıdin adminlarfen xahis edirem sexsi mesaj yazilmir
Banu. | 19 yanvar 2015 23:53 | Status: Admin | Şərh: 2 266
Sitat: Aytekin82
Ooooo Dəyməz, Elgün bəy.

Cox sag olun ikinizin de elinize sagliq.
Röyamsan. | 19 yanvar 2015 23:32 | Status: Brilliant user | Şərh: 6 102
Çox səmimi alınıb müsahibəniz. Çox sevərək oxudum. Müsahibəni oxuduqca Banu xanım mənə qaynanamı xatırlatdı. Həqiqətən çox səbirli insansınız Banu xanım. Sizin bu xasiyyətinizi çox sevirəm. İstərdim ki, məndə səbirli olum amma çox bacarmıram. Səbirli insan deyirlər Allahın sevimli bəndələrindən biridir. Sizə uğurlar arzu edirəm Banu xanım. Hər zaman belə qalın!
Aytekin82 | 19 yanvar 2015 22:39 | Status: Brilliant user | Şərh: 6 587
Sitat: Elgun_Azizov
Redakte etdi: Aytekin_82
Təşəkkür!


Ooooo Dəyməz, Elgün bəy... love
drop | 19 yanvar 2015 22:36 | Status: Gümüş user | Şərh: 2 448
semimi musahibe ucun tewekkurler.heqiqeten de mehriban xanimdi banu xanim.indiye kimi kimlese sert daniwdigini gormemiwem.
Nazlı_Kız | 19 yanvar 2015 22:01 | Status: Brilliant user | Şərh: 6 473
Sitat: gulcin70

Çox sağol, Gülü. love Sən necəsən?

Şükür xala can sizi görən də lap yaxşı oluram 0109