Münasibətlər / Testlər

Səbrlisən? (test)

Aytekin82 | 13-04-2014, 19:30
5 991 49
 

 

Başqa insanların fikrini dinləyirsən? Ona hörmətlə yanaşmağı bacarırsan? Səbrli insansan?

Bunu  yoxlamaq üçün sizə test təqdim edirik. Ümid edirik ki, səbrinizin hansı vəziyyətdə olduğunu ölçüb bundan nəticə çıxaracaqsınız.

Qeyd: Suallara tez və düşünmədən cavab verin.

1. Sizə elə gəlir ki, ağlınıza çox gözəl bir ideya gəlib. Lakin bunu heç kəs bəyənmir və dəstəkləmir. Bu zaman siz kədərlənirsiniz?
a) Bəli
b) Xeyr

2. Siz dostlarınızla görüşürsünüz və kimsə söyləyir ki, oyun başlasın. Siz nə təklif edərdiniz?
a) Bu oyunda ancaq yaxşı oyunçular iştirak etsin
b) Eybi yox, oyunun qaydalarını bilməyən də, iştirak etsin

3. Sizə xoş olmayan xəbəri sakit bir şəkildə izləyə bilərsiniz?
a) Bəli
b) Xeyr 

4. İctimai yerlərdə sərxoş insanların peyda olması sizi qıcıqlandırırmı?
a) Başqa insanlara heç bir narahatçılıq törətmirlərsə və sərhədləri aşmırlarsa, bu mənə qətiyyən təsir etmir.
b) Özünü idarə edə bilməyən insanlara həmişə nifrət etmişəm

5. Başqa peşə və mövqeyi sizinlə eyni olmayan insanlarla asan ünsüyyyət qura bilirsinizmi? 
a) Bunu etmək mənim üçün çətindir
b) Mən belə çeylərə fiir vermirəm

6. Sizə edilən zarafatlara necə reaksiya verirsiniz?
a) Mən nə zarafat, nə də zarafatcıl insanları sevirəm
b) Zarafat xoşuma gəlməsə də, eyni reaksiya ilə cavab verərəm

7. Bu fikirlə razısınızmı ki, "insanların çoxu öz yerində oturmur və öz işini görmür” ?
a) Bəli 
b) Xeyr

8. Hansısa tədbirə və  ya  məclisə dostunuzu da özünüzlə birlikdə gətirirsiniz və o, bütün məclisin diqqət mərkəzinə çevrilir. Buna münasibətiniz necə olar?
a) Sözün düzü, bu mənə pis təsir göstərər. Çünki bütün diqqətlər mənim deyil, onun üzərindədir
b) Mən sadacə olaraq sevinə bilərəm

9. Qonaqlıqda yaşlı bir insanla oturmusunuz. O, yeni nəsli tənqid edir, köhnə nəsli tərifləyir və nümunələr gətirir. Bu zaman siz nə edərsiniz?
a) Mülayim bir şəkildə üzr istəyib oradan uzaqlaşaram
b) Mübahisə edərəm

İndi isə ballarınızı hesablayın: 1b, 2b, 3b, 4a, 5b, 6b, 7b, 8b, 9a - 2bal

 (digər variantı seçmisinizsə, boş buraxın, yəni, 0 bal hesablayın)
                                   

 Nəticə

 0 – 4 ball: Siz zarafatcıl deyilsiniz. Bağışlayın, amma çox tərssiniz. Belə bir təəssürat yaranır ki, siz fikir və mövqeyinizi insanlara sırırmaq istəyirsiniz. Tez-tez səsinizin tonunu yüksəldirsiniz. Belə bir xaralterlə insanlarla normal ünsiyyət, münasibət qurmaq çətindir. Onlar  sizin etdikləriniz və dediklərinizlə razı olmaq məcburiyyətində deyil. İnsanları  özündən çıxartmayın.


6 – 12 ball: Fikirlərinizin üstündə qətiyyətlə durmağı bacarırsınız. Buna baxmayaraq siz insanlarla dialoq zamanı, həqiqəti ayırd edərək öz fikrinizi (səhv fikrinizi) dəyişə bilərsiniz. Hərdən olur ki, həmsöhbətinizə qarşı çox laqeyd davranır və hörmətsizlik edirsiniz. Belə olan halda siz mütləq həmsöhbətinizə qalib gələ bilərsiniz. Çünki o, həssas xarakterli insan ola və bundan küsə bilər. Sizcə, dürüst və vicdanla qalib gəlmək qalarkən cığallıq edərək udmaq düzgündürmü?


14 – 18  ball: Əminliyinizlə ağlınız bir-birinə uyğundur. Siz ilk baxışdan düzgün qərar verə və nəticə çıxara bilərsiniz. Hətta onu dəstəkləməsiniz belə. Özünüzə qarşı hədsiz dərəcdə tənqidi münasibət göstərirsiniz. Eyni zamanda böyük ustalıq və taktika ilə qarşıdakı insanın səhv düşüncələrini dəyişdirmək qabiliyyətinə maliksiniz. Bu baxımdan sizi səbrli insan kateqoriyasına daxil etmək olar.



B.Fereh | 24 mart 2016 21:29 | Status: Nəzarətçi | Şərh: 6 975
Test etmeye ehtiyac yoxdu,hami bilir ki,cox sebirsiz insanam:((
ESMERRi | 9 mart 2016 14:25 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Yagis_Negmesi
xeyr cox sebrsiz insanam qerarim catib bu testide ede bilmedim men hec
Yagis_Negmesi | 1 dekabr 2015 01:52 | Status: Gümüş user | Şərh: 1 614
xeyr cox sebrsiz insanam qerarim catib bu testide ede bilmedim men hec
Zerine | 28 avqust 2015 12:10 | Status: Qonaq | Şərh: 0
Aferin xosum geldi
Elcin sangu | 6 avqust 2015 22:59 | Status: Şərhçi | Şərh: 238
Hamisini duz tapdim
esma inci | 8 may 2015 15:58 | Status: Gümüş user | Şərh: 1 096
6 bal oldu belede maraqli gelmedi
lady sweet | 9 aprel 2015 04:05 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: Girl
Bu testi etməsəmdə bilirəmki səbirsizəəm...)))))))))))))))
leyla_nazim | 8 aprel 2015 22:17 | Status: Qonaq | Şərh: 0
Men topladim 8 bal ama mene 0- 4 bal duz gelir
Bəlkə1Gün_Unudaram | 11 yanvar 2015 23:04 | Status: Qonaq | Şərh: 0
Başa düşmədim testi
EZEL BEKIROVA | 29 iyul 2014 00:11 | Status: Qonaq | Şərh: 0
off men hec ne anlamadimeee bunu nece hesablayiirlaaar mene komek edindee????? crying
indra | 25 iyun 2014 01:37 | Status: VİP user | Şərh: 908
Biraz düz gelir
Aytac Sükürova | 14 iyun 2014 17:30 | Status: Qonaq | Şərh: 0
Ufffffff maraqsizdir 0121
Nergiz love | 13 may 2014 23:59 | Status: Professional user | Şərh: 7 871
NESE ANLAMAIM
Sirinim555 | 27 aprel 2014 16:39 | Status: Şərhçi | Şərh: 432
duzdu,,,,,
Meryem_Duyqu | 18 aprel 2014 18:25 | Status: Yazar | Şərh: 4 130
Səbirsizəm...Amma test əks nəticəni verdi.
dream reality | 18 aprel 2014 17:06 | Status: Professional user | Şərh: 1 449
Men cox sebrliyem amma yene de ALLAHdan ozume sebr dilyirem
Girl | 17 aprel 2014 16:22 | Status: Professional user | Şərh: 8 206
Bu testi etməsəmdə bilirəmki səbirsizəəm...)))))))))))))))
pirenses | 17 aprel 2014 14:21 | Status: VİP user | Şərh: 1 397
Sitat: HaziranGecesi
Sitat: Nailya
tez-tez Allahdan özüme sebir dileyirem....

menimde en boyuk dileyim senin kimi allahdan sebr dilemey olub ..allah hamiya sebr versin seber her seyin acaridi..
HaziranGecesi | 17 aprel 2014 02:13 | Status: Şərhçi | Şərh: 273
Sitat: Nailya
tez-tez Allahdan özüme sebir dileyirem....
Black_sTaR | 16 aprel 2014 00:06 | Status: Professional user | Şərh: 846
Sitat: Röyamsan.
Sitat: Black_sTaR

Kawki oda Harda sende))))
Neyniyim tərgidə bilmirəm. wink


Bilirəm yaxşı bilirəm. winked
BULUTUM | 15 aprel 2014 20:54 | Status: Professional user | Şərh: 7 387
Hec uygun gelmedi.
Ay_Sun | 15 aprel 2014 18:19 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Lumia
Teste ehtiyac yoxdu,cox sebrsiz ve hovselesizem.Tesekkurler Aykam.

Aynen
SEVDA | 15 aprel 2014 18:19 | Status: Nəzarətçi | Şərh: 17 439
tez-tez Allahdan özüme sebir dileyirem....
Nurus. | 15 aprel 2014 01:31 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Black_sTaR
Sitat: Nurus.

Allah sizi guldursun heeee.Ay Elşen,sene sebir diliyorum bu qizin elinden.
Çoooox səbrisizdir... Nuruş. winked

Gor neynirsende.Bunun sebrini yalniz sen duzelde bilersen.Men ele bilirdim menden sebirsixi yoxdu?
Röyamsan. | 15 aprel 2014 01:28 | Status: Brilliant user | Şərh: 6 102
Sitat: Black_sTaR

Kawki oda Harda sende))))
Neyniyim tərgidə bilmirəm. wink


Sitat: Nurus.

Allah sizi guldursun heeee.Ay Elşen,sene sebir diliyorum bu qizin elinden.
0105 0105
Black_sTaR | 15 aprel 2014 01:21 | Status: Professional user | Şərh: 846
Sitat: Nurus.

Allah sizi guldursun heeee.Ay Elşen,sene sebir diliyorum bu qizin elinden.
Çoooox səbrisizdir... Nuruş. winked
Nurus. | 14 aprel 2014 17:49 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Black_sTaR
Sitat: Röyamsan.
Kaşki səbirli olardım. winked

Kawki oda yarda sende))))

Allah sizi guldursun heeee.Ay Elşen,sene sebir diliyorum bu qizin elinden.
Nara88 | 14 aprel 2014 17:29 | Status: Professional user | Şərh: 4 253
14 – 18 ball: Əminliyinizlə ağlınız bir-birinə uyğundur. Siz ilk baxışdan düzgün qərar verə və nəticə çıxara bilərsiniz. Hətta onu dəstəkləməsiniz belə. Özünüzə qarşı hədsiz dərəcdə tənqidi münasibət göstərirsiniz. Eyni zamanda böyük ustalıq və taktika ilə qarşıdakı insanın səhv düşüncələrini dəyişdirmək qabiliyyətinə maliksiniz. Bu baxımdan sizi səbrli insan kateqoriyasına daxil etmək olar.
wassat lol menem sebrli???ozumu sebrsiz bilirem,ama test niye bele cixdi bilmirem))
Black_sTaR | 14 aprel 2014 16:54 | Status: Professional user | Şərh: 846
Sitat: Röyamsan.
Kaşki səbirli olardım. winked

Kawki oda Harda sende))))
Lumia | 14 aprel 2014 16:18 | Status: Professional user | Şərh: 5 378
Teste ehtiyac yoxdu,cox sebrsiz ve hovselesizem.Tesekkurler Aykam.