Münasibətlər / Sevgi

Adsız SEVGİ

MELUMAT-MERKEZI | 8-03-2012, 20:05
8 046 52

Adsız SEVGİ

 

Lütfən “Romeo and Juliet”i seç !!!

Leylacaan ( sənə həmişə belə müraciət etmişəm və hər zaman da belə edəcəm, illər keçsədə...) salam! necə olduğunu soruşmuram, çünki, bilirəm cavabın gəlib mənə çatmayacaq. Məni sorüşmaq istəsən Tanrıdan sorüş, çünki, BİZİM aramızda yalnız bir vaistəçi var, o, Tanrımızdır. Bax yenə həmişə olduğu kimi bu yazıda da səni təəccübləndirəcəm. Bilirəm, bu yazını hər kəs kimi səndə gözləyirdin, amma sən tam fərqlı yazı olacağını, digərləri isə tam ayrı yazı olabiləcəyini təhamul edərkən, təəccübə yer var.

            Bax indi nə yazacağımı bilmirəm, buna da təəccüblənmə, axı heç kimin bilmədiyi həqiqətləri yalnız sən bilirsən. Mən sənə həsr etdiyim ilk yazı 14 Fevral – SEVGİLİLƏR GÜNÜNƏ təsadüf etmişdi, buna hər ikimiz çox sevinirdik, o yazı ilə münasibətlərimiz içtimailəşmdi. Hər kəs bizdən danışır, sən deyirdin, bax hər kəs bizdən danışıreee... bu yazı isə tamamən fərqli münasibətləri ifadə edəcək. bu dəfə heç bir sevgi etirafı və ya məhəbbəti təcəsüm etdirən hekayə olmayacaq. Hə, həyat qəribədir, hər şey dəyişə bilər. Əgər xatırlayırsansa, 23 fevral səhəri səni götürməkçün gəlirdim, sənin kimi qəşəng hava və səssiz və donmuş küçələr, və gəlişim səninçün əla surpiriz olan bir gün. Mobillə danışırdıq, sənə yüz metrlərlə məsafələr qalırdı, sənə dedim, “Leylacaan Tanrı hələ elə bir qüvvə yaratmayıbki, BİZİ ayıra, o yoxdur”. Amma sən demə mən səni boyda ayrıcı “varlığı” görməmişəmmiş.

            Mən hardan bilərdimki, sən bir gün mənə yazacaqsaki, BAĞIŞLA MƏNİ, MƏN SƏNİ SEVMİRƏMMİŞ, SƏNİ DƏ, ÖZÜMÜDƏ ALDADIRANMIŞ, MƏN SEVƏ BİLMİRƏM. Duzdu bu sadəcə “şok”dur. Amma neynəyək, həyat qəribədir... Mən sənin qərarına hörmətlə razılaşdım. Həmişə sən qarşımda susurdun, donmuş təbiət olurdun və susqunluğunla razılıq edirdinsə, amma bu dəfə hər şey tərsinə oldu, mən sənin yerində oldum- min illik buz parçasına çevrildim...

Hə indi artıq BİZ deyilən bir şey yoxdur. Bağışla bir az fasilə verirəm yazıya- bir siqaretin yanım sonməsi qədər(16:06-16:17)... Qoy hər kəs bilsin BİZ aramızdakı münasibətlər bitdi. Hə bilirsən bunu etiraf etmək çətindir, amma sənin kimi məndə etməliyəm. İndi insanlar sual edirlər, sörüşurlar, yəqin bunu oxuyandan sonra daha nə səni, nə də məni narahat etməzlər... səbəblər və manələr qoy bizimçün sirr qalsın...

Xronika: İndi hər şey bitib, keçmişə qaytmaq və xatirələri əzizləşdirmək çətindir. Mən buna heç cəhd də etmirəm. Olan-oldu, keçən keçdi, olanlara “keçmiş deyərlər”. Sadəcə bir neçə əzizləşmiş və xatirələrmizə həkk olunmuş məqamları sonuncu dəfə sənsiz yaşayacam, amma bağışla sənin kimi “ƏLVİDA” deyə bilməyəcəm. Xatırlayırsan, mənə demişdin, 8 Martda BİZƏ aid yazı yazarsan. Bax yazdım, bu da “adsız yazı”. Oxuyarsan, özün də adını qoyarsan. Mən sadəcə donmuş və susqun LEYLA olmuşam. Bu gün sonuncu dəfə şəkillərinə baxacam, 573 smsini oxuyacam və səni vərəqləyəcəm. SƏNƏ GÖRƏ seçdiyim, SƏNƏ GÖRƏ sevdiyim əşyaları və xatirələrdən ibarət “qaleriya” yaradib, atacam otağın bir küncünə. Sonra sənə aid olan hər şeyi bir qovluğa atıb, üstünə yazacam “ 45 günlük”... necə də yaxşı səslənir 45 günlük, axı kimsə bilmir 45 rəqəmi bizimçün necə də əziz idi. Aramızda  26+19= 45 ifadəsinə gələn anlar varki, heç vaxt unudulmazdır. Görüş yerinə 45 saniyəlik, 45 dəqiqəlik zaman və məsahə qalan anlar!!!. Bundan sonra aramızdan bəlkə də, 45 illik zaman və məsafə keçəcək. Hər gün daha çox zaman və məsahələr bizi bir-birmizdən uzaqlaşdıracaq. Amma zaman nə qədər qəddar olsa da, XATIRƏLƏR bir o qədər, insaflıdır. Xatirələr zamanla bu mənada düşməndir, o hər şeyi yaxınlaşdırır.

 İndi bilirsən hansı musiqiyə qulaq asıram? “ bən səni sevməyi SEVDİM (Nilufər)”... bilirsəndə aramızda olan tam bağlılıq düz 45 gün çəkdi. Amma bir şeyi etiraf etməliyəmki, bu 5 illik ən gözəl və ən maraqlı tarixçəmdir, BİZ bu müddətdə bir-birmizə könüllü və təmənnasız tabe olduq. Bəli sən bu müddətdə tam mənə aid oldun. Mən görməməyə bilmərəm. Buna görədə TƏŞƏKKÜR SƏNƏ! Amma hər şeyin sonu var deyiblər, BİZİM sonmuzsa çox tez gəldi, həmdə hər şeyin gözəl keçdiyi vaxtda... Ölkədə hər kəs 26 Fevral SOYQIRIM kədərini yaşayarkən, həmin gün, məhz 26 fevralda sən mənə daha bir acı yaşatdın. Səmimi deyirəm, çox sağ ol !!! bax görursən öncə təşəkkür, sonra “sağ ol” gəldi.

Sual :Mən sənə demişdimki, BİZ bu münasibətlərə tam cidiyyətmizlə girməliyik, bizi böyük audotiriyalar tanıyır. Yanlışlıq etməyək ki, sonra da sorumlu olmayaq. Amma sən mənim cidiyyətmi nəzərə almadın. Mən səninlə tam fərqli və ideal həyat yaşamağı və ideal çütlük, nümunəvi həyat-ömür yoldaşı olmağı görürdüm. Bəs ne oldu? sənə sual verirəm niyə bunu mənə etdin? NİYƏ MƏNƏ??? Hə yəqin cavabın var, amma N.Bonapart deyirki, uğursuzluğun 1000 səbəbi olabilərsə, bir bəhanəsi olabilməz”( ona nifrət etmə, o Dahidir).

 Bəlkə, bəzi adamları təbrik edək? onlar “qazandılar”. Amma sənə bir söz deyimmi, həmişə təəccüb etmişəm, sən niyə o adamlara ünsiyyətdəsən? Heç bilirsənmiki, onlarla sənin arasındaki, məsafə heç vaxt yaxınlaşmazdır. Sən və o adamlar heç vaxt bir audotiriyada təsvir etməmişəm. Hər şeyni anladım, yalnız bundan başqa. Bəlkə,bu mənə görədir, amma hər halda mən sənə başqa DƏYƏR verdim. Həqiqətən sənə tam ayrı və fərqli dəyər verdim. Sənin başqa tərəflərini gördüm, hər kəs sənin gözəlliyini sevdiyi və buna görə dünyalardan keçdiyi halda, mənsə tam ayrı profilini görmüşdüm. Bunu da yaxşı bilirsənki, onlar heç vaxt bunu görməyəcəklər. Nə isə... insanlıq döğuşdan belədir, dəyər verəni yox, dəyəri verə biməyəni seçər. Bu təkcə sənin “günahın” deyil. Düzdü sən zərif cinsin nümayəndəsisən, amma mən səni “qadın” hesab etməmişəm. Daha yüksəkdə görmüşəm. Təsəvvür edirsən hər hansı yazımda sənin gözəlliyindən bəhs etsəm necə  yazaram?  İnan belə təqdimatı nə “Kant” festivalında, nə də “Oskar” mükafatı təqdimatı zamanı qaliblərə (xususi ilə qadınlara) belə sözlər müraciət etməyiblər hələ... amma heyf artıq o  gözəlliyin mənim deyil ...

Amma nə etmək olar; GÜCLƏ GÖZƏLLİK YARATMAQ OLMAZ !!!

Xatirələr: “Ağlama, axı sən uşaq deyilsən, məni unutmamağa cəhd etmə, axı mən Allah deyiləm”( J), amma görək bu mümkündürmü ??? İstəsəm burda daha kövrək və həssas məqamlara toxuna bilərəm, amma qoy onlar içimizdə sirr kimi qalsın. Amma bəzi xırda da olsada bunlarda şirin xatirələri paylaşıram; deyirdinki, telefonunu dəyiş, amma dəyişəbilmərəm, onun yaddaşında 573 smsın, 15 foto var və adlar menyusunda ilk dəfə SEVGİLİM yazılmış kontakt, ekranda isə aşağıda verilmiş şəkil var. Onun yaddaşında BİZƏ aid 400 saata yaxın danşıq vaxtı var 3 ay ərzində, sən riyaziyyatı yaxı bilirsən hesabla gör neçə sutka edir. İndi de, necə onu “satım”??? Sən heç bir bu sualıma cavab verə bilməzsən...

 Deyirdinki, qol saatını düzəltdir, bağışla bunu da edə bilməyəcəm, axı istəmirəm gözümün qabağında onun əqrəbləri zamanı göstərməklə səni məndən daha çox alsın. Deyirdinki, sən sevəbilməzsən,amma yox sən ... BİZƏ aid müqəddəs yollar və yerlər varki, sən hər dəfə ordan keçmək məcburiyyətindəsən. Saçında əlimin izi, əlində ətrimin qoxusu, baxışında şəkilim, getdiyin yollarda yolçuluğum, dinlədiyin musiqilərdə səsim qalıb. Xahiş edirəm bir daha snikers yemə, heç vaxt qırmızı geyinmə, yağış yağanda altında islanma, mənim sevdiyim və sən adlandırdığın kimi “mənim musiqilərmə” qulaq asma, amma hər dən “ƏZİZİM FELİNİ” filminə bax. O, mənim, ümidləri ölməyən, həyatla çarpışan bir QƏHRƏMANIN filmidir. Hə, mən səni unuda bilməyəcəm, axı necə unuda bilərəm, qırmızı palaz üzərində yerişini, adını bilmədiyim ətrini... axı hər gün qırmızıyla, hər fəsil yağışla qarşılaşacam, hər gördüyüm qırmızının altından adını yazacam, hər yağışda islanmış saçını axtaracam. Heç bir varlıq bunları yaşamamağı və unutdurmağa hökm edə bilməz. Bax, həqiqətən Tanrı belə qüvvə yaratmayıb. Hansı qüvvə musiqi portalarında “o mahnıları”, hansı qüvvə arxivlərdən “o filimləri”, hansı qüvvə yaddaşlarmızdan bu xatirələri silə bilər??? Heç nə...

Bir neçə şeyə təəssüf edirəm, sən Totuşu  görə bilmədin, o, mənim telefonumu hər dəfə görəndə “Yeya” deyir, yəqin zamanla tərgidəcək, bəlkədə, illər keçəcək, o böyüyəndə kimsə, elə bəlkə mən özüm səni onun yadına salacamki, sənin 2 yaşın olanda ... hələ 59 nomrəli maşurutu demirəm, mən Bakını sonuncu dəfə SƏNƏ GÖRƏ sevmişdim, əgər bu “gözəlçə” Bakıda təkcə nəqilliyat vaistəsi 59 olsa, onunla yol getməyəcəm. Bilirsən, SƏNƏ GÖRƏ kart oynuna nifrət edirəm, heç vaxt oynamaram. Dostum bir dəfə mənə sual verdi ; ən çox sevdiyin şəhər onun doğulduğu şəhərdir? hə, elədirki, var.

Mən yenə Unversitetin podyumu adlandırdığım yollarında xoşbəxt cütlükləri görəndə “paxıllıq” edəcəm. Bax, yenə də köhnə fikirlərimə qayıtdım, görursən, düz fikirləşmişəmiş uşaqkən, “adam sevdiyi ilə evlənməz”. Hə mən yanılmamışam. Bir şey daha var, sən onu bilərsən, mən nə vaxtsa özümü DAHİ hesab edəcəm. Onun zamanını sən bilirsən.

Mən sənə verdiyim hər bir sözü tutdum, bax bu yazı da sonuncu tutduğum söz olacaq, təkcə bir şeyi tutmadım, o da siqareti buraxmağı. Bir də bir söz var onu tutmasam, nə vaxtsa məni bağışlayacağına sən söz vermisən. SƏNƏ GÖRƏ çox seyi bəyəndim-sevdim, SƏNƏ GÖRƏ heç vaxt etmədiklərimi etdim. Bütün hər şeyi- xırda da olsa etdiklərimi sənə halal edirəm. Onları sevdiyim və sevərək etdim. Amma məni bağışla, heç vaxt səni bağışlamayacam.

İndi Milli Kitabxanada oturmuşam. Elə səninlə bir dəfə görüşümüz burda olmuşdu, xatırındadır mən  çox  gecikmişdim... nə isə..! son sözüm olmasada, bu yazını da burda yazdım. Bax sağ qolumda əqrəbləri sənin kimi donmuş qızıl saat, boynumda qara şarf var, onlar kı, sənə çox tanışdır. Mənimçün hər şeyin felin keçmiş zaman anlayışı var, hər şey keçmişdə olub deyə ifadə edə bilərəm, amma heç vaxt səni keçmişdə ifadə edə bilməyəcəm. Hə mən 14 Fevral və 8 Martda heç kimi təbrik etməməliyəm. Hər il, bu günlər sənin adına bir şam yandıracam. Bax artıq sənin bir hədiyyən var, bu yazı, amma yaşanan SEVGİ deyil, yaşadılan SEVGİ  kimi.

 Diqqətlə oxusan bu yazını, ən çox işlətdiyim söz “amma” oldu, kaş “amma”lar və “ammaların” olmazdı, kaş...

Nə isə sözüm boldu, tükənməzdi, həmdə sənə gəlincə bitməzdi, axı sən mənim ilham yerim və həyat stimulumsan. Bu gündən və bundan sonra sənə daha “məsləhət” verməyəcəyəm. Amma bir şey deyim qulağında sırğa et; XOŞBƏXTLƏRÇÜN BİR HƏYAT, BƏDBƏXTLƏRÇÜN BİR NEÇƏ HƏYAT VAR. Hər zaman səni XOŞBƏXTLİYİNİ və heç bir addımında peşmançılığını çəkməyəcəyini görmək arzusu ilə arzulayacağam. Qoy sənə sonuncu dəfə sevgilim deyim, SEVGİLİM XOŞBƏXT OL !!!.

Yadındadı, sənə ilk dəfə səhər tezdən dərsə gələndə qırmızı gül almışdım? Dərsdən çıxanda, dedin, eee  gülüm solub. Bizə su və qab lazım idi, bax bizə su qabı verən xala, yeməkxanadakı xidmətçi xanımlar səni və ya məni görüncə BİZİ sorüşacaqlar, yaxşısı budurki, onların yanına getmə. Nə isə xatirələr... əzizdir. Yəqinki, nə vaxtsa daha böyük xatirələrimi yazacam, adın orda olmasada bilki, səndən bəhs edəcəm.

Sənə ilk sevgi etirafmı müqəddəs kitaba çevrilmiş vərəqlərdə etsəm də, amma geniş oxucu audutoriyasına və dostlarmıza bu saytda- AZADQADINda etmişdim, elə son məktubumu da burda yazdım.

P.S Çox şeyi unutdum. Yağışdan, qırmızıdan, islanmış saçlarından başqa, Yenə yağış yağacaq, saçların islanacaq, deyəcəksən eee, amma mən yanında olmayacam. Sən, Yağış, Qırmızı sırğalar və Mənsizlik...

Sözüm bitmədi. But  “that's enough” 22. 02. 2012. dəniz qırağı, qağayılar!!!

 


 

  1. Nigar | 23 fevral 2014 20:04 | Status: Gümüş user | Şərh: 6 064
    Sitat: Princess_93
    ayriliqlar olmasaydi...

  2. elif12 | 31 avqust 2013 01:40 | Status: Şərhçi | Şərh: 343
    adamda hovsele lazimdi ne uzund hekayedi
  3. Girl | 25 mart 2013 10:54 | Status: Professional user | Şərh: 8 206
    niye camati agladirsiz agliyacameeeeeeeeeee n36
  4. Billurə | 10 mart 2013 15:01 | Status: Professional user | Şərh: 4 892
    seadet oz elimizde deyil ( ne yazik ki(
  5. Princess_93 | 10 dekabr 2012 13:37 | Status: Brilliant user | Şərh: 5 877
    ayriliqlar olmasaydi...
  6. nurashka | 17 iyul 2012 17:20 | Status: Qonaq | Şərh: 2 167
    Yadındadı, sənə ilk dəfə səhər tezdən dərsə gələndə qırmızı gül almışdım?

    OTEN GUNLERIMI QAYTARAYDILAR GELEN GUNLERIMI QURBAN VERERDIM :n27:
  7. OZ_DUNYAMIZ | 9 iyul 2012 20:52 | Status: Gümüş user | Şərh: 1 205
    YAMAN COX OLDU AMMA
  8. Havin | 8 iyul 2012 23:13 | Status: Şərhçi | Şərh: 69
    offf bu dunyada ayriliqlar olmasaydi...