Münasibətlər / Sevgi

Qismətimiz olan insanı necə tapaq? - hər şey bu qədər sadə imiş, gec də olsa öyrənin

Banu. | 8-03-2018, 16:05
1 376 0

Azadqadin.az sizin üçün qismətinizi tapmağın yollarını hazırladı:

Məhz sizin üçün bir yerdə bir nəfər dünyaya gəlmişdir mütləq...

Bu insan, hardasa bir yerlərdə gizlənir mütləq, elə deyilmi? Yoxsa siz düzgün adamın olmadığını düşünənlərdənsinizmi? O zaman sevgi də yox sizə görə! Bəlkə də eşq yalnız səhv adamlarla qarşılaşınca olur?

Siz bütün fikirləri bir tərəfə buraxın və həmin Doğru insanla qarşılaşmanın yollarını axtarın. Doğru insanilə qarşılaşmaq üçün ilk addım, buna hazır olmaqdır. Əslində bir əlaqəyə hazır olmadan addım atsanız, böyük ehtimalla səhv insanı özünüzə çəkərsiniz.

Ağır bir münasibətdən yeni çıxdığınızda, ürəyiniz hələ qırıq və yaralıykən, içinizdə intiqam atəşi bütün harayı ilə yanarkən, qarşınıza çıxa biləcək adamın doğru olması olduqca zəifdir. Buna görə əvvəlcə yaxşı istirahət etmiş bir ürək və ruha sahib olmalısınız.

Özünüzü yaxşı tanıyır olmanız, nə axtardığınızı bilmənizə və tapma ehtimalına daha çox yaxınlaşdıracaq. Elə isə necə bir şahzadə olduğunuzu bilmədən, uyğun şahzadənizi tapa bilərsinizmi? Əvvəlcə Qüsurlarınızı yaxşı bilin. Özünüzü yaxşı tanıyın. Nələrdən xoşlanmadığınızı, nələrə dözüm edə bilmədiyinizi təyin edin. Bəzi şeyləri görmək və bilmək üçün münəccim olmaq lazım deyil. Küfr edilməsini eşitməkdən heç xoşlanmırsınızsa, küfr edən bir adamla birlikdə olmaq sizə əziyyət gələcəkdir.

Fiziki görünüşünüzü qəbul edin. Siz kim olduğunuzu bilsəniz, güvənin artar. Qəbul etdiyiniz zaman, özünüzə güvənərsiniz və ancaq özünüzə güvəndiyiniz qədər gözəlsiniz.

Özünüzü yeni insanlarla tanış olmağa razı salmalısınız. İctimai ətraflar, birliklər, qruplar, yeni bir yoldaş ətrafı, hamısı sizin üçün yeni insanlarla tanış olmağa gedən bir yoldur. Bunlardan istifadə edin

Ancaq daha qiymətli və əhəmiyyətli olan bir şey var: Yeni tanış olduğunuz birini qəbul etmədən və ya rədd etmədən əvvəl yaxşı düşünün. Kim olduğunuzu yaxşı təsbit edin. Həqiqətən heç bir şəkildə qəbul edə bilməyəcəyiniz xasiyyətlərə görəmi rədd edirsiniz, yoxsa daha yaxşısını tapma xəyalindanmı?!