Münasibətlər / Psixoloji məsləhətlər

Qarğış və alqışlar hansı hallarda reallaşır?

Aynur_Qurbanqizi | 7-06-2014, 21:00
33 629 37
Qarğış və alqışlar hansı hallarda reallaşır?
 



İnsan maddi planetdə doğulduğu gündən ətrafında yaxşı insanlar da var, pis insanlar da. Planetimizə ona görə maddi deyilir ki, burda ideal və əbədi  heç nə yoxdur. Ruhi dünyadan fərqlənən maddi kainat həm bədxasiyyətli, xəbis,  həm də xoşxasiyyətli, gülərüz insanların evidir. Bir az obrazlı desək, yaxşı ilə pisin, xeyirlə şərin, müsbətlə mənfinin yanaşı yaşadığı və mübarizə içində olduğu bir yerdəyik. Kimimiz alqış etməyi sevsək də, aramızda elələri də var ki, ətrafındakılara daim qarğış və mənfi enerji yönləndirir. 

Məsəl var, deyir: "Söz var dağdan endirər, söz var dağa qaldırar”. Sözün qüdrəti, sirri danılmazdır.  Tanrının bu yaradılışı sözlə var etdiyi bütün dinlərdə qeyd olunur. Xüsusilə də, Avesta, Baqavad-Qita kimi müqəddəs kitablarda sözün özündə qüdrətli enerji daşıdığı haqda elmi təcrübələrlə uyğunlaşan dəyərli fikirlər var. İncildə, Quranda, Tövratda da bu haqda işarələrə rast gəlinir.

Son vaxtlar Avropa və Yaponiya alimlərinin apardığı elmi təcrübələr bu aşkar gerçəyi fakt olaraq ortaya çıxardı. Su üzərində aparılan təcrübələrdən yəqin ki, çoxlarının məlumatı var. Xüsusi kompüterə qoşulmuş suyun yanında öncə xoş sözlər, sonra isə pis sözlər söylənir.  
Birinci halda suyun tərkibi molekulyar olaraq dəyişir və təmizlənir, ikinci halda isə həmin suyun tərkibi yenidən dəyişir və çirklənir. Eyni prosesi Hindistanda bitən bir gül bitkisi üzərində də sınaqdan keçiriblər və eyni nəticə. 

Mövzumuza bu qədər uzun girişin məqsədi sözün nə qədər qüdrətli enerji daçıyıcısı olduğunu xatırlatmaqdır. Bu enerji ruhidir və maddi qanunlara tabe deyil. Cəmiyyətdə, ailədə, dostlar arasında, iş yerində nə qədər xoş aura yaransa, əhalımızın o qədər yüksək olduğunu hamımız hiss etmişik.

Adi sözlərdə hansı sirlər gizlənir?

 

 

Yəqin ki, ailə böyüklərinizdən çox alqış eşitmisiniz: "səni min yaşa”, "səni görüm min budaq ol” , "üzün hər iki cahanda ağ olsun” kimi sözlər nənələrimizin, babalarımız ən çox işlətdikləri alqışdır. Nənəm həm də deyirdi ki, əgər bir adam sidq-ürəklə deyilmiş alqış alarsa, o Tanrının ən çox sevdiklərindən olur. 

Ya da çoxlarımız müxtəlif səbəblərdən qarğışlar da eşitmişik. Bu qarğışlarda da mənfi enerji toplanıb və hətta bəzən onların həyata keçdiyi hallarına da rast gəlinir.  Qədim dini-fəlsəfi biliklərə görə, bu qarğışın haqlı və ya haqsız olmasından, onu edənin və onun ünvanlandığı subyektin daxili ruhi səviyyəsindən asılıdır. 

Psixoloq Xatirə Səfərovanın sözlərinə görə, edilən alqış və qarğışlar həm edənin özünə, həm də sözlərini yönəltdiyi insana olduqca böyük təsir edir: "Alqış və ya qarğış kəlmələrindən istifadə edəndə ilk öncə insanın öz energetik kanalları zərər görür. Neqativ durum həm insanın daxilinə, həm də xaricinə pis təsir edir, bu təsir qarşıdakına da yönlənir.
Hissləri ifadə etmək üçün istifadə etdiyimiz ən adi bir söz də bizim emosiyalarımızı  və duyğularımızı ifadə edir. Çoxlarımız milli adət-ənənədən və mentalitetdən  qaynaqlanan psixologiyamıza görə şər işlərdən və qarğışlardan uzaq dursaq da, bəzimiz hirsini soyutmaq, çarəsizlik və ya digər səbəbdən qarğış edir”.

Beləliklə, sözlərdə mənfi, ya da müsbət hansısa gizli enerjinin gizləndiyi ortaya çıxır. Minillərin o üzündən süzülüb gələn folklorumuz da əsasən bunların üzərində qurulub. Maraqlıdır, ilk baxışda adi görünən bu sözlərdə hansı möcüzə gizlənir? 

Alqışlar- "milli” dualarmızdır?

Tanrının insanlara göndərdiyi qutsal kitablarda qarğış və alqış barədə məlumat verilib. Bütün peyğəmbərlər məsləhət görür ki, dili duaya, alqışlara, mehribançılıq, sülh ifadə edən kəlmələrə alışdırmaq lazımdır.  
"Heç vaxt neyləyim, necə eləyim deməyəsən”,  "Ağ günlü, ağ əppəkli olasan”, "Allah balanı sənə çox görməsin”, "Evin abadan olsun”, "Balan bar gətirsin”, "Ürəyinə xal düşməsin” kimi milli dualarımız - alqışlarımız var.

Mütəxəssislər deyir ki, sözdə böyük enerji var. İnsanda olan mənfi və ya müsbət enerji də bu sözlə çarpazlaşdıqda yaranan enerji olduqca böyük təsir qüvvəsinə malikdir. İndiki elmin ağ və ya qara magiya adlandırdığı elm də əsasən sözün qüdrəti ilə var olur. 
Dünyada ən zəngin folklara malik olan Azərbaycan xalqının yazılı və şifahi ədəbiyyatında alqışlar daha çox yer tutur. Bu da xalqımızın sülsevər, mehriban və xeyirxah təbiətə sahib olduğunu ortaya qoyan faktlardandır.

Ümumiyyətlə, sözlərin, səsin vibrasiyası ətrafda energetik sahə yaradır ki, bu da bir enerji qəbuledici rolu oynayan insana təsirini göstərir. Bəzən elə mühitə düşürük ki, orada daha çox qalmaq, o insanlarla ünsiyyətdən, söhbətdən rahatlıq tapırıq. Demək, bu zaman onlardan müsbət enrji yayılır və biz də onu qəbul edirik.

Qarğışlara dinlərin münasibəti necədir?

Valideynlər, xüsusilə də analar, hisslərinə hakim olmaqda çətinlik çəkdiklərinə görə, bəzən uşaqları üçün özləri də istəmədən qarğış edirlər. Çox təəssüf ki, dövrümüzdə qarğış insanın özünü rahatlaşdırmaq üçün söylədiyi adi söz halını alıb. "Boyuna ip ölçüm”, "Üzünü mürdəşir yusun”, "Yolun gedər-gəlməzə düşsün”, "Ətin tökülsün”, "Allah sənə qotur versin, dırnaq verməsin”, "Adın daşlara yazılsın”, "Südüm sənə qənim olsun”, "Qanın daşlara dağılsın”  və s. kimi qarğışlar var.

 

 

İlahiyyatçı Ramil Əliyev deyir ki, bütün dinlərdə qarğışlardan istifadə məsləhət görülmür. Dil vərdişi ilə deyilən qarğışlar, dua vaxtına rast gəldiyində qəbul olur. Valideynlərin əsəbi anında etdiyi bir qarğış uşağına olduqca pis təsir edə bilər.
R.Əliyev bildirir ki, İslam dinində də qarğış etmək məsləhət görülmür: "Məhəmməd peyğəmbər həmişə yanındakılara deyib: "Özünüzə, uşaqlarınıza, mallarınıza da qarğış etməyin. Qarğışınız diləklərin qəbul edildiyi zamana tuş gələr və Allah qarğışınızı qəbul edər”. 
İlahiyyatçı bildirir ki, qarğış insana olduqca mənfi enerji və ağırlıq gətirir: "Qarğış edən də, qarğış edilən də bu ağırlıq altında uzun müddət əzilir. Qarğış var ki, anındaca təsirini göstərir, qarğış var ki, uzun illərdən sonra. Bu, bir növ lənətdir. 

Bilirəm, çox adam buna inanmır, amma bu gerçəkdir. Sözün qüdrəti böyükdür. Dil öyrəşdikdən sonra insan istəmədən də olsa qarğış edir, çünki bu artıq onun özündən asılı deyil, necə deyərlər, o artıq bu duruma adaptasiya olub”. 

Məhəmməd  peyğəmbərin qarğışı

Qeyd etdiyimiz kimi, Məhəmməd peyğəmbər müsəlmanlara qarğış etməməyi və dillərini alqışa alışdırmalarını tövsiyə edib. Amma tarixdə Məhəmməd peyğəmbərin də müsəlmanları bəladan qurtarmaq üçün qarğış etməsi ilə bağlı bəzi məlumatlar var. 
Belə ki, peyğəmbər İslam dininə təzyiq etmək istəyən xristianlara bir ay davamlı olaraq qarğış edir. Hər gün səhər namazının ikinci rükətindən sonra o dövrün xristian aləminin 7 ən tanınmış simasına qarğış edir, Tanrıdan onların cəzalandırılmasını istəyir: "Allahım, onları sənə həvalə edirəm, onları pərişan et! Onların hər ilini Yusif peyğəmbərin qıtlıq illəri kimi et,  onlara darlıq gətir!”
Maraqlıdır ki, sözügedən 7 nəfərin Bədr döyüşündə həlak olması barədə məlumatlar da var.

Ana südü qarğışa qalxandır?

Yaşlı nəslin nümayəndələri deyir ki, ananın qarğışı tutmur, çünki nəhs sözlərinin qarşısını ana ilə balanın arasında olan görünməz bağ tutur. O bağ nədir, bilirsinizmi? Ana südü. Bəli, ana südü ana ilə balanın arasında görünməz bir bağ yaradır və bu əlaqə balanı bütün nəhs sözlərdən və qarğışlardan qoruyur. 
Maraqlıdır ki, qarğışı tutan analar barədə də az eşitməmişik, bəzi vaxt balasına qarğış edən anaların qarğışı həyata da keçir. Düşünürsünüz ki, bu necə olur, bəs ana südü və gözəgörünməz bağ məsələsi necə oldu? 

Türkiyədə, Sofya tibb Universitetinin bir qrup araşdırmaçı alimi araşdırma aparıblar, məlum olub ki, ana südü ilə qidalanmayan körpənin anası ilə bəhs etdiyimiz xüsusi bağı yoxdur. Yəni ana əgər övladına süd verməyibsə onların arasındakı gözəgörünməz əlaqə olmur, sıradan bir münasibətləri olur. Ana qarğışının tutması da məhz bu zaman baş verir. Yaşlılar deyir ki, ata qarğışı daha tez təsir edir, çünki ata ilə övlad arasında nisbətən zəif əlaqə olur. 

"Avesta”-da ata qarğışı barədə nə yazılıb?

Ən təhlükəli və adamı tez tutan qarğış ata qarğışıdır. Hətta belə qarğışlar ölümlə də nəticələnə bilir. Bəşəriyyətin ilk müqəddəs kitabı olan "Avesta"da da bu barədə yazılıb. Kitabda tez-tez "Ulu Tanrı, Sən bizi ata qarğışına tuş eləmə!" söylənilir. 
Tanınmış astroloq, "Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli milli.az xəbər portalına müsahibəsi zamanı bildirdi ki, bir çox qədim mənbələrdə qeyd olunur ki, hər insanın ruhu ataya, fiziki bədəni - canı isə anaya tabedir, əgər ana qarğış edirsə, zərbə yalnız bədənə dəyir: "Bu baxımdan yol qəzası, sınıq-çıxıq, yanmaq və digər xəsarətlər baş verə bilər. Ata qarğışı isə birbaşa ruha zərər yetirir. Bunun da nəticəsi çox vaxt iki sonluqla bitir: qarğışa tuş gələn adam ya ölür, ya da havalanır (dəli olur). Yəqin elə bu səbəbdəndir ki, övlad xəsarət alanda, dara düşəndə ananın, öləndə isə atanın ürəyinə damır”...

Astroloq deyir ki, heç vaxt imkan verməyin ki, kimsə yaşadığınız evdə qarğış işlətsin: "Çünki bəzi bədxahlar hiyləgərlik işlədərək kimisə qarğıyanda öz evində yox, başqa yerdə qarğıyır, buna görə də mütləq kiminsə evinə gedir. Bununla da bütün ağırlığı getdiyi ünvana salır. Sadə dillə desək, göndərilən qarğış sizin evdə doğulur”.

Qarğışlar hansı enerjiyə və gücə malikdir?

Səbuhi Rəhimlinin sözlərinə görə, qarğış edənlər zəif, qorxaq və ən bədbəxt adamlardır: "Bir də görürsən ki, bir qadın öz ailə və uşaqlarına çörək bişirmək üçün xəmir yoğura-yoğura kimisə qarğıyır. Belələri bunların nə dərəcədə dəhşətli faciələrlə nəticələndiyini ağıllarına gətirmirlər. İstər xəmir yoğuranda, istər xörək bişirəndə, lap çay dəmləyəndə belə kimisə acılamaq, qarğımaq qətiyyən olmaz. Çünki həmin ərəfədə ağızdan çıxan qarğışlar yeməyə, çaya çökür və ailə üzvləri tərəfindən "həzm" olunur. Bununla da deyilən qarğışlar "əsl sahibinin" deyil, öz ailə üzvlərinin üzərinə düşür. Üstəlik, qarğınan adamların da ağırlığı uşaqlı-böyüklü bütün evdə olanların bədəninə çökür, əsəblərini tarıma çəkir”.

Qarğışın iki başı var?

Yeri gəlmişkən, maraqlı bir alqış da var bizdə. Əslində bu alqışdırmı, yoxsa qarğışdırmı, anlaya bilmədim. Düşünürəm ki, bu ikibaşlı diləkdir. "Allah ürəyinə görə versin” diləyi  ən çox alqış kimi istifadə edilsə də qarğış edəndə bu diləkdən istifadə edən də olur. Təbiidir, pis insana "Allah ürəyinə görə versin” demək ən böyük qarğışdır, eləcə də təmiz, saf insana alqış edəndə bu ifadəni işlədiriksə, ona ən yaxşı duanı etmiş oluruq.
Folklorşünas Sahil Babayev deyir ki, gerçəkdən də qarğışın iki başı olur. Amma ikinci tərəfə yönlənməsi də duruma görədir. Yəni, bu qarğış edənin kimliyindən asılıdır. Əgər qarğış edən özü mənfi enerjiyə malik insandırsa, qarğışın bir tərəfi ona da toxunur, çünki o, mənfi enerji ilə zəngin olduğu üçün neqativ enerjiləri maqnit kimi özünə çəkir. 
Əgər həmişə alqış edən biri təsadüfən qarğış edirsə qarğışı gerçəkləşir və özünə bir zərəri olmur. Çünki o pozotiv insandır, ətrafında müsbət enerjilərdən çəpər çəkilib, qarğış və mənfi enerji ona yaxın düşə bilmir.

Qarğışdan necə qorunmalı?

Astroloq Səbuhi Rəhimli bu suala cavabında bildirdi ki, qarğışdan qorunmaq üçün xüsusi üsullar var ki, bunlardan istifadə etməklə mənfi enerjiləri özünüzdən uzaqlaşdıra bilərsiniz: "Sizə qarğış edən adama heç vaxt arxa çevirməyin. Ona görə ki, hər bir adamın astral aurası ( bədəni əhatə edən ruhi sahə) kürək nahiyəsi tərəfdən "açıq" qalır və həmin yerdən onun biosahəsinə istənilən yad ünsür daxil ola bilər. Belə məqamlarda çalışın ki, qarğış edənlə üz-üzə dayanıb onun gözlərinə baxasınız. Bu xəstə adamlara şamil edilmir. Çünki naxoş və ya əlil olanların ruhu nasaz olur, magik təsirlərə qarşı mübarizə aparmaq üçün potensial gücləri olmur”
Qarğışdan qorunmaq üçün bir yol da var. Yəqin ki, siz də çoxlarının qarğış etdiyini və ya qarğışa cavab qaytardığının şahidi olmusunuz. Adətən məmləkət qadınlarımız qarğışlara cavab qaytararkən "ağzından çıxıb qoynuna dolsun", "ağzından qara yellər aparsın" və s. deyirlər. Əlbəttə ki, bu ifadələrin də müəyyən rolu var.

Səbuhi Rəhimli deyir ki, bəzi məsələləri dəqiq icra etmək lazımdır: "Məsələn, əgər siz qarğış edən adamın gözünün içinə baxıb yuxarıdakı sözləri söyləsəniz, heç bir təsirə məruz qalmazsınız. Bunun qarşı tərəfə təhlükə gətirəcəyindən qorxmayın, çünki bu cavab yalnız qarğışı necə deyərlər, öz yerinə qovur”.
 Bir şeyi də unutmaq olmaz ki, bütün bu prosesləri səssiz tərzdə həyata keçirmək lazımdır. Yəni, qarğış edənlərə yönələn cavablarınızı ürəyinizdə deməlisiniz. Əgər qarğışa heç bir cavab verməyib sakit durursunuzsa, auranız sizə deyilənlərin hamısını qəbul edir.

Alqışı necə almaq olar?

Qarğışlardan çox danışdıq, alqışları unutmayaq. Qarğışdan qorunmağı bildiyimiz kimi, alqış almağın yollarını da öyrənməliyik. Milli dualar olan alqışlar böyük əhəmiyyətə malikdir. Belə ki, sidq-ürəkdən deyilmiş alqışlar sizə yönləndirilmiş müsbət enerji deməkdir və bu da bir növ qalxan, qoruyucu rolunu oynayır.
Ahıl insanlar deyir ki, uşaqların və qocaların duası tez gerçəkləşir. Ona görə də onlardan alqış-dua almaq böyük uğurdur. Təsadüfi deyil ki, uzaq yola çıxanlar, yeni işə başlayanlar böyüklərin xeyir-duasını və alqışını almaq istəyir.
"Kitabi Dədə Qorqud” dastanından bilirik, oğuzlar döyüşə çıxanda  Dədə Qorqudun alqışlarını alıb sonra meydana çıxarlarmış. El ağsaqqalının sözü, duası, alqışı oğuz igidlərini hər bəladan qurtarardı.
        
Ədalətli qarğış və halallıq necə olur?

Tanınmış münəccim, filologiya elmləri üzrə fəlsəfə doktoru Firidun Qurbansoy isə deyir ki, ekstrasensor yöndə yanaşdıqda alqış və qarğışlar bir insandan digərinə ağ və qara enerji selinin ötürülməsi ilə müşaiyət olunur. Yəni, alqış edən şəxs özündən müsbət enerjini, qarğış edəndə isə qara enerjini ötürür: "Alqış zamanı insan hətta elə riqqətə gələ bilər ki, gözündən yaş gələ bilər. Qarğışda isə qara enerji seli axır". 

F.Qurbansoy da hesab edir ki, qarğışlar ikibaşlıdır. Qarğışın bir tərəfi onu edən insanın özünə dəyə bilər. Məsələn, kimsə kiminsə övladını qarğıyır, amma bunlar onun öz övladını da tuta bilər. F.Qurbansoyun dediyinə görə, qarğış edərkən bu, əsaslı və haqlı yerə edilmirsə, qarğış həmin insanın özünə qayıda bilər: «Məsələyə dini yöndə yanaşmayıb, araşdırmayıb, ancaq öz şəxsi hissləriylə vəziyyəti təhlil edəndə, qiymət verəndə, belə qarğışlar əsassız olur. Çünki o adam hesab edir ki, onun hüquqları tapdanıb, təhqir olunub, ona haqsızlıq və ya pislik edilib,  amma əslində isə belə deyilsə, haqsız yerə qarqış edilirsə, özünə qayıda bilər. Amma qarğış edən ədalətlidirsə, o zaman qarğış ünvanına çatar». 
 
F.Qurbansoy bildrir ki, alqış deyəndə onun həyata keçməsini mələklər təmin edir, qarğışı isə şər quvvələr. Yamanlıqlar arzulananda bu, daha çox insanın səhhəti ilə bağlı olur, həmçinin hansısa malın, əşyanın, pulun xeyrini görməmək dilənir, yəni, halallıq verilmir. Bu məqamda insanın öz xoşu olmadan, güc yolu ilə nəsə əlindən alınırsa, əsil sahibi buna halallıq vermirsə, ikinci tərəf mütləq onun ziyanını görəcək. 
Nizami Gəncəvidən:  
"Ordular dağıdan güclü bir şahı 
Bəzən diz çökdürər yoxsulun ahı" 

Qarğışlar uşağın sağlamlığına mənfi təsir edir

Ananın övladına etdiyi qarğışlara gəlincə, F.Qurbansoy fərqli fikirdədir, o, deyir ki, ağıllı ana uşağına qarğış eləməz və etməməlidir. Çünki bu zaman uşağını mənfi enerji ilə yükləyir ki, bu da onun normal inkişafına mane olur, övladı xəstələnir, sağlam böyümür, ağrıları olur: «Ana uşağına qarğış edirsə, övladının ya gözləri zəifləyir, ya beli əyri olur, ya gözəlliyini itirir. Xüsusilə valideynlər uşaqlarını ürəklə döyəndə, vuranda, uşaq uzun müddət xəstə qala bilər, pixoloji travmanı bir kənara qoyaq, hansısa bir xəstəliyi varsa o, şiddətlənə bilər, ən yüngül halda qızdırması ola bilər. Uşağın başına nə qədər çox sığal-tumar çəkilərsə, o qədər tez və sağlam böyüyər. Başına sığal çəkilməyən uşaq isə sısqa qalır. Bu mənada yetim uşaqlar həmişə digərlərindən fərqlənirlər. Peyğmbər Əleyhissəlamdan da hədis var ki, «Yetim uşaqların başına sağ əlinizlə sığal çəkin»». 

Alqışlara gəldikdə isə, F.Qurbansoy hesab edir ki, yaltaqcasına olunan, ürəkdən deyilməyən alqışlar yerinə yetmir.   

Və sonda...

Bir neçə il öncə çalışdığım bir iş yerində bir qadınla tanış oldum, Güney Azərbaycandan idi. Ailəsi ilə burda yaşamaqdan məmnun idi, amma həmişə bacısı üçün darıxırdı. Bacısı cox uzaqda, Avropa ölkələrindən birində yaşayırdı, 5-6 ildə bir dəfə görüşə bilirdilər. O həmişə bu ayrılığın səbəbini anasında görürdü: "Kiçik olanda bir-birimizdən heç ayrılmırdıq, birlikdə olanda da çox səs-küy edərək oynayırdıq, anam bir dəfə hədsiz əsəbiləşdi və yana-yana dedi ki, sizi görüm bir-birinizə həsrət qalasınız. Məncə onun qarğışı bizi tutdu”... 

Bir dəfə də... Heç yadımdan çıxmır, bilmirəm bu təsadüf idi, yoxsa həqiqətən də sözün qüdrəti idi, neçə illər öncə məktəbdən dönərkən küçədə iki qadının savaşdıqlarını gördüm. Biri digərinə şər atırdı. O biri də sakitcə qulaq asdı, qadın qışqır-bağırını bitirəndən sonra dedi: "Heç nə demirəm, mənə şər atdığın ağzın əyilsin”. İnanılmazdır, 2 gün sonra o qadının ağzının əyilməsi barədə xəbər yayıldı. Hamı dəstə-dəstə gedib o qadına baxırdı. Heç kimin inanmağı gəlmirdi. Həkimlər qadının ağzının əyilməsinin səbəbini tapa bilmədilər... 

Hazırladı: Lalə Mehralı

 

 


 

P.S. Hər zaman oxumağı arzuladığım bir araşdırma. Bu maraqlı yazıdan dolayısı müəllifə təşəkkür edirəm

 


Yagis_Negmesi | 26 noyabr 2015 01:25 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: dılay
Sitat: nazli411
qargiwi sevmirem iki bawli olduguna inaniram
dılay | 10 noyabr 2015 22:09 | Status: Brilliant user | Şərh: 8 182
Sitat: nazli411
qargiwi sevmirem iki bawli olduguna inaniram
ESMERRi | 9 noyabr 2015 13:55 | Status: Brilliant user | Şərh: 5 376
[quote=ESMER][quote=Kenan25][quote=SARA55]pisliyini gorduyum insanlari ancaq Allaha tapsirmisam,xebere tskler[/quote][/quote][/quote][/quote]
ESMER | 20 sentyabr 2015 23:20 | Status: VİP user | Şərh: 817
[quote=Kenan25][quote=SARA55]pisliyini gorduyum insanlari ancaq Allaha tapsirmisam,xebere tskler[/quote][/quote][/quote]
BULUTUM | 2 iyun 2015 08:45 | Status: Professional user | Şərh: 7 386
Sitat: BULUTUM
ALLAH WERI WEYTANDAN QURU BOHTANDAN ADAMI UZAQ ETSIN.

Neeeeeeeeeeeeeeeeeeeeeeeeee

Sitat: BULUTUM
ALLAH WERI WEYTANDAN QURU BOHTANDAN ADAMI UZAQ ETSIN.

Neeeeeeeeeeeeeeeeeeeeeeeeee

Sitat: BULUTUM
ALLAH WERI WEYTANDAN QURU BOHTANDAN ADAMI UZAQ ETSIN.Agzindan cixsin qoynuna tokulsun.bu cur cvb verirem.

Neeeeeeeeeeeeeeeeeeeeeeeeee
Nagizade.Leyla | 2 iyun 2015 01:56 | Status: VİP user | Şərh: 1 321
Məne pislik eləyənləri Allaha tapsirmisam
Kenan25 | 3 may 2015 20:53 | Status: Şərhçi | Şərh: 225
[quote=SARA55]pisliyini gorduyum insanlari ancaq Allaha tapsirmisam,xebere tskler[/quote][/quote]
SARA55 | 28 mart 2015 01:24 | Status: Qonaq | Şərh: 0
pisliyini gorduyum insanlari ancaq Allaha tapsirmisam,xebere tskler[/quote]
BULUTUM | 6 fevral 2015 00:16 | Status: Professional user | Şərh: 7 386
ALLAH WERI WEYTANDAN QURU BOHTANDAN ADAMI UZAQ ETSIN.

Neeeeeeeeeeeeeeeeeeeeeeeeee
Miraj | 29 yanvar 2015 20:19 | Status: Professional user | Şərh: 2 624
geseng qargis bilirem seklin dasa yapissin
nazli411 | 15 dekabr 2014 21:20 | Status: Qonaq | Şərh: 0
qargiwi sevmirem iki bawli olduguna inaniram
N....N92 | 19 noyabr 2014 15:18 | Status: Professional user | Şərh: 4 351
Tesekkurler
QERIB INSAN | 14 noyabr 2014 18:51 | Status: VİP user | Şərh: 567
Tesekkurler
Dəniz qızı | 9 noyabr 2014 08:59 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: fea omer
tesekkurlerrrrr...
Miraj | 2 noyabr 2014 20:50 | Status: Professional user | Şərh: 2 624
tesekkurlerrrrr...
dream reality | 7 iyul 2014 13:46 | Status: Professional user | Şərh: 1 449
Sitat: Lumia
Qargisi hec sevmirem.Sadece Allaha tapsiriram mene pisliyi toxunani ve neticesini de gorurem.Tesekkurler.
indra | 16 iyun 2014 03:32 | Status: VİP user | Şərh: 908
Heleki heçkimden qarğış almamışam
b.x | 14 iyun 2014 01:30 | Status: Qonaq | Şərh: 0
qargisdan qorxuram hec kimede elemirem
Lumia | 10 iyun 2014 23:25 | Status: Professional user | Şərh: 5 378
Qargisi hec sevmirem.Sadece Allaha tapsiriram mene pisliyi toxunani ve neticesini de gorurem.Tesekkurler.
Ay_Sun | 9 iyun 2014 19:56 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: hazal 19
Allah bizi wer bohtandan, qargiwdan qorusun

Amin
Nigar_ | 9 iyun 2014 12:19 | Status: Professional user | Şərh: 2 124
Alqış edən də sağ olsun!(Onsuz çətin bunun bir xeyri ol,mehribanlıq xatirinə deyirik bir-birimizə)Qarğışa isə heç zərrə qədər də inanmıram.
MELEK_ | 9 iyun 2014 10:00 | Status: Professional user | Şərh: 3 949
xeber cooox uzundur, ister alqis, ister qargis ne etsen, geri qayidacaq
DENIZ QIZI3 | 8 iyun 2014 16:51 | Status: Gümüş user | Şərh: 3 858
hes kime qargis etmemisemm nede alqis demisemm meni yixanlari ALLAHA TAPSIRMISAMM amma kimise alqislayada bir gorursen cixdi basina ona gore ne qargs ne alqis menlikdir
Nara88 | 8 iyun 2014 15:48 | Status: Professional user | Şərh: 4 252
pisliyini gorduyum insanlari ancaq Allaha tapsirmisam,xebere tskler
Gülçin | 8 iyun 2014 15:30 | Status: Brilliant user | Şərh: 6 778
Tesekkur edirem, maraqli xeberdir. Allah her kese ureyine gore versin..
Ramiz Hesenli | 8 iyun 2014 14:50 | Status: Şərhçi | Şərh: 126
çox maraqlı idi. bu hissə ilə bağlı bir jrnalda oxumuşam və bunun elmi izahı da verilmişdi: " Su üzərində aparılan təcrübələrdən yəqin ki, çoxlarının məlumatı var. Xüsusi kompüterə qoşulmuş suyun yanında öncə xoş sözlər, sonra isə pis sözlər söylənir.
Birinci halda suyun tərkibi molekulyar olaraq dəyişir və təmizlənir, ikinci halda isə həmin suyun tərkibi yenidən dəyişir və çirklənir. Eyni prosesi Hindistanda bitən bir gül bitkisi üzərində də sınaqdan keçiriblər və eyni nəticə."
Qaldı ki, alqız-qarğış nə vaxt olur: əlbəttə, sevinəndə və yananda
HESENIM | 8 iyun 2014 09:23 | Status: Gümüş user | Şərh: 1 262
qarqis edib sora pesman olmusam ALLAH bilen meslehetdi
NURLU | 8 iyun 2014 08:57 | Status: Professional user | Şərh: 5 552
Sitat: hazal 19
Allah bizi wer bohtandan, qargiwdan qorusun
Bismillah_1 | 8 iyun 2014 08:09 | Status: Qonaq | Şərh: 0
gozel qarislardi amma men qarqs etmirem, sadece eseblesende insanlara xoslari gelmediyi heyvan adlarin deyirem qarsimdaki eseblesir men sakit oluram buqeder. "qarqis iki basli olur deyirler" calisin qarqis etmeyi. 0130
SEVDA | 8 iyun 2014 03:29 | Status: Nəzarətçi | Şərh: 17 437
Men hemiwe edaletli qarğıw edirem,o da ki,ev yıxan,exlaqsız qadın ve kiwilere.bawqa kimsede iwim yoxdu.yeni ki,deyme mene,deymeyim sene....