Münasibətlər / Psixoloji məsləhətlər

Sevgi, qadın və kişi psixologiyası

Deniz Gozlum | 6-08-2014, 22:00
31 292 31


Sevgi, qadın və kişi psixologiyası

 


 


Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.


Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa – başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən. Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!


Öyrəncə. Birgəlikdə öyrəncə amili də var. İnsanlar uzunmüddətli birgəlikdə bir-birinə öyrəşir. Bu da sonradan ilişginin sevgi olub olmamasını ayırd etməkdə zorluq yaradır. Bu gerçəkdir. İlişgilərdə 3 şeyi bir-birindən ayırd eləmək çətindir. Öyrəncə, ehtiras, sevgi. Əslində hər üçündə sevgi var. Yəni hər üçü də sevgidir. Dediyimiz kimi sevgisiz ilişki olmur. Sadəcə "yalnız bumu birləşdirir” məsələsi sual və problem doğura bilər. 
İnasanları yalnız bir şey birləşdirməli deyil. Birgəlik üçün bu çox azdır. Hər şey də birləşdirə bilməz. Bu da çox çoxdur. Çox şey birləşdirirsə bu gözəldir. Türk alimi prof. Mehmet Z.Sungurun dediyi kimi ailə "mən” –i unutmadan "biz” ola bilməkdir. Əgər ailə- birgəlik yalnız "biz” üzərində qurulubsa insanlar cinslərini unudur, ilişki sevgililik donundan çıxır. Şəxs, xarakter, dəyərlər dəyişir. Buddanın fikrincə pis alışqanlıqlar insanın dəyərlərini, dəyərlər xarakterini, xarakter münasibətlərini korlaya bilər. Birgəlikdə özünü unutmaq, məni unutmaq pis alışqanlıqdır. 
 

 

Ehtiras. Kişilərimiz arasında aparılan sorğuda qadının seksuallığı demək olar ki, səslənmir. Və ya çox az vurğulanır.

 

"Qadınlarda dəyər verdiyiniz nədir" sualının cavabı təxminən belə sıralanır.

 

1 .ağıl
2 .əxlaq
3 .şirindillik-pozitivlik 
4. sadiqlik
5. alicənablıq
6.gözəllik-çəkicilik
Bizim ortamda qadın partnyor kimi seçilmir. Kişilər evlilikdən öncə qadının seksual dəyərlərini bilmədikləri üçün "qadın necə olmalıdır” sualına qadınlıq üstünlüklərindən baxaraq deyil, adamlıq üstünlüklərindən baxaraq cavab verirlər. Avropa və Rusiyada kişiləri qadının qadınlığı daha çox maraqlandırır. Bu, ilişgilərin möhkəmliyi üçün önəmli sayılır. Onların fikrincə qadın zərif, mehriban, seksual və zəif olmalıdır. Ağıl xüsusi olaraq vurğulanmır. Çünki bu dəyərləri olan qadın avropa kişisi üçün artıq ağıllıdır. Digər tərəfdən onlar qadınları ağıllı hesab edirlər.

 

 


Qadınlara psixoloqların bir neçə məsləhəti.  


1. narkoman və alkoqoliklərdən uzaq olun. (nəinki ailə qurmaq, telefon nömrənizi belə verməyin)
2. xəsis kişilərdən qaçın
3. öz keçmiş ilişgilərindən sizə həvəslə danışan kişiləri seçməyin
4. yaxınları- dostu, valideynləri və s. ilə kobud davranan kişiləri uzaq tutun.

Psixoloqların fikrincə narkomanların və alkoqoliklərin eşləri gec ya tez özlərinə oxşayırlar. Belə adamlar maqnit kimi onları öz pis vərdişlərinə çəkir, ortamın ağır aurası partnyorun bütün enerjisini sorub çıxarır. Nəticədə adam gücsüzləşir. Və tabe olur. Gec olmadan canınızı qurtarın. Ona görə dünyada kişi narkomanlar və alkoqoliklər qadınlardan qat-qat çoxdur. 
Yaradıcı adamların içində içkiyə narkotikə qurşananlar daha çox olur. Bunun yeganə səbəbi yaradıcı adamların daxilən zəif olmasındadır.


Belə bir inanc var. Əgər kişi 25 yaşında hələ qadın tanımırsa bu uzun sürəcək, 30 yaşında evlənməyibsə evlənməyəcək, əgər 40 yaşında pulu yoxdursa deməli heç vaxt olmayacaq.

 

Qadınlar təcrübəli kişi ilə evlənmək istəyirlər. Kişilərsə əksinə. 
 


Qadınlar özünə güvənən kişiləri sevirlər. Çox maraqlıdır ki, məşhur seriallar gedərkən statistik göstəricilərə görə qadınlar filmin müsbət kişi obrazını daha çox sevir, nəinki yaraşıqlı cavanı. Deməli əslində qadınlar üçün kişinin gözəlliyi o qədər də önəmli deyil. Onlar boş yerə "kişi meymundan bir az yaraşıqlı olmalıdır” demirlər.

Gözəl bir qadının yanında çirkin bir kişi görsək düşünərik: –Fərasətlidir. Bəli! Qadınlar fərasətli kişiləri sevir. Bir önəmli məsələdə qadınlar heç dəyişməzlər. Kişiyə güvənmək. İstər maço olsun, istərarıq. Güvən yarada bilməyən erkəyi qadınlar sevmir. 
Bizim cəmiyyətdə hər şey bir az fərqlidir əslində. Burda qadın kişini öz kurallarına və zövqünə uyğun seçmir. Vaxt çatır və o, sadəcə ailə qurmaq xətrinə ailə qurur. Sonrası artıq şans məsələsidir. Kişilərdə də durum eynidir. Onlar da qadını seçib, götür qoy – edib evlənmirlər. Evlənmək xətrinə evlənirlər. Bizim ailələrdə kişi xəyanətinə sakit münasibətin əsas səbəbi də budur. Ortada əsas faktor yoxdur. Sevgi! Sevdiyin adamın xəyanəti ağır gəlir.

Sevgisiz ailə iş yerinə çevrilir. Sevgililik olmur. Sevgililik olmayan halda seks sadəcə bir görəvdir. Seks qadın kişi arasında olduqca önəmli və ciddi bağdır. Ər- arvad bir yataqda görəv başındadırsa ailə sevgidən başqa hər səbəb üzündən qurulub demək. Belə ailələrdə kişilərin kənar macəralarına qadınlar susurlar, göz yumurlar. Çünki ər anlayışı onlar üçün sevdiyi kişi-sevgili anlayışından tam fərqli bir şeydir. Ər öncə uşaqların atasıdır. Ana- atanın kürəkənidir. Bacı –qardaşın yeznəsidir. Ailə başçısıdır. Bütün bunlar ərin başqa qadının sevgilisi olmasına əsas yaradır. Çünki ər sevgili də olmaq istəyir. 

 

Arvadlarını mətbəx kombaynı, qabyuyan maşın, uşaqların anası hesab edən kişilərin qadınları da sevgili olmaq ehtiyacı duyur. Sadəcə dünyanın bütün ölkələrində qadının xəyanəti daha yolverilməz sayıldığı üçün ərinin sevgilisi olmayan qadın çox vaxt özünə kənarda sevgili axtarmır. Və bu onun özünə diqqətsiz münasibəti ilə nəticələnir. Baxımsızlaşır, qadın olduğunu unudur və tədricən tamamilə formadan çıxıb mexaniki arvada çevrilir. Çox vaxt da belə qadınların sinir sistemi sıradan çıxır; aqressivləşirlər.


Avropa ailəsində xəyanət dəhşətli qarşılanır. Çünki ailə sevgi üzərində qurulur. Ailə qurana qədər onlar bir-birinin keçmiş ilişgilərini axtarıb aramırlar. Burunlarını sevgililərinin keçmişinə soxmurlar. Onlar üçün önəmli olan ailənin gələcəyidir. "Mənə qədər” o qədər də önəmli deyil. "Məndən sonra” isə çox önəmlidir. Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox,öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq. Qızın ailəsi oğlanın genetik kodunu axtaracaq. Ulu babasının həyatını araşdıracaq. Evlilikdən sonra isə kişinin xəyanəti və çeşid-çeşid qadınlar barədə susulacaq.

 

Kişi ilə qadının anlaşmamasının əsas səbəbi onların bir-biri ilə səmimi olmaqdan qorxmasıdır. Məsələn kişi bəyəndiyi qadını tutaq ki, restorana dəvət edir. Qadın tez razılıq verməyə utanır, yüngülxasiyət görünməkdən qorxur. Kişi isə düşünür: Yəqin məndən xoşlanmır. Əslində belə deyil. Qadınlara səmimi olmaları üçün şərait yaradın. Axı siz lidersiz.

Bir gənc qadın masa bəzəyib, süstlənib ərinin işdən gəlməsini gözləyir. Ona sürpriz etmək istəyir. Kişinin də həmin gün tərslikdən işi uzanır. Qadın gecə yarısına kimi gözləyib əsəbləşir və masanı dağıdıb yatır. Qadınlarınıza gec gələcəyiniz zaman xəbər edin. Arabir onlara zəng vurub hal –əhval tutun. Və bunu kontrol üçün deyil, ilgi üçün edin. Qadınların ən böyük çatışmazlığı küsməkdir. Küsməkdənsə kişini arayıb "sevgilim, bu gün evə erkən gəl” demək olar. Durumu öyrənmək olar. Yox, qadın belə deyil. Kişinin onu kosmosdan duymasını istəyir. Qadınların yüzillik davası kişinin onu intuitiv anlamasını istəməsidir. Onlar bircə şeyi unudurlar. Kişilərdə intuisiya çox da inkişaf etməyib. Onlar ağıllarını işlədən, praqmatik varlıqlardır. İntuisiya qadının istedadıdır. Və kişinin səni göydə anlamasını istəmək absurddur. Ona fikrini dolayısı yolla deyil, birbaşa deməlisən. Bu hər şeyi qolaylaşdırar.


İnternetdə kişilərin qanunlarını haqda oxumuşdum. Özləri tərtib ediblər. Bir bəndində belə yazılıb. Necə ki, siz bizim kafedə saatlarla pivə içib, maç seyr etməyimizi anlamırsız, eləcə də biz sizin xeyli çanta almanızı anlamırıq.
Kişilər çox nadir hallarda öz qadınlarında sevmədiklərini üzə vururlar. Ancaq qadın kişisinin çatışmayan cəhətini gündə yüz dəfə təkrar etməkdən bezməz. Əgər kişi qüsurunuzu üzünüzə vurmursa bu qüsursuz olmanız anlamına gəlmir. 

 

Statistik göstəricilərə görə qadınlar pulu olmayan kişiyə üstünlük vermirlər. Ən xırda səbəbə görə. Qadın üçün kişi məqsədyönlü, güclü, uğur qazanmağa meyilli bir varlıqdır. Bu cür kişininsə mütləq qazancı olur. Əgər kişinin qazancı yoxdursa deməli işgüzar deyil,məqsədyönlü deyil. Deməli zəifdir, tənbəldir. Qadınların zəif və tənbəl kişilərdən zəhlələri gedir. Onlar güclü, işgüzar kişiyə çox şeyi bağışlayırlar. Yanlış anlaşılmasın. Pulu olduğu üçün deyil, pul qazana bildiyi üçün.

 

Məşhur "kişilərə ağıllı qadın lazım deyil"  fikri də yanlış qarşılanır. Kişilər ağıllarını gözə soxan qadınları sevmirlər. Kişi naturaca liderdir. Bu təbiətin ona verdiyi üstünlükdür. İlk qəbilələrdə mağarada oturan qadın olub, ova gedən kişi. Qadının fiziki gücü ona ova getməyə imkan verməyib sadəcə. Bu liderliyi kişidən almaq lazım deyil. 
Liderliyi əlindən alınan kişi özünü aşağılanmış hiss edir. Ona ironiya ilə baxacaqsan, üzündə sarkazm olacaq, dodaqaltı güləcəksən və tamam. Kişi özünü pis hiss edəcək. Özünü yaxşı hiss etdiyi yerə gedəcək. Özünüzü kişidən ağıllı göstərməyə çalışmayın. Bunu bacaran qadın elə ağıllı qadındır. 

 

Kişinin əlindən qadını qorumaq instinktini, əgər bu instink onda təbiətən varsa, almaq günahdır. Bu onun ən həssas yeridir. Kişilər qadınlarını qorumaqdan sadəcə ləzzət alırlar. Əgər o sizə elementar "açıq –saçıq geyinmə, tək başına ora- bura getmə” deyirsə, bu qətiyyən onun sizə güvənmədiyi anlamına gəlmir. Bu onun sizə cavabdeh olma instinktinin formalarından biridir. Kişilər hətta qadının namusunu da öz boyunlarına götürməyə hazırdılar. Götürürlər də. Qadın onlar üçün dəyərdir. Qadınlarla kişilərin dəyər anlayışı fərqlidir. Kişilər öz dəyərlərinə daha məsuliyyətli yanaşırlar. Onların kurallarını kimsə poza bilməz. Bu üzdən sadəcə imkan verin sizi qorusun. O zatən başqa bir şey istəmir…


"Kişilərə qadından çox şey lazım deyil, qadınlarsa hər şey vermək istəyirlər."

SaDəCə_SəN | 20 noyabr 2016 11:51 | Status: VİP user | Şərh: 226
Maraqli xbr oldu heqiqeten...Menim ucun ferqi yoxdu evlendiyin wexs dostundu veya qohumun...esas odurki bor birnizi sevin,elbette ki sevgiden once hormet edin...xasihetlerniz uyqunlawsin...
Qadinda deywe verdiyim weyler;
1.Exlaq
2.Sadiqlik
3.Aqil
4.Yaxwi ana ve heyat yoldawi
5.Menim kimi dadli yemekler biwiren))
6.Wirinlik
7.biraz da gozel olsa pis olmaz;)
tewekkur.
[/i]
ESMERRi | 16 yanvar 2016 14:38 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Ayshen_Nazlim
Sanki bir psixoloq konsultasiyasindan kecdim.Nece gozel xeberdir.Superrr.Cox tesekkur edirem.
dılay | 13 yanvar 2016 21:18 | Status: Brilliant user | Şərh: 8 185
Sitat: melodim
Təşəkkurlər maraqlı idi.
Ayshen_Nazlim | 16 fevral 2015 12:08 | Status: Qonaq | Şərh: 0
Sanki bir psixoloq konsultasiyasindan kecdim.Nece gozel xeberdir.Superrr.Cox tesekkur edirem.
nurlana nurlana | 9 fevral 2015 20:31 | Status: Gümüş user | Şərh: 1 950
Xeber ücün tesekkur
dream reality | 13 avqust 2014 11:19 | Status: Professional user | Şərh: 1 449
Sitat: melodim
Təşəkkurlər maraqlı idi.
melodim | 9 avqust 2014 00:50 | Status: Şərhçi | Şərh: 200
Təşəkkurlər maraqlı idi.
DENIZ QIZI3 | 9 avqust 2014 00:17 | Status: Gümüş user | Şərh: 3 858
Sevgi gozel hisdirki sevdiyin insanla omrunu curudesen .
sadəcə MƏN | 8 avqust 2014 15:47 | Status: Brilliant user | Şərh: 4 771
1 .ağıl
2 .əxlaq
3 .şirindillik-pozitivlik
4. sadiqlik
5. alicənablıq
6.gözəllik-çəkicilik
Sıralama ilə razı deyiləm...
GULUM_OL | 8 avqust 2014 15:28 | Status: Şərhçi | Şərh: 221
Sevgi qarsiliqli olmalidir
birdane | 8 avqust 2014 14:27 | Status: Professional user | Şərh: 3 727
sevirem sevilirem cox sukr ki qarsiliqlidir
SEVDA | 8 avqust 2014 12:53 | Status: Nəzarətçi | Şərh: 17 443
Heqiqeten de esl sevgi çox gözel hissdi....
Gulshen. | 7 avqust 2014 23:24 | Status: Qonaq | Şərh: 0
Sevgi nedi bilmirem cunki hele sevmirem...
Mavish | 7 avqust 2014 20:12 | Status: Brilliant user | Şərh: 2 389
Avropa ailəsində xəyanət dəhşətli qarşılanır. Çünki ailə sevgi üzərində qurulur. Ailə qurana qədər onlar bir-birinin keçmiş ilişgilərini axtarıb aramırlar. Burunlarını sevgililərinin keçmişinə soxmurlar. Onlar üçün önəmli olan ailənin gələcəyidir. "Mənə qədər” o qədər də önəmli deyil. "Məndən sonra” isə çox önəmlidir. Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox,öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq. Qızın ailəsi oğlanın genetik kodunu axtaracaq. Ulu babasının həyatını araşdıracaq. Evlilikdən sonra isə kişinin xəyanəti və çeşid-çeşid qadınlar barədə susulacaq.

mən evlənəndə ərimin keçmişini heç maraqlanmadım mənim üçündə məndən sonrasıdır keçmişi mənə o qədərdə önəmli deyildi, bu yazıda bir şeydə düzdür ki adama sevdiyivin xəyanəti daha ağır gəlir,məndə xəyanətə oturub dözən qadınlardan deyiləm...

Necə ki, siz bizim kafedə saatlarla pivə içib, maç seyr etməyimizi anlamırsız, eləcə də biz sizin xeyli çanta almanızı anlamırıq.

6 ildən çoxdur helə bir qadın kimi hansısa alış veriş mərkəzinə gedib özüm üçün nəsə almamışam çanta ayaqqabı heç almamışam ya anam ya qaynanam ehtiyacım olanda razmerimi alıb veriblər,
N....N92 | 7 avqust 2014 17:22 | Status: Professional user | Şərh: 4 352
maraqlidi xebercun twkler
Lumia | 7 avqust 2014 16:41 | Status: Professional user | Şərh: 5 380
Sitat: aysun94
Sitat: Lumia
Sevmek ve sevilmek cox gozel ve mohtesem bir hissdir.Men anlaya bilmirem ki,qarsiliqsiz seven ve ya hec sevmeyen insanlar nece bir dam altinda yasaya bilirler?Tesekkurler.


Yəqin, öyrəşiblər...Amma sevməyib evlənmək bir dam altında yaşamaq fikrimcə cəhənnəm əzabıdır.

Ola biler,amma sevmek ele hem de oyresmek,baglanmaq demekdir.
nurane55 | 7 avqust 2014 13:46 | Status: Professional user | Şərh: 1 849
Maraqlı mövzu üçün tşk.Belə mövzularda özümüzü avropalılırla müqayisə etmək istəmirəm.Çünki,bizim öz milli-mənəvi dəyərlərimiz var.
Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox,öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq.

Bunun nəyi pisdir ki7!Keçmişdə bir və ya bir neçə oğlanla görüşən qızı mən də istəmərəm qardaşım və ya oğlum alsın.Amma onun nəsli-nəcabəti önəmli deyil mənimçün.Çünki oddan kül,küldən də od törəyə bilər.Əsas,qız və onun anasıdır.
Ay_Sun | 7 avqust 2014 13:29 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: LUNA
COX MARAQLI YAZI IDI.XOSUM GELDI.TESEKKURLER
Billurə | 7 avqust 2014 13:07 | Status: Professional user | Şərh: 4 892
Sitat: Lumia
Sevmek ve sevilmek cox gozel ve mohtesem bir hissdir.Men anlaya bilmirem ki,qarsiliqsiz seven ve ya hec sevmeyen insanlar nece bir dam altinda yasaya bilirler?Tesekkurler.


Yəqin, öyrəşiblər...Amma sevməyib evlənmək bir dam altında yaşamaq fikrimcə cəhənnəm əzabıdır.
Lumia | 7 avqust 2014 11:47 | Status: Professional user | Şərh: 5 380
Sevmek ve sevilmek cox gozel ve mohtesem bir hissdir.Men anlaya bilmirem ki,qarsiliqsiz seven ve ya hec sevmeyen insanlar nece bir dam altinda yasaya bilirler?Tesekkurler.
NURLU | 7 avqust 2014 11:46 | Status: Professional user | Şərh: 5 554
Sitat: Naranin Ureyi 
Mamam hemiwe deyirki.vedrasina gore qapagi cixib. Tewekkurler.

xexe gunde mir mesel esidirik.
Mehri-Ban | 7 avqust 2014 11:21 | Status: Professional user | Şərh: 1 329
COX MARAQLI YAZI IDI.XOSUM GELDI.TESEKKURLER
shela | 7 avqust 2014 10:40 | Status: Gümüş user | Şərh: 2 910
Teshekkur xebere goore.
Gülçin | 7 avqust 2014 10:26 | Status: Brilliant user | Şərh: 6 781
Evvelden axira qeder oxudum. Maraqli yazidir, ancaq, ziddiyetli meqamlar da var.. Tesekkurler, xebere gore.
Nazlı_Kız | 7 avqust 2014 00:30 | Status: Brilliant user | Şərh: 6 473
Sevgini hər insana nəsib olmur sevgi çox gözəl hissdi. love
ŞokaLaTovA PeÇeNyA. | 7 avqust 2014 00:27 | Status: Gümüş user | Şərh: 2 059
Sevgı oxunmur yaşanır
Naranin Ureyi | 6 avqust 2014 23:29 | Status: Gümüş user | Şərh: 1 578
Mamam hemiwe deyirki.vedrasina gore qapagi cixib. Tewekkurler.
Zulya | 6 avqust 2014 22:41 | Status: Gümüş user | Şərh: 1 640
Sitat: Nigar_
Təşəkkürlər.Azacıq uzun xəbərdir.

Eledi
Nigar_ | 6 avqust 2014 22:17 | Status: Professional user | Şərh: 2 126
Təşəkkürlər.Azacıq uzun xəbərdir.
vanessa | 6 avqust 2014 22:15 | Status: Qonaq | Şərh: 0
Bezi meselelerde de olmasa da,umumiyyetle eyni dusunuruk,hessas movzuya toxunmusuz.tesekkurler