Münasibətlər / Psixoloji məsləhətlər

“Qadın istənilən halda xəyanəti bağışlamalıdır“ - Elza

Banu. | 16-06-2020, 10:00
54 0
Əməkdar artist Elza Seyidcahan müzakirələrə səbəb olacaq açıqlama verib.
 
MTV-nin efirində qonaq olan sənətçi aparıcının xəyanət mövzusunda verdiyi suala təəccüblü cavab verib.
 
“Qadın istənilən halda xəyanəti bağışlamalıdır. Qadın elə qadındır. Bağışladığı şəxs uşaqlarının atasıdır. Kişi onsuz Adəm vaxtından xəyanət edir. Bir almaya satılan kişidən nə gözləyirsiz? Həvva onu bir alma ilə aldadıb cənnət bağından çıxartdı. Qəti fikrimdi, rəyimdən dönmərəm. Düzdü, sevirsənsə, bağışlamalı, sevmirsənsə ayrılmalısan”,- deyə E. Seyidcahan qeyd edib.Pravda.az