Münasibətlər / Psixoloji məsləhətlər

Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar...

Banu. | 23-02-2020, 20:08
87 0

Qadına qarşı zorakılıq uzun  əsrlər boyu istər Qərbdə, istərsə də Şərqdə adi hal kimi qəbul olunub. Lakin XX əsrin əvvəllərindən başalayaraq, zorakılığın bu formasına qarşı məqsədli və planlı mübarizə aparılmağa başlanıb.

Buna baxmayaraq, XXI əsrin əvvəlləri üçün də qadına qarşı şiddət, zorakılıq təhlükəli miqyasda qalmaqada davam edir. Ərləri, sevgililəri yaxud ailə üzvləri tərəfindən namus, qısqanclıq və s. zəmində öldürülən qadınların sayı onminlərlədir.

Belə ki, 2018-ci ildə BMT-nin illik hesabatında 90 mindən çox qadının qətlə yetirildiyi bildirilirdi. Onların 50 mini öz sevgilisi yaxud əri tərəfindən öldürülüb.

Maraqlıdır ki, dünyada törədilən cinayətlərin ümumi faizində qatillərin 90% və qurbanların 80%-i kişilər olsa da, yalnız intima partnyorlar tərəfindən törədilən cinayətlərin faizində qadın qurbanların sayı 70%-dir.

Dünyanın ən böyük problemlərindən biridə qadın cinayətləri, qadına qarşı törədilən vəhşiliklərdir.

Ailədaxili münaqişələr, məişət zorakılıqları artıq pik həddə çatıb. Qısqanclıq zəminində törədilən qətllər, bıçaqlanmalar saya-hesaba gəlmir. Hər keçən gün qadın cinayəti artmaqdadır. Ölkədə hər gün onlarla “namus cinayətləri” baş verir. Bu müxtəlif səbəblərdən ola bilər.

Sizə ən yüksək qadın cinayətləri baş verən ölkələrin statistikasını təqdim edir:

Rəsmi rəqəmlərə görə yalnız Türkiyədə 2011-ci ilin yanvar 2019-ci ilin avqustu arasında 2636 qadın cinayəti işlənib. 2018-ci ildə 440, 2019-cu ilin ilk 8 ayında 294 qadın öldürülüb. Bu cinayətlərin 58 faizi qurbanların tanışları tərəfindən törədilib.

2017-ci ildəTürkiyədə 409 qadın, 2018-ci ildə isə 2018-ci ildə 317 qadın cinsi zorakılığa məruz qalıb. 2019-cu ilin əvvəlindən bəri öldürülən qadınların sayı 300-ü keçib.

Avropa Birliyi ölkələrindən biri olan Fransada 2018-ci ildə 121 qadının öldürüldüyü bildirilir. Beləliklə, hər 3 gündən 1 qadın zorakılıq qurbanı olur. Ümumilikdə, sosioloqlar ölkədə 220 min qadının məişət zorakılığından əziyyət çəkdiyini ehtimal edir. Fransa 2019-cu ildə ən çox qadın qətlinə məruz qalan ölkələr arasında birinci yeri tutub. Noyabrın sonuna hökumət məlumatlarına görə, 2019-cu ildə ölkədə ən az 130 qadın öldürülüb. Noybarın 23-də əri tərəfindən öldürülən və meşəyə atılan qadının öldürülməsi Fransa cəmiyyətini sarsıdıb. Fransada qadın cinayətlərinin artması vətəndaşların sərt reaksiyasına səbəb oldu.

2019-cu il noyabrın 23-də Fransa və İtaliyanın onlarla şəhərində qadın cinayətinə etira edən yüzminlərlə qadın “Biz hamımız” sloqanlı etiraz yürüşləri keçirməyə başladı. Bu aksiya ilə onlar qadına qarşı zorakılığa effektiv tədibrlərin görülməsini hökumətdən tələb edirdilər.

Frsansa ilə yanaşı, İtaliyada da problüm qabarıqdır. 2017-ci ildə burda 94 qadın öz əri yaxud sevgilisi tərəfindən öldürülüb.

İtaliya Araşdırma İnstitutu tərəfindən yayımlanan rəqəmlər, qadın cinayətlərinin sayının artdığını göstərdi. Son 5 ildə 538 min qadının həyat yoldaşları tərəfindən fiziki və ya cinsi istismara məruz qaldığını açıqlayan institut, 2018-ci ildə 142 qadının öldürüldüyünü açıqlayıb.

Rumıniyada isə 2018-ci ildə 84 qadın öldürülüb.

 2018-ci ildə Romanyada 18 min qadın məişət zorakılığına məruz qalsa da, 2017-ci ildə meydana gələn 20 min 531 məişət zorakılığı hadisəsində 46 qadın öldürülüb. 2016-cı ildə zorakılıq qurbanlarının sayı 57 oldu.

Almaniya polisi açıqladığı statistikaya görə, 2016-cı ildə 149 qadın ya keçmiş sevgilisi ya əri tərəfindən öldürüldü,208 qadın isə öldürülməyə cəhd edildi. Bu rəqəm o deməkdir ki, Almaniyada demək olar ki, hər gün bir adam həyat yoldaşını və ya keçmiş sevgilisini öldürür və ya öldürməyə cəhd edir.
Böyük Britaniyada 2009-2015-ci ildə 936 qadın öldürülüb, onlardan 598-i öz partnyorları tərəfindən öldürülüb. 

Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci il üzrə hesabatında deyilir ki, Azərbaycanda 1175 məişət zorakılığı cinayəti baş verib. Bu cinayətlər nəticəsində isə nəticəsində isə 1 221 nəfər zərər çəkib. Bu isə 201-ci ilin məişət zorakılığı ilə bağlı Azərbaycandakı vəziyyətə dair rəqəmlərdə öz əksini tapıb.

Zərərçəkənlərin böyük əksəriyyəti isə qadın olub. Belə ki, 1221 nəfər zərəçəkənin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır. Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin arasında yenə 42 nəfərlə qadınlar çoxluq təşkil edir. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib.Modern.az