Münasibətlər / Psixoloji məsləhətlər

Ən çox hansı ölkənin qadınları ərlərinə xəyanət edir? - ARAŞDIRMA

Banu. | 20-08-2019, 08:47
8 153 0
Avropada aparılan bir araşdırma cütlər arasındakı sədaqət mövzusuna həsr edilib.

AzadQadin.az ölkə.az-a istinadən bildirir ki, "Gleeden" portal "İfop"a anket araşdırması etdirərək real nəticələri pyalaşıb. Qadınların 77 faizinə görə xəyanət edənlər qadın, 23 faizinə görə isə kişilərdir. Araşdırmaya görə Avropada həyat yoldaşına ən çox xəyanət edən kişilər italyanlardır. Qadınlarda isə bu göstərici almanlarda daha yüksəkdir. Anket sorğusunda 5min 26 nəfər iştirak edib.

"Euronews"un xəbərinə əsasən, Avropa ölkələrində cinsi azadlıq artsa da, qadınlar üzərində cəmiyyətin təzyiqi daha çox hiss edilir. Qadınlar kişilərə nisbətən daha az xəyanətə meylli olurlar. Bununla belə, son 50 ildə həyat yoldaşına ən azı 1 dəfə xəyanət etdiyini etiraf edən qadınların sayı 270 faiz artım olub. Kişilərdə isə eyni zaman dilimində bu artım 63 faiz təşkil edib.


1970-ci ildən bu yana partnyorunu aldadan qadınların sayı kişilərə nisbətən 4 dəfə artıb. Buna rəğmən, 2019-cu ildə kişilərin 49 faizi, qadınların isə 37 faizi həyat yoldaşına ən azı 1 dəfə xəyanət edib.

Qadınlar arasında ən çox alman qadınları xəyanət edir. Faiz nisbəti 43 olan bu qadınları 37 faizlə Fransa və 33 faizlə İtaliya və İngiltərə izləyir. Ərlərinə ən sadiq olan isə ispan qadınlardır. Amma ən çox xəyanət edən də italyan və ispan kişiləridir. Qadın və kişilər arasında aldatma fərqi ən az olan ölkə isə Almaniyadır.


Digər ən maraqlı xəbərlər: 

57 yaşlı qadın tanış olduğu gənc oğlanı bir gecəlik evinə çağırdı... - Sonrası HAMINI ŞOK EDƏCƏK

Yatmazdan əvvəl sekslə məşğul olursunuzsa deməli... - Mütəxəssislərdən ARAŞDIRMA

Sevgililər 9-cu mərtəbədən yıxıldılar – qız öldü, oğlan qaçıb getdi

Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə...

Qız uşağına (övladına) necə hamilə qalmaq olar?

Ölkədə qadınlarla bağlı baş verən bütün son xəbərləri, həmçinin olduqca maraqlı qadın taleləri, məktubları QADIN İNFORMASİYA PORTALI - AZADQADİN.AZ... -da oxuya bilərsiniz.... 

Gözəllik xəbərləri, analıq məktəbi, sağlamlıq və bir-birindən maraqlı xəbərlərin ünvanı QADİN.AZ SAYT