Psixoloji məsləhətlər / Sevgi

Eşq nədir? (1-ci hissə)

leyla meherremova | 16-05-2014, 19:00
4 858 28


Sevgi çətin bir tərifdir. Xoşlanmaq da daxil olmaqla birlikdə sevginin xarakter xüsusiyyətinə bağlılıqdır. Sevgi, ilahi sevgi, insani sevgi, erotik sevgi deyə fərqli qruplara bölmək olar. İnsanın yetkin xüsusiyyətlərə, gücsüz və zəif insanlara, heyvanlara olan sevgisi bu qrupları meydana gətirər.

Eşq, sevginin ehtiraslı və dərin formasıdır. Eşqin ən əhəmiyyətli xüsusiyyətləri, sədaqət, bağlılıq və şəfqətdir. Bu üç xüsusiyyət, eşq ilə sevgi arasındakı fərqi göstərir. Aşiq olan adamda prioritet duyğular və mühakimə ikinci plana keçmişdir. Ehtirasla sevən şəxslərə "dəli aşiq" deyilməsinin səbəbi də budur. Aşiq, sevdiyi üçün öz mənfəətini tərk edən adamdır.

Eşqdə xoşlanmaq və sevgidə yaşanandan fərqli olaraq şəfqət vardır. Ümumiyyətlə eyni doğru üzərində olduğu düşünülsə də sevgi ilə şəfqət bir-birindən ayrı şeylərdir. Bir insanın aşiq olub-olmadığı onun şəfqətinə baxaraq aydın ola bilər. Xüsusilə şəfqət, qarşılıq gözləməz və şərtə bağlı deyildir. Şəfqət hiss edən adam aşiq olduğu insanı nə bahasına olursa olsun məsud etmək istəyir.

Aşiq, "Onu xoşbəxt etməliyəm"  düşüncəsiylə hərəkət edən, sevdiyinə qarşı hər cür fədakarlığa hazır insandır. Həqiqi eşq, təyin olunaraq yaşanan eşqdir. Eşq, səmimiyyət və səmimilik daşıyan bir hissdir. Aşiq, "sevdiyimə bütün sirlərimi izah edə bilərəm və o həyatımdakı ən xüsusi insandır" deyə düşünər. Xüsusən eşqdə, məntiqin ikinci planda olduğu, bağlılığın yaşandığı bir ölçü vardır.

Eşq ilə bağlılıq arasında da yaxın bir əlaqədən sözü edilə bilər, lakin hər eşq bağlılıq, hər bağlılıq da eşq demək deyildir.
 Bəzi insanlar bir-birlərinə bağlı olduqlarını zənn etsələr də, onları bir-birinə yaxın edən, ortaq mənfəətləridir. Mənfəətləri ortadan qalxdığında sevgi və eşqdə uçar. Mənfəət xüsusilə məcazi sevgilərdə rast gəlinər.

Məsələn, bir insanı fiziki gözəlliyi üçün sevən kimsə, gözəllik ortadan qalxınca sevməkdən imtina edər. Halbuki gerçək eşqdə qarşıdakı insanın şəxsiyyətini sevmə duyğusu hakimdir. Bir kimsə sevdiyi şəxs üçün "onunla birlikdə olmadığım vaxt xoşbəxt deyiləm" deyə düşünürsə bu eşqdən qaynaqlanan bağlılıqdır.
 
Amma vətəni vəzifə kimi məcburən hiss bağlılıqları da vardır.
Qadın kişiyə, kişi qadına sadiqdir, lakin: sevməz və əsəbləşsə də asılıdır.
Bir çox evlilikdə olduğu kimi itaət vardır və bu, hərbi vəzifədən qaynaqlanan bir itaətə bənzəyir.

Burada zaman-zaman bağlılıqla qarışdırılan asılılıq anlayışını da açıqlamaqda fayda vardır: bağlılıqdan adam sevdiyi insan tərəfindən psixoloji ehtiyacları qarşılandığı üçün təmin duyğusu yaşayır. Halbuki asılılıq mənfəət əlaqəsidir. Eynilə başqa şansı olmadığı üçün olan şirkət ortaqlığı kimi ...

Eşq Nədir?
Şahzadə Charles ilə Lady Diana evlənərkən, jurnalistlər: "bir-birinizə aşiqsinizmi?" deyə soruşduqlarında onlar, "eşq nə deməkdirsə biz onun özüyük" dedilər. Bu cavaba jurnalistlər, "eşqin nə olduğunu bilmirlər" deyə yazaraq, yeni evli cütü lağ obyektinə çevirdilər. Bir az siyasi bir cavab olmaqla birlikdə, Şahzadə Charlesin söylədiyi doğru idi. Yəni eşqdən nə anlayırsınızsa, "eşq" odur.

Eşq, əsrlərdən bəri yalnız duyğularla yaşandığı fərz edilərək, filosoflar və şairlər tərəfindən vəsf edilmiş, elm adamları eşqin tərifindən yan keçməmişdir. Çünki elm deyilincə insanların ağılına analitik, soyuq, ciddi, səbəb-nəticə əlaqələrinə söykənən bir şey gəlir. Lakin eşqin başa düşülməsində son 30-40 ilin elmi analizləri ciddi bir köməkçi olmuşdur. Atomdakı neytronla proton arasındakı cazibə qüvvəsi, qadınla kişinin əlaqəsi, məktəbli aşiqlərin yaşadıqları duyğu seli, ya da Yaradana olan bağlılıq ...
Bunların hamısı eşq tərifi içində açıqlanmaqdadır. 
 
Eşq, həqiqətən hamısını əhatə edəcək qədər geniş bir çətir ola bilərmi?!

Eşq gerçəklərin xaricinə çıxmış, xəyal dünyasında yaşanan romantik bir duyğudur. Eşqdən aydın olan hiss romantikadır. Gözəl bir eşq yaşamaq üçün romantikanı məhv edən və artıran şeylərin yaxşı bir sintezi lazımdır.

Eşqin ömrü

Eşq, 1,5 - 3 il arasında dəyişən bir ömürə malikdir. Ondan sonra buxar olub uçar. Proses sevgi və eşqlə başlayar amma, məntiqlə davam edər. Məntiq ehtiva etməyən eşq, bir müddət sonra yox olmağa məhkumdur.

Eşq, uzun bir səfəqi, ya da yanan bir atəşi seyr etmək kimidir. İnsan atəşə şövqlə baxar, lakin onu həmişə yanar saxlamaq üçün çalışması lazımdır. Atəş yanarkən arada bir sönməyə üz tutsa da, lazım olan baxım və marağı gördüyündə təkrar alovlanar. Eşqin qısa olmasının səbəbi, aşiqlərin eşq atəşinin içinə atlayıb, yanmaq lazım olduğunu düşünmələridir.

Halbuki eşq, idarə olunması zəruri olan bir atəşdir. Atəşi çöldən möhkəmlətmək, onun istilik və enerjisindən faydalanmağa gətirib çıxarır Aşiqlər, birlikdə "alovlandıqları" atəşi izləyərək xoşbəxt olarlar. Lakin məntiqsiz bir şəkildə alovların içinə atılmaq, onu iki ildə sönən bir kül yığınına çevirər.
Yəni eşq, səbəb deyil, yaxşı bir əlaqənin nəticəsidir.

Burada ağla belə bir sual gələ bilər: Eşq bir nəticədirsə, başlanğıcda yaşanan nədir? Eşq nərdivanının ilk pilləsində qadın və kişi arasında cazibə meydana gəlir. Bir-birinin cazibə sahəsinə girən iki adam, bir-birlərindən xoşlanarlar. Əgər bu yaxınlıq yaxşı bir əlaqəyə çevrilsə, eşqə qapı aralanır. Eşqin meydana gəlməsində başlanğıc etibarilə tərəflərin bir-birindən nifrət etməməsi kifayətdir.

Tərəflərin bir-birləri haqqında ciddi ölçülərdə mənfi qiymətləndirmələri yoxdursa və yaxşı bir əlaqə yaşanırsa, bu eşqi çiçəkləndirə bilər. Lakin hər əlaqə eşqlə başlamaq məcburiyyətində deyil. Əhəmiyyətli olan iki adamın bir-birini tanıması və ruhən yaxın olmasıdır.


Eşqin İntizamı
Eşqin özünə aid bir intizamı vardır. İnsanın eşq haqqında məlumatlanması, "eşq nədir, necə aşiq olunur?" kimi sualların cavabını tapması lazımdır. Çünki eşq vəhşi bir meşədə gəzməyə bənzəyir. Keyfiyyətli bir səfər üçün məlumat və təchizat lazımdır. İnsan meşədən ancaq hazırlıqlı olduğu təqdirdə zövq alıb, yaxşı vaxt keçirə bilər. "Meşəni sevirəm və bir müddət orada yaşamaq istəyirəm" deyə tədbirsiz bir yola çıxmaq, bizi baş edə bilməyəcəyimiz təhlükələrlə qarşı-qarşıya gətirərək, məhv edə bilər.

Halbuki eşq mövzusunda əldə edilən məlumat, yaşanan problemləri qazanca çevirməməmizi təmin edəcək. Eşqlərini uzun illər davam etdirən cütlər, fırtınalı dövrlər yaşasalar da gəmini tərk etməmiş və bağlılıqlarından heç nə əskiltmədən birliklərini davam etdirmişlər. Bu da ancaq əlaqəyə əmək verməklə mümkündür. Bir insandan "otuz, qırx ildir ki, eyni adama aşiqəm" sözünü eşitmək cütlərin bir-birlərini xoşbəxt etmə səylərinin nəticəsidir. Uzun müddət davam edən eşqlərdə yaxşı niyyət və sevgi azalsa belə, heç bir zaman itməmişdir.

 
Ardı var...



 

@Xəbər azadqadın az. saytı üçün yazılmışdır, istifadə edərkən istinad mütləqdir.


  1. ESMER | 15 oktyabr 2015 23:06 | Status: VİP user | Şərh: 817
    Sitat: nurlana nurlana
    Tesekkür xebere göre
  2. nurlana nurlana | 11 fevral 2015 23:45 | Status: Gümüş user | Şərh: 1 950
    Tesekkür xebere göre
  3. Miraj | 5 noyabr 2014 18:28 | Status: Professional user | Şərh: 2 625
    esq menim ucun bitib
  4. Ay_Sun | 4 iyul 2014 11:37 | Status: Brilliant user | Şərh: 13 410
    Sitat: HESENIM
    ela tesekkurler
  5. ŞehZam | 31 may 2014 19:49 | Status: Professional user | Şərh: 2 577
    Yəni eşq, səbəb deyil, yaxşı bir əlaqənin nəticəsidir.
    Dogrudur raziyam
  6. ArZuŞŞ | 21 may 2014 21:42 | Status: Qonaq | Şərh: 0
    Esq hmm tarif edilməz bir duyğudur
    0144 mence
  7. NURLU | 20 may 2014 11:09 | Status: Professional user | Şərh: 5 554
    0137 0137 0137 supeer
    twkler
  8. SEVDA | 18 may 2014 13:45 | Status: Nəzarətçi | Şərh: 17 444
    xebere göre twk...
  9. BULUTUM | 18 may 2014 08:03 | Status: Professional user | Şərh: 7 393
    Ewq her wey demekdi.Sevgisiz bir tikenide mecbur oture bilmezsen..Anaya,ataya,balaya heyat yoldawina sevgi.En esasi Vetene sevgi.ewqdir mehrabi uca goylerin ewqisiz ey insan nedir deyerin.
  10. nurane55 | 17 may 2014 22:51 | Status: Professional user | Şərh: 1 849
    Gözəl xəbər üçün təşəkkürlər Leyla.
    Aşiq, "Onu xoşbəxt etməliyəm" düşüncəsiylə hərəkət edən, sevdiyinə qarşı hər cür fədakarlığa hazır insandır. Həqiqi eşq, təyin olunaraq yaşanan eşqdir. Eşq, səmimiyyət və səmimilik daşıyan bir hissdir.
  11. Nurus. | 17 may 2014 22:40 | Status: Brilliant user | Şərh: 6 982
    Sitat: ŞokaLaTovA PeÇeNyA94
    esq suda batmaz odda yanmaz hissdi 0100

    0140
  12. sems-nur | 17 may 2014 11:00 | Status: Qonaq | Şərh: 0
    o buz idi mence
  13. ŞokaLaTovA PeÇeNyA. | 17 may 2014 10:56 | Status: Gümüş user | Şərh: 2 059
    esq suda batmaz odda yanmaz hissdi 0100
  14. sems-nur | 17 may 2014 10:49 | Status: Qonaq | Şərh: 0
    esas sevmek deyil yaninda ola bilmekdir?
  15. Lumia | 17 may 2014 10:21 | Status: Professional user | Şərh: 5 381

    Eşqin ömrü
    Eşq, 1,5 - 3 il arasında dəyişən bir ömürə malikdir. Ondan sonra buxar olub uçar. Proses sevgi və eşqlə başlayar amma, məntiqlə davam edər. Məntiq ehtiva etməyən eşq, bir müddət sonra yox olmağa məhkumdur.


    Duzdur.
  16. Black_sTaR | 17 may 2014 09:18 | Status: Professional user | Şərh: 846
    Sitat: Röyamsan.
    Eşq, uzun bir səfəqi, ya da yanan bir atəşi seyr etmək kimidir. İnsan atəşə şövqlə baxar, lakin onu həmişə yanar saxlamaq üçün çalışması lazımdır. Atəş yanarkən arada bir sönməyə üz tutsa da, lazım olan baxım və marağı gördüyündə təkrar alovlanar. Eşqin qısa olmasının səbəbi, aşiqlərin eşq atəşinin içinə atlayıb, yanmaq lazım olduğunu düşünmələridir.
    love 0140 0140
  17. Elgun_Azizov | 17 may 2014 08:01 | Status: Professional user | Şərh: 1 393
    Çünki eşq vəhşi bir meşədə gəzməyə bənzəyir.

    - hətta :))

    "Meşəni sevirəm və bir müddət orada yaşamaq istəyirəm"

    - Yaşasan orda axı zombiləşərsən :)


    Hammıya onda meşəlik dolu sevgi arzuluyuram :))
  18. Gülçin | 17 may 2014 08:00 | Status: Brilliant user | Şərh: 6 782
    Eşq-izahı mümkün olmayan bir hissdir.
  19. Aynur_Mezahirli | 16 may 2014 23:32 | Status: Qonaq | Şərh: 0
    Maraqliydi bacim tesekkurler yorulmayasan...
  20. Nazlı_Kız | 16 may 2014 23:27 | Status: Brilliant user | Şərh: 6 473
    Maraqlı mövzudu təşəkkürlər canım.
  21. ŞehZam | 16 may 2014 21:29 | Status: Professional user | Şərh: 2 577
    Gozel movzudur...tesekkur edirem bele gozel movzuya toxundugunuz ucun..
  22. ehtibar | 16 may 2014 20:43 | Status: Gümüş user | Şərh: 2 547
    maraqlidir super her wey yazilib mene soz qalmadi nese yazim
  23. nergiz_zz | 16 may 2014 20:03 | Status: Professional user | Şərh: 3 815
    LEYLA BACI TƏŞƏKKÜRLƏR.ƏLLƏRİN AĞRIMASIN.EŞQ İLAHİ BİR HİSSDİR..
  24. HESENIM | 16 may 2014 19:37 | Status: Gümüş user | Şərh: 1 262
    ela tesekkurler
  25. SABINA | 16 may 2014 19:35 | Status: Professional user | Şərh: 7 410
    bir insanı fiziki gözəlliyi üçün sevən kimsə, gözəllik ortadan qalxınca sevməkdən imtina edər. Halbuki gerçək eşqdə qarşıdakı insanın şəxsiyyətini sevmə duyğusu hakimdir. [color=#CC0000]
    VURULMA İNSANİN GÖZƏLLİYİNƏ
    GÖZƏLLİK İNSANİN DAXİLİNDEDİR.
    XARİCİ OLSA DA PARLAQ BİR ULDUZ,
    DAXİLİ BELKE DE ZULMET GECEDİR

    HEQİQETENDE BELEDİR.ONA GOREDE İNSANİN MENEVİ DUNYASİ MENE XARİCİ GÖZELLİYİNDEN VACİBDİR.
  26. Alice | 16 may 2014 19:26 | Status: Professional user | Şərh: 5 021
    Qadın kişiyə, kişi qadına sadiqdir, lakin: sevməz və əsəbləşsə də asılıdır. Bir çox evlilikdə olduğu kimi itaət vardır və bu, hərbi vəzifədən qaynaqlanan bir itaətə bənzəyir.


    Əlaaaaaaa. 0140
  27. Röyamsan. | 16 may 2014 19:14 | Status: Brilliant user | Şərh: 6 103
    Eşq, uzun bir səfəqi, ya da yanan bir atəşi seyr etmək kimidir. İnsan atəşə şövqlə baxar, lakin onu həmişə yanar saxlamaq üçün çalışması lazımdır. Atəş yanarkən arada bir sönməyə üz tutsa da, lazım olan baxım və marağı gördüyündə təkrar alovlanar. Eşqin qısa olmasının səbəbi, aşiqlərin eşq atəşinin içinə atlayıb, yanmaq lazım olduğunu düşünmələridir.
    love 0140 0140
  28. Aytekin82 | 16 may 2014 19:11 | Status: Brilliant user | Şərh: 6 588
    Şərhsiz...