Münasibətlər / Psixoloji məsləhətlər

Boşanmaların səbəbkarı kimlərdir?

007 | 26-07-2013, 21:30
5 425 26



Boşanan cütlüklərin övladlarının da boşanma ehtimalı 50 faizdir


Boşanmaların sayının artması ona gətirib çıxarıb ki, daha insanlar boşanmaya problem kimi deyil, həyat tərzi kimi yanaşırlar. Araşdırmalara görə, İngiltərədə dağılan hər 100 ailədən 93-nün səbəbkarı qadındır. Aldatma səbəbi ilə bitən evliliklərdə isə kişilər 75 faiz təşkil edir. Yəni kişilər qadınlardan 3 dəfə daha çox aldadır.

Mütəxəssislər hesab edirlər ki, boşanan cütlüklərin övladlarının da gələcəkdə boşanma ehtimalı 50 faizdir. Yəni valideynlərinin boşandığını görən uşaq üçün bu, artıq adi bir hadisəyə çevrilir.

Son zamanlar Azərbaycanda da boşanmaların sayı artıb və hər 6-7 nikaha bir boşanma faktı düşür. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda bu ilin ilk 3 ayı ərzində 2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4 faizinə bərabərdir. Belə ki, ilin əvvəlindən rəsmi orqanlar tərəfindən 16,1 min nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfəri hesabı ilə 2012-ci ilə nisbətən nikahların sayı 6,4-dən 7,1-ə qədər, boşanmaların sayı isə 1,1-dən 1,2-yə qədər artıb.

Mütəxəssislərin fikrincə, cütlüklərin 3-cü, 7-ci və 15-ci illəri boşanma üçün riskli hesab edilir. Psixoloq Nigar Əliyevanın fikrincə, bu dönəmlər ailə həyatının pozulması üçün risklidir. "Bir-birini tanımayan iki insan ailə həyatı qurduqdan ilk ay bitdikdən sonra evlilik üçün riskli dönəm başlayır. Xasiyyətlərin uyğunlaşmaması, xəyalların həyata keçməməsi, arzuların düşünüldüyü kimi olmaması bu riski yaradır. Gənclər bir-birinin xasiyyətinə uyğunlaşmaq istəmir, evləndikləri üçün peşmançılıq hissi yaşayırlar. Bu dönəmdə evliliyin qorunması ən çox valideynlərin çiyninə düşür. Valideyn müdaxiləsi və həqiqi sevgi olmadan bu dönəmi keçirmək mümkün deyil".

N.Əliyeva deyir ki, dünyada hər 6 cütlükdən biri bu periodik dönəmlə qarşılaşır. Araşdırmalar zamanı aşkar olunub ki, boşanmaların 30 faizi məhz bu dövrə təsadüf edir. "Psixoloqlar bu dönəmi "yuxunun sonu" adlandırırlar. Çünki nişanlılıq və sevgililik dönəmlərində olan bütün gizlinlər məhz bu dövrdə aşkara çıxır. Bu vəziyyətdən ən çox qadınlar narahat olur. Bir zamanlar ona çiçək alan kişinin indi yataqda xoruldaması, geyimlərini çıxarıb hara gəldi atması qadına çox böyük təsir edir. Bu zaman qadın başa düşür ki, həyatına başqa birini alıb".

Həmsöhbətimizin sözlərinə görə, boşanmaların 20 faizi bu müddətdən keçən, amma ikinci dönəmdə dözə bilməyən insanlardır. Belə boşanmalar gecikdirilmiş boşanmalar adlanır. "Əslində onlar evliliyin birinci ilində ayrılmalı idi, amma "gözləyim, zamanla dəyişər" fikri onları boşanmadan saxlayır. Daha sonra belə problemlər evliliyin 7 -ci və 15-ci illərində də özünü göstərir".

Psixoloqun fikrincə, evliliyin 15-ci ilində ailə kişi tərəfindən dağıla bilər. Yaşıdları və ya özlərindən böyük qadınlarla evlənmiş kişilər bu dönəmdə kiməsə aşiq olub, bu səbəbdən boşana bilərlər. Evliliyin 15-ci ilindən sonra isə boşanmalar nadir hallarda baş tutur. Evliliyin 7-ci ilində boşanmaya iqtisadi və maddi problemlər səbəb olur. Daha qadını kişinin pal-partarını ortaya tökməsi, xoruldaması maraqlandırmır.

N.Əliyeva bildirir ki, insanlar evliliyi davam etdirmək üçün sevgini saxlamağı bacarmalıdırlar. Bunun üçün isə sevgini tez-tez dilə gətirmək lazımdır. "Əgər həyat yoldaşınızın həyatında boşluğun yaranmasını istəmirsinizsə, ona tez-tez "sevirəm, sənə ehtiyacım var" deməyi unutmayın. Qarşı tərəfin dəyərli olduğunu hiss etdirmək, ailəni daha uzunömürlü edər".

Mütəxəssislər boşanmada qadınların daha çox rol oynadığını bildirirlər. Belə ki, dünyada boşanan hər 3 cütlükdən ikisinin səbəbkarı qadınlardır. Bəzən qadınların boşandıqdan sonra peşman olduqları deyilir. Mütəxəssislər hesab edirlər ki, qadınlar boşandıqdan sonra daha xoşbəxt olur.

"Bəzən qadınların ikinci dəfə ailə qurma ehtimalının az olduğunu deyirlər. Bu, müəyyən qədər düz fikirdir. Araşdırmalar zamanı məlum olub ki, boşanan kişilərin 80 faizi, qadınların isə 60 faizi yenidən ailə qura bilir. Bu, adətən boşandıqdan sonra 3-cü ilə təsadüf edir".

Çox zaman boşanmada iqtisadi səbəblərin daha çox rol oynadığını bildirirlər. Hüquqşünas Elçin Ağayevin dediyinə görə, bu ancaq evliliyin ilkin dönəmlərində baş verir. Yəni yeni ailə qurmuş cütlük iqtisadi problemlərə güc gələ bilmədiyi üçün ayrılmağa qərar verirlər. "Evin olmaması, oğlanın çalışmaması, evdə maddi vəziyyətin aşağı səviyyədə olması boşanmaya ilkin səbəbdir. Bir yerdə yaşaya bilməyən cütlük ayrılmağa qərar verir".

Müsahibimiz boşanmaya ikinci səbəb kimi xəyanəti-aldatmanı görür. Bildirdiyinə görə, ölkədə boşanan ailələrin ikinci səbəbi xəyanətdir. "Ən çox qadınlar müraciət edir ki, həyat yoldaşları onlara xəyanət edib. Biz onları barışdırmağa çalışsaq da alınmır. Bu günə qədər qadın xəyanəti ilə bitən evlilik həyatı qarşıma çıxmayıb. Bir dəfə qadın boşanma üçün müraciət etdikdən sonra kişi qadının əxlaqsız olduğunu demişdi. Burada isə səbəb övladını qadından almaq idi. Araşdırıldı və məlum oldu ki, kişi yalan deyir".

Hüquqşünas onu da bildirir ki, bu gün ailə həyatı quran gənclər bunun çətinliklərini dərk etmədən, başa düşmədən bu addımı atır və tez bir zamanda da peşman olurlar. Onun fikrincə, ailə həyatı qurmamışdan öncə müəyyən müddət hər iki tərəf mütəxəssislərlə əlaqədə olmalı, ailə həyatının nə olduğunu bildikdən sonra ailə qurmalıdırlar. "Əks halda boşanmalar daha da çox olacaq".

Ekspress.az


ESMERRi | 3 noyabr 2015 21:47 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: nurlana nurlana
Tesekkür xebere göre
nurlana nurlana | 11 fevral 2015 23:56 | Status: Gümüş user | Şərh: 1 950
Tesekkür xebere göre
Miraj | 29 yanvar 2015 11:48 | Status: Professional user | Şərh: 2 625
maraqlidirrrr
Tesekkurler

Tesekkurler
Zulya | 12 iyul 2014 17:09 | Status: Gümüş user | Şərh: 1 640
Tewekkurler
SABINA | 26 may 2014 09:10 | Status: Professional user | Şərh: 7 410
Sitat: luce
Men insanlarin ele ozunde gorurem bu sebebi. Er ve ya arvad, ferqi yoxdur, eger bosanma olubsa demek ki hansindasa zeiflik var, ozunu subut etme qabiliyyeti yoxdur heyatda.

ela cavab
Nergiz love | 13 may 2014 20:02 | Status: Professional user | Şərh: 7 871
Sitat: n.n.n.n
SOSIAL WEBEKELER.....menim fikrimce bu deq en cox aile dagidan sebebdir recourse

MENDE BELE FIKIRLESIREM
HESENIM | 23 mart 2014 19:09 | Status: Gümüş user | Şərh: 1 262
Sitat: yanina
all\h qorusun hec bir aile daqilmasin hec bir insan hec bir usaq gozu yasli qalmasin

bu serhi men yazmisdim ovaxt evimdeydim indi yazdiqim bu serhe baxiram heyif insallah menim evim daqilmaz
ALSU AZERI | 19 noyabr 2013 18:08 | Status: VİP user | Şərh: 511
10 ILDIR AILEMZI GOZ BEBEYIMIZ KIMI QORUYUB SAXLAYIRIQ AMMA ALLAHDAN GELENE NE ETMEK OLAR((((
TESEKKURLER
luce | 18 noyabr 2013 21:00 | Status: Professional user | Şərh: 2 922
Men insanlarin ele ozunde gorurem bu sebebi. Er ve ya arvad, ferqi yoxdur, eger bosanma olubsa demek ki hansindasa zeiflik var, ozunu subut etme qabiliyyeti yoxdur heyatda.
n.n.n.n | 7 noyabr 2013 20:17 | Status: Qonaq | Şərh: 0
SOSIAL WEBEKELER.....menim fikrimce bu deq en cox aile dagidan sebebdir recourse
Anonimka. | 2 avqust 2013 21:40 | Status: VİP user | Şərh: 623
maraqlı xəbərdi, təşəkkülər
Lumia | 30 iyul 2013 13:34 | Status: Professional user | Şərh: 5 380
Bizim olkede ailelerin dagilmasinin 1 ci sebebi kenar mudaxilelerdir.Bizde hami her seye qarisir,az qala qonsular da adamin aile isine burunlarini soxurlar.Biri arani duzelden de,besi arani qizisdirir.Neticesi de en yaxsi halda bosanma olur,en pis halda da zorakiliq.Her sey de 90% kisiden asilidir ailede,kisinin sozu kecen evde bosanma da olmaz.Kisi gerek evlendiyi qadini mudafie etmeyi,hormet qoydurmagi bacara,bacarmadisa ondan aile bascisi olmayacaq.Men de qadinam,menim vezifem erimin ata-anasina,qohum eqrebasina yalniz hormet qoymaqdir,onlarla hesablasmaq deyil,hesablasmaram da,hec erim de buna imkan vermez.Evvel gunden de sozumu demisem,dediyimi de elemisem,menim isime erimden basqa hec kim qarisa bilmez!!!Ne edirem,ne yeyirem,ne geyirem,hara gedirem,hardan gelirem ozum bilerem,erim biler.Eyni zamanda oz aileme de imkan vermerem ki,bize qarissinlar.Yani birterefli deyil hecne,qarsiliqlidir.
Vetenperver | 30 iyul 2013 13:14 | Status: Professional user | Şərh: 6 700
Sitat: aysun94

Birdəki sonsuzluq.

Oda var.
Billurə | 29 iyul 2013 16:51 | Status: Professional user | Şərh: 4 892
Sitat: Vetenperver
Azərbaycanda boşanmaya ən çox səsəbkar qaynanalardır.


Birdəki sonsuzluq.
Vetenperver | 29 iyul 2013 12:20 | Status: Professional user | Şərh: 6 700
Azərbaycanda boşanmaya ən çox səsəbkar qaynanalardır.
LARA SOFI | 29 iyul 2013 01:00 | Status: VİP user | Şərh: 735
INDIKI OQLANLARIN 78-80 FAIZI 22- 23 YASLARINDA EVLENIRLE AILE NEDIR BILMIRLER,ANA ATA ELINE MOHTAC OLURLAR QIZI ALANDAN SONRADA ANAN ATAN BAXSIN DEYIRLER ELE BUNA GOREDE BOSANMALAR COX OLUR ELE MENDE BOSANMISAM HEC BIR ADIN AILESINI DAGITMAQ ISDEMEZ ELE MENDE ISDEMZDIM AMA SEBEBLE COX OLDU
Aytekin82 | 27 iyul 2013 22:12 | Status: Brilliant user | Şərh: 6 588
Sitat: sadəcə MƏN
Mütəxəssislər boşanmada qadınların daha çox rol oynadığını bildirirlər. Belə ki, dünyada boşanan hər 3 cütlükdən ikisinin səbəbkarı qadınlardır.
Heç 1 qadın durduq yerə boşanmaz, ailəsinin dağılmasını istəməz.Əgər qadın boşanmaq qərarına gəlibsə demək ki haqlı səbəbləri var.


nn29 Haqlısan! nn28
Qanad | 27 iyul 2013 19:11 | Status: Yazar | Şərh: 4 357
her iki terefde gunah var xüsusən də ailə isinə kənardan müdaxilə olunanda
Melek-Mehdi | 27 iyul 2013 13:07 | Status: Qonaq | Şərh: 0
Xaricde bowanmagin esas sebebi aldatma ola biler ama bizde esl sebeb valdeynlerdi, ata analar ailelere cox qariwir heyat quran cavanlar bir birilerini taniya bilmirler, bir birileri ile vaxt kecire bilmirler neticede iki terefde bezir oglanda qizda mehebbeti bawqalarinda axtarirlar ve bowanirlar bedbext olansa uwaq olur.
Atan ana ovladlarini zorla evlendirir sonra yaxwi olmayanda bowandirirlar. ele bil ovladlar valdeynleri ucun robotdu ne desen etmelidi.
Qaynana qaytana gelinin bir sehvini goren kimi alemi qatirlar bir birine ve ya gelin ureklerince olmayanda ogulu oyredirler bowa, eynende qizin ailesi oglanin cetin veziyetini gorende oglan ureklerine yatmiyanda qizlarini oyredirler bowan. Axi niye hec kim duwunmur ki heyat olarindi qoy ozleri her cetinliyin ohdesinden gelsinler. Bizim millet kimi dozumlu millet yoxdu eyer aileler qariwmasa gencler her cetinliye dozer bowanmada olmaz
yanina | 27 iyul 2013 12:44 | Status: Şərhçi | Şərh: 384
all\h qorusun hec bir aile daqilmasin hec bir insan hec bir usaq gozu yasli qalmasin
Göz yaşlarım | 27 iyul 2013 07:27 | Status: Şərhçi | Şərh: 424
ailədə əsas hörmətdir və tərbiyə....
Fizzə | 26 iyul 2013 23:25 | Status: Qonaq | Şərh: 0
Evvela terefler evlenende bir-birinin ureyine yatmalidir.Birde bosanmalara sebeb kimi qurur evezedilmez rol oynayir.Kimde qurur,tekebbur ve kibr olarsa tebii ki,bosanmada olar her seyde.
Gunel | 26 iyul 2013 22:38 | Status: Professional user | Şərh: 4 087
Sebebkar ve sebebler coxdur hedden artiq.Saymaqla bitmez belkede.Boshanmaya qeder gelib cixibsa mutleqki her iki terefin gunahi var burda.Hec vaxt bir teref gunahkar olmur.
FARIZ NAMAZLI | 26 iyul 2013 22:32 | Status: Hüquqşünas | Şərh: 993
bəzən qaynanalar da ailə işlərinə qarışır, ər arvadı boşatmasa ürəkləri partlayar .
leylawka | 26 iyul 2013 21:41 | Status: Professional user | Şərh: 1 866
HEC KESE ARZULAMIRAM