Münasibətlər / Psixoloji məsləhətlər

Niyə tənqid edirik?

Banu. | 9-12-2013, 22:00
3 413 20

 
 
Tənqid edən şəxsin psixologiyası
Mənfi tənqidlərdə empatiya çatışmazlığı mövcuddur. Qarşıdakı insanın vəziyyəti nəzərə alınmır. Lazımi qədər empatiya qura bilən insanlarda mənfi tənqid çox az olar. Mənfiliyə fokuslanan və ümidsiz insanlarda çatışmayan cəhəti tapma həvəsi daha çoxdur. Hamının və hər hadisənin əskik və yanlışlıqları onlara təsir edir. BÇox mükəmməlçi insanlarda, özünü və başqalarını davamlı dəyərləndirmə, xətaları tapıb meydana çıxararaq hər şeyin xətasız olmasını istəmə hərəkəti müşahidə edilir.
Tənqid edən şəxs şüur altında "Mən daha yaxşı bilirəm, daha yaxşı edərəm” kimi bir düşüncəsi ola bilər. Bu düşüncə ilə insanların və ya hər hansı bir hadisənin səhv tərəflərini tapar. Buna istinadən qarşıdakı insandan daha yaxşı bildiyini özünə görə isbat etmiş olar. Beləliklə, ənaniyyətin artmasına səbəb olar. Bu cür tənqid getdikcə daha da mənfi mahiyyətə çevrilər.
Bəziləri isə xətalarını qeyri-iradi olaraq örtmək üçün tənqid edər. Xüsusilə iş yerlərində bu daha çox yayılmışdır. Başqaları tənqid edildikdə və ya əskik tərəfləri tapıldıqda, tənqidçi, yerinin möhkəmləndiyini zənn edər, xətalarının örtüldüyünü düşünər. Ailədə də səhvlərin başqalarına yüklənməsi fərdin öz səhvini düzəltməsinə mane olar və ailə daxili münasibətlərin zədələnməsinə yol açar. Davamlı hər şeyi və hər kəsi mənfi dəyərləndirən insanlar, özlərini stresə yuvarladıqları kimi ətraflarına da neqativ enerji yaydıqları üçün yalnız qalarlar.


Tənqid edilənin psixologiyası
Söylənən hər sözün qarşı tərəfdə bir əksi yaranır. Bu əks müsbət və ya mənfi ola bilər. Dəyərləndirməmişdən əvvəl nəyi nə üçün tənqid etdiyimizi və bunun nəticəsində kimin nə qədər faydalanacağını hesablamalıyıq. Söylədiklərimizlə sadəcə qarşı tərəfə mesaj verməklə kifayətlənməyib, o insanın qısa, orta və uzun müddətdəki davranışlarına da təsir etdiyimizi unutmamalıyıq. Müsbət üslubu saxlaya bilmədiyimiz dəyərləndirmədə qarşı tərəfə zərər verə bilərik.
Tənqid daha çox tənqid ediləndə stresə çevrilər, bu da insanların bir-birlərindən uzaqlaşmasına səbəb olar. Hər şeyi zərərli şəkildə tənqid edən insanların ailədə də tək olduqları hiss olunur. Heç kim ona öz dərdini danışmaq istəməz, çünki həmişə mənfi dəyərləndirməkdədir. Tənqid ilə birlikdə həmsöhbətdə incimə və xaric edilmə duyğusu yarana bilər. Bir insana davamlı əskik tərəflərini söylədikdə o insanın özü haqqında fikri mənfi istiqamətdə dəyişər. Özünü bacarıqsız hiss edər. Narahatçılığı artar. Narahatçılıq və stresi artan insanların da xətaları çoxalar.
Bir insanın və ya şeyin bir çox gözəl cəhətləri olduğu halda, yalnız səhv tərəflərini aşkarlamaq haqlılıq və ədalətə münasib deyil. Tənqid edilən insanın gözəl tərəflərinin görülməməsi onun gözəl yanlarının azalması deməkdir. Bir bağçada onlarla gözəl çiçək olduğu halda sadəcə bir neçə yabanı ota ilişib qalmaq o çiçəklərin azalmasına səbəb olar. Davamlı tənqid edilən insanın kefsizləşməsi və özünə qapanması qaçınılmazdır.


Müsbət tənqid necə olur?
Bir mövzunu və insana dəyərləndirərkən niyyətimiz və seçdiyimiz üslub çox vacibdir. Qarşı tərəfin tənqidimizdən istifadə etməsində ən vacib ünsür niyyətimizdir. Davranışlarımız və mövzuya yanaşmamızla niyyətimizin yaxşı olduğunu hiss etdirməliyik. Həmsöhbətin bizə qarşı çıxış etməsindən ehtiyat etməliyik. Tənqid yumşaq formada edilməlidir. Beləliklə də müsbət davranmış olarıq. Qarşı tərəfin dediklərimizi qəbul etməsi və görüşlərimizdən istifadə etməsi üçün zəmin hazırlamış olarıq. Niyyətimizin və üslubumuzun yaxşı olmadığı təqdirdə, həm bizdən uzaqlaşmasına, həm də görüşlərimizi qəbul etməməsinə səbəb olarıq.
Bir çox insan bu insanlardan qəbul etdiyi tənqidlərlə özünü yetişdirər və əskikliklərini azaltmağa çalışar. Tənqiddəki qayəmiz qarşıdakı insanın xətasını düzəltmək olsa da, o xətanın yerləşməsinə gətirib çıxara bilər. Bir insana səhv söyləməkdənsə, ona necə olmalıdır onu söyləməliyik. Əgər qarşıdakı insan xətalarının söylənməsinə vərdiş edibsə, bu insanları tez-tez tənqid etmək düzgün deyil. Bu cür insanlara xətalarını söylədikcə xətaların yerləşməsi meydana gələ bilər. Bunun əvəzinə, bu insanların müsbət cəhətlərin önə çıxarıb əskik tərəflərinə işarə etmək daha faydalıdır.
Uşaqlarda olan münasibətlərdə onların yaxşı tərəflərini önə çəkmək vacibdir. Məsələn, sinifdə bir sual soruşdunuz. Şagirdlərdən biri cavab verdi, ancaq cavab səhvdir. Bu durumda səhvə işarə etmədən şagirdin müsbət tərəflərini, cavabındakı bilgi hissələrindən istifadə edərək ona kömək etməliyik. Bundan sonra cavabın səhv olduğunu ifadə etmək olar. Onda şagird inciməz və sonrakı suallarda cavab vermə cəsarətini itirməz.


Nəticə
Müsbət tənqidin faydalarına müqabil mənfi tənqidin zərərləri vardır.
Hər şeyi tənqid edənlər özlərini də nəfis mühasibəsinə tabe tutmurlarsa, bu vəziyyət onların xətalarını düzəltmələrinə maneə təşkil edər. Həmişə başqalarını tənqid edənlər öz xətaları mövzusunda da o qədər həssas olmalıdırlar.
Tənqid vərdişi dedi-qodu və qeybəti özü ilə birlikdə gətirər. Bu səbəblə tənqidə başlayan şəxs bir müddət sonra qeybətə yaxalana bilər.
Gözəli təqdir etmək hər zaman təşviq edici bir davranışdır. "Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar” ifadəsi bizim üçün gözəl örnəkdir. Həyata baxışımız bu cür olarsa, həm qəlb qırmamış, həm də müsbət davranmış olarıq.

Gulshen. | 2 aprel 2014 10:02 | Status: Qonaq | Şərh: 0
Tewekkurlerr
Ayanim | 11 dekabr 2013 15:23 | Status: Gümüş user | Şərh: 1 920
amma mence arada tenqidide ewitmek lazimdir
NURLU | 11 dekabr 2013 04:30 | Status: Professional user | Şərh: 5 554
Movzuya gore tesekkur edirem.
Nigar | 10 dekabr 2013 20:37 | Status: Gümüş user | Şərh: 6 064
tehqir etmek yox amma tenqid etmek olar arada oda sehf olarsa
Nazlı_Kız | 10 dekabr 2013 17:52 | Status: Brilliant user | Şərh: 6 473
XEBER UCUN COX TEWEKKURLER
Lumia | 10 dekabr 2013 17:34 | Status: Professional user | Şərh: 5 380
Tesekkur edirem xebere gore.Bizde saglam tenqid yoxdur,bizim tenqidimiz ittihamdan,muhakimeden,tehqirden ibaretdir ancaq.Tenqid nesihet,meslehet formasinda olmalidir ki,tenqide tus gelen insan ondan musbet netice cixarsin.Haminin yalnisi,sehvi olur,hec kim melek deyil,basqasindan da melek olmagi teleb ede bilmez.Insan o zaman melek qeder olar ki,yalnis yola dusen birini duzgun tenqid edib o yoldan cekindire bile.
PS.Bir seye cox teeccub edirem,burda coxu tenqidin eleyhinedir,amma bir cox xeberlerde insanlari serhleri ile tenqid yox hetta tehqir eden ele ozleridir.Qeribedir...
Alice | 10 dekabr 2013 16:37 | Status: Professional user | Şərh: 5 021
Həmişə başqalarını tənqid edənlər insan öz xətaları mövzusunda da o qədər həssas olmalıdırlar ki, mənim haqqımda nə düşünülür görəsən... İnsanların səhvlərini onu incitmədən başqalarının adını çəkmədən düzəltməyə çalışmaq lazımdır.. Öz səhvimizi birinci görmüş olsaq , bütün gözəllikləri davranılmış müsbət xasiyyətləri görmüş olarıq o zaman..
Gulya2676 | 10 dekabr 2013 13:28 | Status: Gümüş user | Şərh: 2 587
KImise tenqit etmek chox asandir...Evvelce ozunun mukemmel olduquna emin ol! (Bele birisi ise yoxdur...)Teshekkurler!
SULTANIM | 10 dekabr 2013 11:44 | Status: Ekspert | Şərh: 4 743
Tenqid etmek asandir.basa dusmek lazimdir.Movzuya gore tesekkur edirem.
Naranin Ureyi | 10 dekabr 2013 11:34 | Status: Gümüş user | Şərh: 1 578
tesekurlerr
Qanad | 10 dekabr 2013 08:47 | Status: Yazar | Şərh: 4 357

Müsbət tənqidin faydalarına müqabil mənfi tənqidin zərərləri vardır.
zelala | 10 dekabr 2013 01:21 | Status: Şərhçi | Şərh: 224
aciqi movzunu axiracan oxumadim.hovselem catmadi ,sadece 3 cumle oxuyub kesdim.Lakin men oz fikrimi bildirecem ki,her zaman Tenqid eden insanlara nece baxib,dushunurem ve en cox tebii,qadinlar arasinda olur ki "QADIN QADINI TENQID EDIR" ve en coxda bu mushahide bilmirem nedense azerbaijanda daha cox gorub ,rastlashmisha ve tebii bashqa numuneyede ehtiyac yox,gundelik bu saytin sherh bolmelerne baxsaq,veziyyetin ne yerde olmaqi gun kimi ashkar!:)) Men tenqid eden insanlara baxishim bu ki,o insanlarin heyatinda her bir sheyin normal olmadiqni dushunurem,aqressiya,laqeiddik,sevgisizliyin cox olmadiqindan ve en esasi ozderne guvenin olmamaqindan mence ireli gelir.O hetda o insanlarin psixologiyasi sonmush olur ki,artiq hansisa bir qadinin problemlerle dolu olsa bele lakin orda hansisa ish uquqru ve ya sevgisinden neise bir sohbet varsa artiq o insanlarda xainliq,paxilliq o hedde ashir -dshiri insanliqlarida olur,o sohbetde insanin derdi gozdernin onunde olur ,ne problemi hemen uqur noqtesinden,ya sevgi noqtesininden yapishib bashdiyirlar yixib-surumeye,pisdemeye yani uqurnu,sevgisini hec etmeye bu uje sadizmin bir novu!mence o insanlara ciddi mualice lazim,cunki saglam dushunmeyi,bir noqteye baxishdari yox..ele getdikece mence real heyatda bele kimlerese ziyanlari deye biler!
Aynur_Mezahirli | 10 dekabr 2013 00:23 | Status: Qonaq | Şərh: 0
Bashqalarindaki eyibleri tenqid edib eyni eyibleri ozunde gezdiren cox axmaqdir. Eybin boyuyu eynisin sende olduguna baxmayaraq bashqasinin eybini uzune vurmaqdir. Nehcul belageden...!!!
shela | 9 dekabr 2013 23:51 | Status: Gümüş user | Şərh: 2 910
Tenqid edirik:cunki daha yaxshi netice gozleyirik.cunki hadiselere daha duzgun yanashmaqini isteyirik.cunki heyata daha aciq gozle baxmaqini isteyirik.cunki daha optimist olmaqini isteyirik................bu menim shexsi subyektiv fikrim idi.hem de mene "безразлчно" insanlara tenqid etmiirem.
ALLEGRETTO | 9 dekabr 2013 23:32 | Status: Gümüş user | Şərh: 2 219
BAYAQKI HAMAM MƏSƏLƏSİNDƏ BİR XEYLİ TƏNQİD OLUNDUM YAZMASALARDA HİSS EDİRƏM TƏNQİDLƏRİ wink ..ONA GÖRƏ İLK ƏVVƏL ÖZÜNÜ TƏNQİDDƏN BAŞLAYIRAM SONRA OZÜNÜ TƏRİFƏ KEÇİRƏM ))))))(MƏNİM ADƏTİM).İNSAN PSİXOLOGİYASI ÇOOX QƏLİZ MƏSƏLƏ HƏYATDA ELƏ NADİR İNSANLAR VAR Kİ TƏNQİDİ BELƏ TƏRİFƏ ÇEVİRMƏYİ BACARIR ..MƏNİM NƏZƏRİMDƏ BÜ CÜR İNSANLAR UNİKAL DEYƏRDİM Kİ DAHİ İNSANLARDAN SAYILIR .)
Kikita01 | 9 dekabr 2013 23:30 | Status: Şərhçi | Şərh: 392
Sitat: sadəcə MƏN
Şəkildəki qız deyəsən oğlanı başa sala bilməyib və artıq döyməyə hazırlaşır :))))
İnsan gərək özü özünün tənqidçisi olsun hər zaman..Başqalarından eşitməkdənsə özündə olan nöqsan və qüsurları gərək birinci özün görəsən...Tənqidlə təhqiri də səhv salmamaq lazımdır.Birini tənqid edərkən də gərək haqlı tənqid edəsən və özünün həmin işdə qüsursuz olduğundan əmin olasan...Yoxsa necə deyərlər"Öz gözündə tiri görmür,başqasında çöp axtarır" misalı ilə rastlaşarsan...

SIZINLE TAM RAZIYAM.

Sitat: leyla meherremova
Tənqid edənin əslində özündə kifayət qədər qüsurlar var, həyatda o qədər tənqid olunur ki, onun psixologiyasına hopur və o da özündə yaranmış mənfi emosiyanı başqalarına yönəltməyə çalışır, həm də başqalarında qüsur axtararaq özünə tək olmadığını sübut etməyə çalışır..Həm də başqalarının qüsurlarını qabardaraq öz çatışmazlıqlarını onların kölgəsində gizlədir...
Mənfi və ya müsbət tənqid fərqi yoxdur, yönəldilmiş insana görə dəyişir, mənfi tənqiddən müsbət nəticə çıxaranlar da var, müsbət tənqidi özünə dərd edib depressiyaya düşərək daha da mənfiyə yönələnlər də...

SIZINLE DE RAZIYAM,HEQIQETLERI YAZMISIZ.
Röyamsan. | 9 dekabr 2013 23:26 | Status: Brilliant user | Şərh: 6 103
Sitat: sadəcə MƏN
Şəkildəki qız deyəsən oğlanı başa sala bilməyib və artıq döyməyə hazırlaşır :))))
İnsan gərək özü özünün tənqidçisi olsun hər zaman..Başqalarından eşitməkdənsə özündə olan nöqsan və qüsurları gərək birinci özün görəsən...Tənqidlə təhqiri də səhv salmamaq lazımdır.Birini tənqid edərkən də gərək haqlı tənqid edəsən və özünün həmin işdə qüsursuz olduğundan əmin olasan...Yoxsa necə deyərlər"Öz gözündə tiri görmür,başqasında çöp axtarır" misalı ilə rastlaşarsan...

Cox Duzgun Yazmisniniz Sizin Fikirinizle Raziyam Tewekkurler Xeber Ucun Banu Xanim...
sadəcə MƏN | 9 dekabr 2013 23:19 | Status: Brilliant user | Şərh: 4 771
Şəkildəki qız deyəsən oğlanı başa sala bilməyib və artıq döyməyə hazırlaşır :))))
İnsan gərək özü özünün tənqidçisi olsun hər zaman..Başqalarından eşitməkdənsə özündə olan nöqsan və qüsurları gərək birinci özün görəsən...Tənqidlə təhqiri də səhv salmamaq lazımdır.Birini tənqid edərkən də gərək haqlı tənqid edəsən və özünün həmin işdə qüsursuz olduğundan əmin olasan...Yoxsa necə deyərlər"Öz gözündə tiri görmür,başqasında çöp axtarır" misalı ilə rastlaşarsan...
ALLEGRETTO | 9 dekabr 2013 22:56 | Status: Gümüş user | Şərh: 2 219
Sitat: leyla meherremova
Tənqid edənin əslində özündə kifayət qədər qüsurlar var, həyatda o qədər tənqid olunur ki, onun psixologiyasına hopur və o da özündə yaranmış mənfi emosiyanı başqalarına yönəltməyə çalışır, həm də başqalarında qüsur axtararaq özünə tək olmadığını sübut etməyə çalışır..Həm də başqalarının qüsurlarını qabardaraq öz çatışmazlıqlarını onların kölgəsində gizlədir...
LEYLA XANIM SİZ NİYƏ BU QƏDƏR AĞILLISİNİZ SİZİN AĞLINIZA FİKİRLƏRİNİZƏ HEYRANAM .. ONA GÖRƏ HƏMİŞƏ DEYİRƏMDƏ QADININ AĞILLISİ 100 MƏNİM KİMİ SONRADAN AĞILLANAN KİŞİLƏRƏ DƏYƏR..MƏN SONUNCU CÜMLƏNİ SİZİN BU YAZINIZDAN NƏTİCƏ ÇIXARDARAQ ÖZÜNÜ TƏNQİD MƏNASINDA HƏM DƏ FAKT OLARAQ YAZDIM! smile

Sitat: leyla meherremova
Tənqid edənin əslində özündə kifayət qədər qüsurlar var, həyatda o qədər tənqid olunur ki, onun psixologiyasına hopur və o da özündə yaranmış mənfi emosiyanı başqalarına yönəltməyə çalışır, həm də başqalarında qüsur axtararaq özünə tək olmadığını sübut etməyə çalışır..Həm də başqalarının qüsurlarını qabardaraq öz çatışmazlıqlarını onların kölgəsində gizlədir...
LEYLA XANIM SİZ NİYƏ BU QƏDƏR AĞILLISİNİZ SİZİN AĞLINIZA FİKİRLƏRİNİZƏ HEYRANAM .. ONA GÖRƏ HƏMİŞƏ DEYİRƏMDƏ QADININ AĞILLISİ 100 MƏNİM KİMİ SONRADAN AĞILLANAN KİŞİLƏRƏ DƏYƏR..MƏN SONUNCU CÜMLƏNİ SİZİN BU YAZINIZDAN NƏTİCƏ ÇIXARDARAQ ÖZÜNÜ TƏNQİD MƏNASINDA HƏM DƏ FAKT OLARAQ YAZDIM! smile
Ayan92 | 9 dekabr 2013 22:11 | Status: Professional user | Şərh: 3 056
Tənqid etmək bizim qanımızdadır. wink