Münasibətlər / Müdrik kəlamlar

Remark qadınlar haqqında

Banu. | 16-09-2020, 09:21
705 0

Remark qadınlar haqqında


— Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.
— Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.
— Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar…
— Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.
— Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.
— Əgər qadın başqasına aiddirsə, o 5 dəfə daha artıq arzu ediləndir.
— Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir.
— Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə.
— Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.
— Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır.
— Sevgi… qadını daha itigözlü edir.
— Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyüllə azadlıq vermək olmaz.
— Ləçər, yoxsa müqəddəs?.. Nəticədə hansısa bir fərqi varmı? Əsas odur bizim özümüz ona necə yanaşırıq?
— Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır.
— Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.
— Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.
— Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.