Müdrik kəlamlar / Kitab aləmi

Bu gün səndən böyük dərs aldım - İbrətli hekayə

Gülçin | 26-02-2017, 13:30
1 449 3
dini sekiller ile ilgili görsel sonucu
 

Alim və ariflərdən biri bahalı atlardan birinə minib səfərə çıxır və bir nəfəri nalə çəkən halda görür. Səbəbini soruşur və həmin şəxs deyir ki, mən əliləm və yol gedə bilmirəm. Acam və yolumu itirmişəm. Alim atdan düşür və onu ata mindirir ki, şəhərə aparsın. Həmin əlil atın yüyənini alır və atı çaparaq ondan uzaqlaşır.

Alim fəryad çəkir və deyir: "Ey cavan oğlan! Dayan. Atım da, xurcunda olan da sənin olsun”. Həmin kişi deyir: "Başa düşmədim. Necə yəni?!”. Alim deyir: "Bu macəranı heç bir yerdə nəql etmə. Çünki heç bir atlı piyadaya və heç bir sağlam əlilə yardım etməz”. Cavan atdan düşür və deyir: "Bu gün səndən böyük dərs aldım. Bu, əldə etmək istədiyim sərvətdən də üstündür. Sən həqiqətən böyük alimsən”.



Gülçin | 28 fevral 2017 11:26 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: B.Fereh
Cox ibretamiz hekaye oldu/Tewekkurler Gulcin baci/
SİTAT

Sitat: Nigar_ 
Xəbərə görə sağ olun,Gülçin xala.

Mən təşəkkür edirəm sizlərə, oxuyub bəyəndiyinizə görə.
Nigar_ | 26 fevral 2017 17:04 | Status: Professional user | Şərh: 2 125
Həqiqətən,elədir.İnsanların bir-birinə inamı azalıb.Ən iyrənc hərəkət,ən böyük cinayət kiminsə sənə olan inamından istifadə etməkdir.Xəbərə görə sağ olun,Gülçin xala.
B.Fereh | 26 fevral 2017 15:14 | Status: Nəzarətçi | Şərh: 6 975
Cox ibretamiz hekaye oldu/Tewekkurler Gulcin baci/