Müdrik kəlamlar / Kitab aləmi

Napaleon Bonapartdan maraqlı deyimlər

Gülçin | 17-01-2017, 15:00
2 444 1
napolyon ile ilgili görsel sonucu

*Zəfər ancaq ona inananlarındır.

* İnsanları yüksəldən iki böyük xüsusiyyət var: Kişinin mərd, qadının namuslu olması. 

*Ağıl və zəkanın nə olduğunu çox araşdırdım. Nəhayət bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım.

*Hər işdə müvəffəqiyyətli oldum çünki bunu istəyirdim. Heç bir zaman tərəddüd etmədim. Bu da mənə digər insanlara nisbətlə üstünlük təmin etdi.

*Əslində böyük bir sual yerində dayanmaqdadır: Kim dünyanı əlində tutacaq.

*Bir insan haqqları üçün deyil, mənfəətləri üçün daha böyük bir döyüş verər.

*Döyüşərək ölmək qəhrəmanların, intihar etmək qorxaqların imtiyazıdır.

*Döyüşərkən ölənləri qəhrəman edən, ölümləri deyil; ölümlərinin səbəbləridir.

*Əmr vermək qədər asan bir şey yoxdur. Əhəmiyyətli olan, verilən əmrin yerinə yetirilməsini təmin edə bilməkdir.

*Böyük hərəkətlər heç bir zaman təsadüfən və talehin əsəri deyil; hər vaxt tərtib işidir.

*Hər şeyi danışa bilən insanlar, hər şeyin üstündən gələ bilər.

*Gözəl bir qadın gözə, yaxşı bir qadın da ürəyə xoş görünər. Birincisi brilyant, ikincisi də xəzinədir.

*Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

*Axmaqlar keçmişdən, ağıllılar indiki zamandan, dəlilər də gələcəkdən bəhs edərlər.

*Səninlə eyni fikirdə olmadıqlarını söyləyənlərdən qorxma, səninlə eyni fikirdə olmayəb bunu söyləyəcək cəsarəti olmayanlardan qorx.

*Bir cəmiyyətin inkişafını görmək üçün, əvvəl o cəmiyyətdəki qadınlara baxın.

*İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, düşüncəyə məğlub olar.

*Sizin zadəganlığınız sizinlə birlikdə torpaq olacaq, ancaq mənim zadəganlığım mənimlə birlikdə başlayır.

*Çirkli paltarlar ailə içində yuyunmalıdır.

*Məni sevmənizi deyil, mənə canla başla xidmət etmənizi istəyirəm.

*Qazandıqlarımın hamısını cəsarətimə və çalışqanlığıma borcluyam.

*Bir tək düşmənlə tez-tez döyüşməməlisən, yoxsa ona bütün döyüş sənətini öyrədərsən.

*İtirdiyimiz hər saat, düşmən üçün qazancdır.

*İnsanın dostu yoxdur, səadətin dostu vardır.

*İnsanın özünün deyil yaxşı günlərinin dostları vardır.

*Əxlaqsız insan bacara bilməyəcəyi işi boynuna götürən insandır.

*Bir dövlət adamının ürəyi başında olmalıdır.

*Bir dövlətin siyasəti, coğrafiyasında gizlidir.

*Qeyri-mümkünlük tək axmaqların lüğətində olan bir sözdür.

*Yaşadığım müddətcə işləyərəm, işləyə bilmədiyim an isə ölmüş sayılaram.

*Yaşayaraq öyrənmək, əvəzi ən yüksək öyrənmə formasıdır.

*Mümkün olduğu qədər çox düşün, düşündüyünü də həmişə et.

*Diplomat yaxşı geyinmiş bir polis qüvvətidir.

*Ən böyük təhlükə zəfərin eşiyində dayanar.

*Həyata olan bağlılıq kəsildikcə ölüm gəlir.

*Böyük fəlakətlər böyük insanların oxuduğu məktəbdir.

*Müvəffəqiyyətlərim gəncliyimdəki xəyallarımın məhsuludur.

*İnsan heç bir zaman hara getdiyini bilmədiyi zamanki qədər yüksələ bilməz.

*Ən qısa yol bilinən yoldur.

*Ən gözəl döyüş, insanın öz öz varlığı və ehtiraslarına qarşı döyüşüdür

*Mənə yaxşı analar verin, sizə yaxşı vətəndaşlar verim.

*Əsgərlər! Tarix sizə baxır.
hareketli şiir ayraçları ile ilgili görsel sonucu

Nigar_ | 17 yanvar 2017 16:29 | Status: Professional user | Şərh: 2 125
Dunyanin en guclu serkerdeleri arasinda on siralardadir.Sexsiyyetine yuksek deyer verdiyim hokmdardir.Anam hemise mene deyerdi"Milletin qizlari sevgi romani oxuyanda menimki Muqeddes Yelena memorialini oxuyur...Bilmirem bunun axiri hara cixacaq".))))Pis olmadi axirim)))Yani Bonapartdan adama ziyan gelmezmis)))Guclu iradeli sexsiyyetler her zaman unudulmazdir.
Beyendiyim fikirleri de coxdur.Xebere gore tesekkurler.