Müdrik kəlamlar / Kitab aləmi

Gecikmişəm.

B.Fereh | 15-01-2017, 13:30
1 445 6
bextiyar vahabzade ile ilgili görsel sonucu


hareketli ayraçlar ile ilgili görsel sonucu
 
 
Mən həmişə bu gündən sabaha göz dikmişəm,
Amma özüm-özümlə görüşə gecikmişəm.
Qalaq-qalaq işlərim,
Diklərim, enişlərim,
Qələmlə dostluğumdan göyərən vərdişlərim
Məni vuran gah yerə, gah da uçurdu göyə,
Gecikdim ömrüm boyu özümlə görüşməyə.
İztirablar içində yox olsam da varımdan,
Gecikmişəm yaz boyu isti göz yaşlarımdan.
Su verib becərdiyim bəhərimə, barıma,
Gecikmişəm içimdən doğan arzularıma.
Gecikmişəm həyatı həyatımdan ummağa,
Gecikmişəm ən uca, əq müqəddəs hissimin
Başına dolanmağa.
Gecikmişəm, çoxunu əzabıyla bezdirən,
Mənəsə qanad verən
Hər qəmə yox, Allahın sevdiyi bəndəsinə
Pay kimi göndərdiyi o möntəşəm qəmə də.
Gecikmişəm uzaqda mələyən eşqimə də.
Macal da tapmamışam özümlə tək qalmağa,
Özümdən küsdürdüyüm sınıq, qırıq qəlbimi
Bir gün ələ almağa.
Vallah, özüm-özümə çata bilmirəm daha.
Qaç-tutdu oynayırıq, yol uzun, öz-özümü
Tuta bilmirəm daha.
O zaman ki, yorulub çəkilirəm təkliyə,
Taleyimlə barışıb, endirirəm başımı
Amansız gerçəkliyə.
Çəkirəm gündüzümün hesabını hər gecə
Öz-özümlə gizlicə...
Yanlış addımlarımı dərk edincə sonradan
Minbir əzab çəkmişəm.
Dünyaya gəlməkdə də, deyəsən, gecikmişəm...

 

            Bəxtiyar Vahabzadə.


B.Fereh | 31 yanvar 2017 23:48 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: Aslan_
O zamanki geceler
Cekilirem tekliye
Gecikdiyim ozume
Axidiram goz yasi

Her seye geciksemde
Bir onda telesmisem
Taleyimle oynayan
Bu dunyaya gelmeye

Xosbext anayam sukur
Uc sevincim ,uc arzum
Gecikmedim sukur ki,
Balamin gorusune

O korpe gilusuyle
Meni hey ferehlendirir
Yaxsiki varim menim
Bele cevahiretim .

Kızz bu vallahi ozu yazmiş olmali bu şeiri flushed Halaldi sene ay Zeri kissing_heart
Sitat: Nigar_
Cox gozel seirdir.Bextiyar Vahabzadenin qelemine heyranam.Allah rehmet etsin vetenperver sairimize.
Xebere gore sag ol,canim.Ellerin var olsun.
Xeberin zovqlu redaktesinin Gulcin xalaya aid oldugunu baxan kimi bildim.
Zerisin yazdigi seirin muellifi kimdir,goresen?Yoxsa ozun yazmisan,ay Zeri?

sene de teşekkurler beyenib şerh yazdigin ucun kissing_heart

bəli, redakte Gulcin bacimin zovqudur heart_eyes
Nigar_ | 31 yanvar 2017 23:07 | Status: Professional user | Şərh: 2 125
Cox gozel seirdir.Bextiyar Vahabzadenin qelemine heyranam.Allah rehmet etsin vetenperver sairimize.
Xebere gore sag ol,canim.Ellerin var olsun.
Xeberin zovqlu redaktesinin Gulcin xalaya aid oldugunu baxan kimi bildim.
Zerisin yazdigi seirin muellifi kimdir,goresen?Yoxsa ozun yazmisan,ay Zeri?
Aslan_ | 30 yanvar 2017 23:17 | Status: Şərhçi | Şərh: 85
O zamanki geceler
Cekilirem tekliye
Gecikdiyim ozume
Axidiram goz yasi

Her seye geciksemde
Bir onda telesmisem
Taleyimle oynayan
Bu dunyaya gelmeye

Xosbext anayam sukur
Uc sevincim ,uc arzum
Gecikmedim sukur ki,
Balamin gorusune

O korpe gilusuyle
Meni hey ferehlendirir
Yaxsiki varim menim
Bele cevahiretim .
Gülçin | 18 yanvar 2017 14:31 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: B.Fereh
Gülcin bacıma gozel redakteye gore teşekkurler.

Xoşdur. Çox sevirəm Bəxtiyar Vahabzadənin şeirlərini.
B.Fereh | 16 yanvar 2017 17:39 | Status: Nəzarətçi | Şərh: 6 975
Gülcin bacıma gozel redakteye gore teşekkurler.
Sitat: Gül heyat
Əla Fərəh çox sağ ol, əzizim.Ruhum təzələndi.

deymez canim... relaxed
Gül heyat | 15 yanvar 2017 13:40 | Status: Şərhçi | Şərh: 370
Əla Fərəh çox sağ ol, əzizim.Ruhum təzələndi.