Münasibətlər / Müdrik kəlamlar

İbrətamiz hekayələr.

hopeful-woman | 21-01-2012, 22:00
7 420 55

 

 

 

 

Bir saatın dəyəri

Hər gün evə işdən gec qayıdan ata günlərin biri beş yaşlı oğlunun onu qapının astanasında gözlədiyini görür.

Uşaq atasından soruşur:

-Ata, bir saata nə qədər pul qazanırsan?

Atası cavab verir:

-Onsuzda yorğunam, bu sənin işin deyil, gət işinlə məşğul ol!

Amma uşaq israrla atasından bir saata nə qədər əməkhaqqı aldığını soyləməsini xahiş etdir. Nəhayət ata, deyir:

-Yaxşı, indiki bilmək istəyirsən, 20 manat

Uşaq atasına deyir:

-Ata, mənə 10 manat verərsən?

Atanın cavabı belə olur:

-Sənin oyuncaqlarına bu qədər pul ayırmaq fikrim yoxdur. Otağına get yat!

Uşaq bir söz demədən otağına gedir. Bu sğhbətdən bir saat keçir, ata bir anlıq fikrə dalır və uşaqdan pulu nə üçün istədiyini soruşmadığına peşman olur." Bəlkə ona doğurdan da pul lazımdır?",- deyə öz özünə düşünür. Bu fikirlə ata qapını döyüb oğlunun otağına daxil olur. Uşaq atasını görcək yatağından qalxır.

Ata deyir:

- Bağışla, oğul, bir az əvvəl səninlə sərt danışdım. Bu gün iş günüm agır keçdi. Al, bu da istədiyin 10 manat.

Bunu görcək uşaq cəld döşəyin altından on manat çıxarır və atasının verdiyi 10 manatın üzərinə qoyur.

 Ata yenidən əsəbləşib deyir:

-Pulun olduöu halda məndən pul istəyirsən?

Uşaq gülümsəyib atasına deyir:

-On manatım var idi, amma 10 manatım çatmırdı. Ata, al bu 20 manatı, mənə bir saat vaxt ayır.


Ümid köynəyi

Qədim zamanlarda varlı bir tacir göz xəstəliyinə tutulur. Tanınmış həkimlər nə qədər çalışsalar da, xəstəliyin çarəsini tapan olmur.

ÇARƏ TAPILIR

Bir gün axır ki, xəstənin dərdinə dərman tapılır.  Müdrik bir şəxs onun görüşünə gələrək deyir:

-  Sənin dərdinin dərmanı yalnız heç bir dərdi olmayan  bir şəxsin köynəyidir. Əgər belə bir şəxsi tapsan, onun köynəyi gözlərinə şəfa verər.

Kimi tapırlarsa, hərənin bir dərdi olur. Var-dövləti olanın övlad həsrəti çəkdiyi, övladı olanın yoxsulluq dərdi olduğu məlum olur. Aylar, illər ötür, tacirin dərdinə dərman tapan olmur. Günlərin iri tacir çöldə dolaşırmış. Bir çobanın komasının yanından keçəndə səs eşidir: " İlahi! Sən Kərəm sahibisən, dilədiyim, diləmədiyim bütün nemətləri mənə bəxş etmisən. Nə dərdim var, nə də sıxıntım. Şükürlər olsun Sənin böyüklüyünə" Tacir bu sözləri eşitcək komaya daxil olub çobandan soruşur:

 - Ey Allah bəndəsi, sənin bir dərdin varmı?

Çoban tam arxayınlıqla cavab verir:

- Şükür olsun Allaha. Mənim heç bir dərdim yoxdur.

Tacir sevincək halda deyir:

-Elə isə dərdimin dərmanı səndədir, köynəyi neçəyə desən alaram

Çoban ah çəkib cavab verir:

Çox istərdim sənə kömək edim, amma mən nə edim ki, mənim bundan başqa köynəyim yoxdur.


Ox və kaman

Bir qocaya yuxuda deyirlər ki, oxu kamana qoy,at – haraya düşsə, orada xəzinə var. Qoca çətinliklə ox-kaman tapır. Oxu kamana qoyub var gücü ilə dartır. Kamanın ipi qırılır və ox əlində qalır. Kişi düşünür ki, elə durduğu yeri qazmalıdır. Nə qədər qazırsa bir şey çıxmır. Yorulub həmin yerdə yatır. Yuxuda ona vəd vermiş şəxsi görür. Onu yalan danışdığına görə məzəmmət edir. Həmin şəxs deyir: "Kamanın ipi qırıldı, ox əlində qaldı – yəni əsil xəzinə sən özünsən. Sən isə bunu dərk etmədin!


Heykəltaraşın son arzusu

Öz işindən, güzəranından narazı bir heykəltaraş çox varlı bir tacirin evinin önündən ötürdü. Qapı açıq olduğundan o tacirin dəbdəbəli evini, böyük bağını, çox sayda nökər-qaravaşını gördü. Halına acıyaraq öz özünə "Bu tacir nə qədər sərvətilidir!", - deyə düşünüb onun kimi tacir olmağı arzuladı. Möcüzə baş verdi və bir an içində çox varlı tacirə çevrildi.

Bir müddət hamıdan güclü olduğunu düşünürdü. Günlərin bir günü şəhər hakimi məhəllələrindən ötəndə hamının, hətta tacirlərin ona ehtiram etdiyini gördü. O "Kaş mən də hakim olaydım, o vaxt hamıdan güclü olardım", – deyə öz-özünə düşündü. Elə həmin an da şəhərin iqtidarlı hakiminə çevrildi. Hündür taxtında əyləşdiyi halda hamı ona təzim edirdi. Bu anda hiss etdi ki, günəş şəfəqləri onu narahat edir. Günəşin necə də qüdrətli olmasını düşündü. Ona görə də günəş olmağı arzuladı və o anda da günəşə çevrildi. Bütün gücü ilə yerə şəfəq salıb onu isitməyə çalışırdı. Bir müddətdən sonra böyük bir qara bulud gəlib onun qarşısını aldı. Bu vaxt buludun günəşdən daha güclü olmasını fikirləşdi. Bulud olmaq istədi və elə o anda böyük bulud oldu. Bir az ötdükdən sonra külək onu qovmağa başladı. Bu dəfə külək olmaq istədi və küləyə çevrildi. Lakin böyük bir daş parçası ilə qarşılaşanda onu yerindən tərpədə bilmədi. Öz-özünə fikirləşdi ki, dünyada ən güclü şey böyük daş parçasıdır. Böyük bir daşa çevrildi. Qürurla dayandığı bir vaxtda qəfildən bir səs eşitdi, əzildiyini hiss etdi. Aşağı boylananda bir heykəltaraşın cəkic və mismarla onun köksünü dəldiyini gördü!..


Kömək istəyən kişinin halı.

Peyğəmbər (s)-in səhabələrindən biri kasıbçılığın əzab-əziyyətinə artıq dözə bilməyib öz xanımilə məsləhətləşdikdən sonra Peyğmbər (s)-in yanına gedib öz halından şikayət edərk həzrətdən kömək isdəmək qərarına gəlir.Elə bu niyətlə Peyğəmbər (s)-in hüzuruna yetişir. Lakin öz hacətini o həzrətə deməzdən əvvəl görürki Rəsuli Əkrəm (s) buyurdu:"Hər kim bizdən köməklik istəsə biz ona kömək edəcəyik, amma səbr edib Allahdan başqasının qarşısında əl açmasa Allah onu ehtiyacsız edər.”O gün Peyğəmbər (s)-ə bir söz deməyib evinə sarı geri dönür. Evdə yenidən kasıbçılıq təziqiylə üzləşdikdə sabahsı günü Peyğəmbər (s)-in yanına getmək məcburiyyətində qalır. Bu dəfə də Peyğəmbər (s)-in hüzuruna daxil olduqda  "Hər kim bizdən köməklik istəsə biz ona kömək edəcəyik, amma səbr etsə Allah onu ehtiyacsız edər”   -deyə buyurduğunu eşidir. Bu dəfə də öz hacətini demədən çıxıb gedir. Amma kasıbçılıqda bıçağı sümüyə yenişmiş ərəb evdə hökümranlıq etməkdə olan yoxsulluq əzabına dözə bilməyib üçüncü dəfə Peyğəmbər (s)-in hüzuruna gəldikdə yenə də həmin sözləri təkrar etbiyini gördü. Amma bu dəfəki söz onun ruhuna qüvvət verib və özünə daha çox inanmağa başladı. Başa düşdü ki, onun xilaskarı elə bu cümlədədir.Məclisdən çıxıb daha inamla qədəm götürərək sanki özü-özünə deyirdi:"bundan sonra yalnız Allaha arxalanacağam və mənim vücudumda qoyduğu gücdən istifadə edərək öz içərində mənə kömək olmasını və məni ehtiyacsız olmağımı ondan istəyəcəyəm.”Özlüyündə fikirləşdi ki, mən nə iş görə billəm? Fikrinə gəldi ki, çölə gedib odun yığıb gətirib şəhərdə satsın. Elə belə də etdi. Birindən bir balta kirayə alıb odun qırmağa getdi.Odun qırıb gətirib şəhərdə satdı. O gün öz əlinin zəhmətiylə qazandığı pul ilə ailəsinə çörək alıb apardı. Bu minvalla işləyib pul qazanıb özü üçün balta aldı. Yavaş-yavaş davam edərək iki dəvə və nökər sahibi oldu. Bir gün öz əhvalatını Peyğəmbər (s)-ə danışmaq istədikdə həzrət təbəssüm edərək buyurdu:

 "Məgər biz demədikmi hər kim bizdən kömək istəsə biz ona kömək edəcəyik, və hər kim səbr edib başqasının yanında əl açmasa Allah onu ehtiyacsız edər!”


Qəfil zəng

 Gecə saat 00.03 idi. Qəfil zəng səsi Əmrahı yuxudan oyatdı. Birtəhər yataqdan qalxıb telefonun dəstəyini qaldırdı:"Bəli, buyurun". Dəstəkdən yaşlı qadın səsi eşidildi:"Axşamın xeyr, oğlum. Bu mənəm, anan, necəsən?" Əmrah qəzəbini boğa bilməyib əsəbi halda soruşdu:" Ana, bu nə vaxtın hal-əhval tutmağıdır?! Səhər zəng edə bilməzdin?". Ana cavab verdi:" Deyəsən, narahat etdim səni, oğlum". Əmrah:" Narahat etdin də sözdü, şirin yuxudan etdin məni". Ana peşman halda cavab verdi:" Oğul, 30 il bundan əvvəl gecənin bu vaxtı sən məni yatmağa qoymadın, şirin yuxumu pozdun və mən səni dünyaya gətirdim, amma zərrə qədər olsa belə, kiməsə gileylənmədim. Əksinə, səhərə qədər yatmayıb sənin necə yuxuya dalmağına tamaşa etdim. Oğul, ad gününü təbrik etmək istədim. Ad günün , şad günün olsun!". Sanki bir anlığa Əmrah özünə gəldi,  səhəri gün neçə aydan bəri görmədiyi anasının görüşünə getmək qərarına gəldi.

Səhər saat 9-da doğma evlərinə daxil oldu; ana yemək süfrəsinin arxasında yuxuya dalmış və elə orada da ruhunu tapşırmışdı. Artıq göz yaşları axıtmağın faydası yox idi. Hər şey gec idi...


Yagis_Negmesi | 1 dekabr 2015 13:31 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: leyla meherremova
AXIRINCIYA COX TESIRLENDIM,INSANI ANADAN BASQA HEC KES TEMENNASIZ SEVMIR.
Meryem_Duyqu | 24 fevral 2014 02:08 | Status: Yazar | Şərh: 4 130
Maraqlı idi.Təşəkkürlər
Bebeyim | 31 may 2013 15:45 | Status: Qonaq | Şərh: 0
axirinci maraqlı və ibrətamiz idi....
ayruska | 24 may 2013 23:20 | Status: Professional user | Şərh: 3 978
Bir saatın dəyəri

bu cox tesirlendirici
sevinc keder | 9 sentyabr 2012 13:45 | Status: Professional user | Şərh: 3 818
tewekkurler maraqlidir.
yarali-yurek | 8 sentyabr 2012 17:40 | Status: VİP user | Şərh: 444
cooox maraqli idi amma birin oxudum atdim secilmiwlere vaxt tapib o birilerin oxuyacam xowuam gele bu oldu
Ümid köynəyi

Qədim zamanlarda varlı bir tacir göz xəstəliyinə tutulur. Tanınmış həkimlər nə qədər çalışsalar da, xəstəliyin çarəsini tapan olmur.

ÇARƏ TAPILIR

Bir gün axır ki, xəstənin dərdinə dərman tapılır. Müdrik bir şəxs onun görüşünə gələrək deyir:

- Sənin dərdinin dərmanı yalnız heç bir dərdi olmayan bir şəxsin köynəyidir. Əgər belə bir şəxsi tapsan, onun köynəyi gözlərinə şəfa verər.

Kimi tapırlarsa, hərənin bir dərdi olur. Var-dövləti olanın övlad həsrəti çəkdiyi, övladı olanın yoxsulluq dərdi olduğu məlum olur. Aylar, illər ötür, tacirin dərdinə dərman tapan olmur. Günlərin iri tacir çöldə dolaşırmış. Bir çobanın komasının yanından keçəndə səs eşidir: " İlahi! Sən Kərəm sahibisən, dilədiyim, diləmədiyim bütün nemətləri mənə bəxş etmisən. Nə dərdim var, nə də sıxıntım. Şükürlər olsun Sənin böyüklüyünə" Tacir bu sözləri eşitcək komaya daxil olub çobandan soruşur:

- Ey Allah bəndəsi, sənin bir dərdin varmı?

Çoban tam arxayınlıqla cavab verir:

- Şükür olsun Allaha. Mənim heç bir dərdim yoxdur.

Tacir sevincək halda deyir:

-Elə isə dərdimin dərmanı səndədir, köynəyi neçəyə desən alaram

Çoban ah çəkib cavab verir:

Çox istərdim sənə kömək edim, amma mən nə edim ki, mənim bundan başqa köynəyim yoxdur.
Riyad | 10 avqust 2012 17:21 | Status: Qonaq | Şərh: 0
MARAQLIDIR
qonce | 10 avqust 2012 15:17 | Status: Şərhçi | Şərh: 358
cox maraqli idiler