Müdrik kəlamlar / İslam

Əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb?

Gülçin | 21-11-2016, 12:00
1 516 1

 


 

 Sual oluna bilər ki, əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb? Xeyr, dünya yox, dünyaya pis olmaq pislənilib. Dünyada gördüyümüz bütün nemətlər üçün var-dövlət qətiyyn qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür Amma dünyaya qul olan insan üçün halal haramın fərqi yoxdur. 

İslam peyğəmbəri (s) buyurur: "İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır.” Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunur. 
Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: "Məbada, dünyaya gönül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir.”
Maraqlıdır ki, rəvayətlərdə insana ailə -övladını sevmək tövsiyə olunur. Peyğəmbər və imamların da həyatında bu sevginin nümunələri ilə rastlaşırıq. Bir hədisdə buyurulur: "İnsan dünyanın övladıdır və kimsə və kimsə anasını sevdiyi üçün qınamaz.” Demək, söhbət müsbət sevgidən yox, dəlicəsinə vurğunluqdan gedir. İnsan dünya və onun nemətlərini o həddə sevməməlidir ki, Allahı və öz vəzifələrini unutsun. İmam Baqir (ə) buyurur: "Dünya axirət üçün ən böyük köməkdir.” Bir sözlə, dünya ötəridir, axirət isə əbədi. Ötəri dünyadan əbədi axirət üçün düzgün istifadə etmək lazımdır.
 


B.Fereh | 21 noyabr 2016 15:02 | Status: Nəzarətçi | Şərh: 6 975
Dünya malı dünyada qalacaq.Heç kim bu dünyadan hecnə aparmayacaq.Bunu qarnını gəbərdib gəzənlər dərk etsələr yaxşı olar.