Müdrik kəlamlar / Maraqlıdır

Göz yaşı haqqında maraqlı deyimlər.

Gülçin | 6-09-2016, 19:30
7 268 6
göz yaşı ile ilgili görsel sonucu
 
ALLAH qorxusu ilə ağlayan gözə Cəhənnəm atəşinin toxunması haramdır.ALLAH qorxusu ilə gözündən yaş axana Qiyamətdə əzab olmaz..(Həzrəti Muhəmməd s.a.v)

ALLAH qorxusu ilə tökülən göz yaşı gözlərin nurudur.. (Həzrəti Əli əleyhissalam)

Eşq üçün tökülən göz yaşı ilə savaşda axan qanı heç bir şey əvəz edə bilməz..(Fransız atalar sözü)

Mən heç bir ananın göz yaşlarına dözə bilmərəm..(Maron Publi Vergili)

Bir damla göz yaşında necə də böyük cəhənnəmlər vardır....(Uilyam Şekspir)

Ən tez quruyan göz yaşıdır.. (Mark Tulli Siseron)

Ən qiymətli göz yaşları eşqin vergisidir.. (Alfred Müsse)

Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər..(Aleksandr Puşkin)

Gözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz..(Hind atalar sözü)

Göz yaşı-qəlbdə olan atəşin dəlilidir.. (Zinun Misri)

Göz yaşı ruh üçün yayda yağan yağış kimidir.. (Alfred Austin)

Göz yaşı ruhumun peyvəndidir.. (Əli Suad)

Göz yaşından nə çıxar ,nə üçün tər tökmədiniz?!..(Məhmət akif Ərsoy)

Göz yaşları iztirabın səssiz təzahürüdür..(Mari Fransua Arue Volter)

Göz yaşları ilə hətta dəmiri də əridə bilərsiniz..(Publi Nazon Ovidi)

Göz yaşları ilə yuyulan üzdən daha saf üz ola bilməz..(Uilyam Şekspir)

Xoş göz yaşları olanların halına!..(İohann Volfqanq Höte)

İçdəki kiri su yox, göz yaşı yuyar.. (Cəlaləddin Rumi)

Elə göz yaşlarımız var ki, başqalarını aldatdıqdan sonra dəfələrlə bizi də aldadır..(Fransua de Laroşfuko)

Saxta göz yaşları ilə duzlu suyun heç bir fərqi yoxdur.. (Petro Metastasio)

Göz yaşı ağrı-acının sızıltısı, sevincin isə şəbnəmidir!..(Naməlum)

Yaradan rəhmətini qəhrindən üstün saydı,
Nə olardı halımız, göz yaşı olmasaydı?! (Nəcib Fazıl Qsakürək)

Aşiqin göz yaşı könül sirrinin sıza-sıza axışıdır..(Məhmət Rasim Mutlu)

Göz yaşları ağrı-acının ümidsizliyə çevrilməsinə mane olar..(Özdəmir Asaf)

Göz yaşları biçmək istəyənlər sevgi əksinlər..(İohann Kristof Fridrix Şiller)

İlahi rəhmətin insan gözündə damla-damla olmasıdır göz yaşları.. (Əbdülfəttah Şahin)

Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir..(Cövdət Anday)

Göz yaşı haqqında maraqlı deyimlər.


Gülçin | 9 sentyabr 2016 15:59 | Status: Brilliant user | Şərh: 6 780
İlahi rəhmətin insan gözündə damla-damla olmasıdır göz yaşları.. (Əbdülfəttah Şahin)
________________________________________________
_______________________________________


Təşəkkür edirəm şərh yazan xanımlara.
nurane nurane | 7 sentyabr 2016 10:05 | Status: VİP user | Şərh: 1 014
Sitat: Qaracaqiz
Teki kederden deyil sevincden gülmekden gözümüzden yaş axsın.Amma men çox hessasam deye kinoya her hansı bir menalı filmede kitabı oxuyandada tesirlenib ağlayıram amma öz derdime problemime göre heç kimin yanında ağlamaram.Çünki aciz zeyif görünmeyi sevmirem
Qaracaqiz | 7 sentyabr 2016 00:43 | Status: VİP user | Şərh: 1 882
Teki kederden deyil sevincden gülmekden gözümüzden yaş axsın.Amma men çox hessasam deye kinoya her hansı bir menalı filmede kitabı oxuyandada tesirlenib ağlayıram amma öz derdime problemime göre heç kimin yanında ağlamaram.Çünki aciz zeyif görünmeyi sevmirem
nurane nurane | 6 sentyabr 2016 23:57 | Status: VİP user | Şərh: 1 014
Sitat: Nilay
Cox qururluyam
Bezi hadiseleri hezm edebilmirem , geceler yatagda agliyiram
Amma adam yaninda aglamagi sevmirem istemirem goz yasimi kimse gorsun
Aciz deyilem aciz kimide gorunmek yarasmir mene.

MENDE BELEYEM INANKI.
B.Fereh | 6 sentyabr 2016 23:15 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: Nilay
Cox qururluyam
Bezi hadiseleri hezm edebilmirem , geceler yatagda agliyiram
Amma adam yaninda aglamagi sevmirem istemirem goz yasimi kimse gorsun
Aciz deyilem aciz kimide gorunmek yarasmir mene.

can baci...mende eynen senin kimiyem,olerem amma agladigimi hec kime belli etmerem.
Nilay | 6 sentyabr 2016 22:55 | Status: Qonaq | Şərh: 0
Cox qururluyam
Bezi hadiseleri hezm edebilmirem , geceler yatagda agliyiram
Amma adam yaninda aglamagi sevmirem istemirem goz yasimi kimse gorsun
Aciz deyilem aciz kimide gorunmek yarasmir mene.