Müdrik kəlamlar / Kitab aləmi

Vəsiyyət

SEVDA | 18-06-2016, 19:30
1 776 3
 
 
 
Bir alim adam dünyadan köçmək üzrə idi.Oğlunu yanına çağırıb vəsiyyət edir.Oğlum sənə belə bir vəsiyyətim var:Mən bu dünyadan köçəndən sonra məni corablarımla basdırarsan.Qoy corablarım ayağımda olsun.Sonrada bir məktub yazır verir ki, oğluna əgər hər hansı bir iş barədə çətinə düşsən açıb bu mektubu oxuyarsan,sənə kömək olar.Alim vəsiyyətlərini edir və gözlərini əbədi yumur. İslam qayda qanunu ilə buna meyid qüsulu alınır,hər bir şey olunur,vaxt gəlir bunun basdırılmasına çatır.Oğlu deyir ki, atam vəsiyyət etmişdi ki, məni corablarımla basdırarsız.Molla oğula deyir ki,sən nə danışırsan? Biz müsəlmanıq islamda ele şeyə izn yoxdur,corab məsələsini yığışdır, kişini basdıraq.Oğul deyir yox mən atamın vəsiyyətinə mütləq əməl eləməliyəm.Molla da razılaşmır.Deyir bu məsələni baş mollaya demək lazımdı,görək o,nə deyir.Baş mollaya çatdırırlar o, da deyir ki, corabla basdırılması qeyri-mümkündür.Oğul da əl çəkmir ki,nə olursa olsun mən atamın vəsiyyətini poza bilmərəm.Baş molla deyir,qoy bunu yuxarıya deyək,onlar izn verərlərsə onda basdırmaq olar.Yoxsa mümkün deyil..Yuxarıdan da \"yox\" cavabı gəlir.Oğul çıxılmaz vəziyyətdə qalır,düşür çətinə.Birdən atasının mektub məsələsi yadına düşür ki,atası ona məktubu verəndə demişdi ki, nə vaxt çətinə düşsən açıb bunu oxuyarsan.Oğlu tez alıb məktubu açıb oxuyur.Atası məktubda yazmışdı:Oğul görűrsen?Özűmlə o dünyaya bir cüt corab aparmaq istəyirdim ona da imkan vermirlər.Odur ki, dünya malına çox da həris olma!!

Gülçin | 19 iyun 2016 12:50 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: SEVDA
Redakte eden bacının ellerine sağlıq....

Xoşdur, buyurun. Sizin də əllərinizə sağlıq, belə ibrətamiz hekayə paylaşdığınıza görə.

P.S. Xəbər lentində gedən bütün xəbərləri ya Banu xanım redaktə edir, ya da mən. Nazlı kız xeyli müddətdir ki, gəlmir. Yəqin bir üzürlü səbəbi var. Xanımlardan ikisinə öz xahişləriylə Banu xanım 1günlük sınaq üçün redaktorluq verdi. Təəssüfki bacarmadılar.
SEVDA | 18 iyun 2016 21:01 | Status: Nəzarətçi | Şərh: 17 439
Redakte eden bacının ellerine sağlıq....
Dəniz qızı | 18 iyun 2016 20:17 | Status: Brilliant user | Şərh: 8 017
Bunu da oxumuşam....İbrətlidi..