Müdrik kəlamlar / Kitab aləmi

İbrətamiz hekayə.

Dəniz qızı | 29-06-2016, 16:30
1 972 5




 
Günlərin birində, saf və təmiz suyu olan , eyni zamanda dərin olmayan bir çay var idi. Bir kişi öz atı ilə bu çaydan keçmək istəyirdi. Amma bütün səyləri nafilə, bir nəticə hasil edə bilmədi. Bütün kənd əhli toplandı çayın kənarına, köməkləşdilər , lakin atı sudan keçirdə bilmədilər. O kəndən bir az aralıda bir qoca arif yaşayırdı. Kənddən bir neçə nəfər arifin hüzuruna yetişdi və hadisəni ona danışdılar. Nurani ağsaqqal cavab verdi :
-Çayın suyunu bulandırın !!!
Kənd əhli qocanın sözünü dinləyib, o cür də etdilər. At çaydan keçdi.
Amma bu hadisəni eşidən bütün insanlar, bunun səbəbini öyrənməkdən ötrü qocanın yanına getdilər. 
-"Suyu bulandırmaqda nə var idi ki, ondan sonra at çayı keçdi" ?
Ağsaqqal özünəməxsus təmkinlə cavab verdi :
-Çayın suyu bulanıq olmadıqca , at özünü suda görürdü. Ona görə də özünü tapdalamaq istəmədiyindən qabağa, irəliyə gedə bilmirdi.
 


Əsmər1 | 30 iyun 2016 18:47 | Status: VİP user | Şərh: 1 584
Çox ibrətamizdi təşəkkürlər baciş
Dəniz qızı | 30 iyun 2016 10:51 | Status: Brilliant user | Şərh: 8 017
Şərh yazanlara təşəkkür..
SEVDA | 30 iyun 2016 09:22 | Status: Nəzarətçi | Şərh: 17 439
Çox maraqlı ve ibretamiz...
Cicim İncim | 30 iyun 2016 02:19 | Status: Gümüş user | Şərh: 2 456
Bu cür qısa məzmunlu , amma məna dolu ibrətamiz hekayələri çox sevirəm...
Təşəkkürlər...
B.Fereh | 29 iyun 2016 21:25 | Status: Nəzarətçi | Şərh: 6 975
Ewitmiwdim bu hekayeni,tewekkurler Periwim.