Münasibətlər / Müdrik kəlamlar

Qadını idarə etməyi bacaran dövləti də idarə edər.

Banu. | 2-09-2017, 15:00
1 720 4





Qadının həmişə üç cür yaşı olur:biri görünən yaş,digəri həqiqi yaş,üçüncüsü də onun özünə verdiyi yaş. (Alfons Karr:Fransız jurnalisti)

Qadınlar qorxanda daha təhlükəli olurlar. (Robert Berns:Şotland şairi)

Qadın zərif şüşə kimidir.Onun möhkəmliyini yoxlamağa çalışmayın,hər an sına bilər. (Migel de Servantes:İspan yazıçısı)

Qadın hər şeyi fitrətən bilir,kişi kitablardan öyrənir. (Siddhartha Qautama Budda:Buddizm banisi)

"Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır". (Viktor Hüqo)

Qadınların ən güclü silahı zəiflikdir. (İvan Alekseyeviç Bunin:Rus yazıçısı)

"Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur" (Evripid)

Qadının çöhrəsi ərinin necə olduğunu,kişinin köynəyi isə arvadının necə olduğunu göstərir. (yuqoslav atalar sözü)

"Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb". (Oskar Uayld)


"Yaxşı qadın kişiyə təsir edər, ağıllı qadın onda maraq oyadar, gözəl bir qadın onu ovsunlayar, anlayışlı qadın isə ona sahib olar" (Helen Rouland)

"Qadın kölgə kimidir. Qovsanız qaçar, qaçsanız qovar". (Çamfort)

Qadını danışmağa məcbur etmək üçün min üsul var,ancaq onu susmağa məcbur edən üsul yoxdur. (Giyom de Buşe:Fransız yazıçısı)


"Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur". (P.Sir)

Qadının ən böyük cəvahiratı onun namusudur. (Anatol Frans:Fransız yazıçısı)

"Qadını gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof". (Sokrat)

"Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir". (Tolstoy)

Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır. (Anatol Frans)

Qısqanclıq kişidə zəiflik,qadında isə güc mənbəyidir. (Anatol Frans)

Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. (Corc Herbert:İngilis şairi)

"Qadın ərini daha az sevməli, daha çox anlamalıdır. Kişi isə qadınını daha çox sevməli, daha az anlamalıdır". (Oskar Uayld)

Dəniz qızı | 5 avqust 2016 08:56 | Status: Brilliant user | Şərh: 8 017
Qadını danışmağa məcbur etmək üçün min üsul var,ancaq onu susmağa məcbur edən üsul yoxdur. (Giyom de Buşe:Fransız yazıçısı)
B.Fereh | 4 avqust 2016 18:59 | Status: Nəzarətçi | Şərh: 6 975
'QADINLARI AGLATMAYIN INCITMEYIN.BUNU BILIN KI,ALLAHU-TEALA QADINI AGLADAN KIWINI SEHVINI ANLAYANADEK PEWMAN EDER.GETDIYI HER QAPI UGURSUZ OLAR.QADININ GOZUNNEN AXDIGI HER DAMCI YAWA GORE O KIWI EZABLAR CEKER'
HZ.MEHEMMED(S.E.V)
nurane nurane | 4 avqust 2016 12:48 | Status: VİP user | Şərh: 1 014
QADIN ELE BIR MOVZUDUR KI, ONU NE QEDER MUZAKIRE ETSEN DE HEMISE YEPYENIDIR.
Nilay | 3 avqust 2016 22:43 | Status: Qonaq | Şərh: 0
Bu yazilarin bezileri kiminse ozune tesellisidir.Mes bu:3 sevgilisi olan qadin esl qadindi .Bir qadin bir defe bir kisi ile sevgili olar , yatahini paylasar oda eri olmalidi basqa cur ola bilmez .Biz terefde 3 sevgilisi olqna esl qadin yox , esl faise deyirler .Ifademe gore uzr isteyirem.
Men cox basadusen , soz sohbeti sevmeyen biriyem .Koynek meselesi duzdu .Yoldasim deyir cox sakit biriyem , diyir qorxursan soz sohbetden.Amma ozu herden ....dalasir menimle .Neyse omrumnen evlilik heyatimnqn yazsqm bir roman ayazaram.