Münasibətlər / Müdrik kəlamlar

Kişiləri məğlub etmək üçün Koko Şaneldən 25 MƏSLƏHƏT

Banu. | 28-05-2017, 19:30
2 172 9
Kişiləri məğlub etmək üçün Koko Şaneldən 25 MƏSLƏHƏT


Koko Şaneldən bütün qadınların bilməsi vacib olan 25 məsləhət..

87 il ömür sürən Koko Şanel hər zaman eleqantlığı, dəyişməz gözəlliyi ilə bütün dünyanı heyran qoyub. AzadQadin.az ANN.Az-a istinadən məşhur fransız modelyerin aforizmə çevrilən 25 məsləhətini sizə təqdim edir:

1. Gözəllik kişilərin bizi sevməsi üçün, axmaqlıq isə bizim onları sevməyimiz üçün lazımdır.

2. 20 yaşında qadın təbiətin ona verdiyi, 30 yaşında özünün yaratdığı, 40 yaşında isə layiq olduğu simada olur.

3. Orijinallıqdan çəkinin. Qadının orijinallığı maskarada gətirib çıxara bilər.

4. Əvəzolunmaz olmaq üçün hər zaman dəyişmək lazımdır.

5. Kişilər yaxşı geyinən, amma çox da parlaq olmayan qadınları bəyənirlər.

6 .Özünə qayğı ürəkdən başlamalıdır, yoxsa heç bir kosmetika sənə kömək etməyəcək.

7. Kişinin həyatında yalnız bir qadın olur. Digərləri onun kölgəsidir.

8. Öz modasını yalnız gənc qızlar uydura bilər. Orta və yaşlı qadınlar üstünlük təşkil edən dəbə uymalıdırlar.

9. Qadın üçün əsas olan daima işləməkdir. Yalnız işləmək qadına ruh yüksəkliyi, mənəvi yüksəklik və bədən
üzvlərinin qayğısına qalmağa imkan verir.

10. Parıltılı geyinən qadınların əhvalını pisləşdirmək çətindir.

11. Krujeva təbiətin ən gözəl fantaziyalı imitasiyasıdır. Amma incilər həmişə düzdür.

12. Qadınlar dəyişmək istəyir. Onlar yanlış düşünürlər. Xoşbəxtlik sabitlik və özünü olduğun kimi saxlamaqdadır.

13. Əllər qadının vizit kartı, sinəsi onun vəsiqəsi, bədəni isə xarici pasportudur.

14. Vaxt sevmək və işləmək üçündür. Başqa şeylərə vaxt yoxdur.

15. Qadınlar gecə paltarlarını ərlərindən daha ehtiyatlı seçirlər.

16. Mən öz yolunda pul xərcləyən insanları yüksək qiymətləndirirəm. Xəsis insanlara ərə getməyin.

17. Qadınlar gülünc görünə bilər. Təbii ki, mən bəzi qadınları deyirəm.

18. Əgər siz heç kimin əldə etmədiyini qazanmaq istəyirsinizsə, heç kimin edə bilmədiyini etməlisiniz.

19. Əgər qadın dəyişirsə, burda başqa səbəb axtarmaq lazım deyil. Bu ağıl və hislərin işidir.

20. Deyirlər ki, qadınlar öz qadın həmkarlarına görə geyinirlər. Bu, doğrudur. Amma əgər dünyada bir nəfər belə kişi qalmasaydı, qadınlar geyinməyi tamamilə dayandırardılar.

21. Kişi ilə paltar arasında seçimdə qalmısınızsa, paltarı seçin.

22. Yaraşıqlı kişi olmamalıdır. Çirkin kişi isə olmur. Ancaq az rəngli və isti şampan olur.

23. Paradoks o zaman yaranır ki, axmaq və qabiliyyətsiz kişi qadına qarşı daha çox iddia irəli sürür.

24. Özünü cilovlaya bilmək, ağrını hiss etdirməmək ideal qadının xüsusiyyətləridir.

25. Cilvə-emosiyalar üzərində qələbənin səbəbidir.


Dəniz qızı | 29 avqust 2016 08:08 | Status: Brilliant user | Şərh: 8 017
Bu Kokonun adını eşitmişəm.Bəzi məsləhətləri yaxşıdı..
Vetenperver | 28 avqust 2016 20:15 | Status: Professional user | Şərh: 6 700
Gözəllik kişilərin bizi sevməsi üçün, axmaqlıq isə bizim onları sevməyimiz üçün lazımdır.
Bu sözlə qəti razı deyiləm,çox məntiqsiz sözdür.Necə yəni,kişini sevmək üçün qadın gərək axmaq olmalıdır ya kişini sevən qadın axmaq olur???

Əllər qadının vizit kartıdır
Bu sözlə isə razıyam amma bu söz Kokoya aid deyil,bu bütün dünyada bilinən bir sözdür.
SEVDA | 26 aprel 2016 18:52 | Status: Nəzarətçi | Şərh: 17 439
Bezileri deyerli meslehetlerdir....
dılay | 26 aprel 2016 17:19 | Status: Brilliant user | Şərh: 8 183
Hmmmmmm...
nurane nurane | 25 aprel 2016 19:39 | Status: VİP user | Şərh: 1 014
MENDE EN COX ALTINI BEYENDIM.TEWEKKURLER
Gülçin | 25 aprel 2016 10:53 | Status: Brilliant user | Şərh: 6 780
7. Kişinin həyatında yalnız bir qadın olur. Digərləri onun kölgəsidir.
________________________________________________
__________________________________________

Tamamilə doğru...
ESMERRi | 24 aprel 2016 22:09 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: B.Fereh
Koko Wanel barede filme baxmiwam,cox maraqli qadin olub.Oz dovrunde geyimlerde esl inqilab etmiw qadindir.
"KIWININ HEYATINDA YALNIZ BIR QADIN OLUR.DIGERLERI ONUN KOLGESIDIR"-BU KELIMENI COX BEYENDIM.
GULYA-N | 24 aprel 2016 01:01 | Status: VİP user | Şərh: 759
Doğurdanda gözel menalı sözlerdir.
B.Fereh | 23 aprel 2016 22:59 | Status: Nəzarətçi | Şərh: 6 975
Koko Wanel barede filme baxmiwam,cox maraqli qadin olub.Oz dovrunde geyimlerde esl inqilab etmiw qadindir.
"KIWININ HEYATINDA YALNIZ BIR QADIN OLUR.DIGERLERI ONUN KOLGESIDIR"-BU KELIMENI COX BEYENDIM.