Münasibətlər / Müdrik kəlamlar

Yolun açıq olsun!...

Ayan92 | 8-06-2014, 13:30
3 437 21



Yolun açıq olsun!...


"ŞEYX ƏDƏBALİDƏN"
  

Oğul insanlar var ki, gün doğanda doğulur, gün batanda ölürlər. Unutma ki, dünya güman etdiyin qədər böyük deyil. Dünyanı bizə böyük göstərən bizim kiçikliyimizidir...
 Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəmmənəmlik və təkəbbür isə çəpərdir, oğul.
 Çalış tək özün olmayasan, təklik yalnız Allaha məxsusdur. Dünaynın ağırlığını təkbaşına qaldırmayasan. Bütün işlərini məsləhətlə görəsən. Əgər məsləhətlə iş görsən, yol da üzünə, açıq olar. Yox əgər məsləhətsiz iş tutsan, yarı yolda qalarsan.

Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr bir yumruğunla daşları aşırarsan, vaxt da gələr yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır... Bu açarla açacağın qapıları yaxşı tanı. O qapının arxasında xəzinələr, sirlər var. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul!

Unutma qəzəbin təkəbbürünlə birləşib ağlını məğlub edə bilər. Həmişə səbirli, təmkinli ol. Heç vaxt əzmindən dönmə. Getdiyin yolu, daşıdığın yükü yaxşı bil.

Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu daşları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerde iradə çəkilib gedər. İradəsiz insanən isə ruhu ölüdür.

Səbirsiz mənzil başına çatmaq olmaz, oğul! Səbir qara bir tikanı udmaq, tikan içini parçalayıb keçdikcə səsini çıxarmamaqdır. İnsan ocaq kimi yanmalı və yandığını heç kimə bildirməməlidir...
  Gözünü əbədiyyətə dik, oğul! Bir də unutma ki, her şeyin öz vaxtı var. Vaxtsız banlayan xoruzun başı tez kəsilər...

Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür.

Sözündə bütöv ol. Hər sözü də boynuna götürmə. Gördüyünü söyləmə, verdiyin sözü unutma, sözü söz olsun deyə demə.

Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur,pislyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib.

Ananı, atanı say. Bərəkət böyüklərdədir. Ana çilə yumağdır,ata isə dua qaynağı...

Ana ürəyi zərif bir ipək, ata biləyi isə Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanən biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Atan-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik.

Sayıldığın yerə tez-tez getmə, onda nə hörmətin, nə etibarın qalar. Düşmənlərini artırma, haqlı olanda da döyüşməkdən qorxma!Bil ki,atın yaxşısına doru(kəhər), igidin yaxşısına da dəli deyərlər.

Hər şey qədərində yaxşıdır. Sevdiyini həddindən artıq sevmə. Ən çətin imtahan sevgi ilə olan imtahandır."İNSAN NƏ QƏDƏR GÜCLÜ OLSA,MƏHƏBBƏTƏ TUŞ GƏLƏR"

Gələcəkdə nəslindən utanmamaq üçün gecələrin qaranlığında. Səhərlərin aydınlığında duaya qalx.

Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə,ürəyi ilə çıxar...

YAXŞILIĞA YAMANLIQ ŞƏR KİŞİNİN İŞİDİR,

YAXŞILIĞA YAXŞILIQ HƏR KİŞİNİN İŞİDİR,

YAMANLIĞA YAXŞILIQ ƏR KİŞİNİN İŞİDİR,OĞUL!

Sən bizim duamızsan, oğul. Başını həmişə dik tut. Qoy əbədiyyətə qədər üzün ağ,yolun açıq olsun.

 


Xəbər AzadQadın.az saytına məxsudur.



 



Real Madrid CF | 12 may 2015 17:53 | Status: Qonaq | Şərh: 0
Sitat: dream reality
Xebere gore twk....
dream reality | 4 sentyabr 2014 10:23 | Status: Professional user | Şərh: 1 449
Xebere gore twk....
Röyamsan. | 11 iyun 2014 02:00 | Status: Brilliant user | Şərh: 6 102
Sitat: Ayan92

Röyamsan sənə də təşəkkürlər

Dəyməz.
Ayan92 | 10 iyun 2014 18:24 | Status: Professional user | Şərh: 3 056
Şərhlərinizə görə çox sağ olun.
Röyamsan sənə də təşəkkürlər
SULTANIM | 10 iyun 2014 16:29 | Status: Ekspert | Şərh: 4 742
Xebere gore tesekkurler.
Black_sTaR | 10 iyun 2014 03:07 | Status: Professional user | Şərh: 846
Şəkil nə qəşəngdir.
SEVDA | 10 iyun 2014 02:08 | Status: Nəzarətçi | Şərh: 17 439
çox beyendim bu xeberi.ellerinize sağlıq...
Ay_Sun | 9 iyun 2014 20:09 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Gulyar Memmedova
coox beyendim ellerinize sagliq
Gulyar Memmedova | 9 iyun 2014 17:03 | Status: Şərhçi | Şərh: 595
coox beyendim ellerinize sagliq
Ayan92 | 9 iyun 2014 14:30 | Status: Professional user | Şərh: 3 056
Sitat: aysun94
Hərflər niyə bu qədər böyükdür?

Mən redaktəni bacarmıram.
Belə getsə, gərək tez bir zamanda xəbərləri redaktə etməyi öyrənim.
Billurə | 9 iyun 2014 09:57 | Status: Professional user | Şərh: 4 892
Hərflər niyə bu qədər böyükdür?
MELEK_ | 9 iyun 2014 09:29 | Status: Professional user | Şərh: 3 949
Gələcəkdə nəslindən utanmamaq üçün gecələrin qaranlığında. Səhərlərin aydınlığında duaya qalx.

Allah razi olsun, cox beyendim
Gulshen. | 9 iyun 2014 06:44 | Status: Qonaq | Şərh: 0
Sitat: DENIZ QIZI3
cox gozel ve menali sozlerdir.ureyine sagliq canimmm
SABINA | 8 iyun 2014 18:37 | Status: Professional user | Şərh: 7 410
"İNSAN NƏ QƏDƏR GÜCLÜ OLSA,MƏHƏBBƏTƏ TUŞ GƏLƏR"
heqiqetende beledir
Aytekin82 | 8 iyun 2014 18:34 | Status: Brilliant user | Şərh: 6 587
YAXŞILIĞA YAMANLIQ ŞƏR KİŞİNİN İŞİDİR,
YAXŞILIĞA YAXŞILIQ HƏR KİŞİNİN İŞİDİR,
YAMANLIĞA YAXŞILIQ ƏR KİŞİNİN İŞİDİR


Təşəkkürlər Can
DENIZ QIZI3 | 8 iyun 2014 16:13 | Status: Gümüş user | Şərh: 3 858
cox gozel ve menali sozlerdir.ureyine sagliq canimmm
Nara88 | 8 iyun 2014 15:56 | Status: Professional user | Şərh: 4 253
cox gozel xeberdi tskler
ŞehZam | 8 iyun 2014 15:40 | Status: Professional user | Şərh: 2 577
Çox sağ ol...
Gülçin | 8 iyun 2014 15:37 | Status: Brilliant user | Şərh: 6 780
Coox tesekkurler.
Ramiz Hesenli | 8 iyun 2014 14:57 | Status: Şərhçi | Şərh: 126
Xeyirxah niyyətli atılan addımlar hamısı uğurlu olsun.
HESENIM | 8 iyun 2014 14:05 | Status: Gümüş user | Şərh: 1 262
cox gozel ve menali sozlerdir cox beyendim genc oqullar oxusun ders cixartsinlar mence tekce oqul yox bu tek kisiye yox butov insanliqa cekilmis misaldir.kaski her kes deqiq qerezsiz vicdanli ola.bu soz lap ans-in xeberlerini xatirlatdi mene..tesekkurler xebere gore 4-cu 0140 menden

tesekkurler ayan baci