Münasibətlər / Müdrik kəlamlar

Dini kəlamlar (FOTOLARLA)

leyla meherremova | 30-07-2013, 19:00
81 550 48




 

 

Hər işə Allahın adı ilə başlamaq insanın bütün işlərini ibadətə çevirir. Çünki edilən işin Allah qatında məqbul olduğunu işin böyüklüyü kiçikliyi, nə olduğu, necə olduğu deyil, yalnız Allah rızası üçün səmimiyyətlə edilmiş olması müəyyən edir.

 



Hz.Məhəmməd (s.ə.s): Allah sevdiyi bəndəsinə əzab verməz 
Onu sadəcə çətinliklərlə imtahan edər...


Bir insan yoxdur ki,uşağına Quran öyrətsin,qiyamət günü insanların mislini görmədiyi

taclar və libaslardan faydalanmış olmasın.


Əbu-Dərda bir qəbrin başında  dayanmış 
"Ey qəbir! Çölün nə qədər səssiz isə için dəhşət verici qorxularla doludur!"
Deyərək hönkür-hönkür ağlamışdır.


Bir insan Allahdan başqa kimsəyə möhtac olmadığına inanarsa

Allah da onu başqasına möhtac etməz.

Hz.Məhəmməd(s.ə.s.)


Günahın cəzasını vermək üçün tələsmə...

Üzr üçün bir yol qoy.

İmam Həsən(ə.s.)


Hz Əli (ə),Hz. Fatimə(ə),Hz.Həsən(ə)və Hz. Hüseyn(ə) üç gün heç bir şey yemədən evdə qaldılar.
 Hz. Fatimənin bir fistanı vardı.Onu Hz. Əliyə satması üçün verdi.
 Hz. Əli fistanı altı dirhəmə satdı.Hz.Əli götürmüş olduğu pulu, gördüyü kasıblara payladı. Yolda gedərkən
gözünə insan surətində Cəbrayıl(a.s.) təsadüf etdi. Cəbrayılın əlində
cənnət dəvələrindən bir dəvə vardı.Hz. Əliyə: Ey Əba Həsən bu dəvəni məndən satın al dedi.
Hz. Əli: Məndə bəndəndə onu alıb götürəcək pul
yoxdur.
 Cəbrayıl (ə.s.): Sonra verərsən. satarsan?
Neçəyə satarsan? 
Yüz dirhəmə sataram. Hz. Əli dəvəni ondan satın alıb götürdü.  Dəvənin yunlarını tutub yola davam etdi.
   Bu səfər Mikayıl (ə.s) bir ərəb  paltarında ona rast gəldi. Mikayıl (ə.s): Bu dəvəni satarsanmı?dedi. Hz. Əli(ə.s.) Bəli sataram, dedi.
Mikayıl (ə.s.): Neçəyə aldın? deyə soruşdu.
  Hz. Əli(ə.s.): Yüz dirhəmə aldım. 

     Mən onu yüz altmış dirhəm ticarətlə satın alaram. 

Hz. Əli(ə.s.) dəvəni yüz altmış dirhəmə ona satdı.
Mikayıl (ə.s)pulu verdi, Hz. Əli(ə.s.) pulu alıb getdi.
Yolda dəvəni ilk satana rast gəldi.Dəvəni ilk satan Cəbrail(ə.s.)
Hz.Əliyə dəvəni satdınmı? deyə soruşdu. 
Hz.Əli (ə.s)bəli satdım, dedi.
Elə isə mənim haqqım olan pulmu ver dedi.Hz. Əli ona yüz dirhəmini verdi.
Özünə altmış dirhəm qaldı.
Pulu evə aparıb Hz. Fatimənin(ə.s.)önünə tökdü.
 Hz. fatimə: Bu pulu harada tapdın? deyə soruşdu.
Hz. Əli ALLAH üçün altı dirhəm verdim. 
ALLAH da mənə onun müqabilində altmış dirhəm verdi.
Hər dirhəm üçün, on dirhəm verdi-dedi. 
Sonra Peyğəmbərə (s.ə.s)-in yanına gəldi, vəziyyəti ona izah etdi.Peyğəmbər (s.ə.s) Hz. Əliyə, Ya Əli dəvəni sənə satan Cəbrail (as)
səndən satın alan da Mikayıl(ə.s)dır.Dəvə isə qiyamət günü Hz. Fatimənin
 miniyidir. Ey Əli səndən başqasına verilməyən üç şey sənə verilmişdir. Cənnət qadınlarının 
seyyidəsi sənin bərabər yoldaşındır.Sənin iki cavanın vardır ki,onlar cənnət əhlinin gəncləri və cavanlarıdır.
 Sənin elə bir qayınatanın vardır ki,O Peyğəmbərlərin ən üstünüdür. Bunlar  üçün Allaha şükr et. Ona həmdi sənada ol dedi.

 


Dedim: Allahım çox tənhayam,
Dedi:"Mən yaxınam!"
(Bəqərə surəsi 186.)


Hz.Məhəmməd (s.ə.s.):"Ey Əli! Mömin 3 vaxt xoşhal olur.

1.Din qardaşı ilə görüşəndə.
2.İftar vaxtı.
3.Gecə namazı qılanda.


"Həqiqətən nadan o kəsdir ki,nəfsi istəkləri onu özünə qul etmişdir."
Hz.Əli (ə.s.)


"Zaman keçərsə,nəticə gecikərsə,

Sonda səbr edən qazanır...

Hz.Məhəmməd(s.ə.s.) 


Çarəsizlik, Allahdan gələn ən gözəl bir işarədir,

Duanın vaxtının gəldiyini göstərər.

Süzülsə gözlərindən yaşlar,kədərlənsə gözəl üzün

Rəbbin sənin üçün darıxmışdır

Səni eşitmək istəyir demək.



Allahım ! Pis qonşudan və vaxtından əvvəl saçlarıma dən salan zövcədən, mənə hökmranlıq edən övladdan, mənim üçün əziyyətə çevrilən mülkdən, gözləri ilə məni görüb, qəlbi ilə məni güdən, məndə yaxşı bir xüsusiyyət gördükdə onu gizlədib, pis xasiyyət gördükdə isə insanlar arasında yayan pis dostdan- Sənə sığınıram.



Ölülər namaz qılmaz,kafirlər namaz qılmaz,körpə uşaqlar namaz qılmaz,dəlilər namaz qılmaz.Bəs siz?..


Səbr hər dərdin dərmanıdır.Səbr qulu çevirib padşah edər...
Bunun ən gözəl nümunəsi Hz.Yusif(ə)dir!..

    


Kim Rəbbin hüzuruna günahkar kimi gələrsə,onu Cəhənnəm əzabı gözləyir.O orada nə ölər,nə də yaşayar.
(Cəhənnəm əhli nə ölü kimi ölü, nə diri kimi diridir.Əbədi əzablara düçar olub bir gün görməzlər.Taha-74)


Ramazan gəldi,artıq maddi yeməklərdən əl çəkin ki,göydən mənəvi ruzilər gəlsin.
Bu ay könül süfrəsinin qurulduğu aydır.
Könlünün,bədəninin səhvlərdən xilas ayıdır.könüllərin eşq və iman ilə dolduğu aydır.


Ey...iman gətirənlər Cümə günü namaza çağıranda Allahı yad etməyə tələsin
və ticarəti dayandırın.Biləsiniz ki,bu sizin üçün nə qədər dəyərlidir.


İbnul Qeyyim (rahiməhullah) buyurur:
· Qəlbdə - bir dağınıqlıq vardır, onu ancaq Allaha tərəf yönəlməklə yox etmək olar.
· Qəlbdə - bir vəhşət vardır, onu ancaq təklikdə Allah ilə ünsiyyətlə yox etmək olar.
· Qəlbdə - bir hüzn vardır, onu ancaq Allahı tanımaq sevinci və sədaqətli münasibətlə yox etmək olar.
· Qəlbdə - bir həyəcan vardır, onu ancaq Allaha sığınmaqla yox etmək olar.
· Qəlbdə - bir həsrət yanğısı vardır, onu ancaq Allahın əmri, qadağası və qəzavu-qədəri ilə razılaşmaq və Onunla görüşəcəyi günə qədər səbr etməklə söndürmək olar.



Allahım!!! 
Başladığımız yeni gündə Səndən xeyir diləyirik və bu günün içindəki şərlərdən sənə sığınırıq...


"Heç kəs Ramazana bir-iki gün qalmış oruc tutmasın. Yalnız adəti üzrə oruc tutan kimsə bu günlər oruc tuta bilərlər.." 

Sanma ki,dərd yalnız səndə var.
Səndəki dərdi nemət sayanlar da var.
Məhəmməd Peyğəmbər(s.ə.s)


Ərini cihada göndərən bir qadına yaxınları dedi:" Birdən ərin şəhid olar ,onda uşaqlarına kim baxacaq?..
Qadın dedi: "Heç vaxt ərimə "ruzi verən"
kimi baxmamışam."


"Ramazan elə bir aydır ki,başlanğıcı rəhmət,ortası bağışlanma və sonu cəhənnəm atəşindən xilas olmaqdır."

Hz.Məhəmməd(s.ə.s.)


Hz.Əli(ə.)buyurur:"Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə."


 

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb, zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.
(ƏL Bəqərə 177)

 


AZAN səsi olmaq istərdim...
Şeytanın yoldaşı olan bəzi insanların daxilindəki iblisə əzab vermək üçün!!!

 


 Allah sevdiyi bəndələrinə əzab verməz.

Onu sadəcə çətin imtahan edər...

Hz.Məhəmməd(s.ə.s.)


" ALLAH yolunda bir gün oruc tutan heç bir qul yoxdur ki, o gün səbəbi ilə ALLAH onun üzünü yetmiş il Cəhənnəmdən uzaq etməsin! "


"Mən məsciddə oturmağı,cənnətdə oturmaqdan üstün tuturam.Çünki cənnətdə oturmaq mənə xoş olduğu halda məsciddə oturmaq, Allaha xoşdur."-Həzrət Əli(ə.s.)   


 

Çəki vermək üçün deyil "ORUC"

Gözəllik, salon xərcindən xilas olmaq üçün deyildir "HİCAB"

İdman olsun deyə qılınmaz "NAMAZ"

Qürurlanmaq üçün verilməz "SƏDƏQƏ "


Ət üçün deyil "QURBAN"


Desinlər deyə yaşanmaz "İSLAM"

 


Dünyada nə varsa qiymətlidir,lakin dünyada ən qiymətli şey möminə qadındır.

Hz.Məhəmməd(s.ə.s.)


Hz.Əli buyurur:"Həyat yoldaşınıza mehribançılıq ilə nəsihət edin."


 Hz. Zəhraya o qədər zərbə vurmuşdular ki,namazda bir əlli qunut tutardı. Hz. Əli (ə) deyir ki. Zəhra (ə) kəfənlənir. O zaman İmam Hüseyin (ə) gəldi xanım Fatimeyi Zəhranın sinəsindən öpdü .Dedi :Ana and olsun ki, məni qollarına almasan cənazəndən ayrılmaram .Əsma and olsun Allaha gördüm kəfənin bəndi açıldı .Zəhranın o qamçı dəyən qolları qalxdı, gəl balam gəl. Hüseyni(ə) basdı bağrına. Hz. Əli (ə) deyir: Göydən səs gəldi ,ayır Hüseyni Fatimədən göydə ağlamayan mələk qalmadı...


Allah buyurur:
-Kaş bəndəm biləydi ki,
Məndən üz çevirib gedəndə,
onun arxasınca necə həsrətlə baxıram...
   

 

                         @Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.


                                                                                                                                                                                                                                                                                                                                                            Redaktə etdi: Gunewim



Wiyinn | 4 oktyabr 2016 20:31 | Status: VİP user | Şərh: 889
bu xeberi beyendim

axrinci suala cavabim yox heckim onlarin derecesine ve ALLAHIN derecesine cata bilmez
ESMERRi | 10 noyabr 2015 21:46 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Hamisi gozel sozlerdi
dılay | 23 oktyabr 2015 20:58 | Status: Brilliant user | Şərh: 8 183
Hamisi gozel sozlerdi
ESMER | 1 oktyabr 2015 22:28 | Status: VİP user | Şərh: 817
Sitat: boris arxan
allah butun dualarimizi qebul etsin. amin

Sitat: boris arxan
allah butun dualarimizi qebul etsin. amin

Sitat: boris arxan
allah butun dualarimizi qebul etsin. amin
boris arxan | 27 aprel 2015 01:44 | Status: Professional user | Şərh: 4 784
allah butun dualarimizi qebul etsin. amin
_Yagmur_ | 28 mart 2015 22:01 | Status: Şərhçi | Şərh: 209
Allah komeyiniz olsun . hemise bele dualar paylasin oxuyaq .
Nergiz love | 8 dekabr 2014 22:08 | Status: Professional user | Şərh: 7 871
Allah razi olsun bele xeberleri cox xoslayiram
Miraj | 4 noyabr 2014 14:02 | Status: Professional user | Şərh: 2 625
Sitat: kalbimin sahibi
Gozel idi...Tanrim hec birimizin duasini geri qaytarmasin

amin
KARAGULUM | 31 oktyabr 2014 17:32 | Status: Gümüş user | Şərh: 1 433
Gozel idi...Tanrim hec birimizin duasini geri qaytarmasin
Tesekkurler
SABINA | 25 oktyabr 2014 10:32 | Status: Professional user | Şərh: 7 410
MOHTESEM İDİ
Ay_Sun | 18 iyul 2014 22:46 | Status: Brilliant user | Şərh: 13 408
Super Super 0140 0147
SEVDA | 22 aprel 2014 08:52 | Status: Nəzarətçi | Şərh: 17 439
Ellerinize sağlıq.....
Nigar | 22 fevral 2014 19:05 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Qanad
Allah razi olsun.

turkam | 27 dekabr 2013 20:00 | Status: Şərhçi | Şərh: 301
NE GOZEL KELAMLARDIR,ALLAH SENDEN RAZI OLSUN ALLAH BUTUN DUALARIMIZI QEBUL ETSIN.AMIN!!!
Qanad | 25 dekabr 2013 19:57 | Status: Yazar | Şərh: 4 357
Allah razi olsun.
NURLU | 15 noyabr 2013 14:46 | Status: Professional user | Şərh: 5 552
Allah bütün duaları qəbul etsin.
Alice | 22 oktyabr 2013 22:04 | Status: Professional user | Şərh: 5 020
ALLAH MİN DƏFƏ RAZI OLSUN..SUPER....HƏR BİR DUA QƏBUL OLSUN İNŞALLAH...
elif12 | 31 avqust 2013 01:25 | Status: Şərhçi | Şərh: 343
allah butun dualarimizi qebul etsin. amin
Alone Girl | 2 avqust 2013 16:33 | Status: Gümüş user | Şərh: 1 679
Sitat: Feriha.
allah razi olsun
Feriha. | 2 avqust 2013 12:02 | Status: Professional user | Şərh: 4 746
allah razi olsun
Torpaq | 2 avqust 2013 10:20 | Status: Professional user | Şərh: 3 570
Sitat: Seyidli
ona qədər oxudum. Ləzzət elədi mənə. Çox, çox, çox gözəl xəbər alınıb. Allah zəhmətinin bəhrəsini versin!
Amma bir dənə səhih olmayan hədis var...
Bu qədər gözəl kəlamları bizə təqdim etdiyinə görə sagol bacım. Allah razı olsun!!!

Vallah menim de aayyri sozum yoxdu coooox gozleldi cooox Allah razi olsunnnn!!!
Anonimka. | 1 avqust 2013 20:01 | Status: VİP user | Şərh: 623
Çox gözəl xəbər! Təşəkkürlər! Allah razı olsun.
Just me | 1 avqust 2013 19:00 | Status: Professional user | Şərh: 1 296
men sukurler olsunki allahimdan raziyam yeterki o bir zerre geder menden razi olsun amin
Princess_93 | 1 avqust 2013 14:35 | Status: Brilliant user | Şərh: 5 877
cooooooooooooooooooooooox gözəl kəlamlardı Allah razı olsun
nurka85 | 1 avqust 2013 10:08 | Status: Şərhçi | Şərh: 242
cox gozeldir! Allah razi olsun!
Qanad | 31 iyul 2013 17:46 | Status: Yazar | Şərh: 4 357
Allah razi olsun.
Lola. | 31 iyul 2013 17:11 | Status: Professional user | Şərh: 2 230
Ey...iman gətirənlər Cümə günü namaza çağıranda Allahı yad etməyə tələsin
və ticarəti dayandırın.Biləsiniz ki,bu sizin üçün nə qədər dəyərlidir.


ALLAH RAZİ OLSUN ƏLA!
Aylin_Cicek | 31 iyul 2013 16:38 | Status: Şərhçi | Şərh: 550
Allah razi olsun, tesekkurler xeber ucun
Billurə | 31 iyul 2013 13:28 | Status: Professional user | Şərh: 4 892
Bəyəndim təşəkkürlər.