Münasibətlər / İntim hisslər

Tarixdə qadının cinsi ehtiyaclarını dilə gətirməsi…

Banu. | 7-09-2019, 09:02
2 827 0
Qadının cinsi ehtiyaclarını dilə gətirməsi hələ də ayıb sayılır.
İnsanlıq tarixi yalnız böyük döyüşlərdən və icadlardan ibarət deyil, eşq və cinsəlliyin də tarixi vardır. Baxmayaraq ki, hələ dünyanın bir çox ölkəsində, qadının cinsi ehtiyaclarını dilə gətirməsi ayıb qəbul edilir …
Halbuki bundan 937 il əvvəl, Normandiyalı qadınlar kralın hüzurunda belə cinsi tələblərini dilə gətirirdilər. O dövrdə kişilər, ömürlərinin böyük hissəsini döyüş meydanlarında keçirərkən, qadına düşən evdə oturmaq və fürsət tapdıqca hamilə qaldığı uşaqlara baxmaqdan ibarət idi. Bu vəziyyətlə barışmayan qadınlar zaman-zaman kral sarayı qarşısında “biz ərlərimizi istəyirik” tələbi ilə üsyan edirdilər.

Qədim dünyada

Yonulmuş daş dövründə kişi ovlayır, qadın bitki toplar və ovları bişirərdi. Buzlaq çağının sonunda, əkinçilik və heyvandarlıq ovçuluğa yerini ötürməyə başladı. Sürətlə çoxalan insan birlikləri oymaqlar meydana gətirdi. Xüsusi mülkiyyətin ortaya çıxmasıyla birlikdə suverenlik kişinin əlinə keçdi.
Lakin qadın, ictimai və dini həyatda əhəmiyyətli bir yerə sahib idi. Evlilik zadəganların haqqı idi. İrsin qorunması üçün ailə içi evliliklərə icazə verilirdi.
Babil
Qadınlar kişilər qədər olmasa da, cəmiyyətdə əhəmiyyətli rollara sahib ola bilirdilər. E.ə 2000-ci ildə Kral Hammurapi 64ü ailəylə əlaqədar 252 maddəlik qanun çıxardı. Bu qanuna görə boşanmada qadın və kişi bərabər haqqlara sahib idi.
İsrail: Musadan əvvəl yaxın qohum evliliyi sərbəst idi, daha sonra qadağan edildi.
Qədim Yunanıstan: Evlilik iqtisadi və ictimai bir ortaqlıq olaraq görülürdü. Kişi bu ortaqlığın mütləq sahibi idi. Dəyişik cinsi meyllər açıqca dilə getirilirdiu. Qadın və kişi homoseksuallığı normal qarşılanırdı.
Roma: Evlilik əhəmiyyətli bir ictimai təşkilat sayılırdı. Fahişəlik geniş yayılmış və normal qarşılanan, əyləncəli bir peşə halını almışdı. Sədaqətsizlik üst siniflər arasında məşhur idi.
Xristianlıq sonrası: Xristianlıq cinsi mövzularda Yəhudilikdən və Köhnə Yunan sivilizasiyasından izlər daşımaqdadır. Yunanıstanda Eros cismani eşqi, Agape isə ruhi eşqi təmsil edirdi. Bu ayrı-seçkilik xristianlıqda davam etmiş, ancaq fiziki eşq kiçik hesab edilər və psilənərək, ruhi eşq ucaldılardı.
19-cu əsr sonunda Freudun cinsiliyi fərqli şəkildə yenidən gündəmə gətirən yazıları və 20-ci əsr başında Kinseyin işləri Victoria dövrünün “Yaxşı qadın cinsi istəkləri olmayan qadındır” düşüncəsini sarsıtdı. Ardından gələn II. Dünya Döyüşü bütün dünyanı olduğu kimi anlayışları və dəyərləri də yıxdı; kökdən dəyişdirdi. 1960-cı və 70-ci illərin cinsi inqilab hərəkətlərinə zəmin hazırladı.
1902-ci illər isə AIDSin də köməyiylə, cinsi inqilabın sürətinin kəsildiyi və ailə təşkilatının yenidən gücləndiyi illər oldu.
Oğuzlar, Osmanlılar, Türklər: Köçəri Oğuzlarda qadın kişisiylə eyni səviyyədə idi. O qəbilənin rəhbərliyində rol alar, istehsaldan payını ala bilərdi.
Osmanlı dönemində isə iki fərqli qadın tipi ortaya çıxdı. Anadoludakı kəndli qadın istehsalçı şəxsiyyətiylə ev içindəki gücünü qoruyurdu. Paytaxt İstanbuldaysa kişinin çox yoldaşlılığı daha məşhur bir hal almış və qadını Hərəmə qapatmışdı. Lakin Türkiyədə Cumhuriyətlə birlikdə qadının cəmiyyətdəki yeri dəyişdi, kişisi ilə bərabər deyilsə belə ona daha yaxın bir ictimai güc qazandı.

Digər xəbərləri də oxuyun:

"Uşaq pulu" ilə bağlı YENİ XƏBƏR

Qız selfi çəkdi, şəkilə baxanda dəhşətdən telefon əlindən düşdü-FOTOLAR

Bakıda İYRƏNCLİK - Ana qızıyla lezbiyan hərəkətləri edib, videonu sevgilisinə göndərdi

Hansı bürcün qadınları daha gözəldir?

650 İnsanın Qatili. Tarixdə Ən Qaniçən Qadını – YELİZAVETA BATORİ

Cəmi 50 qəpiyə üzdəki bütün növ ləkələrdən xilas olun!

Duzu zeytun yağı ilə qarışdır, bel ağrılarından 5 illik azad ol!