Münasibətlər / İntim hisslər

Qadın bədəninin bir üzvü haqqında ŞOK FAKTLAR: kişi bu şəkildə oraya toxunarsa...

Banu. | 22-02-2019, 08:57
6 730 0

Qadın bədənində ən vacib nahiyə - onun qarnıdır. Qarın həyat rəmzidir! Lakin çox az adam bilir ki, qadın enerjisi məhz bu nahiyədə toplanır. Bir çoxları reklam və stereotiplərdən dolayı tez-tez öz sağlamlığını pozur.

Qarın bir çox dildən tərcümədə həyat deməkdir və həqiqətən, hər birimiz üçün həyat anamızın qarnından başlayıb. Bir qadın üçün qarın sadəcə bədənin bir üzvü deyil, bu, həm də həyatın başlancığı sayılan xeyir və enerji mənbəyidir. Qadın enerjisi məhz qarında (bağırsaq altında, uşaqlıq və reproduktiv orqanların yerləşdiyi nahiyə) toplanır, onun əsas qüvvəsi orada yerləşir. Energetik baxımdan qadın damar kimi təşkil edilib, enerjinin təməli torpaqdan gəlir və qarında yığılır. Qarında toplanmış enerji isə bütün bədəni təchiz edərək onu qadın kimi daha güclü və hədsiz cazibədar edir.

Həmçinin növbəti təcrübəni ərinizlə keçirin
Qadın çarpayıya uzanır, rahatlaşır və gözlərini bağlayır. Sonra əri saat əqrəbi istiqamətində onun qarnını hərdən bir yüngülcə basaraq məhəbbətlə sığallamağa başlayır. Xüsusilə qasığa daha yaxın olan qarın hissəsini sığallamaq lazımdır. Tantrik cinsi təcrübələrdə qadın cinsi yaxınlığa qarın masajı ilə hazırlanır. Nəfəs texnikaları və qarın masajından sonra intim yaxınlıq baş verir. Bu zaman qadın sadəcə İlahi zövq almır, həm də dərin orqazm yaşayır. Ekspertlər apardığı tədqiqatlar nəticəsində qənaətə gəlib ki, bu üsul həqiqətən işə yarayır.
Qeyd etmək lazımdır ki, həm müsbət, həm də mənfi emosiyaların böyük hissəsi qarın nahiyəsində toplanır, xoş duyğulara çatmaq üçün orada yığılmış bütün mənfi şeyləri atmaq lazımdır. Adətən ilk qarın masajı zamanı qorxular göz yaşları və əzələlərin sıxılması ilə ortaya çıxır. Qorxular bizi hər zaman gərginlik içində saxlayaraq rahatlaşmağa imkan vermir. Bu səbəbdən də qorxulardan siz ilk növbədə göz yaşları vasitəsilə azad olursunuz, növbəti mərhələdə isə mənəvi hüzur və xoşbəxtlik məqamı yetişir. Yeri gəlmişkən, qarın masajı ilə sıxılmış enerji azadlığa qovuşur və bu zaman ehtiraslana bilərsiniz. Bu, normaldır.
Qarın içərisində enerji sıxlığı meydana gəlməsinin bir sonrakı səbəbi güclü qorxu və şiddətli emosional vəziyyətlərdir: doğmaların ölümü, ailədə ziddiyyətli əlaqələr, həyatda ciddi xəyal qırıqlığı, uzun ömürlü qəzəb, depressiya, stress, həyat təhlükəsi. Bütün bunlar qarında toplanır. Onlardan məktub yazaraq və ya müxtəlif tənəffüs texnikaları ilə xilas olmaq mümkündür.

Doğuş
Bir qadın qarnını rahatlaşdırmağı və onu olduğu kimi qəbul etməyi öyrənməlidir. Doğuşdan sonra bir çox qadın qarın və ombalarda travma alır. Doğuş zamanı qarını və bütün daxili orqanları rahatlaşdırmaq vacibdir ki, uşaqlıq yolu mümkün qədər genişlənsin və o, oradan asanlıqla keçsin. Əgər qadın doğuşdan sadəcə əvvəl əzələləri möhkəmləndirməklə məşğul olubsa və dartınma hərəkətlərini yerinə yetirməyibsə, qadının travma almaq ehtimalı yüksəkdir.

Düzgün enerji axını
Qarın rahat olduqda, enerji sərbəst şəkildə bütün enerji mərkəzlərini qidalandıraraq yuxarı qalxır və qadının bütün bədənini təmin edir. Məhz bu səbəbdən bir çox xalqların milli adət-ənənələrində ətəyin qadın həyatında rolu xüsusidir. Məsələn, Azərbaycanda tuman, Rusiyada sarafan, Hindistanda - sari, Asiyada enli ətək, şalvar və tunika. Belə paltarlarda enerji bədənə asanlıqla daxil olaraq pəncənin hesabına daha da artır.

Dərin nəfəs
İndi qadınların çoxu dərindən deyil, ağciyərin səthində nəfəs alır və bu, vücudu oksigenlə tamamilə təmin etmir. Əgər qadının qarnı sakitdirsə, o, qarnı ilə bütün bədən boyu nəfəs ala bilər. Belə tənəffüs rahatlaşdırır, sakitləşdirir, fikirləri düzəldir, cavanlaşdırır, bədəndə enerjini hərəkətə keçirərək özü ilə hərəkətin rəvanlığı, məlahət və axıcılıq gətirir.

Seksuallıq və cəlbedicilik
Yumşaq qarın kişilər üçün çox seksualdır, bu səbəbdən də qadın yumşaqlıq, həssaslıq, elastiklik simvoludur. Güclü kişilər həm görünüş baxımdan, həm də daxilən mülayim və yumşaq xarakterli qadını xoşlayır. Axı zahiri görünüş həm də daxili aləmi əks etdirir.
Əgər əriniz qarnında paxlavaları olan qadınları bəyənirsə, deməli, o, kişi xarakterli qadınları xoşlayır. O, sizdən ailədə ya aparıcı rol və bərabər məsuliyyət tələb edir, yaxud da reklamın sosial təsirlərinə çox tez düşür. Buna reaksiya vermək lazım deyil, özünüzü olduğu kimi qəbul edin. Onda başqaları tərəfindən də qəbul ediləcəksiniz.
Yumşaq göbəyi köklüklə səhv salmayın, hətta ən arıq qız da rahat yumşaq qarına sahib ola bilər. Bu, çox qadını gözəl, zərif və seksual göstərir. Yeri gəlmişkən, ərəb rəqsləri qarını elastik və cəlbedici etmək üçün idealdır. Ümumiyyətlə, oriental rəqslər özünü cazibədar, feminen hiss etməyə kömək edən məşğuliyyətdir. Onlar qasıqda enerji blokları və sıxılmasının aradan qaldırılmasına kömək edir. Qeyd edək ki, bu qarın rəqsidir, bir əzələ oyunu deyil.

Nə etmək olmaz?
- Qarını lənətləyərək vurmaq. Bu, aşağı mərkəzlərdəki enerjini blok edərək yuxarı çakraları enerjidən məhrum edir;
- Qasıq nahiyəsini göstərən paltar geymək qəbuledilməzdir. Dediyimiz kimi qadın enerjisi bu nahiyədə toplanır və bir qadın bunu hər kəsə göstərsə, o zaman tez tükənir.
- Bədəni sıxan və arıq göstərən dar paltarlar geymək də doğru deyil, bu, bədəndə gərginlik yaradır və enerji bədəndə kişi tipinə uyğun hərəkət edərək qadın kişi xüsusiyyətlərini formalaşdırır.
Yadda saxlayın ki, qarın həyatın simvoludur, həyatınız isə ona münasibətdən və onu necə hiss etməyinizdən asılıdır.publika.az


AzadQadin.az

Bu xəbərləri əsla qaçırmayın:

Uşaq pulunun verilməsi haqqında əhalini sevindirəcək xəbər

Gənc qızın bu rəqsi 6 milyondan çox baxılıb - Hər kəsi təəccübləndirən göbək rəqsi - VİDEO

Dostunu öldürən şəxs: “Arvadını sevirdim, ona görə...” – Qanlı sevgi üçbucağı

"5+1" layihəsində: "Ərini yığışdır, onun başqa qadından uşağı var"

Hər səhər bu sudan üç stəkan için, diabet, təzyiq və xərçəng xəstəliyi yox olacaq!