Münasibətlər / Bürclər

2020-ci ildə bu bürcləri uğursuzluq və bədbəxtlik gözləyir

Banu. | 3-01-2020, 22:41
539 0
Şərq təqviminə əsasən, 2020-ci il Siçovul üzərində təhvil olacaq. 

AzadQadin.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, Ukraynanın "Novoyo vremya” jurnalına danışan astroloqlar yeni ilin üç bürc üçün uğursuz olacağını açıqlayıb. Onlar aşağıdakılardır:

Şir

2020-ci ildə əsas risk sizi özünə yaxın bilən insanların itirilmə ehtimalıdır. Hamısı isə özünüzü həddindən artıq çox sevdiyinizə və qürurunuza görədir. Ətrafdakılarla xoş davranın və yadda saxlayın ki, qazandığınız uğura görə təkcə öz bacarıqlarınıza borclu deyilsiniz.

Balıqlar

2020-ci ildə Balıqlar bürcünün nümayəndələrinin maddi vəziyyətlərinin pisləşməsi ehtimalı kəskin artacaq. Bunda elə Balıqlar özləri günahkardır, çünki bəzən tənbəl və astagəl olurlar. Özünüzü ələ alın, əks halda gec olacaq.

Əqrəb

Astroloqların sevimli deyimindəki kimi – Əqrəblər özləri özlərini sancır. Bu, o deməkdir ki, bədbəxtliklərinizin səbəbi siz özünüzsünüz, çünki coşğun, tamahkar və həddindən artıq ambisiyalı idiniz. Öz addımlarınızı analiz edin və yalnız onda bir çox problemlərdən qaça biləcəksiniz.