Münasibətlər / Bürclər

Tanrının bürclər üçün söylədiyi İNANILMAZ SÖZLƏR: Sənə verdiyim ağır hədiyyə...

Banu. | 18-11-2018, 17:49
316 0

Əfsanələrə görə, Tanrı hər bürcdən olan 12 övladını qucaqlayıb onların qulağına ilahi sözlər pıçıldayıb.
Tanrının bürclərlə olan söhbətini təqdim edirik.
Qoç
Sənə lider olub ardınca bütün dünyanı aparmağı tapşırıram. Bəziləri inadkarlığına görə səni sevməyəcək. Amma yadda saxla ki, inad uğurun ilk açarıdır.
Buğa
Sənə qeyri-adi hədiyyə verirəm. Qəlbində sevgi olmaq şərtilə maddi rifahını daim yüksəldəcəksən. Əsas odur pulla sevgini tərəziyə qoyanda sevgi ağır gəlsin.
Əkizlər
Sənə insanlara yardım etmək qabiliyyəti verirəm. Ancaq hər şeydən öncə daxili aləminlə harmoniyada olmalısan. Yalnız bu təqdirdə öz simanda dünyaya ən yaxşı psixoloq yaxud diplomat hədiyyə edə biləcəksən
Xərçəng
Sənə müdrikliyindən doğan həssaslıq bəxş edirəm. Amma bu özəlliyini özündə boğma, çünki dünya sənin hikmətindən yaralanmalıdır.
Şir
Sənə də qoç kimi insanları ardınca aparmaq bacarığı bəxş edirəm. Bəziləri eqoizminə görə inciyəcək. Amma çətinliyə düşəndə gəlib səndən tövsiyə alacaqlar. Sənə hər kəsə yardım edəcək qədər geniş ürək verirəm.
Qız
Sənə bu gözəl dünyanı tədqiq etmək bacarığı verirəm. Maraqlarının izi ilə get. Ətrafına öz sakitliyini və rahatlığını yay.
Tərəzi
Sənə ən adi şeylərdə gözəllik görmək istedadı bəxş edirəm. Oxumaq, yazmaq, şəkil çəkmək yaxud da başqa incəsənət növü... Bunlardan birini özün seç. Çünki sənin istedadın gözəlliyi digərlərindən çox hiss etməkdir.
Əqrəb
Sənə verdiyim ağır hədiyyəyə görə məndən incimə, övladım. Başqalarının qəlbini, duyğularını açıq-aydın görəcəksən. Bu qəlbini incidəcək, amma insanları olduqları kimi qəbul etməyə alışacaqsan.
Oxatan
İnsanları sevindirmək, arzularını alışdırmaq bacarığın olacaq. Səninlə ünsiyyətdə olanlar özlərinin ən incə hisslərinə toxunmuş olacaqlar.
Oğlaq
Sən çox zəhmətsevər olacaqsan. İnsanlara əməyi sevdirəcəksən. Əldə etdiklərini isə hər kəsdən yaxşı qoruyacaqsan.
Dolça
Sənə dünya boyda azadlıq bəxş edirəm. Mən sənin səsinlə danışacam.İnsanlara tez-tez məni xatırladacaqsan.Özünü sevindirməyi də son plana saxlama.
Balıqlar
Mənim ən kiçik övladım, sənə də çox ağır hədiyyə verirəm. Gələcəyi görüb hiss edəcəksən. Elə bu bacarığın da səni çox incidəcək. Amma unutma, ən ağır anında yardımına qaçacam.
publika.az




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.