Münasibətlər / Analıq məktəbi

Boyu necə uzatmalı? - Araşdırma

Aynur_Qurbanqizi | 28-09-2012, 13:08
28 301 48

 

 


 


Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin orta statistik boyu 167,2 sm, kişilər üçün orta boy 170,6 sm, qadınlarda isə 164,1 sm olub. Amma zaman keçdikcə, elə bil insanlar cılızlaşırlar. Bəs bunun səbəbi nədir?

Mütəxəssislər boy cılızlaşmasını daxili və xarici faktorların təsiri ilə əlaqələndirirlər. Pediatr-endokrinoloq Afət Abbasova deyir ki, bəzən insanlar boyun qısalığını nəsildən gələn amil kimi dəyərləndirsələr də, bu, səhv fikirdir. Onun sözlərinə görə, düzgün müalicə metodları ilə uşaqların boyunu uzatmaq imkanları mövcuddur. Uşaqların normal boya sahib olub-olmamasını yaşıdlarının boyu ilə müqayisə edib dəyərləndirmək mümkündür. Düzgün qidalanma, mədə-bağırsaq, böyrək xəstəlikləri, ürək qüsuru olan uşaqların səhhətinə zamanında müdaxilə edilmədikdə, bu, qısaboyluluğa gətirib çıxarır.
   
Həkim bildirir ki, valideynlər uşaqlarının gələcəkdə qısaboylu olmasını istəmirsə, uşağın yetkinlik dövrünə qədər onun boyunun artma surətini nəzarətdə saxlamalı, lazım gəldikdə düzgün müalicə üsullarına baş vurmalıdır. "Ana övladının illik böyümə surətinə baxmalı, həmyaşıdlarının boyu ilə müqayisə etməli, paltar və ayaqqabılarının kiçilməsinə nəzarət etməli, evdə övladı üçün boy cədvəli tərtib etməli və əgər bir problemlə qarşılaşarsa, "zamanla boyu artar, bizdə qısaboylu yoxdur" deyib arxayınlaşmamalı və boy artımı zəif inkişaf edən övladını mütləq həkimə göstərməlidir".
   
Övladlarınızın ideal boya sahib olub-olmamasını bilmək üçün hər iki valideynin boyunun toplanmasından 13 çıxılaraq, alınan rəqəmi 2-yə bölün. Aldığınız cavab övladınızın ideal boy ölçüsüdür. Oğlanlarda normal böyümə 1 yaşına qədər ildə 25 sm, 1-2 yaş arası - ildə 10-12 sm, 2-4 yaş arası - ildə 6-8 sm, 8-12 yaş arası - ildə 5 sm-dir. Həddi-büluq dövründə oğlanların böyümə surəti 20-25, qızların isə 15-20 sm-dir.
   
Həkim-terapevt Bəsti Əlməmmədova isə bildirir ki, insanın irəlidə nə qədər boya sahib olacağı əslində onun DNT-sində kodlaşdırılıb.
Əgər hər hansı bir xəstəlik, hormonal çatışmazlıq, balanssız qidalanma kimi səbəblər yoxsa, genetik olaraq təyin olunan boya çatmaq mümkündür. "Genlərinizdə boy uzunluğu 165 sm olaraq təyin olunmuşsa, siz nə qədər idman etsəniz və ya nə qədər sağlam həyat təkliflərini tətbiq etsəniz belə, boyunuzu 180 sm etməniz mümkün deyil. Amma bəlkə 5-10 sm daha uzun olmanızı təmin edə bilər. Təbii ki, bunun üçün yetkinlik çağını keçməmiş olmalı və bədəninizdə xəstəlik və ya hormonal çatışmazlıq olmamalıdır. Əgər boyunuzun qısalığı xəstəlikdən və ya hormon çatışmazlığından qaynaqlanırsa, xəstəliyin müalicəsi və ya hormon müalicəsi ilə normal boya çata bilərsiniz".
   
Həmsöhbətimizin dediyinə görə, uşağın irəlidə normal boya çata bilməsi üçün hamiləlik dönəmində ananın balanslı qidalanması mütləqdir. Ana xüsusilə hamiləliyin ilk 3 ayında balanslı qidalanmasa, körpə az çəkidə dünyaya gələr. Azçəkili körpələr ilk aylarda infeksiyalara qarşı müvazinətsiz olduğu üçün daha tez xəstələnirlər ki, bu da onların inkişafına mane olur.
   
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, Azərbaycanda dünya təcrübəsində tətbiq olunan - qidanın zənginləşdirilməsi metodunun təqbiq edilməsi çox önəmlidir. Dünyanın 135 dövlətində əsasən un, süd, şəkər, düyünün qanunla zənginləşdirildiyini bildirən Rəcəbli, son 10 ildə Çində unun zənginləşdirilməsi səbəbindən əhalinin boyunun 8 sm artdığını qeyd edir. Bu üsulun Azərbaycanda da tətbiqinin tərəfdarı olan deputat, bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim olunacağını qeyd edib. "Dünya təcrübəsində istifadə olunan qida zənginləşdirilməsi bizim ölkədə həyata keçirilmir. Bizdə insanlar elə başa düşürlər ki, qidaya qatqılar əlavə etmək qidanın kimyəviləşdirilməsidir".
   
Bəsti Əlməmmədova isə qidanın zənginləşdirilməsi prosesinin əleyhinə olduğunu bildirir. Dediyinə görə, bütün qidaların süniləşdirildiyi bir dövrdə un və düyünün zənginləşdirilməsi fikri xoşagəlməzdir. "Onsuz da qidalarımız yetərincə "zəngindir". Deyilir ki, kimyəvi maddələr qatılmayacaq, bəs nə qatılacaq?"
   
Həkimin bildirdiyinə görə, vitaminlərin fərdi qəbulu hormon dərmanları və iynələri ilə birlikdə boyu müəyyən qədər uzada bilər. Amma təkcə vitamin qəbulu boyu uzada bilməz. "Əgər bir uşaq yemək ayrı-seçkiliyi etmədən önünə qoyulanı yeyirsə, belə uşaqda vitamin əskikliyi ola bilməz. Bu səbəblə də qəbul edilən əlavə vitaminlərin heç bir gərəyi yoxdur və təsiri də olmaz. Əgər uşaqda vitamin əskikliyi yoxdursa, qəbul edilən vitaminlər sidiklə xaric olunur. Ya da bu vitaminlər qaraciyərdə yığılır ki, bu da sağlamlığa ciddi zərər vurur".
   
Həkimin sözlərinə görə, ayaqüstü qidalar, çips, çərəz, müxtəlif içkilər qəbul edən uşaqların boyu uzanmır.
Süd, meyvə, tərəvəz isə uşağın boyunun artmasına yardımçı qidalardandır. "Sağlam qidalanmayan, kifayət qədər tərəvəz, meyvə, süd, pendir istehlak etməyən uşağın boyu uzana bilməz. Parlaq qablarda satılan şəkər, marmelad, çips, çərəz, içki kimi boş kalori qaynaqlarından uzaq olmaq lazımdır. Boyu qısa olan uşaqların çoxu əslində sağlamdır. Nadir hallarda belə uşaqlarda atipik xəstəliklər ola bilər".
   
B.Əlməmmədova hesab edir ki, həftədə 4 dəfə balıq yemək də boyun uzanmasına təsir edir. "Boyunun hündür olmasını istəyənlər 21 yaşına kimi qidalarına xüsusi diqqət yetirməlidirlər. Çünki bu yaşdan sonra istəsələr də, heç nə edə bilməzlər".
   
Son olaraq, boyun qısalması təkcə Azərbaycanda mövcud olan problemlərdən deyil. Bu problem dünyanın bütün ölkələrində özünü büruzə verir. Belə ki, son hesablamalara görə, dünya əhalisinin boyu 7 sm-ə qədər qısalıb. 

 

"Ekspress" qəzeti

 

Boyu necə uzatmalı?



 


 

Boy uzunluğu yalnız genetiklə bağlanmaz. Genetiyin yanında, sağlam bəslənmə, bəzi xüsusi qida möhkəmlətmələri və nizamlı idmanın da boy uzadıcı təsirlərinin olduğu mütəxəssislər tərəfindən vurğulanır. Edilən araşdırmalara görə uzun boylu olma yolları və boy uzadan qidalar aşağıdakı kimidir…
Uzun Boylu Olmaq Genetikmi?
Uzun boylu olmanın yalnız genetik səbəblərə bağlana bilməyəcəyini son illərdə tez-tez dilə gətirən mütəxəssislər də, yeni nəsilin xüsusilə fiziki inkişaf mövzusunda çox şanslı olduğu düşüncəsində birləşir. Onlara görə genetik uyğunluq; bir uşağın uzun boylu olma səbəblərindən yalnız bir dənəsi… sağlam bəslənmə, xüsusi qida möhkəmlətmələri və nizamlı idman uşağınızın uzun boylu olmasının ən böyük səbəbləri!
Hansı yeməklər boy uzadır?
Boy uzatmağa qatqısı olan qidaların başında təbii ki kalsium baxımından zəngin olan süd məhsulları gəlir. Əgər uşağınız süd içməyi sevmirsə pendir, qatıq və həddindən artığa qaçmadan sütlü şirinlər ilə bu açığı bağlaya bilərsiniz.Süd məhsullarının xaricində; dəniz məhsulları, toyuq, badam, fındıq, şam fıstığı kimi fosfor ehtiva edən yeməklər də təklif edilir. Omeqa 3, Omeqa 6, Dəmir, Sink, Mis, Flor və Vitamin möhkəmlətmələri də uşağınızın həm sağlam bəslənməsi həm də daha uzun boylu olması üçün çox faydalı. Bütün bu vitamin və mineralları ehtiva edən tamamilə bitki mənşəli qida möhkəmlətmələri indiki vaxtda çox böyük maraq görür.
Boy Üçün İdmanın Əhəmiyyəti
Əgər uşağınızın boyunun uzanmasına maneə ola biləcək hər hansı bir narahatlığı tapılmırsa, uzun boylu olmaması üçün heç bir səbəb yox. Tək etməniz lazım olan onun ən keyfiyyətli şəkildə bəslənməsini təmin etmək. Uşağınızı basketbol, voleybol və üzmə kimi idmanlara da yönəldə bilərsiniz.
Bu idman fəaliyyətlərindəki sıx sıçrama və uzanma hərəkətləri uşağınızın fiziki inkişafı üzərində çox təsirli olacaq. Bu idmanlardan birinə belə nizamlı olaraq davam edən uşağınıza edəcəyiniz əlavə qida möhkəmlətmələri, onun çox daha uzun boylu olmasını təmin edəcə

Boy uzunluğu yalnız genetiklə bağlanmaz. Genetiyin yanında, sağlam bəslənmə, bəzi xüsusi qida möhkəmlətmələri və nizamlı idmanın da boy uzadıcı təsirlərinin olduğu mütəxəssislər tərəfindən vurğulanır. Edilən araşdırmalara görə uzun boylu olma yolları və boy uzadan qidalar aşağıdakı kimidir…

 


Uzun Boylu Olmaq Genetikmi?

 

 

Uzun boylu olmanın yalnız genetik səbəblərə bağlana bilməyəcəyini son illərdə tez-tez dilə gətirən mütəxəssislər də, yeni nəsilin xüsusilə fiziki inkişaf mövzusunda çox şanslı olduğu düşüncəsində birləşir. Onlara görə genetik uyğunluq; bir uşağın uzun boylu olma səbəblərindən yalnız bir dənəsi… sağlam bəslənmə, xüsusi qida möhkəmlətmələri və nizamlı idman uşağınızın uzun boylu olmasının ən böyük səbəbləri!

 

Hansı yeməklər boy uzadır?

 

Boy uzatmağa qatqısı olan qidaların başında təbii ki kalsium baxımından zəngin olan süd məhsulları gəlir. Əgər uşağınız süd içməyi sevmirsə pendir, qatıq və həddindən artığa qaçmadan sütlü şirinlər ilə bu açığı bağlaya bilərsiniz.Süd məhsullarının xaricində; dəniz məhsulları, toyuq, badam, fındıq, şam fıstığı kimi fosfor ehtiva edən yeməklər də təklif edilir. Omeqa 3, Omeqa 6, Dəmir, Sink, Mis, Flor və Vitamin möhkəmlətmələri də uşağınızın həm sağlam bəslənməsi həm də daha uzun boylu olması üçün çox faydalı. Bütün bu vitamin və mineralları ehtiva edən tamamilə bitki mənşəli qida möhkəmlətmələri indiki vaxtda çox böyük maraq görür.

 

Boy Üçün İdmanın Əhəmiyyəti

 

Əgər uşağınızın boyunun uzanmasına maneə ola biləcək hər hansı bir narahatlığı tapılmırsa, uzun boylu olmaması üçün heç bir səbəb yox. Tək etməniz lazım olan onun ən keyfiyyətli şəkildə bəslənməsini təmin etmək. Uşağınızı basketbol, voleybol və üzmə kimi idmanlara da yönəldə bilərsiniz.
Bu idman fəaliyyətlərindəki sıx sıçrama və uzanma hərəkətləri uşağınızın fiziki inkişafı üzərində çox təsirli olacaq. Bu idmanlardan birinə belə nizamlı olaraq davam edən uşağınıza edəcəyiniz əlavə qida möhkəmlətmələri, onun çox daha uzun boylu olmasını təmin edəcək

 


Nigar | 18 fevral 2014 17:14 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: leyla meherremova
İNŞALLAH GENETİKDİR ÖĞLUMUN BOYU UCA OLSUN ATASI KİMİ.

Girl | 28 iyun 2013 21:02 | Status: Professional user | Şərh: 8 206
mene lazim deyil boyum normaldir yawima gore
Mickey Mouse | 2 iyun 2013 10:15 | Status: Professional user | Şərh: 4 008
Ay cox gozel xeberdir.emel edecem.
PrEnSeS_ | 7 dekabr 2012 09:21 | Status: VİP user | Şərh: 554
tesekkur edirem
aghayev | 29 oktyabr 2012 21:29 | Status: Qonaq | Şərh: 0
ozunu dagitsada basket valeybol qacish sicrama ip atlama bulari elemeyen nece uzana biler?
G-----16 | 28 oktyabr 2012 16:43 | Status: Gümüş user | Şərh: 2 227
twkler xebere gore :n28:
Melek_1 | 28 oktyabr 2012 14:23 | Status: VİP user | Şərh: 1 002
twk xebere gore
Feriha. | 10 oktyabr 2012 14:09 | Status: Professional user | Şərh: 4 746
Sitat: Q.MERYEM
Cox sag olun xebere gore
Q.MERYEM | 10 oktyabr 2012 14:08 | Status: Qonaq | Şərh: 0
Cox sag olun xebere gore
qonce | 3 oktyabr 2012 10:51 | Status: Şərhçi | Şərh: 358
MENIM BOYUM NORMALDI 165.QIZIMDAKI,HELELIK YAXŞIDI NORMASINDAN UZUNDU.YEQINKI,INŞALLAH GELECEKDE UZUNBOYLU OLAR.
zoluwka | 2 oktyabr 2012 02:04 | Status: Professional user | Şərh: 3 172
en balaca menemki 1.56 ay mama sud kimi agappaq olmuwam sud icmekden ama boyum artmir
Feriha. | 1 oktyabr 2012 09:47 | Status: Professional user | Şərh: 4 746
ehtiyac yoxdu
LUSY | 30 sentyabr 2012 17:56 | Status: Şərhçi | Şərh: 124
qadinlarda 160-165 olmagi beyenirem.cunki istediyin hundurlukde kablok geyinmek imkani olsun,kişilerde ise 180-den yuxari olmagi yaxsidi..xususi karizmali gorunurler onda :n5:

menim boyum 160.yoldasim 183-dur.. :n18:
azeri_oglu | 30 sentyabr 2012 11:25 | Status: Gümüş user | Şərh: 2 243
Sumeyye,
xanim turnikden istifade ele)))
ruzgargulum | 30 sentyabr 2012 11:12 | Status: Brilliant user | Şərh: 2 493
sukur boyum yaxsidi bacima lazim olacaq bu xeber tsk
HEYATIM | 29 sentyabr 2012 19:58 | Status: Professional user | Şərh: 2 110
Sitat: S24
Ən sağlam yol idmandır

AHA DUZDU SEVIREM IDMANI)
Vetenperver | 29 sentyabr 2012 16:07 | Status: Professional user | Şərh: 6 700
Mənə elə gəlir ki qızlar üçün uzun boylu olmaq lazım deyil.Normal halda oğlanlar üçün 18 qızlar üçün 17 yaşa qədər boy çıxır.Amma çox adamın deyəsən 16 yaşa qədər boyu uzanır.Mənimdə 16 yaşdan sonra boyum artmayıb.Çox istəyib çalışmışam amma dayanıb.Boyun artması beyində olan hipoviz fəzin boy hormonu ifraz etdiyində olur.Yaxşı və balanslaşdırılmış didada boy yaxşı artır,idmanın boya təsiri çoxdur.Əgər fikir versək görərik ki uşaqlıqdan basketbola gedən uşaqların boyu axırda uzun güləşə gedənlərin boyu qısa olur.Azərbaycanda bastetbolçular var ki boyu 2 metrədən yuxarıdır.Normal halda belə boya sahib olmaq olmazdı,əlbətdə xəstəliyi olmasa.Amma yaşa dolduqca görürsən ki əsas boyun yaxşı olması deyil əsas həyatının yaxşı olmasıdır.
rufet ehmed | 29 sentyabr 2012 13:57 | Status: Gümüş user | Şərh: 1 391
TESEGURLER
azeri_oglu | 29 sentyabr 2012 10:28 | Status: Gümüş user | Şərh: 2 243
tewekkurler faydalidir
Sumeyye | 29 sentyabr 2012 10:06 | Status: Professional user | Şərh: 1 720
boyum 170di. atama oxhsamişam ama anamda alcaqboy deyil .
sheh | 29 sentyabr 2012 09:15 | Status: Yazar | Şərh: 3 353
çox maraqlı ,çox faydalı bir xəbərdir.əla.çox xoşuma gəldi,çünki mənim də hər zaman takıldığım bir mövzudur.uşaqlarımı hündür görmək arzumdur.
S24 | 28 sentyabr 2012 22:55 | Status: Gümüş user | Şərh: 797
Ən sağlam yol idmandır
cucem. | 28 sentyabr 2012 22:33 | Status: Professional user | Şərh: 4 415
MARAQLIYDI MINNETDARAM
sema dagistanli | 28 sentyabr 2012 21:41 | Status: Yazar | Şərh: 1 340
men boydan bibilerime cekmisem menim mamada atamda qarasimda uzun boyludur bir tek men kicik boyluyam yeni citipiti ufantepek ne ne boydan nede gorunusden mamama cekmemisem .men ciliz o ise canli zehimli hokumuran gorunusdedir...bu arada onu cox sevirem allah onu mene cox gormesin innnnnsssssssssssaaaaaaallllllaaaaaahhhhhhhhhhh
P.S | 28 sentyabr 2012 20:24 | Status: VİP user | Şərh: 995
Maraqli melumata gore teşekkurler.
Lima | 28 sentyabr 2012 20:23 | Status: Şərhçi | Şərh: 171
men esitdiyime göre 25-26 yaşa qeder sans var xeber ücün tsk
aynur.xuda | 28 sentyabr 2012 19:23 | Status: Gümüş user | Şərh: 1 289
Uzun Boylu Olmaq Genetikmi?
beli cunki bizde hami uzun boyludu UŞALARDA HEMCININ
Sonik | 28 sentyabr 2012 18:36 | Status: VİP user | Şərh: 543
menimboyum 165di twklerrrr
Mehri Memmedova. | 28 sentyabr 2012 18:11 | Status: Şərhçi | Şərh: 173
ALLAH verən boydudaaaaaaa bunada şükür 164sm bəsimdir.Çox uzun olanda da deyirlər ki.uzunun ağlı topuğunda olur.
Rightit | 28 sentyabr 2012 18:03 | Status: Gümüş user | Şərh: 758
MEn geleceyde xusisi cihaz suzltmek isteyirem :D ayaqlari elleri bagliyirsan bawdiyirsan dartmaqa dartili saxliyirsan uzanir :n33: