Münasibətlər / Analıq məktəbi

Hamilələr yay aylarında necə qidalanmalı və necə hərəkət etməli?

VILVET | 23-08-2012, 17:01
13 057 38

 


 

 

Hamilələr yay aylarında necə davranmalı necə yaşamalı hansı tövsiyyələrə əməl etməlidir?

Yay aylarının gətirdiyi dəyişikliklərdən ən çox çətinlik çəkəcək olanlar heç şübhə yox ki, bu dövrü hamilə olaraq keçirəcək olan ana namizədləridir. Qarnında dünyaya gətirmək üzrə daşıdığı körpəsi ilə iki canlı yaşamaq məcburiyyətində olan və bu mövzuda müəyyən çətinliklər yaşayan ana namizədləri, isti havaların təsiri ilə də bəzi zamanlarda, bəzi dayananılmazlıqlar yaşaya bilərlər. Amma artıq bu mövzudan qorxmağa və stress halına gətirməyə ehtiyac yoxdur deyə düşünürəm. Belə ki, Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi  Dr. Aişə Quru, hamiləliyi yay aylarına düşən ana namizədlərinə həqiqətən rahatlaşdırıcı məlumatlar təqdim edir. Əgər sizlər də bu yay dövrünü hamilə olaraq keçirəcəksinizsə, bu məlumatları izləyərək bu məqsədinizə asanlıqla çata bilərsiniz. Hamiləliyin fizioloji bir müddət olduğunun vurğulayan Dr. Quru, "Xüsusilə yay ayları hamiləliyin ilk və son aylarını yaşayan ana namizədlərini bir çox çətinliklər qarşısında qoyar . Həddindən artıq isti və nəm, bəzi sağlamlıq problemlərini də ortaya çıxarar. İsti basmaları, əl və ayaqda yanmalar, allergik problemlər,  ürək bulanma və qusmalarda artım, halsızlıq, yuxusuzluq və nəfəs darlığı ən sıx rast gəldiyimiz problemlərdir.

 


 

Bu dövrdə ana namizədinin qidalanmasına, geyiminə, təmizliyinə daha çox diqqət yetirməsi lazımdır.

Yay dövrü hamiləliyin son üç ayına rast gəlirsə hamiləlik çətinlikləri daha çox narahatlığa səbəb ola bilər. Alınan həddindən artıq kilolar və şiş, nəfəs almanı xeyli çətinləşdirə , hərəkət qabiliyyətini azalda bilər. Xüsusilə, isti yay axşamlarında alınan ilıq duş; yuxusuzluq, isti basması probleminiz varsa sizi fizioloji və  psixoloji olaraq rahatlaşdıracaq." deyə danışdı.

 

Hamiləliyinizin ilk və son ayları yay mövsümünə rast gəldisə…

Birbaşa günəş altında qalmayın. Hamiləlikdə ifraz olunan bəzi hormonlar günəş şüalarına qarşı dərinin həssaslığını artıraraq xüsusilə üz və qarın bölgəsində qəhvəyi ləkələnilmələrə səbəb ola bilər.

Günəş şüalarının pik olduğu 11.00-15.00 saatları arasında günəşə çıxmayın.

Şapka və yüksək faktorlu günəş kremi istifadə edin.

İsti havalar səbəbiylə tərlə itirilən maye miqdarı artdığı üçün gündə ən az 2,5 litr maye alın. Maye ehtiyacını qarşılamaq üçün su, mineral su, təzə meyvə suları və ayranı seçin.

Hamiləlikdə bədən müqaviməti düşdüyü üçün bəzi infeksiyalar meydana gələ bilər. Xüsusilə genital bölgənin nəmli qalması, göbələk infeksiyası üçün zəmin hazırlayar. Buna görə pambıqlı paltarları seçin.

Tər əmici, rahat, yüngül, asan dəyişdirilə bilən və  tez-tez yuyula bilən geyimlər geyinin.

Bol -bol gəzin və üzün. Üzmə ilə bədənin az qala bütün əzələləri zərər görmədən işləyər və psixoloji olaraq rahatlayarsınız.

İnfeksiya ehtimalını göz ardı etməyib, hovuz yerinə dənizə girməyi seçin.

İlk 3 ay uşaqsalma və son 3 ay erkən doğum təhlükəsi səbəbi ilə mümkün olduğunca uzun səyahətlərdən qaçın. Təyyarə səfəri sizin üçün daha etibarlıdır.

Uzun davamlı səfərlərdə ayaqlarınızda şişmələr ola bilər, 2 saatda bir fasilə verərək qısa gedişlər edərək qan dövranınızı qaydasına salın...

 

 

Hamilələr yayda necə qidalanmalı?

 

 

 Yay üçün qidalanma təklifləri:

Yay aylarının gəlməsi ilə birlikdə dəyişən hava şərtləri, bu dövrü hamilə olaraq keçirəcək olan ana namizədlərini işini bir xeyli çətinləşdirər. Bu çətinliyə qalib gəlmək isə tamamilə yay hamilələrinin əlində, bu yayı hamilə olaraq keçirəcək olan ana namizədləri doğru olaraq qidalanaraq yay aylarını rahatlıqla keçirə  bilər  deyə düşünürəm…

 

Yaxşı bu yayı hamilə olaraq keçirəcək olan ana namizədləri tam olaraq necə qidalanmalıdırlar?

Gəlin mütəxəssis fikirlərinə birlikdə baxaq, Azadqadınlılıarım… Kalsium baxımından zəngin olan qidaları nizamlı olaraq istehlak etməlisiniz və gündə içdiyiniz su miqdarını 10 stəkandan aşağıya endirməməlisiniz. Hər gün bir boşqab ətli tərəvəz yeməyi yeməlisiniz. Ayrıca quru paxlalıları C vitamini cəhətdən zəngin meyvə və tərəvəzlər də istehlak etməlisiniz.Təzə tərəvəz və meyvə istehlak etməli və hazır meyvə suları və qazlı içkilər yerinə təzə sıxılmış meyvə suları, ayran, bitki çayları, meyvənin özü ilə edilmiş kompotlar içməlisiniz.

 


 

Kolbasa, sosiska  kimi qatqı maddələri və həddindən artıq duz istifadə olunan yeməkləri mümkün olduğu qədər az yeməlisiniz. Quru meyvələr , sıx enerjiləri yanında dəmir və kalsium kimi minerallardan zəngin olduğu üçün qidalanmada uyğun şəkildə alınan kilo nəzarət edilərək istehlak edilməli. Yeməklərdə şübhəsiz yodlu duz istifadə edilməlidir. Təbii qidalar ilə kafi alınmayan yod, ancaq yodlu duz istifadə edilməsi ilə alınar. Tərəvəzlərin, makaron və əriştənin, mərcimək, noxud və quru paxlanın qaynatma suları tökülməməli və bu yeməkləri əvvəldən yuyulub isladıldıqdan sonra bişirməlisiniz. Yenilən yeməklərin bəsləyici dəyərini qorumaq və xüsusilə qan azlığınının qarşısını almaq baxımından yeməklərlə birlikdə çay, qəhvə içməməli yemək yedikdən bir-iki saat sonra açıq olaraq içilməli, içki olaraq cökə, nanə, çobanyastığı kimi bitki çayları seçilməli. Bəkməz(doşab), dəmir, minerallarla zəngin olduğu üçün mütləq tükətin.

P.S İnşallah bütün bu istilərə və çətinliklərə rəğmən körpənizi sağ-salamat dünyaya gətirərsiniz...


Gulshen. | 23 fevral 2014 13:00 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Nigar | 17 fevral 2014 15:45 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Rightit
ALLAH qorusun gelinlerimizi :)

Nigar | 27 mart 2013 00:23 | Status: Gümüş user | Şərh: 6 063
lazim olar vaxt geler n35
Gozel Melek | 25 mart 2013 22:53 | Status: Gümüş user | Şərh: 1 531
Lazimli xeberdi
sevinc keder | 30 sentyabr 2012 17:59 | Status: Professional user | Şərh: 3 818
:n9: amma hamilleler ucun
Rightit | 6 sentyabr 2012 19:32 | Status: Gümüş user | Şərh: 758
ALLAH qorusun gelinlerimizi :)
P.S | 30 avqust 2012 21:56 | Status: VİP user | Şərh: 995
Ayka21,
mende hemcinin
Ayka21 | 29 avqust 2012 15:46 | Status: Yazar | Şərh: 2 770
Sitat: Banu
Butun xeberlerin kimi bu da eladir.

duzdur tam raziyam
Damla | 25 avqust 2012 18:15 | Status: Brilliant user | Şərh: 7 177
lazimli ve faydali xeberdi Vili.Men hamileliyimde yediyim icdiyim her seya nezaret edirem her zaman.Xowum gelirki her sey qaydasinda olsun.
life82 | 24 avqust 2012 19:17 | Status: Gümüş user | Şərh: 985
ela melumatdir.ellerine sagliq :n49:
aynur.xuda | 24 avqust 2012 10:45 | Status: Gümüş user | Şərh: 1 289
İnşallah bütün bu istilərə və çətinliklərə rəğmən körpənizi sağ-salamat dünyaya gətirərsiniz...AMIN
NURGUL_GUL | 24 avqust 2012 08:42 | Status: Şərhçi | Şərh: 130
tewekkurler bu xeber tam mene aiddi axrinci gunlerini yawayiram hamileliyin hec dozmek olmur istilere
sheh | 24 avqust 2012 07:48 | Status: Yazar | Şərh: 3 353
Sitat: Aynur_Qurbanqizi
2-ci defe ere gedende yadima sal oxuyum









SƏN ELƏ DEYƏ-DEYƏ BU GÜN -SABAH NURAŞKA ƏRƏ GEDƏR.
luce | 24 avqust 2012 05:09 | Status: Professional user | Şərh: 2 922
Atdim secilmişlere canim, gelecekde mutleq yararlanacam smile
gulya20 | 24 avqust 2012 00:30 | Status: Professional user | Şərh: 4 677
Lazimli xeberdi.Ikinci defe hamile olanda mutleq yene oxuyacam,tesekkurler
Ayka21 | 23 avqust 2012 23:45 | Status: Yazar | Şərh: 2 770
tesekkurler
nayira | 23 avqust 2012 22:29 | Status: VİP user | Şərh: 581
Allah hesretinde olan cutluklere bexs etsin ovlad payi .Inwaallah xeyirlisi ile ovladlarini dunyaya getirerler :n41:
Sekine Hesen | 23 avqust 2012 21:24 | Status: Gümüş user | Şərh: 3 112
tewekkur vili maraqli xeberdi,
Alizes | 23 avqust 2012 21:12 | Status: Yazar | Şərh: 2 588
Sitat: seva-azer
gelen il yayda mütleq hamile olacam. Allahin koməkliyi ilə

İnşALLAH şirin bir qızın olar. Özün kimi də qəşəng... :n23:

Xəbərə gəlincə... Məndən artıq keçib. Bundan sonra hamilə olacağımı düşünmürəm. Əlimdə olanları ALLAHın köməkliyi ilə böyüdüm,başqasını istəmirəm... Çox sağ ol,Vili... Hamilə xanımlarımız üçün faydalı məlumatlardır...
HEYATIM | 23 avqust 2012 20:11 | Status: Professional user | Şərh: 2 110
TEWEKKURLER XEBER UCUN MARAQLIDI
sevinc keder | 23 avqust 2012 19:54 | Status: Professional user | Şərh: 3 818
maraqlidir wink
elnare terlan | 23 avqust 2012 19:50 | Status: VİP user | Şərh: 1 407
yayda hamile olmusam qisdada ozume ele bir xususi ozen gostermemisem
Sumeyye | 23 avqust 2012 19:30 | Status: Professional user | Şərh: 1 720
Sitat: seva-azer
gelen il yayda mütleq hamile olacam

məqsədə baxee wink uşağında adın söhbət qoyarsan interpapadakı kimi :n3:
Lale | 23 avqust 2012 18:51 | Status: Yazar | Şərh: 3 264
Nece gozel bir xebrdir...Cox isterdim ikinci uwaqim olsun,amma cox tessufler...
nergiz_zz | 23 avqust 2012 18:25 | Status: Professional user | Şərh: 3 814
TƏŞƏKKÜRLƏR.ƏLLƏRİN AĞRIMASIN..VİLİ ALLAH SƏNƏDƏ QİSMƏT ETSİN ANA OLMAĞI.....CƏMİ SUBAY QIZLARIMIZA ALLAH ANA OLMAĞI NƏSİB ETSİN..AMİN...
Banu. | 23 avqust 2012 18:21 | Status: Admin | Şərh: 2 266
Butun xeberlerin kimi bu da eladir.
Nazar | 23 avqust 2012 18:08 | Status: Professional user | Şərh: 1 184
Dəyərli xəbərə görə təşəkkürlər çalışacam bunları bacara bildiyim qədəri ilə əməl edim.
_Almira_ | 23 avqust 2012 17:26 | Status: Professional user | Şərh: 1 167
Canim,cox faydali xeberdi,yayarlananlar olacaq mutleq,cox sag ol xebere gore!
TATLI GUZEL | 23 avqust 2012 16:35 | Status: Professional user | Şərh: 5 781
cANIM HAMILE userlerimiz ucun coooox deyerli ve faydali xeberdir.Tesekkurler tatlim
Hande. | 23 avqust 2012 16:31 | Status: Professional user | Şərh: 1 357
Deyerli ve faydali xeberdir canim,halal olsun...Eminemki yararlanmaq isdiyen userlerimiz ucun faydali xeber olacaq..Tewekkurler canim xebere gore,+5 smile