Münasibətlər / Analıq məktəbi

Əgər həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi yaxşı!

Akif Ehmedov | 19-07-2012, 12:40
9 575 88
Demə azarlamaz bədəni sağlam,
Zənn etmə ki, ölər hər xəstə adam.
N.Gəncəvi
 

 *Həkimlik peşəsi 300-ə yaxın ixtisas sahəsinə bölünmüşdür. Onlardan biri də qulaq-burun-boğaz həkimliyidir. Ölkəmizdə bu xəstəliklərin inkişaf dinamikası necədir?



  -Bu gün ölkə əhalisinin təxminən 15-20 % -i müxtəlif növ otorinolarinqoloji xəstəliklərdən əziyyət çəkir. Son 15 il ərzində burun və burunətrafı ciblərin xəstəliklərinin yayılma tezliyində artım müşahidə olunur. Baş və boyun nahiyyəsinin bədxassəli şişləri isə bütün onkoloji xəstəliklərin 15%-ni təşkil edir. Burun və burunətrafı ciblərin allergik xəstəliklərinin rastgəlinmə tezliyi də sürətlə armaqda davam edir.


 

Bunların qarşısını tam almaq mümkün olmasa da,son onillik ərzində otorinoloqiya sahəsində bir çox nailiyyətlər əldə olunub. Endoskopun,KT -nın(Kompüter Tomoqrafiyası),MRT -nın(Maqnit-Rezonans Tomoqrafiya) istifadəsi ilə əlaqədar burun və burunətrafı ciblərin,orta və daxili qulağın və s. otorinolarinqoloji xəstəliklərin daha dəqiq diaqnostikası və müalicəsinə imkan yarandığını buna misal çəkmək olar. Bundan əlavə, yüksək texnologiyanın (USM,impedansometriya,otoakustik emissiya və s.) imkanları sayəsində, hələ doğulmamış körpənin eşitmə analizatorunu müayinə edə və patologiya olub-olmadığını müəyyən edə bilirik. Əməliyyat üsullarının daha da təkmilləşdirilməsi hesabına, daha “funksional “cərrahi müalicə tətbiq eləmək imkanı yaranır. Bir sözlə,bəzi xəstəliklərin rastgəlinmə tezliyi ayrı-ayrı zamanlarda azalıb-arta bilər, fəqət,  müasir tibb elmi də statik deyil, o, günü-gündən inkişaf edir, təkmilləşir.



 

* Bütün otorinolarinqaloji xəstəliklər arasında otitlər tonzillitlərdən sonra intensivliyinə görə 2-ci yerdə gəlir. Belə xəstələr pulsasiyaedici və yayılmış ağrı hissindən şikayətlənirlər. Bu xəstəliyin belə çox yayılmasının səbəbləri nədir? 




 -Əslində otorinolarinqoloji xəstəliklərin rastgəlinmə tezliyi sabit rəqəmlərlə ölçülmür, onlar yaşa, iqlimə görə dəyişkən olur.Otitlətin ratsgəlinmə tezliyinin çox olması isə qulağın anatomik-fizioloji strukturu ilə əlaqəlidir. Belə ki, xarici qulaq,ətraf mühitlə birbaşa əlaqəli olur,orta qulaq isə eşitmə borusu(Yevstax kanalı) vasitəsilə ağız boşluğu, udlaqla əlaqəli olur.Otitlətin də arasında ən çox rast gəlinən orta qulağın iltihabıdır. Ağız boşluğu infeksiya üçün giriş qapısı olduğu üçün, xəstəliktörəici mikroflora ilə zəngin olur.Təbii halında Yevstax borusunun udlaq istiqamətinə hərəkət edən kirpikli-ehtizazi epitelisi baryer rolunu oynayır, ancaq bu funksiya pozulduqda, infeksiyanın orta qulağa keçməsi baş verir ki, nəticədə otit yaranır. Bu hal daha çox yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı (qripp,zökəm və s) düzgün icra olunmayan asqırma, öskürmə,fınxırma hallarında baş veir.
* Kitabda oxumuşam ki, gənc mütəxəssis kimi təyinatla  Çənub-Şərqi Asiyanın dağlıq kəndlərinin birinə göndərilən həkim 1 ildən çox orada qalır, heç kim ona müraciət etmir və o, geri qayıtmağa məcbur olur. Sən demə, bu ərazi təbiətin elə gözəl yerləri imiş ki, burada heç kim xəstələnmirmiş. Otorinolarinqaloji xəstəliklərin sağlam mühit və sağlam həyat tərzi ilə necə uzlaşdırılmalıdır? 

 -Təbii ki,təbiətin səfalı zonasında yaşayan insanın sağlamlığı ilə, şəhərdə, insanlarla sıx təmasın, tozun, küyün,vibrasiyanın hakim olduğu mühitdə yaşayanların sağlamlığını müqayisə etsək, şəhərdə yaşayanlar ekoloji təsirlərə daha çox məruz qalırlar. Otorinolarinqoloji xəstəliklərin bəzilərinə, özəlliklə mühit dəyişikliyi məsləhət görülür, deyək ki, allergik riniti olan insanlara. Ümumiyyətlə isə, sağlam həyat rejimi və səfalı məkan bütün xəstəliklərin profilaktikası üçün əvəzsiz əhəmiyyətə malikdir.



* Məni həmişə narahat edib:1) Məsələn, riyaziyyat müəllimini idman müəllimindən, ansamblda tar və kamança ifaçısını yastı balaban və ya nağaras ifaçısından fərqli münasibətdə qəbul edirlər. Tibdə isə qulaq-burun-boğaz həkimini cərrahdan, ginekoloqdan və sairlərdən bu şəkildə fərqləndirirlər. Elə bilirlər ki, tar çalmaq daha şöhrətlidir, nəinki balaban, nağara çalmaq.Cərrahlıq daha hörmətlə səslənir, nəinki LOR. Siz bu yanaşmaya necə baxırsınız? 


 -Sels demiş,tibbin ayrı-ayrı sahələri içərisində ən çox  göz önündə cərrahiyənin fəaliyyəti olur. Amma otorinolarinqalogiya sahəsi də əvvəllər ümumi cərrahiyyənin bir hissəsi olub, sonralar ayrılaraq nisbətən dar bir sahəni əhatə edən  müalicə sahəsinə çevrilmişdir. Buna səbəb isə otorinolarinqaloji orqanların özünəməxsus anatomik-fizioloji xüsusiyyətlər, ən əsası isə otorinolarinqaloji orqanları müayinə etmək üçün xüsusi cihazların kəşfi oldu.Mənim gözümdə də cərrahlar daha yüksək pillədə durur, çünki insan bədəni üzərində daha böyük hökm sahibidirlər və bilikləri ilə yanaşı, əlləri ilə də hadisələrin səmtini dəyişə bilirlər.Buna baxmayaraq, bütün sahələr eyni dərəcədə vacib və lazımlıdırlar. Necə ki,ansamblda balabanın ifası lazım olan yerdə tar səslənərsə, “deton” olur,eləcədə digər peşələrdə hər sahənin öz əhəmiyəti var. Əslində bu məsələyə xəstələrin gözü ilə baxsaq, kimin harası ağrıyırsa onun üçün həmin problemin mütəxəssisi digər peşələrdən bir pillə üstün olacaq.Öz ixtisasıma gəlincə isə,bir qədər dar sahəni əhatə etməsinə baxmayaraq, bugünkü gündə çox lazımlı ixtisas olduğunu düşünürəm və bu sahəni seçdiyimdən peşman deyiləm.Onu da qedy edim ki, mən ixtisaslaşma zamanı cərrahiyyə kursu üzrə ixtisaslaşmışam, yəni mən LOR-cərraham.



 

* Getdikçə xalq təbabətinə, türkəçarə üsullara meyil artmaqdadır. Bu, dərman terapiyasının təbii üsullarla müalicəyə təslim olması, yoxsa təbii vasitələrlə müalicənin daha ucuz başa gəlməsi ilə əlaqədardır? 

 - Xalq təbabəti lap qədim zamanlardan mövcuddur, istifadə olunur və bugünkü günə qədər də öz xətti ilə inkişaf etməkdədir. Dərman terapiyasının fitoterapiyaya təslim olmasını düşünmürəm, Sadəcə, bu da faktdır ki, dərmanların da böyük əksəriyyəti təbii məhsullardan hazırlandığı üçün onların kimyəvi qarşılığı oplmur. Alternativ təbabətlə dərman təbabəti heç də bir-birini  təkzib etmir. Bununla belə,  bitkilərlə müalicə  mütəxəssis həkimlərlə  məsləhətləşərək təyin edildikdə səmərəli olur. Düşünürəm ki,qiymət fərqinin əhəmiyyəti var, üstəlik indi bəzi firmaların istehsal etdiyi dərmanlara qarşı insanlarda yaranmış inamsızlıq da  dərman terapiyasında rol oynayır. Ancaq unutmaq lazım deyil ki,türkaçarə üsullar, hətta hər şeyə düzgün riayət edilərək icra olunsa da, bütün xəstəliklərdən sağaltmır, odur ki,həkimə müraciət etməyi təxirə salmaq lazım deyil. As–Samarqandinin dediyi kimi,əgər xəstəlik müəyyən olunmayıbsa,yəni diaqnoz qoyulmayıbsa,onu müalicə etmək mümkünsüzdür.



 

*Qədim “Ayur Veda”nın müəlliflərindən biri, məşhur cərrah olmuş Suşrut demişdir ki, ölümlə həyat arasında çapalayan bir xəstəyə təcili yardım lazım olanda həkim şəxsi evinin qəflətən alova büründüyünü görərkən etdiyi kimi hərəkət etməlidir. Amma istər mətbuatda, istərsə də insanlar arasında təcili yardıma ehtiyac duyulan yerə təcili yardım maşınının, eləcə də həkimlərin geç getməsi barədə fikirlər var. Bəs Hippokrat andı, bəs tibbi deontologiya?

 -Adətən, çağırış gələn ünvana ən yaxın məsafədə olan təcili tibbi yardım briqadasını göndərsələr də, gecikmə halları mümkündür. Bunlar həkimdən asılı olmayan səbəblərdir: yollarda tıxac problemi, sirenası işləməsinə baxmayaraq, təcili yardım maşınına yol verilməməsi, dar küçələrdə maşınların keçidinə mane olacaq tərzdə maşın saxlayanlar və s. Bəzən də təcili yardım maşını hadisə yerinə müəyyən vaxtda çatsa da “gecikmiş” ola bilər.


Odur ki, hər bir şəxs ilkin tibbi yardım qaydalarını bilməlidir. Həkiməqədər yardımın düzgün təşkili həyat xilas edə bilər. Bu sahədə,təhsil ocaqlarında, hətta iş yerlərində maarifləndirici kursların təşkilinə həqiqətən də ehtiyac var.Bütün bunlarla yanaşı, həkim öz peşəsini sevməlidir.  Çünki həkim insan üçün ən şirin nemət olan cansağlığını hifz edəndir. Dülgər bu həftə hazırlamalı olduğu  pəncərəni  gələn həftəyə təxirə sala bilər, amma həkimin məsuliyyətsizliyi,  işinə laqeyd yanaşması, kritik hallarda özünü xəstəyə “yanğınsöndürən maşın” kimi çatdırmaq gərəkliliyini unutmasıXəstəyə, onun əzizlərinə göz yaşları gətirə bilər.   Böyük rus yazıçısı Çexov ixtisasça həkim idi.O deyirdi ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir, hər kəs buna qadir ola bilməz. Bunun üşün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həkim gərək bunları unutmasın. Məşhur alim N.Piraqov çox gözəl demişdir ki,əsl xöşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır.

* Dueldə ağır yaralanan A.S.Puşkin müayinədən sonra həkimdən soruşubmuş ki, mənə düzünü deyin, yaramın vəziyyəti necədir?Həkim də deyib ki, bəli, çox ağırdır.Puşkin bir daha soruşub ki, doğrusunu deyin, yəni öldürücüdürmü? Həkim də deyir ki, məsləhət üçün daha iki həkim dəvət etmişəm. Onların da rəyini biləndən sonra bir söz söyləmək olar. Həkimlər məsləhət və məşvərətdən sonra ümumi fikrə gəlrlər ki, yara öldürücüdür və şairin yaşayacağına ümid yoxdur və bunu özünə də deyirlər.Puşkin onlara təşəkkür edir, ona hər şeyi olduğu kimi deyən həkimləri şərəfli, alicənab və vicdanlı insanlar kimi qiymətləndirir.Puşkinin ölümündən artıq 175 il keçir. Amma bu məsələdə həkimlərin düzgün hərəkət edib-etməməsi həkimlik andı və humanizm baxımından hələ də mübahisəlidir. Sizdən müalicə etdiyiniz şəxs belə ciddi məsələni öyrənmək istərsə, necə hərəkət edərdiniz?


  -Hippokratın bir sözünü xatırlatmaq istərdim:Zərər vermə!Əgər həkimin xəstəyə xeyri dəymirsə, ziyanı da dəyməməlidir. Mənim fikrimcə,  ölümcül xəstəyə həqiqəti açıqlayan həkim doğrudan da, şərəfli, alicənab və vicdanlıdır. Həqiqəti dəyişib  xəstəyə və onun yaxınlarına yanlış məlumat vermək isə düzgün deyil. Belə məqamlarda hər şeyi psixoloji vəziyyəti həll edir və xəstəyə fərdi yanaşma tələb olunur.Əgər xəstə, hər cür sonluğu eşitməyə hazırdırsa və həkim də bunu təsdiqləyirsə, o zaman demək olar.


 Amma bəzən  həqiqəti söyləmək daha acı nəticələrə də yol aça bilər: xəstə küsər,depressiyaya qapılar, sağalacağına ümidi olmadığı üçün müalicəyə davam eləməyi də mənasız görər və bir növ passiv evtanaziyaya səbəb olmuş olar. Bəzən isə, əksinə, xəstə geridə qalan ömrünü daha səmərəli keçirtməyə çalışaraq son günlərini maksimal dəyərləndirməyə çalışar. 

* Azərbaycanda pozulan nikahların bəziləri dünyaya uşaq gətirə bilməməkdir və ya oğlan doğmamaqdır. Bu, ailənin dağılması üçün əsas ola bilərmi? Axı tibb elmi artıq çoxdan sübut edib ki, dünyaya gələcək körpənin hansı cinsdən olması anadan yox, atanın xromosomlarından asılıdır.
-Xeyr,bu ailənin dağılmasına səbəb olmamalıdır.Əgər ailə bu səbəbdən dağılırsa,demək, təməli möhkəm deyilmiş.Ailə qurulubsa,onun bir arada olması, daha möhkəm olması üçün çalışmaq lazımdır, nəinki dağılması üçün bəhanlər axtarmaq. Əgər uşaq olmursa,bunun da çarələri var, süni mayalanma üsullarından faydalana bilərlər və s. Yalnız uşağın olmaması buna səbəb olmamalıdır.

Çox vaxt başqa səbələr də olur,ancaq dilə gətirəndə yalnız sonsuzluq problemini ortaya qoyurlar. Cinsiyyət məsələsinə gəlincə isə, təbii ki,uşağın cinsiyyətini atanın xromosomları müəyyənləşdirir,oğlan uşağı dünyaya gətirə bilmədiyi üçün ananı günahlandıranlar yəqin ki, bundan xəbərsizdirlər. Bütün bunlar tibbi maarifin olmamasından irəli gəlir.

*Həkim-xəstə münasibətlərində ən önəmli olan amillər hansılardır?


  -İnam. İlk növbədə, xəstə həkiminə inanmalıdır, onu sağaldacğından şübhə etməməlidir. Hippokrat deyirdi ki, həkim-xəstə münasibətlərində üç tərəf vardır: həkim, xəstə, xəstəlik.    Əgər bu mübarizədə həkimlə xəstə birlik olarsa, xəstəliyə qalib gələrlər, yox, xəstə həkimi yaxınına buraxmayıb xəstəliyə tabe olarsa,onda xəstəlik qalib gələcək.Odur ki, xəstə öz həkiminə son dərəcə güvənməlidir. Məşhur cərrah S.Kolomin deyirdi ki, əgər həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi yaxşıdır. 



*Bir çox ölkələrdə sağalmaz xəstələrə düçar olan xəstələrə qeyri-insani münasibət mövcuddur, hətta onların ölümünü sürətləndirmək üçün addımlar da atılır. Bu, nə dərəcədə doğrudur?


  -Bu, evtanaziyadır. Əvvəlcə onu deyim ki,Hippokrat andı ilə evtanaziya bir-birinə zidd mövqedədir. Evtanaziyanı bəzi ölkələrdə leqallaşdırsalar da,onun tərəfdarları və əleyhdarları hələ də mövcuddur, yəni bu, birmənalı olaraq hamı tərəfindən qəbul olunmuş bir üsul deyil.


Ümumyyətlə,evtanaziyanın iki üsulu var: passiv və aktiv evtanaziya. Passiv üsulda, sadəcə ,müalicəni dayandırırlar, bu zaman ölümü nə sürətləndirmirlər, nə də gecikdirmirlər: hər şeyi öz axarına buraxırlar. Aktiv üsulda isə ölümü sürətləndirmək üçün dərmanlardan istifadə edirlər. Könüllü və məcburi növləri də vardır. Könüllü olarsa, ağır xəstəliyə düçar olan xəstə öz razılığı ilə ya ayıq ikən,  ya da sağlam vaxtı həyat sığortasında yazdığı, komatoz vəziyyəti ilə bağlı istəyini bildirir, məcburi olanda isə, komada olan xəstənin himayədarları qərar verir. Mənim fikrimə gəlincə isə mən evtanaziyanın əleyhinəyəm,onun əvəzinə palliativ müalicəni dəstəkləyirəm.Yəni xəstəliyi sağlatmağa yönəlmiş yox(onsuz da sağalmaz xəstəlikdir), xəstənin ümumi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş üsullar(ağrını və digər narahatedici simptomları azaltmaq, xəstələrə psixoloji aspektlərdən dəstək vermək, həyat şəraitini yaxşılaşdırmaq,kimya terapiya,radioterapiya və s.üsullarla).

 
*Həkimlər üçün, həkimlik üçün ən vacib keyfiyyətlər, sizcə, hansılardır?


  -Hər şey... Həkim öz ixtisasını dərindən bilməklə yanaşı, əsl ziyalı olmalıdır. Şəxsi geyimi, nitqi, ünsiyyəti, yeniliyə olan marağı ilə hamıdan seçilməlidir. Təsadüfi deyil ki, Hippokrat   həkimlikdə ən vacib 3 keyfiyyətdən birinin söz olduğunu göstərmişdir.  Həkim gözəl nitq qabiliyyətinə malikdirsə, hələ xəstə ilə ilk ünsiyyətində onda ümid, inam yaratmaqla müalicəyə başlamış olur. Odur ki, həkim mütailəyə maraqlı olmalı, nəinki ixtisasına, eləcə də mədəniyyətə, tarixə və s. aid yeniliklərə bələd olmalıdır.


Məşhur hollandiyalı həkim Tulpliusin  aşağıdakı fikirləri bütün həkimlərin həyat amalı olmalıdır: “Başqalarına işıq verə-verə özüm də yanaram”. Həkim yanmağı bacarmalıdır.Azərbaycan səhiyyəsinin görkəmli nümayəndələrindən biri, məşhur cərrah M.Topçubaşovun fikirləri də həkimlik peşəsinin, həkim amalının müqəddəsliyini çox gözəl əks etdirir: “Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin günəşə ehtiyacı qalmaz”.

 

*Bir xanım,  həkim olaraq insanlara nə arzulardınız?

 

Əlbəttə, həkim olduğum üçün can sağlığından başlayacağam: hamıya sağlam həyat tərzi arzulayıram.İnsanlar xoşbəxt və firavan yaşasın.Qurulan ailələr möhkəm olsun.


Sağımız-solumuz körpə balalarla əhatə olunsun. Hamı ata-ana, nənə-baba olsun. Dünyaya aydın səma arzulayıram. Əmin-amanlıq olandan sonra insan qüdrəti ilə hər şeyə nail olmaq mümkündür.

 

Müsahibəni apardı: Akif Əhmədov


ESMERRi | 15 aprel 2016 16:55 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: sevinc keder
ALLAH hamimizi hekimlere yalniz ana olmaq ucun salsin
diger hekimlere ehtyaclariniz olmasin inşallah
Girl | 4 fevral 2013 17:41 | Status: Professional user | Şərh: 8 206
TWK
sevinc keder | 1 oktyabr 2012 15:10 | Status: Professional user | Şərh: 3 818
ALLAH hamimizi hekimlere yalniz ana olmaq ucun salsin
diger hekimlere ehtyaclariniz olmasin inşallah
Ayka21 | 23 avqust 2012 14:20 | Status: Yazar | Şərh: 2 770
maraqlidir tesekkurler
Havin | 22 avqust 2012 20:43 | Status: Şərhçi | Şərh: 69
allah hekimlerimiz qorusun, onlar insanlara cox lazimdirlar
nurashka | 12 avqust 2012 04:16 | Status: Qonaq | Şərh: 2 167
Sitat: life82
YAZI UZUN OLANDA HEC KIM AXIRA QEDER OXUMUR

Yanılırsan dostum)))Heç kim yox, şərh sayini tşk yazmaqla artiranlar
life82 | 7 avqust 2012 12:30 | Status: Gümüş user | Şərh: 985
YAZI UZUN OLANDA HEC KIM AXIRA QEDER OXUMUR.
nurashka | 2 avqust 2012 18:49 | Status: Qonaq | Şərh: 2 167
Sitat: dr.Samira
və deyəsən əvvəl bura şərh yazdığını unutmusunuz,oxumadınıza əgər maraqlı olub-olmadığını necə anladınız?

Ay can ay can smile
Alizes | 29 iyul 2012 15:53 | Status: Yazar | Şərh: 2 588
Sitat: dr.Samira
Sitat: G-----16

Hovselem catmadi oturub uzun uzun oxumaga tesekkurler

7 sözdən ibarət "uzun-uzun" bir cümlə yazaraq fikir bildirdiyiniz üçün,mən təşəkkür edirəm.

Sitat: G-----16

maraqli alinib cox tesekkurler

və deyəsən əvvəl bura şərh yazdığını unutmusunuz,oxumadınıza əgər maraqlı olub-olmadığını necə anladınız?

Samira,eynən özüm kimisən. Ona görə çox istəyirəm də səni.. :n9:
dr.Samira | 29 iyul 2012 15:47 | Status: Həkim | Şərh: 1 135
Sitat: G-----16

Hovselem catmadi oturub uzun uzun oxumaga tesekkurler

7 sözdən ibarət "uzun-uzun" bir cümlə yazaraq fikir bildirdiyiniz üçün,mən təşəkkür edirəm.

Sitat: G-----16

maraqli alinib cox tesekkurler

və deyəsən əvvəl bura şərh yazdığını unutmusunuz,oxumadınıza əgər maraqlı olub-olmadığını necə anladınız?
G-----16 | 27 iyul 2012 18:09 | Status: Gümüş user | Şərh: 2 227
Hovselem catmadi oturub uzun uzun oxumaga tesekkurler :n28:
sema dagistanli | 22 iyul 2012 02:57 | Status: Yazar | Şərh: 1 340
Sitat: dr.Samira
Bəzən xəstələrin də günahları olur,amma onu dilə gətirən olmur.Məs,elə bizim millətin əklsəriyyəti,həkimə nə zaman müraciət edir?Xəstəlik başlayanda yox,vəziyyəti ağırlaşanda,hələ bir müddət də özünümüalicə ilə məşğul olandan sonra,filankəsdə də belə olmuşdu.filan şey elədi yaxşı oldu deyib,onun elədiyini təkrarklayıb,geridönüşü olmayan yola girəndən sonra,sonra hələ həkimin yazdıqlarını da aparıb aptekdə,əczaçının da "köməkliyi" ilə başqaları ilə əvəz edib,müalicənin də nəticəsini görməyənndə,deyirlər ki,həkim müalicə edə bilmədi.O qədər şahidi olmuşuq ki,yazıq qadın,ağrıyıram deyə-deyə gəzir,onu həkimə gətirən də olmur,o da məcbur ağrını azaltmaq üçün isitqacla gəzir,iltihabı daha da yayır (yayılmış peritonit),ölüm ayağında gəlir həkimə,əməliyyat stolunda qalır,sonra həmin xəstənin adamları həkimi" mükafatlandırıb" şil-küt edirlər

MENCE SONUNA QEDER HAQLISINIZ AMMA DERMAN MESELESINE GELDIKDE ISE SOZUM MECLISDEN KENAR HA HEKIMLERDE BU FIRMA DERMANLARI ILE AZ OYNASINLAR VALLAH GUNAHDIR COX KASIB INASAN BOGAZINDAN KESIR GEDIB O YAZILANI ALIR AMMA HEC FAYDASINIDA GORMUR GOREDE BILMEZ VAXTI KECMIS HER HANSI BIR SEYIN NECE FAYDASI OLA BILER.AMMA MEN ETRAFIMDADA VALIDEYNLERININ ISTEYI ILE HEKIM SENETINI SECIB AMMA QEBUL OLMAYAN 22MIN PUL XERC CEKIB AXIRKI INUSTITUTA GIREN O QEDER NUMUNELER VARKI MENIM MISAL CEKDIYIM HELE BIRI IDI SIZCE BU DUZDURMU QUYUYA SU TOKMEKLE QUYU SULU OLARMI PULLA BILIK AOLMAQ MUMKUNDURMU ?MENCE YOX OLMAMALIDIRDA HER KESEN BILDIYI ISI GORSE DAHA DOGRU ISLER ALINAR MENCE
nurashka | 21 iyul 2012 01:06 | Status: Qonaq | Şərh: 2 167
Sitat: dr.Samira
ATU-da bilənin dəyəri verilmir,imtahanlardan kəsirlər deyənin səmimiyyətinə heç inamım yoxdur,

Mən dedim axı həmin qız yaxşı oxumurdu..Ona görə də pul vermeyə məcbur idi..Şəxsən mən indiyə kimi(2ci kusrsu bitirdim))bir qəpik də pul verməmişəm Universitetdə hər hansı bir müəllimə...Hətta onu da qeyd edim ki mən 1ci kusrda oxuyanda bir psixologiya müəlliməsi bir tələbədən pul almışdı və arxayın salmışdı ki 100% qiymət alacaqsan amma dekan üstünü açdi və rektora qədər şikayət gedib çatdı..və elə buna görə də işdən qovuldu...Hətta bizdə tələbə dərsə pis hazırlaşanda evə də zəng edirlər(əgər mütəmadi şəkildə olarsa))
Gunnare_ok | 21 iyul 2012 00:18 | Status: VİP user | Şərh: 332
maraqli musahibe ucun hem muellife,hem musahibe tesekkurler!
Alizes | 20 iyul 2012 13:57 | Status: Yazar | Şərh: 2 588
Sitat: AkifВ Ehmedov
Canım, gözüm, xarici ölkələrdə yüksək texnologiyalar var, onları bizdən üstün edən cəhət yalnız budur.Bizim həkimlər səhiyyəmizin bu qədər ağrılarına baxmayaraq, heç də xaricilərdən geridə qalmırlar.

Bəli. Həqiqətən də elədir. Savadlı həkimlərimiz çoxdur,sadəcə olaraq şəraitsizlikdir. Necə deyərlər-Oğullar var,şərait yox... Bizdə ən müasir klinikalarda istifadə olunan texnikanın ən son nəaliyyəti hesab etdiyimiz aparatlar Almaniya, Turkiyə və s. kimi ölkələrdə artıq istifadəyə yararsız, texnikanın eski model aparatları sayilır.
Akif Ehmedov | 20 iyul 2012 13:49 | Status: Qonaq | Şərh: 713
Sitat: Damla
DÜNYADA AC QAL Kİ, AXİRƏTDƏ TOX OLASAN!


Vaiz bizə oxur şəri-Mustafa,
Həramə mürtəkib olmayın əsla.
Özü lüm-lüm udur batində, əmma
Zahirdə dediyi mənayə bir bax..
Damla | 20 iyul 2012 13:43 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: AkifВ Ehmedov
Bir salama dəymədi

bu werdan cox xowum gelir.
Akif Ehmedov | 20 iyul 2012 13:42 | Status: Qonaq | Şərh: 713
Sitat: Vetenperver
Bəli,mən ona görədə ümumi dedim ki indi bizdə səhiyyə bərbad gündədir.Bir birinə bağlı olan amillərdə çoxdur.Ona görədə yaxşısı gedib başqa ölkələrdə müalicə alasan.

Canım, gözüm, xarici ölkələrdə yüksək texnologiyalar var, onları bizdən üstün edən cəhət yalnız budur.Bizim həkimlər səhiyyəmizin bu qədər ağrılarına baxmayaraq, heç də xaricilərdən geridə qalmırlar. M.Topçubaşov ağrısızlaşdırmanı (narkoz) dünyada ilk tətbiq edən həkim-cərrah olub.Hətta bu kəşfə görə ona Nobel mükafatı da vermək istəyirlərmiş. Həmin ərəfədə "Bakraboci" qəzetində Topçubaşovun əleyninə məqalə çıxarırlar, mükafatın hamiləri də deyir ki, Nobel qardaşlarının əleyhinə olan millətin nümayəndəsinə bu mükafatı necə verəsən? Beləcə, böyük alim həmin mükafatdan məhrum olur.
Xaricdə tibbi sığorta var,bu, insan sağlamlığının qorunmasına xidmət edir.Bizdə də hökmən olacaq. İnkişafın geriyə yolu yoxdur.
Alizes | 20 iyul 2012 13:39 | Status: Yazar | Şərh: 2 588
Sitat: AkifВ Ehmedov
Bir salama dəymədi

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
Bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanli sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmdan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa, sən öz əhdinə, ilqarina ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düsün!
Yalnız indi anladm; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canmdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zuülm yaraşır.
Bir salama dəyməyən esqə ölüm yaraşır!

B.Vahabzadə


En cox sevdiyim werlerdendir... Bele hallar cox olur. Bezen sevirem dediyine zaman geler bir salam vermeye bele cekiner insan...
Vetenperver | 20 iyul 2012 13:29 | Status: Professional user | Şərh: 6 700
Sitat: Damla
Bu problemlar var ve olacaqda cunki her sey bir-birine baglidir zencir kimi.Gerek zencirin hansisa hissesini qira bilesen.

Bəli,mən ona görədə ümumi dedim ki indi bizdə səhiyyə bərbad gündədir.Bir birinə bağlı olan amillərdə çoxdur.Ona görədə yaxşısı gedib başqa ölkələrdə müalicə alasan.
Akif Ehmedov | 20 iyul 2012 10:36 | Status: Qonaq | Şərh: 713
Bir salama dəymədi

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
Bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanli sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmdan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa, sən öz əhdinə, ilqarina ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düsün!
Yalnız indi anladm; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canmdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zuülm yaraşır.
Bir salama dəyməyən esqə ölüm yaraşır
!

B.Vahabzadə


PS:
Arada Sizə lirik ovqat bəxş etmək də mənim qayğım...
dr.Samira | 20 iyul 2012 10:17 | Status: Həkim | Şərh: 1 135
Sitat: AkifВ Ehmedov
Əgər heç nə oxumayan tələbəyə pul müqabilində "5" , zəhmət çəkib oxuyana "3" yazırlarsa, cəsarətlə deyirəm, bu, iftiradır, belə səviyyəsiz müəllim ola bilməz.

çox düz deyirsiniz,ola bilməz və yoxdur da,bilənə zaval yoxdur...
Sitat: AkifВ Ehmedov
Bu gün əks fikir səsləndirənlər "xala-xətrin qalmasın" oxuyanlardır.

:n43:
Sitat: AkifВ Ehmedov
Mən dərs demişəm.Bir tələbəm var idi. İnanın onlara dərs günüm gələndə 2 gün öncə xüsusi hazırlaşırdım ki, onları razı sala bilim.Tələbə müəllimi daha məsuliyyətli edə bilər.

Bizim də elə müəllimlərimiz çox olub.Elə müəllimlərin dərsinə,inanırsız,bir qədər məsuliyyətsiz tələbələr də canla-başla gəlirdi,çünki kitabını oxumasalar da,müəllimin izahından çox şey öyrənirdilər,dərs diskussiya şəklində keçirdi..bir sözlə,müəllimləri də qınamaq düzgün deyil,günah oxumayanda,savadsız olmaq üçün əlində pul müəllim arxasınca gəzənlərdədir ki,qiymət kitabçasını bəzəyə bilsin.Onu da deyim ki,bizdə elə kafedralar da var idi ki,əlində pulun,yanında tapşıranın ola-ola pulu verib tapşırıla bilmirdin,çünki həmin kafedralarda korupsiyaya yol vermirdilər,nə qədər təəccüblü olsa da,bu kafedralardan biri Əli İnsanovun Vərəm x.Kafedrası idi,bundan əlavə ,İnfeksion xəstəliklər də həmçinin.
Sitat: Alizes
Sukani bele saxla,ezizim... ALLAH komeyin olsun ki,sen de sene ehtiyaci olan insanlara daima yardim elivi uzada bilesen. Uzun-uzadi wablon fikirleri tekrarlamaq istemirem. Seni cox isteyirem,canim. Opurem...

Təşəkkürlər canım :n45:
Akif Ehmedov | 20 iyul 2012 09:52 | Status: Qonaq | Şərh: 713
Sitat: dr.Samira
ATU-da bilənin dəyəri verilmir,imtahanlardan kəsirlər deyənin səmimiyyətinə heç inamım yoxdur,çünki gördüyümü görmüşəm,patokumuzda elə tələbələr əlaçı idi ki,nə imkanları var,nə də tanışları,hamısı öz biliyinə...Biliyi olmayanların fitvasına getmək lazım deyil.


Biz sadə və kasıb bir ailəyə mənsubuq. Balaca qardaşım Tibb Universitetini Lenin təqaüdçüsü kimi başa vurdu. İndi tibb elmləri doktorudur..Bizim nə pulumuz var, nə də vəzifəli qohumumuz.. Bu gün əks fikir səsləndirənlər "xala-xətrin qalmasın" oxuyanlardır. Əgər heç nə oxumayan tələbəyə pul müqabilində "5" , zəhmət çəkib oxuyana "3" yazırlarsa, cəsarətlə deyirəm, bu, iftiradır, belə səviyyəsiz müəllim ola bilməz.1-si, sən qiymət üçün yox, elm üçün oxumalısan. 2_si, tələbə dərsə gəlmir, ali məktəbi bitirənə kimi bir ümumi dəftəri doldurmur, meyitə baxmaqdan iyrənir, skletin hissələrini şüurlu olaraq yaddaşına köçürmək istəmir, dərsdə özünü yaxşı aparmır, müəllim oa qiymətmi yazmalıdır? Mən müəllimə haqq qazandırmıram ha..Deməyim odur ki, günahkar yenə və yenə tələbədir.
Mən dərs demişəm.Bir tələbəm var idi. İnanın onlara dərs günüm gələndə 2 gün öncə xüsusi hazırlaşırdım ki, onları razı sala bilim.Tələbə müəllimi daha məsuliyyətli edə bilər.Güç-bəla həkim olanlar yaxşı baytar həkimindən acizdirlər..
dr.Samira | 20 iyul 2012 09:41 | Status: Həkim | Şərh: 1 135
Sitat: Damla
Gelin her seyda hekimleri,muellimleri qinaq obyektine cevirmeyek.Bu hadiselere soyuq bawla baxib,soyuq bawla duwunub fikir bildirek.Bu problemlar var ve olacaqda cunki her sey bir-birine baglidir zencir kimi.Gerek zencirin hansisa hissesini qira bilesen.Yoxsa ver yeyim ort yatim gozle canim cixmasin prinsipi ile yawamaqla hec ne duzelen deyil

:n43:
Sitat: TAHIRE
Hekimler haqqinda o qeder seyler yazardim ki, 99faiz pulla oxuyan dayday hesabina oxuyan,tapsiriqla oxuyan bu usaqlardan ne hekim.Odur ki,bizde hekim yoxdur suarina men de terefdaram.Bu cur hekimler adam oldurende de deyirler Allahin isidir.Day demirler ki,savadsizligin isidir.Cox sozler yazardim etikam yol vermir.Heyif ki,yol vermir.

99%?çox böyük ittiham olmadımı sizcə?İnsanlar niyə bu qədər günah keçisi axtarmağa tələsir həmişə?Heç bir həkim xəstəsinin vəziyyətinin pisləşməsini,yaxud ölməsini istəməz,Həkim cəllad deyil ki,qarşısına çıxana ziyan vurmağa çalışsın..Bəzən xəstələrin də günahları olur,amma onu dilə gətirən olmur.Məs,elə bizim millətin əklsəriyyəti,həkimə nə zaman müraciət edir?Xəstəlik başlayanda yox,vəziyyəti ağırlaşanda,hələ bir müddət də özünümüalicə ilə məşğul olandan sonra,filankəsdə də belə olmuşdu.filan şey elədi yaxşı oldu deyib,onun elədiyini təkrarklayıb,geridönüşü olmayan yola girəndən sonra,sonra hələ həkimin yazdıqlarını da aparıb aptekdə,əczaçının da "köməkliyi" ilə başqaları ilə əvəz edib,müalicənin də nəticəsini görməyənndə,deyirlər ki,həkim müalicə edə bilmədi.O qədər şahidi olmuşuq ki,yazıq qadın,ağrıyıram deyə-deyə gəzir,onu həkimə gətirən də olmur,o da məcbur ağrını azaltmaq üçün isitqacla gəzir,iltihabı daha da yayır (yayılmış peritonit),ölüm ayağında gəlir həkimə,əməliyyat stolunda qalır,sonra həmin xəstənin adamları həkimi" mükafatlandırıb" şil-küt edirlər..Belə hadisələr praktikamda o qədər görmüşəm ki..saymaqla bitməz.Elə burda,həkim məsləhətləri bölməsində,o qədər olub ki,bəzi userlər öz problemlərini yazırlar.baxırsan ki ciddi problemdi,deyirsən get mütəxəssisinə,ciddi yanaş bir az,deyir yox,getmək istəmirəm,siz bir məsləhət verin..Sağlamlıqlarına özləri bu qədər laqeyd yanaşandan sonra,həkim niyə sağaltmadı deyib dərd yananlar da var,unutmaq lazım deyil ki,həkim sehrbaz deyil.Ondan asılı olan və olmayan səbələr var.
Alizes | 20 iyul 2012 09:36 | Status: Yazar | Şərh: 2 588
Oxuyana hec bir zaman zaval olmayib,olmayacaq da... Savadi olan telebeye hec bir muellim bata bilmez. Her oxuyan ise Molla Penah ola bilmez. Senet ayridir senetkaar ayri... Esl senetkar senetini layiqince oyrenendir. Hemcinin de hekim. Hetta en esasi hekim... Hekimin bawinda savadi ve en esasi ise uzunde de nuru olmalidir. Xestede ilk novbede onun uzune baxanda wefa tapacagina dair inam yaranmalidir. Samira,mehz bu dediyim xususiyyetleri ozunde birlewdirirsen sen. Gozel insan,sevimli heyat yoldawi,qaygikew ana ve savadli hekim... Sukani bele saxla,ezizim... ALLAH komeyin olsun ki,sen de sene ehtiyaci olan insanlara daima yardim elivi uzada bilesen. Uzun-uzadi wablon fikirleri tekrarlamaq istemirem. Seni cox isteyirem,canim. Opurem... :n45:

Musahibe cox maraqli alinib,ellerinize sagliq,Akif bey. Tewekkur edirem size bu xebere gore... :n48:
Damla | 20 iyul 2012 09:26 | Status: Brilliant user | Şərh: 7 177
dr.Samira,

:n43:
dr.Samira | 20 iyul 2012 09:21 | Status: Həkim | Şərh: 1 135
Sitat: nuraşka
Müəllim demişdi ya ver qiymət al ya da kəsirəm nədi nədi ki atasi icra başçisidi..

Mən şəxsən gəlib atasına o sözləri deyərək imtahan üçün pul verməyə məcbur buraxan tələbənin səmimiyyətinə inanmıram,istəyir lap elə bacım-qardaşım olsun,çünki bilirəm ki,vəziyyət heç də bəzi tələbələrin təsvir elədiyi kimi deyil.Əgər sən bilirsənsə,heç kim səni kəsə bilməz,qiymətindən narazısansa ,haqqını tələb edirsən,imtahan komissiyası gəlir və yenidən hər kəsin qarşısında suallara cavab verirsən,yəni əgər bir müəllim səninlə "ədavət" aparırsa,haqqın var deməyə ki,mən başa müəllimə cavab vermək istəyirəm.Sİzin dediyiniz üsullar,təhsil sitemindəki boşluqdan faydalanmağa çalışan əhlikef tələbələrdi ki,institutun da,həqiqətən savadlı kadr yetişdirmək üçün əmək-zəhmət sərf edən müəllimlərin də adına ləkə gətirir.Hər şey tələbənin özündən asılıdı,institutda öyrənmək üçün hər cür şərait var,bütün dərs proqramının kitabları ilə səni təmin edirlər,pulsuz,başqa ədəbiyyatlardan daha ətraflı öyrənmək istəsən,oxu zalına gedib,istədiyin kitabı alıb oxuya bilərsən,kitabxanada həmçinin pulsuz internetdən də faydalana bilərsən(printer,kseroks da həmçinin və s.),sümük zalından,morqdan,anatomiya muzeyindən saat 18-00-ə kimi faydalana bilərsən,və s. və ilaxır..Saysam bitməz.Düzdü,indiki zəmanədə heç kimi məcbur etmirlər ki,mütləq bunları eləməlisən,edən edər,etmiyən isə özü bilər. Kimisi,dərs arası 30 dəq-lik fasilələrdə,fontanın kənarında oturub,gələni-gedəni müzakirə edər,kimisi də gedər kitabxanada oturar.Ümumiyyətlə bir şeyi yaşamadan,görmədən,içində olmadan kənardan rəy vermək,kimlərisə töhmət altında qoymaq lazım deyil.Yenə də təkrarlayıram,ATU-da bilənin dəyəri verilmir,imtahanlardan kəsirlər deyənin səmimiyyətinə heç inamım yoxdur,çünki gördüyümü görmüşəm,patokumuzda elə tələbələr əlaçı idi ki,nə imkanları var,nə də tanışları,hamısı öz biliyinə...Biliyi olmayanların fitvasına getmək lazım deyil.
Damla | 20 iyul 2012 07:00 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: Vetenperver
Amma yenədə dərmanlar işləri korlayır,nə bilim,harda keyfiyətsiz dərmanlar var bizə gətirirlər.Misal üçün başqa ölkələrdə elə keyfiyətli və qiymətidə ucuz dərmanlar var ki bizim apteklərdə yoxdur.

Beli dermanlar iwleri korlayir.Dernegul ve Sabuncu yollarinda olan sexlarda hazirlanan firma dermanlari,pakistan ve hindistandan vaxt kecmiw dermanlar ve ss.Derman firmalarinin iwcileri butun gunu xestexanalari ve polinikalari gezirler ve hekimlerle muqavile baglayirlar.hekim xesteye hemin firmanin dermanin yazirsa ordan boyum faiz goturur.Burda hekim qinanilmalidirmi?Xeyr milyon defe xeyr.Cunki 170 manat alan hekim ayda en azi 50 manat baw hekime wapka vermalidir.Otaginda lazim olan bezi avadanliqlari oz cibinin pulu ile almalidir.Cunki dovlet xestexanalarinda ve poliknikalarinde veziyyet melumdur.
Qisasi bu nazirlikde olan bowluqlardi.Qaynar xett yaradildi.her yerda pulsuz tibb var.Indi deyin gorum eziz insanlar o elandan sonra hansiniz pulsuz tibii qulluq gormusuz.Ancaq hekimleri gunahlandirirsiz.Bes ozunuz ne etmisiz hee?Belke kuceye cixib etiraz etmisizki ay dovlet,ay saglamliq nazirliyi hekimler pulsuz hec bir xesteye baxmir.Haminizda hekimede gedirsiz,pulda verirsiz veselam.
Daniwmaqla duzelen deyil ve duzelmeyecek.Bu sistemin problemidir.Sistemde deyiwmeyince bu iwler duzelen deyil.Qisasi baliq bawday iylener veselam.
Gelin her seyda hekimleri,muellimleri qinaq obyektine cevirmeyek.Bu hadiselere soyuq bawla baxib,soyuq bawla duwunub fikir bildirek.Bu problemlar var ve olacaqda cunki her sey bir-birine baglidir zencir kimi.Gerek zencirin hansisa hissesini qira bilesen.Yoxsa ver yeyim ort yatim gozle canim cixmasin prinsipi ile yawamaqla hec ne duzelen deyil.unutmayin biz bu oyunda piyadalardanda 50 pille awagidayiq.
SaPir | 20 iyul 2012 01:26 | Status: Yazar | Şərh: 979
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
nurashka | 20 iyul 2012 00:43 | Status: Qonaq | Şərh: 2 167
Sitat: Sumeyye
dəhşəət hər insanın yaxşısı pisi olduğu kimi işinində sənətkarı olanlar var... amma hərdən həkimlərin elə səhvin görür ki, insan ...sadəcə mat qalır... bir dəfə qeyd etmişdim şərhimdə ki, həkimin səhv peyvənd vurması nəticəsində uşaq ömür boyunca iflic qalıb.... həkimlik sənətini seçən insan öz sənətini dərdindən öyrənməlidir çünki insan həyatı zarafat deyil..

Tamamilə raziyam..İndiyə kimi heç vaxt yaxindan tanimadiğim heç bir həkimin yanina getməmişəm və getmərəm də...Çox həkimlər taniyiram maşallah ki çoxu da sənətinin kamil bilicisidir