Münasibətlər / Analıq məktəbi

Ailəyə yeni körpə gəlir

Banu. | 24-01-2020, 18:03
418 0

Ailəyə yeni körpə gəlir
Cütlüklərin iki nəfərlik ailə həyatına yeni bir körpənin gəlişi xəbəri ana və ata olacaq bütün şəxslərdə qarışıq hisslər doğuran bir durumdur. Bu planlı və ya plansız olsa da, belədir.

Körpə sahibi olacaq cütlüklərin ən böyük qayğısı nədir?
Cütlüklərin iki nəfərlik ailə həyatına yeni bir körpənin gəlişi xəbəri ana və ata olacaq bütün şəxslərdə qarışıq hislər doğuran bir durumdur. Bu planlı və ya plansız olsa da, belədir. Xoşbəxtlik, həyəcan və qayğı, bəlkə də, bu duyğuların arasında ən çox büruzə verilən hisslərdir. Bu xəbəri eşidən andan başlayaraq insanın beynində dolaşan sual isə “Yaxşı valideyn ola biləcəyikmi?” olur.

Uşaq gözləyən ana və ata ilkin olaraq nələri edə bilər?
Doqquz aylıq müddət ərzində ana və ata olacaq şəxslərin uşağa qulluqla bağlı əsas məlumatları öyrənmək üçün kifayət qədər vaxtı olacaq. Amma buna baxmayaraq, öyrəndikləri onların hər məsələyə bələd ola biləcəkləri anlamına gəlmir. Təbii ki, onların çox şeyi təcrübə ilə öyrənəyəcəkləri bir həqiqətdir. Bundan başqa, mümkün qədər daha çox məsələ haqqında məlumatlı olmaq, uşağın inkişafı və psixologiyasına hakim olmaq ana və atanın özünə inamını artıracaq və qayğılarını azaldacaqdır.

Ana və atanın uşağın inkişafını dəstəkləmək üçün nələri öyrənməsi lazımdır?
Uşağın inkişaf mərhələlərini öyrənmək, onun hansı aylarda hansı reaksiyalar verəcəyini bilmək həm ana və atanın uşağın sağlam inkişaf edib-etmədiyini izləməsini asanlaşdırır, həm də uşağın inkişafının dəstəklənməsinə yaxşı zəmin yaradır. Uşağın hansı aylarda yeriməyə başlamalı olduğunu, əsas reflektiv bacarıqlarının hansı aylarda nələr üçün əlverişli olduğunu və əqli inkişaf mərhələlərini bilən ana və ata onu doğru zamanda doğru fəaliyyətlərə yönəldir. Onlar eyni zamanda, uşağın sərbəst buraxıla biləcəyi anları bilir, onun inkişafına, müstəqil hərəkət etməsinə və öyrənməsinə kömək göstərir. Valideynlər bununla həm də uşağın inkişafında yarana bilən hər hansı gecikməni hiss edir və həkim yardımı ilə onun lazımi zamanda aradan qaldırılmasına çalışır. Buna görə də, uşağın inkişafının hər sahəsi ilə bağlı kitablar, məqalələr oxumaq, təlimlərdə iştirak etmək və araşdırma aparmaq əhəmiyyətlidir.

Yeni doğulmuş körpə ailənin həyatında nələri dəyişdirir?
Uşağın doğulması, demək olar ki, ailə nizamındakı hər şeyi dəyişdirir. Evin interyeri, cütlüyün birlikdə keçirdiyi vaxt və əlaqəsi, ailə üzvləri və dostlara ayrılan vaxt kimi gündəlik yaşamın bir çox sahəsi yeni doğulan körpəyə görə yenidən formalaşdırılır. Ana və ata olacaq şəxslərin bu dəyişikliklərə hazır
olması, deyilən müddət ərzində mümkün qədər nəzarətli şəkildə həm uşaqlarına, həm də özlərinə vaxt ayırmağa diqqət göstərməsi çox əhəmiyyətlidir. Təbii ki, uşağın tələbatlarının qarşılanması əsas diqqət mərkəzində olmalıdır. Amma psixoloji, əqli və fiziki cəhətdən sağlam olmayan ana və ata uşaq ilə də kifayət qədər faydalı şəkildə zaman keçirə bilməz. Hamiləlik və ana-ata olmağa hazırlıq mərhələsində evli şəxslər bir-birlərinə dəstək olmalıdırlar.

Ana və ata valideyn olmağa hazırlıq üçün nə etməlidirlər?
Uşaq sahibi olmaq fikrinin ortaq bir qərar olması çox əhəmiyyətlidir. Uşaq gözləyən cütlüklərin hər ikisinin həyat yoldaşı, işləyən qadın-kişi, dost, övladlıq vəzifələrinə daha bir yeni vəzifə, bəlkə də, ən əhəmiyyətli bir vəzifə yüklənir: ana və atalıq. Bu yeni vəzifəyə hazırlaşmaq, öhdəliklərin məsuliyyətini anlamaq, onun mövcud başqa vəzifələrlə uyğunluğunu təmin etmək ana və ata olacaq şəxslərin əməl etməli olduqları tapşırıqlar sırasındadır. Qadının hamiləlik müddəti bu yeni vəzifələrin hazırlığına başlamaq üçün əhəmiyyətli zaman hesab edilir. Ana olacaq qadın hamiləlik başladığı andan etibarən ifraz olunan hormonlar sayəsində həm fiziki, həm də psixoloji baxımdan analığa hazırlanmağa başlayır. Doqquzuncu ayda artıq bir çox ana uşağına qulluq göstərmək öhdəliyini üzərinə götürməyə hazır olur.
Ata üçün bu vəziyyət bir qədər fərqlidir. Bir çox ata atalıq duyğusunu və öhdəliyini uşağı qucağına aldıqdan uzun zaman keçdikdən sonra yaşamağa başlayır. Kişilərin atalıq vəzifəsinə alışma müddəti daha uzun olur.
Uşaqla bağlı qayğılardan azad olmağın başqa bir yolu da mükəmməl ana və ata olmaq üçün canfəşanlıq edilməməsidir. Heç kəs mükəmməl deyil və ana-ataların bəzi hallarda özlərini bacarıqsız hiss etməsi də çox normal bir haldır. Uşağa qulluğun çətinlikləri və ana-atalığın səhvsiz olmayacağı qəbul edildikdə, analıq və atalıq məsələsində özünü davamlı inkişaf etdirən şəxsin qayğı və günahkarlıq hissi də azalır.

Cütlüklər bir-birlərini necə dəstəkləməlidirlər?

Cütlüklərin uşağa qulluq və ev işləri ilə bağlı bir-birilərindən olan gözləntilərini müzakirə etmələri, iş bölgüsü aparmaları hər iki tərəfin rahat nəfəs almasına imkan yaradır. Həkim müayinəsinə birlikdə getmək, başqa ana-atalar ilə danışmaq, onların təcrübələrini dinləmək, uşaq üçün alış-verişə birlikdə çıxmaq, evin interyerini birlikdə formalaşdırmaq! Bütün bunlar cütlüklərin birlikdə həyata keçirərək bir-birilərinə dəstək verməsi, həm də yeni doğulacaq körpəyə öyrəşmələri üçün mükəmməl fəaliyyətlərdir. Ata olacaq şəxsin yeni doğulan uşağın qulluq işlərinə daxil olması, uşağı yemək butulkası ilə qidalandırması,
doğum prosesində ananın yanında olması və ananın qarnına toxunaraq onun bətnindəki uşaqla danışması atalığa daha tez hazır olmaq hissini formalaşdırır.

Ana və ataların uşağa qulluq zamanı diqqətlə yanaşmalı olduğu əsas məqamlar hansılardır?
Ana və atalıq çətin olduğu qədər də dünyanın ən nəşəli duyğusudur. Hamiləliyin ilk anından etibarən yaxşı ana və ata olmağa hazırlaşan cütlüklərin diqqət ayırmalı olduqları mühüm məqamlar var. Bu, uşağın fiziki inkişafı ilə birlikdə, onun duyğusal inkişafını nəzərdən qaçırmamaq, uşağa sevgi hiss edə biləcəyi sakit bir ailə mühiti təmin etməkdir. Ana və atanın öz fiziki və psixoloji sağlamlığına diqqət etməsi hamiləliyin ilk anından xüsusi önəm verilən bir məsələdir.
Bu yazı uşağın şəxsi inkişafı saytı olan ÇocukluDünya ilə birlikdə hazırlanmışdır.
Hamiləlik üçün faydalı məlumatlar
Hamiləlik, bəlkə də, bədəninizdəki dəyişilməni ən sürətli şəkildə müşahidə edə biləcəyiniz mərhələ ola bilər. Nəticə etibarilə, şəxsi qulluq rejiminizi də bu dəyişikliyə uyğunlaşdırmanız çox böyük əhəmiyyət kəsb edir.


Hamiləlik müddətində olan sürətli dəyişikliklərin bədənə zərər verməsinin qarşısını almaq mümkündürmü?
Hamiləlik, bəlkə də, bədəninizdəki dəyişilməni ən sürətli şəkildə müşahidə edə biləcəyiniz mərhələ ola bilər. Nəticə etibarilə, şəxsi qulluq rejiminizi də bu dəyişikliyə uyğunlaşdırmanız çox böyük əhəmiyyət kəsb edir. Bədəninizdə olan hormonal balansın dəyişməsi dərinizdə, saçlarınızda, dırnaqlarınızda və bədəninizin başqa bir çox hissələrində özünü biruzə verir. Lakin bu hal dəyişikliklərin mütləq mənfi təsirlər yaradacağı anlamına gəlmir. Belə ki, gündəlik həyat tərzinizdə edəcəyiniz kiçik dəyişikliklərlə bir çox problemin qarşısını ala bilərsiniz.

Hamiləlik müddətində yaranan problemlər, xüsusilə də, ortaya çıxan çatların qarşısını necə almalı?
Hamiləlik müddətində tər vəzləri normalda olduğundan daha çox tər ifraz edir və tərləmə səviyyəsində artım müşahidə olunur. Hər gün 15 dəqiqədən çox olmamaq şərtilə, duş qəbul etmək vərdişi həm fiziki, həm də psixoloji nöqteyi-nəzərdən sizi rahatlaşdıracaq. Duşdan sonra qarın xəttini və omba bölgəsini badam yağı ilə ovuşdurmaq bu hissələrdə yarana biləcək izləri minimuma endirmək baxımından faydalı olacaq. Sinələrdəki sürətli dəyişiklik çatlar yarada biləcəyinə görə, o hissələri nəmləndirici krem ilə masaj etmək yaranmış
vəziyyəti aradan qaldırmağa kömək göstərəcək. Özünüz görəcəksiniz ki, hamiləliyin dərinizdə yarada biləcəyi göz qorxudan çatları və izlərin təsirlərini, hər gün duş aldıqdan sonra alışdığınız vərdişlərlə çox asan şəkildə ən aşağı səviyyəyə endirmək olacaq. Duş alarkən saçınızın tipinə uyğun şampundan istifadə etməyiniz və ona xüsusi qulluq göstərməyiniz isə saçlarınızın bu müddət ərzində yarana biləcək solğun və cansız görüntüsünü ortadan qaldıracaqdır.

Hamilə qadının fiziki sağlamlığına diqqət yetirməsi önəmli olan başqa mühim məqamlar hansılardır?
Bu dönəm qadınların psixoloji cəhətdən çox həssas olması ilə səciyyələndirilən zaman kəsiyi sayılsa da, əslində, fiziki baxımdan da insanın həssaslaşdığı bir müddət hesab olunur. Bədəndə diş çürüməsinə səbəb ola biləcək təsirli maddələr yaranmağa başlayır və dişin sağlamlığı üçün çox əhəmiyyətli olan flüor maddəsinin yaranması azalır. Dişin təmizliyinə xüsusi önəm göstərilməsi və davamlı olaraq diş həkiminə müraciət etmək dişlərin çürümədən nəzarət altına alınmasına imkan yaradır. Bu müddət ərzində dırnaqlarınız da qırılmalara və soyulmaya qarşı daha həssas ola bilər. Həm solğun görünmələrinin, həm də qırılmalarının qarşısını almaq məqsədilə dırnaqları qidalandıracaq rəng və yağlardan istifadə edə bilərsiniz.

Hamiləlik müddətində kosmetik məhsullardan istifadə etmək olarmı?

Bu müddət ərzində dəriyə xüsusi qulluq göstərmək böyük əhəmiyyət kəsb edir. Makiyaj vasitələrinin təbii və orqanik olması, mümkün qədər az makiyaj vasitəsindən və günəş şüalarından qoruyan kremlərdən istifadə etmək daha məqsədəuyğun hesab edilir. Həddən artıq kimyəvi vasitələrdən istifadə həm uşağınıza, həm də bu həssas dönəmdə sizin özünüzə zərər verə bilər. Məhz buna görə də, xüsusilə, ətir və dezodorant kimi vasitələrdən istifadə birbaşa dəriylə təmas edəcək şəkildə olmamalıdır. Quruluğun qarşısını almaq məqsədilə nəmləndirici vasitələrdən istifadə etməyiniz tövsiyə olunur. Amma qırışlara qarşı krem kimi digər qulluq vasitələrinin istifadəsinə doğumdan sonrakı müddətdə davam edilə bilər. Adətən hər kəsin ağlında böyük sual doğuran bir başqa məsələ də saç boyasıdır. Saç boyasını saçın dib hissələrinə tətbiq etməmək, bitki mənşəli boyalardan istifadə etmək və hamiləliyin ilk 3 ayından sonra saç boyamaq məsləhət görülür.

Hamiləlik zamanı geyim və paltar seçimi necə olmalıdır?
Dəyişən gündəlik rejiminizə əlavə olaraq, paltar seçimində də bəzi dəyişikliklər etməyinizdə fayda var. Pambıq parçadan tikilmiş, sintetik olmayan, sizi sıxmayan boş paltarlardan istifadə etməlisiniz. Bu müddət ərzində ən populyar hesab edilən geyimlər arasında, adətən, bel və göbək hissəsi viskoz parçadan
hazırlanan və göbəyi sıxmayacaq şəkildə tikilən geniş şalvarları qeyd edə bilərik. Üç aydan sonra sinə hissələrində aydın şəkildə böyümə müşahidə edilə bilər. Bu müddət ərzində dəyişən ölçülərinizə uyğun alt paltarı seçimi etməyiniz sizi rahatlaşdıracaqdır. Hündür dabanlı ayaqqabıların əvəzinə hündür altlıqlı hava alan ayaqqabılardan istifadə edilməlidir.
Bu yazı uşağın şəxsi inkişafı saytı olan ÇocukluDünya ilə birlikdə hazırlanmışdır.
Hamiləlik müddətində qidalanma

Hamiləlik zamanı həddən artıq çox yemək lazımdırmı?
Hamilə olduğunuzu öyrəndiyiniz andan etibarən yemək süfrələrində eşidəcəyiniz “Mütləq yeməlisən, çünki artıq iki can daşıyırsan!” tipli cümlələrin sayı getdikcə artır. Bu cümlə nə qədər doğru olsa da, yarımçıq məna daşıyır. Analığa namizəd biri olaraq, hansı ərzaq qrupuna aid qidalardan hansı miqdarda istifadə etməli olduğunuzu və ya hansı qidalardan imtina etməli olduğunuzu bilməyiniz uşağınızın inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Nəticə etibarilə, düzgün cümlə “Sən düşünülmüş şəkildə yemək yeməlisən, çünki artıq iki can daşıyırsan!” olmalıdır. Hamiləlik müddəti boyunca düşünülmüş şəkildə qida istehlakı həm körpə, həm də sizin özünüz üçün yarana biləcək bir çox potensial problemi aradan qaldıracaq. 9 ay boyunca bədəninizdən qidalanacaq körpənizə yaxşı qulluq etdiyinizə əmin olmaqla bərabər, çəki artımını da sağlam bir şəkildə yoluna qoymuş olacaqsınız.

Hamiləlik boyunca kifayət qədər kalori qəbul etmək üçün hansı qidaların istehlakı əhəmiyyətlidir?

Hamiləlik təxminən 9 ay boyunca həm sizin, həm də uşağınızın bədəninin dəyişikliyə məruz qaldığını bariz şəkildə müşahidə edə biləcəyiniz bir zaman kəsiyidir. Sağlam inkişafa gedən yolda ən əhəmiyyətli maddələrdən biri də sizin bu mərhələdə bədəninizə kifayət qədər enerji, yəni kalori, almağınızdır. Lakin diqqətli olun! Kalorinin alınması “kalori hesabı ilə” olmamalıdır. Körpənizin ehtiyacı olan zülal, yağ, mineral maddə və vitamin tərkibli təbii məhsullardan hazırlanmış 300 kalorilik qida qəbulu ilə bir kasa çipsidən aldığınız 300 kalori eyni deyil. Belə emal olunmuş, zərərli qidaların davamlı olaraq qəbul edilməsi həm sizin, həm də uşağınızın bədənində mənfi təsir yaradacaq. Kalori məsələsində atılacaq başqa bir məntiqli addım da kalorisi çox yüksək olmayan, amma qida dəyəri yüksək olan məhsullardan istifadə etməkdir. 1 qram yağ 1 qram zülaldan, təxminən, 2 dəfə artıq kaloriyə malikdir. Əlavə olaraq, uşağınızın hüceyrələrinin əksər hissəsi zülaldan formalaşdığına görə, sizin vasitənizlə əldə etdiyi zülal onun inkişafı prosesində böyük rol oynayır. Hər gün düzgün
miqdarda süd və süd məhsullarının istehlakına xüsusi diqqət yetirilməli, həftədə minimum 2 gün qırmızı ət (çiy və ya az bişmiş ət olmamalıdır) istehlakı təmin edilməlidir. Bundan əlavə, sadəcə kalori hesab edərək sağlam yağlardan uzaq durmaq da çox yanlış hərəkət olar. Bol zeytun yağlı yaşıl salat, qoz ləpəsi, badam kimi qidalarla bədəninizə daxil olan yağ sağlam inkişafın əsas təməlidir.

Karbohidrat qəbul etməmək hamiləlik müddətində düzgün davranışdırmı?

Sadəcə, yağlardan deyil, karbohidratlardan da qorxmağa gərək yox! Karbohidrat qəbulunda da, başqa qida qruplarında olduğu kimi qida dəyəri mütləq şəkildə nəzərə alınmalıdır. Emal prosesindən keçən qidalar boş kalori deyə biləcəyimiz, uşağınızın və sizin inkişafınıza töhfə verməkdə yararsız olan, sağlam çəki artımınızı çətinləşdirən qidalardır. Bu qidalar qandakı şəkərin səviyyəsini və qan təzyiqini balanslaşdırmaqda, maddələr mübadiləsinin dəstəklənməsində də yararsız hesab edilir. Çəki artımında bütün günahı üstünə atdığımız və dərhal həyatımızdan çıxartmağa çalışdığımız karbohidrat qrupu, əslində, sadəcə keks, tort, ağ çörək və düyüdən ibarət deyil. Yulaf əzməsi, qəhvəyi düyü, öz mövsümündə qəbul edilən meyvə və tərəvəzlər, ümumi olaraq “qarışıq karbohidratlar” adlandıra biləcəyimiz qidalar yüksək dərəcədə lif daşıyıcısılarıdır. Onlar doyurucu xüsusiyyətə malik olduqlarına görə, çəkiyə nəzarətdə də böyük əhəmiyyət daşıyır.

Hamiləlik müddətində qəbul etməməli olduğunuz qidalar hansılardır?

Bu cür sağlam yağ və karbohidratları həyatınızdan çıxarmaq nə qədər yanlışdırsa, eləcə bəzi qida maddələrini qəbul etməməyiniz də məsləhət görülə bilər. Kolbasa, sucuq kimi emal edilmiş ət məhsulları, civə dərəcəsi yüksək olan dəniz məhsulları, çiy (və ya pasterizə edilməmiş) süd və süd məhsulları, çiy və ya az bişmiş ət, toyuq, balıq məhsulları, qazlı içkilər, həkiminizin təsdiqini almadan içilən bitki çayları, yüksək miqdarda şəkərə malik qidalar, qızartma yeməklər, kofein, alkoqol kimi maddələr körpənizin və sizin sağlamlığınıza mənfi təsir göstərəcək. Hamiləlik müddətində bu cür qidalardan uzaq duraraq şüurlu seçimlər etmək həm həyatınızı rahatlaşdıracaq, həm də sizi və uşağınızı xoşbəxt edəcəkdir.
Bu yazı uşağın şəxsi inkişafı saytı olan ÇocukluDünya ilə birlikdə hazırlanmışdır.
Körpəyə hazırlıq
Körpənin həyəcanlı şəkildə gözləndiyi müddətdə ailələr üçün ayrı bir zövq də evdəki uşaq otağını hazırlamaqdır. Bu gün uşaqlar üçün həddən artıq çox əşya və avadanlıq tələb olunsa da, körpənin ilk aylarında ehtiyacları çox sadə olur. Hazırlıq mərhələsində əsas ehtiyaclara istiqamətlənmək kifayət edəcək.
Körpənin həyəcanlı şəkildə gözləndiyi müddətdə ailələr üçün ayrı bir zövq də evdəki uşaq otağını hazırlamaqdır. Bu gün uşaqlar üçün həddən artıq çox əşya və avadanlıq tələb olunsa da, körpənin ilk aylarında ehtiyacları çox sadə olur. Hazırlıq mərhələsində əsas ehtiyaclara istiqamətlənmək kifayət edəcək.

UŞAQ YATAĞI NECƏ OLMALIDIR?
Uşaq yataqlarının bir çox fərqli ölçüləri var. Bu məhsulların bir qismi sadəcə bir il istifadə edildiyi halda, bir qismi üç yaşa qədər istifadə edilə bilən uşaq çarpayılarıdır.
Çarpayı içində olan yatağın ölçüləri tam olmalı, kənarlarında boşluq qalmamalıdır. Çarpayı ilə yataq arasında qalan boşluqlar uşağın üzünün və əllərinin sıxışmasına səbəb olur.
Barmaqlıqlar arasındakı məsafə 7 sm-dən artıq olmamalıdır. Ən uyğun ölçü diapozonu 4-4.5 sm hesab edilir.
Barmaqlıqların aşağı enib- qalxan olması istifadə zamanı rahatlığı təmin edir. Əlbəttə ki, səssiz çalışması şərti ilə...
Çarpayının kənar və künc hissələrinin yuvarlaq formalı olması məsləhət görülür.
Uşağınız bir qədər böyüdükdə, çarpayının kənarlarını dişləməyə başlayır və buna görə də, çıxmayan boya və rənglərə üstünlük verilməlidir.
Örtük ilə yatağın arasına pambıqlı yataq qoruyucularının yerləşdirilməsi yatağın üst hissəsinin islaq qalmasının qarşısını alacaqdır.
Rezinli örtüklərin dəyişdirilməsi asan olmaqla yanaşı, yatağın üst hissəsində də kip qalır. Tez-tez örtük dəyişdirəcəyinizə görə, qeyd edilən nüansı xüsusilə diqqətinizə çatdırırıq.

YASTIQ VƏ YORĞAN
İlk aylarda uşaq yastığının istifadə edilməsi məsləhət görülür. Xüsusilə, ayrıla bilən hissələrə malik, işləməli örtük və yastıqlar körpəniz üçün uyğun deyil.
İlk aylarda yorğandan istifadə etmək hələ çox tezdir. Bir yaşından əvvəl yorğandan istifadə edilməməlidir. Çünki uşağınızın üzü yorğanın altında havasız qalaraq zərər görə bilər.
Yüngül və hava keçirən örtüklər ən çox uşağın çiyninə qədər örtülə bilər. Gecələr otaq soyuq olarsa, uşaq üçün yuxu kambinezonlarından da istifadə edilə bilər.

GEYİMLƏR
Uşağınız, həqiqətən, çox sürətlə böyüyəcək. Buna görə də, hazırlıq müddətində 2-3 aylıq paltarları hazır saxlamağınız kifayət edəcək. Uşağınızın rahatlığı baxımından yüngül və incə paltarlara üstünlük verilə bilər. Mövsümə görə paltarları ya tək olaraq, ya da bir neçə qat geyindirmək uşağınızın bədən temperaturuna nəzarət edə bilmək baxımından çox rahatdır. Paltarların kip olmamasına, xüsusilə də, boyun və bilək hissələrinin rahat olmasına xüsusi diqqət yetirməlisiniz.
Ehtiyacınız ola biləcək geyimlər məsələsində məsləhətlərimiz aşağıdakı kimidir:
Jiletlər: Xüsusilə də, yüngül olan jiletləri rahat şəkildə istifadə edə bilərsiniz.
Gödəkçələr: Pambıq gödəkçələr günün istənilən saatında rahat şəkildə dəyişdirə biləcəyiniz və uşağınızın hərəkətini asanlaşdıran paltarlardır.
Ədyal: Əmizdirmə və yuxu zamanı uşağınızın üzərini örtmək onun isinməsini və bununla özünü daha etibarlı əllərdə hiss etməsini təmin edəcəkdir.
Ayaqlıqlar: Xüsusilə də, qış aylarında və sərin gecələrdə; uşağınızın bədən temperaturunda əhəmiyyətli rol oynayan ayaqların istilik səviyyəsini balansda saxlamaq üçün bilək hissəsi bir qədər uzun olan ayaqlıqlardan istifadə edə bilərsiniz.
Papaq: Evdən çölə çıxarkən uşağın başına papaq qoymaq onu günəş şüalarından, küləkdən və tozdan mühafizə edəcək.
Dəsmal: Başlıqlı uşaq dəsmalı.
Ayaqqabı: Uşağınız yeriməyə başlamazdan əvvəl ona ayaqqabı geyindirmək düzgün deyil. Eyni şəkildə kip corablar da uşağın ayağının inkişafına mənfi təsir göstərir.
Uşaq dəsmalı: Saf su və pambıq tərkibli nəm salfetə çox tez-tez ehtiyacınız olacaq.
Hamiləlik zamanı dəriyə qulluq
Hamiləlik müddətində bütün bədənimizi əhatə edən dəyişikliklərin şahidi oluruq. Bunlardan ən nəzərə çarpanı isə dərinizdə xüsusilə genişləmə ilə ortaya çıxan bəzi problemlərdir.
Hamiləlik müddətində bütün bədənimizi əhatə edən dəyişikliklərin şahidi oluruq. Bunlardan ən nəzərə çarpanı isə dərinizdə, xüsusilə, genişlənmə ilə ortaya çıxan bəzi problemlərdir. Dəridə ən tez-tez rast gəlinən problemlər çatlar,
ləkələr və qaşıntı hesab edilir. Bunların hər biri haqqında daha ətraflı şəkildə yazımızın növbəti hissələrində məlumat əldə edə biləcəksiniz.
Hormon səviyyəsində olan dəyişiklik, progesteron səviyyəsindəki artım və nəticə etibarilə yumurtalıq və tiroid funksiyalarındakı dəyişiklik, qan dövranı və immunitet sistemlərində yaranan fərqlər kimi bir çox hallar dərinizə təsir göstərir. Bu dəyişikliklərin böyük bir qismi doğumdan sonra əvvəlki halına qayıdacaqdır. Qadınlar arasında tez-tez şikayət edilən çat və ləkələr isə ailə keçmişi ilə əlaqəlidir. Ananız və ya bacınız hamiləlik müddətində bu cür problemlər yaşayıbsa, sizin də belə hallarla qarşılaşmaq ehtimalınız yüksəkdir.
Yuxarı qeyd etdiyimiz ümumi dəri dəyişikləri sizə və uşağınıza zərər vermir. Əgər dərinizdə şişlər, yaralar, bir neçə gündən artıq davam edən qaşıntı, qıcıqlanma, dəri rəngində yaranan fərqlər, qızartılar, xalların böyüməsi və ya forma dəyişkənliyinə səbəb olan problemlər görsəniz, mütləq şəkildə həkiminizə müraciət etməyiniz məsləhət görülür.

HAMİLƏLİK LƏKƏLƏRİ
Xüsusilə, üzün alın və yanaq hissələrinin bəzi yerlərində dəridə tündləşmə və ləkələr yarana bilər. Bunlar xloasma və ya melasma adlandırılır. Xloasma dərinin günəşdən qorunması üçün əlavə təbəqə yaratması ilə formalaşır. Ləkələrin tündləşməsinin qarşısını almaq üçün günəş qoruyucu kremlərdən istifadə etməyiniz və dərinizi günəşin zərərli təsirlərindən qorumağınız faydalı olar. Doğumdan sonrakı aylarda bu ləkələr yüngülləşir və öz-özünə keçir. Hər on anadan birində bu cür ləkələr qalıcı ola bilər. Belə olan halda həkiminizə müraciət edərək dəri rəngini açan təbii kremlərdən istifadə edə bilərsiniz. Xüsusilə, günəşdən qorunmaq üçün nəzərdə tutulmuş qaydalara əməl edilmədiyi zaman ləkələrin təkrarlanması müşahidə olunur. Ona görə, bu məsələdə sizi xəbərdar etmək istəyirik.

ÇATLAR
Hamiləlikdə bədən çəkisinin artması və uşağınızın böyüməsi nəticəsində dərinizdə çoxlu sayda çatlar yaranır. Xüsusilə də, sinə, göbək ətrafı hissələr və baldırlarda bu cür çatlar tez-tez müşahidə olunur. Hamiləlik dərinizin normaldakından daha çox gərilməsinə və dartılmasına səbəb olur və hormonlardakı artım bədənin zülal balansını dəyişdirərək dərinizdə çatların formalaşmasına zəmin yaradır. Hamiləliyin ilk aylarında, xüsusilə, qarın hissəsində bir qədər çəhrayı və ya qırmızı xətlər yaranmağa başlayır. Yaranan bu xətlər uşağın böyüməsi nəticəsində çatların yaranmasından da xəbər verir. Ana olacaq qadınların hormonal və genetik dəri quruluşu bir-birindən fərqli olduğuna
görə, bu hal bəzi insanlarda lap aşağı səviyyədə, bəzi ana olmağa hazırlaşan qadınlarda isə çox qabarıq şəkildə müşahidə edilir.

Çatların yaranmasını azaltmaq üçün nələr etməli?
İlk aylardan başlayaq <Hamiləlik müddətinin hər hansı dövründə ani çəki artımının olmamasına xüsusi diqqət yetirməlisiniz. Çox sürətli çəki artımında çatların artma riski də eyni sürətlə artacaqdır.
Qida rasionunuzu həkiminizlə məsləhətləşməyiniz, balanslı bir qidalanma planı tətbiq etməyiniz əhəmiyyətlidir.
Bol miqdarda maye qəbul etməli və su içməlisiniz. Su dərinin strukturunu qorumaq baxımından çox əhəmiyyətlidir.
Həkiminizin icazə verdiyi yüngül hərəkətləri hər gün etmək dərinizin elastikliyini qoruyub saxlayacaq və rahatlaşdıracaqdır.
Tərkibində təbii ekstraktlar və yağlar olan kremlər ilə masaj çat yaranma potensialına malik hissələrə yaxşı təsir göstərir. Davamlı olaraq masaj etmək qan dövranını sürətləndirəcək və dərinizin də sağlam qalmasına şərait yaradacaq.
Doğumdan sonra çatlar zamanla aradan qalxır və ağarmış, açıq qəhvəyi bir hal alır. Bu müddət ərzində dəriyə qulluq göstərməyə davam edərək, onun əvvəlki görünüşünün qayıtmasına kömək edə bilərsiniz.

HƏSSASLIQ VƏ QAŞINTILAR
Hamiləlik zamanı qan artımı və hormonlardakı dəyişikliklərin təsiri ilə dəriniz həssaslaşır və dartılır. Dərinizi sağlam şəkildə nəmləndirmək üçün ona tərkibində spirt, paraben və boya olmayan, dərinin həssas strukturuna uyğun kremlər ilə qulluq etməyiniz vacibdir. Həmişə istifadə etdiyiniz nəmləndiricilər, sabunlar, duş gelləri bu müddət ərzində həm sizə, həm də uşağınıza uyğun olmaya bilər və dərinizin həssaslığını artıraraq qaşınmalara səbəb olar.

Qaşıntıları azaltmaq üçün nələr etməli?
Tərkibində dəriyə yumşaqlıq və elastiklik qazandıran minerallar olan məhsullara üstünlük verməlisiniz. Dav
xüsusilə, çox soyuq və çox isti günlərdə, bir neçə dəfə tətbiq etməyiniz, dərinizə lazım olan qorunma gücü verəcəkdir.
Gün aşırı ilıq və qısa müddətli duş qəbul edilməlidir; isti və buxarlı vanna qəbul etməkdən qaçmalısınız. Duşdan sonra hamilələrə məxsus nəmləndirici krem istifadə edərək dərinizin nəmini qoruya bilərsiniz.
Hamiləlik müddətində əvvəldən olan ekzema kimi bəzi dəri problemləriniz, immunitet sistemindəki bəzi dəyişikliklər nəticəsində arta bilər. Bu hallarda günəşdən qorunmağınız lazımdır. Dəriniz üçün istifadə etdiyiniz bütün məhsullar arasında daha az kimyəvi tərkibi olanlara üstünlük verməlisiniz.
Bütün tədbirlərə baxmayaraq, qaşıntılar azalmır və əksinə kəskin şəkildə artırsa, həkiminizə müraciət edin. Atopik səviyyədə həssas dərilərdə stresslə əlaqəli allergik artım yarana bilər. İyirminci həftədən sonrakı kəskin qaşıntılar uşağın böyüməsi və öd yollarına təsir göstərməsi ilə kolestaz adlandırılan vəziyyətin nəticəsi ola bilər. Buna görə, mütləq şəkildə qan testi ilə qaraciyər fermentlərinə, öd yollarına və tiroid hormonlarına baxış keçirilməlidir.
Sizə ən aşağı səviyyədə dəri problemi yaşayacağınız zövqlü hamiləlik müddəti arzu edirik. Hamiləlik və doğumdan sonrakı dövrlə bağlı yazılarımızı oxumağınızı tövsiyə edirik