Münasibətlər / Analıq məktəbi

Valideynləri 18 aylıq körpənin ölümünə səbəb oldular

Banu. | 8-12-2019, 21:58
208 0
ABŞ-ın Florida ştatında, veqan olan ana və ata 18 aylıq körpələrini çiy qidalarla bəslədikləri üçün onun ölümünə səbəb olublar.

Azadqadin.az ölkə.az-a istinadən xəbər verir ki, Sheila Oleary və Ryan Oleary adlı veqan cütlük, 18 aylıq oğlan uşaqlarını ancaq manqo, banan, avokado kimi çiy qidalarla bəslədiklərini etiraf ediblər. Hadisə ilə bağlı araşdırmada uşağın zülal tərkibli qidalarla bəslənmədiyi üçün öldüyü məlum olub. Ekspertizanın rəyindən sonra hər iki valideyn həbs olunublar. Hadisə ilə bağlı araşdırma davam etdirilir.