Münasibətlər / Analıq məktəbi

Hamiləliyin planlaşdırılması

Banu. | 7-04-2015, 21:00
4 184 22


Müasir zamanın cütlükləri hamiləliyin planlaşdırılmasının və bu məsələyə böyük məsuliyyətlə yanaşmağın zəruri olmasını artıq dərk edib. Planlaşdırma – sağlamlıq məsələsi ilə bağlı məqamları da özündə əhatə edən bir çox amillərin uyğunlaşdırılmasıdır. Ana bətnindəki həyatının elə ilk dəqiqələrindən körpənin hər şeyin ən yaxşısını ala bilməsi üçün mayalanma dövründən hələ xeyli müddət qabaq gələcək ana öz səhhətinin qayğısına qalmalıdır, çünki həm özünün ümumi halı, həm də qəbul etdiyi dərmanlar onun hamiləliyinə təsir göstərə bilər.

Həkim konsultasiyası

Uşaq doğmaq qərarını verdinizsə, həkim konsultasiyası, tibbi müayinə və qan analizi kimi məqamlara etinasız yanaşmayın. Epilepsiya, astma və ya şəkər xəstəliyi (diabet) kimi xroniki xəstəlikləriniz varsa, onda mayalanmadan əvvəl həkimə müraciət etməyiniz labüddür.

Hər hansı bir xəstəlikdən müalicə olduğunuz halda, unutmayın ki, hamilə qalmaq qərarını verməzdən əvvəl yəqin ki, müalicənizə bəzi düzəlişlər etməli olacaqsınız, çünki əks təqdirdə, müəyyən növ dərmanlar gələcək uşağa zərər vura bilər. Misal üçün, hamiləlik dövründə civzəli səpginin ağır formasının müalicəsi üçün nəzərdə tutulmuş bəzi dərmanları qəbul etmək təhlükəlidir.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, hər hansı dərmanın qəbulunu dayandırarkən və ya müalicə üsulunu dəyişərkən orqanizminizin adaptasiyası üçün müəyyən vaxt tələb olunacaq. Buna görə də planlaşdırılmış mayalanmadan ən azı üç ay qabaq həkimə müraciət etməyiniz məsləhət görülür, çünki hamiləlik başlamazdan əvvəl artıq ən effektiv və təhlükəsiz müalicə üsulunun təyin olunması . vacibdir.

Reseptsiz verilən bəzi dərmanlardan (məsələn, ibuprofen) da çəkinmək məsləhət görülür, çünki hamiləliyin erkən dövründə onların təhlükəsiz olduğunu düşünmək səhv olardı.

Doğuşdan qabaq müayinə

Müayinə – səhhətinizlə bağlı sizi narahat edən məsələləri mütəxəssislə müzakirə etmək üçün gözəl imkandır.

Yəqin ki, həkim aşağıdakı məsələlər barədə sizə sual verəcək:

 Səhhətiniz və həyat tərziniz
 Qidalanmanız
Aybaşılarınızda yaşanan problemlərin olub-olmaması
 Fiziki məşqlərlə fəal məşğul olub-olmamağınız
 Təhlükəli maddələrlə işləyib-işləməməyiniz
· Psixiki vəziyyətiniz, misal üçün, depressiyadan hal-hazırda və ya keçmişdə əziyyət çəkib-çəkməməyiniz.

Çəkiniz. Çəkiniz normadan artıq, bədən kütlənizin indeksi (BKİ) isə 30 və ya daha yuxarı olduğu halda həkim sizə arıqlamağı tövsiyə edəcək. Çəki itkisi mayalanmaq üçün şanslarınızı artıracaq və dölün inkişafının sağlam başlanğıcını təmin edəcək.

Çəkiniz normadan aşağı olduqda isə həkimdən xahiş edin ki, BKİ dərəcəsinin qaldırılmasının sağlam üsullarını sizə tövsiyə etsin. BKİ dərəcəsi olduqca aşağı olan qadınlar üçün qeyri-müntəzəm menstrual dövr səciyyəvidir. Buna görə də onlarda ovulyasiya hər dəfə baş vermir. BKİ-nin norma dərəcəsi 19-dan 25-ə kimidir.

Həkim, eləcə də sizdə aşağıdakı xəstəliklərin olub-olmadığını soruşa bilər:

 diabet
 astma
hipertoniya

Bundan başqa, həkimlə aşağıdakı məsələlər barədə söhbət etməyiniz faydalı olardı:

· Ailə üzvlərinizin irsi xəstəlikləri. Qohumlarınızdan kimdəsə Daun sindromu, oraq hüceyrəli anemiya, talassemiya və ya mukovissidoz olubsa, onda bu barədə həkimə xəbər vermək lazımdır – o da sizə lazımi tövsiyələr verəcək .

· İstifadə etdiyiniz kontrasepsiya üsulları. Kontrasepsiya üsullarının çoxu onların tətbiqini dayandırdıqdan sonra mayalanma üçün tələb olunan vaxta təsir göstərmir. Lakin hamiləliyə qarşı (kontraseptiv) inyeksiyalardan istifadə etmişsinizsə, onda reproduktiv qabiliyyətin bərpa olunması üçün hesabı son inyeksiyadan tutaraq sizə təxminən bir il vaxt tələb olunacaq.

Həkim abort, uşaq salma yaxud uşaqlıqdan kənar hamiləliyinizin olub-olmadığı ilə də maraqlana bilər. Bu cür hadisələrin yada salınması sizin üçün təbii ki, olduqca xoşagəlməz ola bilər. Amma nəzərdə saxlamalısınız ki, doğuşdan qabaq ən yaxşı qulluqla təmin etmək üçün həkim keçmişinizdə bu cür hadisələrin olduğunu bilməlidir.

Tibbi müayinələr

Tibbi müayinələrdən keçmək zərurəti sağlamlığınızın vəziyyətindən və ümumi halınızdan asılıdır. Həkim aşağıdakı müayinələrdən keçməyinizi təyin edə bilər:

Qan analizi. Həkim sizdə qanazlığı ehtimalını aşkar edərsə, sizə qan analizinə göndəriş verəcək. Ailə anamnezinizdən asılı olaraq sizə məsləhət görülə bilər ki, oraq hüceyrəli anemiya, Teya-Saks xəstəliyi və talassemiya kimi genetik pozuntuların aşkarlanması üzrə müayinədən keçəsiniz. Məxmərək xəstəliyinə qarşı immunitetinizin olub-olmadığına əminliyiniz yoxdursa, onda bunu dəqiq müəyyən etmək üçün sizə qan analizindən keçməyi təklif edəcəklər.

Cinsi yolla ötürülən gizli formalı infeksiyalar üzrə analiz (CYÖİ). Bu məsələ sizi narahat edirsə, onda xahiş edin ki, həkim sizi aşağıdakı gizli formalı CYÖİ-lər üzrə analizin verilməsinə buraxsın:

 hepatit B;
 xlamidioz;
 sifilis;
 İİV (HIV).

Bu analizləri siz poliklinika yaxud xəstəxanada verə bilərsiniz. Yadda saxlayın ki, mayalanmadan qabaq CYÖİ-ni müalicə etməklə siz hamiləlik dövrünün uğurlu keçməsi şanslarınızı əhəmiyyətli dərəcədə artıracaqsınız.

Uşaqlıq boynundan götürülən yaxma. Uşaqlıq boynundan götürülən yaxmanın müayinəsini sonuncu dəfə nə vaxt etdiyinizi yada salmağa çalışın. Növbəti analizi bir ildən sonra etməlisinizsə, onda bunu uzatmayın və uşaqlıq boynundan götürülən yaxmanı elə indi müayinə edin. Adətən, uşaqlıq boynundan yaxma hamiləlik dövründə götürülmür, çünki o, uşaqlığın boynunda dəyişikliklər törədə bilər, bu isə öz növbəsində analizin nəticələrini şərh etməkdə çətinlik yaradar.

Mayalanma öncəsi peyvəndlər. Bir çox infeksiyalar uşaqsalma və ya doğulmuş uşaqda anadangəlmə qüsurun yaranmasına səbəb ola bilər. Buna görə də, peyvəndlərinizin təsir müddətinin bitib-bitmədiyini mütləq yoxlayın. Əminliyiniz yoxdursa, onda, misal üçün, məxmərək kimi xəstəliklərə qarşı peyvənd olub-olmadığınızı qan analizinin nəticəsi göstərəcək.

Canlı peyvəndlə vaksinasiya olmanız lazımdırsa, onda peyvənd vurulandan sonra hamilə qalmağa səy göstərməzdən əvvəl bir ay ara verməlisiniz ki, orqanizminiz tələb olunan müəyyən vaxt ərzində yoluxduğunuz virusdan təmizlənsin.

Tetanus əleyhinə aktiv immunizasiyanın keçirilməsindən qabaq həkim konsultasiyasından keçməyiniz lazımdır. Hepatit B virusuna yoluxma üzrə yüksək risk qrupuna aid olduğunuz halda isə siz sxemə uyğun olaraq, eləcə də bu xəstəliyə qarşı peyvənd olunmalısınız.

Qida əlavələri. Mayalanmaya qərar verər-verməz dərhal tərkibində 400 mikroqram fol turşusu olan qida əlavələrini hər gün qəbul etməyə başlayın. Müəyyən olunub ki, fol turşusunun qəbulu onurğa kanalının yarılması kimi dölün sinir borusunda da qüsurların riskini əhəmiyyətli dərəcədə azaldır.

Xüsusilə də hamiləliyin ən birinci həftələrində fol turşusunu yetərli miqdarıda qəbul etmək vacibdir. Çünki məhz bu vaxt siz hələ hamilə olduğunuzu güman etməyə də bilərsiniz, amma gələcək övladınızın həm beyni, həm də sinir sistemi artıq bu vaxt sürətlə inkişaf edir.

Tərkibində fol turşusu olan qida əlavələrini aptekdən almaq olar, lakin fol turşusunun sutkalıq dozası 5 milliqrama qədər artırılmalıdırsa, onda həkimin reseptini təqdim etməli olacaqsınız. Doza aşağıdakı səbəblərə görə artırılmalıdır:

 anamnezdə sinir borusunun qüsuru olduqda;
 diabetiniz olduqda;
 qarın boşluğunda xəstəliyiniz olduqda;
 epilepsiyaya qarşı preparatlar qəbul etdikdə;
 bədən kütləsinin indeksi 30-dan çox olduqda.

Mayalanma üçün polivitaminlər qəbul etmək faydalıdır. Amma artıq D vitamini və fol turşusu qəbul edirsinizsə, onda əczaçı ilə məsləhətləşib tərkibində D vitamini və fol turşusu olmayan polivitaminlər alın. Hamiləlik baş tutduqdan sonra sizə D vitamini qəbul etmək tövsiyə edilir.

Qidalanma və çəkinizi normada saxlamaq haqqında daha ətraflı məlumatla saytımızın digər xüsusi məqalələrində tanış ola bilərsiniz.

Siqaret çəkmə, alkoqol və narkotiklər

Siqaretçəkmə, alkoqol və narkotiklərdən istifadə kimi pis vərdişlər gələcək uşağın sağlamlığına çox böyük zərər vura bilər və eləcə də uşaqsalma riskini artıra bilər. Hamilə olduğunuzu aşkar edəndən sonra yox, məhz indi siqareti tərgitməyiniz çox yaxşı olardı.

Həyat tərzi

Həyat tərziniz də olduqca vacib bir məsələdir. Müntəzəm qaydada, lakin sadə idmanla məşğul olmağınız tövsiyə edilir. Hər gün 30 dəqiqəlik iti addımlarla park gəzintisini buna misal gətirə bilərik. Bundan başqa, bərk yuxu, təmiz hava və dolğun istirahət də olduqca zəruridir.

Ay_Sun | 10 aprel 2015 17:05 | Status: Brilliant user | Şərh: 13 407
Tesekkurler melumat ucun.
rozella | 9 aprel 2015 17:22 | Status: Qonaq | Şərh: 0
sukur ki usaqlarimin ikiside saglamdir.
Sariwka1 | 9 aprel 2015 14:05 | Status: VİP user | Şərh: 1 773
Sitat: ÇeşMə
Tesekkurler melumatlandirdiqniz ucun :)
Nergiz love | 8 aprel 2015 18:37 | Status: Professional user | Şərh: 7 871
Sitat: ÇeşMə
Tesekkurler melumatlandirdiqniz ucun :)
Dəniz qızı | 8 aprel 2015 18:02 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: Lumia
Butun bunlar haqqinda melumatliyam,saglam usaq dunyaya getirmek isteyen hamilelikden once mutleq muayineden kecmelidir.Tesekkurler.
gulu_95 | 8 aprel 2015 13:37 | Status: Şərhçi | Şərh: 568
təşəkkürlərrr
Lumia | 8 aprel 2015 13:27 | Status: Professional user | Şərh: 5 378
Butun bunlar haqqinda melumatliyam,saglam usaq dunyaya getirmek isteyen hamilelikden once mutleq muayineden kecmelidir.Tesekkurler.
Real Madrid CF | 8 aprel 2015 12:57 | Status: Qonaq | Şərh: 0
Mene aid deyil twk.
SEVDA | 8 aprel 2015 11:58 | Status: Nəzarətçi | Şərh: 17 437
Menden keçdi daha....yeni aile quranlar oxuyub maariflensinler....
ziko zs | 8 aprel 2015 11:05 | Status: Şərhçi | Şərh: 483
Sitat: xeyalə
Sitat: nurlana nurlana
Sitat: sirin bala
ya cok uzunduuuuuuu oxuyub bireemdim twekurler
Rüzgarım | 8 aprel 2015 10:35 | Status: Qonaq | Şərh: 0
Lazımı melumatdı teşekkürler
Gulshen. | 8 aprel 2015 08:00 | Status: Qonaq | Şərh: 0
Sitat: kristal
Hamilelikle iwim yoxdu day 0140

Mənimdə. Gənc ailələr ucun yaxşı məlimatdır. Təşəkkur
xeyalə | 8 aprel 2015 00:15 | Status: Qonaq | Şərh: 0
Sitat: nurlana nurlana
Sitat: sirin bala
ya cok uzunduuuuuuu oxuyub bireemdim twekurler
boris arxan | 7 aprel 2015 23:57 | Status: Professional user | Şərh: 4 783
Sitat: kristal
Hamilelikle iwim yoxdu day 0140
lady sweet | 7 aprel 2015 23:08 | Status: Gümüş user | Şərh: 1 880
tesekkurler
SARA55 | 7 aprel 2015 22:15 | Status: Qonaq | Şərh: 0
vacib amillərdəndir
ancaq mən daha qurtardım
kristal | 7 aprel 2015 21:52 | Status: VİP user | Şərh: 1 184
Hamilelikle iwim yoxdu day 0140
Nara88 | 7 aprel 2015 21:43 | Status: Professional user | Şərh: 4 252
bilirem bunlari,tskler
nurlana nurlana | 7 aprel 2015 21:37 | Status: Gümüş user | Şərh: 1 949
Sitat: sirin bala
ya cok uzunduuuuuuu oxuyub bireemdim twekurler
sirin bala | 7 aprel 2015 21:37 | Status: Gümüş user | Şərh: 1 669
ya cok uzunduuuuuuu oxuyub bireemdim twekurler
BULUTUM | 7 aprel 2015 21:28 | Status: Professional user | Şərh: 7 386
Sitat: ÇeşMə
Tesekkurler melumatlandirdiqniz ucun :)

Sitat: ÇeşMə
Tesekkurler melumatlandirdiqniz ucun :)
ÇeşMə | 7 aprel 2015 21:26 | Status: Gümüş user | Şərh: 75
Tesekkurler melumatlandirdiqniz ucun :)