Münasibətlər / Analıq məktəbi

Uşaq üçün 20 təhlükəli qida

LoVe_FoReVeR | 6-09-2011, 15:00
4 798 48

 


 


Amerikanın Pediatriya Akademiyası uşaqlar üçün təhlükəli olan qidaların siyahısını açıqlayıb. Akademiya aşağıdakı qidalarla bağlı valideynlərə xəbərdarlıq edib. Beləliklə, uşaqlar üçün təhlükəli olan qida maddələri aşağıdakılardır:
1-HAMBURGER: Hazırlanmasında ən zərərli yağ növü olan doymamış yağlardan istifadə edildiyi üçün hamburger uşaqlarda artıq çəkiyə zəmin yaradır və ürək-damar xəstəlikləri də başda olmaqla bir çox xəstəliyin riskini ciddi şəkildə artırır.
2. KARTOF QIZARTMASI: İçərisində yüksək miqdarda akrilamid maddəsi olduğuna görə tez-tez istifadə olunduqda damar sərtləşməsi, köklük və xərçəngə səbəb olur.
3. RƏNGLİ QƏND: İçində boyaq əmələ gətirən kimyəvi maddələri toplayan qəndlər diş çürüməsi başda olmaqla, köklük, şəkər, ürək-damar xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, asma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur.
4. PARTLADILMIŞ QARĞIDALI (Pop-korn): Tədqiqatlar yüksək kalorili partladılmış qarğıdalının tərkibində doymuş yağların çox olduğunu göstərir.
5. FISTIQ: Təsadüfən rastlansa da, ölümlə nəticələnən fısdıq allergiyasına görə uşaqlara fısdıq verilməsi təhlükəli hesab edilir.
6. TORT: Tortun içərisində şəkər, yağ, un kimi qida maddələrinin çox olması mədə xəstəliklərinə səbəb olur.

7. KONSERVLƏŞDİRİLMİŞ BALIQ: Dünyada ən çox istifadə edilən qida növü olmasına baxmayaraq, konservləşdirilmiş balığın həddindən artıq istifadəsi sinir sistemi və ürək xəstəliklərinin riskini artırır.
8. GÖBƏLƏK: Bu bitkinin yabanı növləri zəhərlənmələrə səbəb olur.
9. SOSİS: Amerikanın Pediatriya Akademiyası 10 yaşından kiçik uşaqlarda boğulma hallarının yüzdə 17-sinin sosisdən qaynaqlandığını açıqlayıb.
10. KOLBASA: Tərkibində soda və nitrit olan kolbasa və sosisinin istifadəsi xərçəngə yol açır.

 

 



11. MAKARON: Xəmirdən hazırlanan makaronun çox yeyilməsi həm artıq çəki, həm də mədə xəstəliklərinə zəmin yaradır.
12. ÇİPS: Mütəxəssislər çipsin xərçəngdən köklüyə, diabetdən Altsheimer xəstəliyinə qədər bir çox xəstəliklərə səbəb olduğunu söyəyirlər.
13. DONDURMA: Tərkibindəki maddələrin asanlıqla xarab olmasına görə bağırsaq xəstəliklərinə yol açır. Ancaq kalsyium baxımından zəngin olduğu üçün nəzarət altında istifadəsi məsləhət görülür.
14. ÜZÜM: Antioksidant baxımından zəngin bir meyvə olan üzümün də valideynlərin məsləhəti ilə istifadəsi daha məqsədəuyğundur.
15. SALATLAR: İçərisində olan mayonezin asit (sirkə və ya limon suyu) istifadə edilərək hazırlanması, qida ilə bağlı xəstəliklərə səbəb olur.
16. ŞOKOLAD: Tərkibində yüksək miqdarda kakao, şəkər və əlavə maddələr olan şokolad qandakı xolesterolun miqdarını yüksəldir. Odur ki, yeyilən şokoladın miqdarına diqqət etmək lazımdır.
17. HAZIR ŞORBALAR: Toz halına salınmış, dəfələrlə emal edilmiş, içərisində çoxlu miqdarda əlavə maddələr olan hazır şorbalar xərçəngə səbəb olur.
18. ÇİY YUMURTA: Tərkibində olan zərərli salmonella mikrobuna görə xəstəliklərə və zəhərlənməyə yol açır.
19. DONDURULMUŞ QİDALAR: Dondurulma əməliyyatları zamanı zərərli orqanizmlər əmələ gəldiyi üçün dondurulmuş qidalar mədə və bağırsaq xəstəliklərinə səbəb olur.
20. XƏMİR YEMƏKLƏRİ: Bu cür yeməklər həm xolestrolun nizamını pozur, həm də yüksək kalorili olduğundan artıq çəki problemi yaradır.
Unutmayın ki, bütün bu məsləhətlərə əməl etməklə, uşaqlarınızın sağlamlığını qoruyacaqsınız.

 


Nigar | 18 fevral 2014 16:09 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Azeda
Gözəl məsləhətlərinizə görə təşəkkürlər.

Nigar | 17 fevral 2014 20:17 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Gozel Melek
tewekkurle

Alice | 18 dekabr 2013 17:29 | Status: Professional user | Şərh: 5 020
Nə gözəl uşaqdı..Təşəkkür xəbər üçün...
Nigar | 13 dekabr 2013 13:46 | Status: Gümüş user | Şərh: 6 063
Allah butun balalari saxlasin inwallah
Azeda | 6 avqust 2013 13:41 | Status: Qonaq | Şərh: 0
Gözəl məsləhətlərinizə görə təşəkkürlər.
Mickey Mouse | 16 iyun 2013 14:29 | Status: Professional user | Şərh: 4 008
Girl | 9 iyun 2013 17:13 | Status: Professional user | Şərh: 8 206
тещеккурлер
PAYIZ | 3 aprel 2013 22:38 | Status: Gümüş user | Şərh: 1 078

ELA MESLEHETDI,TESEKKURLER.

Gozel Melek | 25 mart 2013 22:50 | Status: Gümüş user | Şərh: 1 531
tewekkurler
SEVA00 | 22 fevral 2013 12:13 | Status: VİP user | Şərh: 1 013
tesekkurler bezilerini hec bilmirdim.menim qizim sosis yeyen kimi pis veziyyete qalir.oncun bizim evde sosis qadagasi var
sakit | 7 fevral 2013 20:00 | Status: Qonaq | Şərh: 0
Eslinde berkede duzdur,amma her seyden az da olsa yemelidirler.
Nubar-Senan | 7 yanvar 2013 20:15 | Status: Şərhçi | Şərh: 381
vaay vaay) dawdan yumwaq negeldi yedirdibler bize ))
niqulka | 27 dekabr 2012 21:46 | Status: Qonaq | Şərh: 0
bes yaziq usaqlar ne yesin :n1:
sevinc keder | 7 oktyabr 2012 15:18 | Status: Professional user | Şərh: 3 818
tewekkurler
Ayka21 | 29 avqust 2012 16:54 | Status: Yazar | Şərh: 2 770
aaaaaaaa coxunu bilmirdim twkler
Hande. | 26 avqust 2012 19:57 | Status: Professional user | Şərh: 1 357
Bezilerini bilmirdim,tewekkur edirem xebere gore...
TATLI GUZEL | 6 avqust 2012 11:47 | Status: Professional user | Şərh: 5 781
HELE USAGIM YOXDU.tesekkurler
sanel | 2 iyul 2012 21:35 | Status: Professional user | Şərh: 3 647
indi her sey ziyandi