Münasibətlər / Analıq məktəbi

Hamiləlik öncəsi nələrə diqqət etməliyik?

Torpaq | 25-12-2012, 15:00
5 811 36
 
Hamiləlik öncəsi nələrə diqqət etməliyik.

 

Ana ya da ata olmaq, həyatın axışını dəyişdirəcək böyük bir hadisədir. Yaxşı bir həyat qurmaq, möhkəm bir ailə quruluşuna sahib olmaq, körpə üçün yaxşı bir başlanğıc etmək üçün sağlam bir hamiləlik keçirmək və körpəni sağlam dünyaya gətirə bilmək çox əhəmiyyətlidir. Bu səbəbdən, hamilə qalmadan əvvəl ana və ata aşağıda sıralanan məsələlərə ciddi yanaşmalıdırlar:

*Ana və ata namizədləri əvvəlcə bir həkimə gedərək həkimin təklif etdiyi testləri etməlidir. 
*Ana namizədləri hamiləlik boyunca dişləriylə əlaqədar bir problem yaşamamaları üçün diş həkiminə müraciət etməlidir. 
*Ana və ata namizədləri spirt və siqaret istifadə etməməlidir. Ananın siqaret ya da spirt istifadə etməsi körpədə ağır fəsadlara gətirib çıxararkən, atanın istifadə etməsi sperma keyfiyyətini təsir etməkdədir. 
*Körpə planlayan bütün ana-ata namizədləri, AIDS xəstəliyinin faktoru olan HIV üçün testdən keçməlidir. 
*Hamiləlik müddətində az problem yaşamaq və doğum sonrasında köhnə çəkiyə daha tez dönmək üçün, hamilə qalmadan əvvəl ananın kilosu normal sərhədlərdə olmalıdır. 
*Ana və ata namizədləri körpəylə əlaqədar hər hansı bir şübhə ya da narahatlıq hiss edirlərsə mütəxəssislərlə məsləhətləşməkdən çəkinməməlidir. 
*Hamiləlik əvvəli balanslı bəslənməyə diqqət yetirilməli, tək istiqamətli bəslənmədən qaçınlmalı, pəhriz gözləməli və bol su içilməlidir. 
*Həkim təklifi olmadan heç bir dərman ya da maddə istifadə edilməməlidir.

 *Ana namizədi qəhvə içməməli, əgər çox içirsə və buraxa bilmirsə mümkün olduğunca azaltmalıdır. 

*Ana namizədində əgər qansızlıq (anemiya) varsa hamilə qalmadan əvvəl müalicə edilməlidir. Hamiləlik əsnasında dəmir çatışmamazlığı daha da arta biləcəyi üçün qansızlıq daha da dərinləşə bilər.
*Həkimin də tövsiyəsi istiqamətində hamiləlik əvvəli 3 ay fol turşusu istifadə edilməlidir. Fol turşu vitamini onurğa iliyi ilə əlaqədar anadangəlmə şikəstliklərə mane olmaqdadır.
*Hamiləlik əvvəlində ana namizədinin yüksək təzyiq problemi varsa nəzarətdə saxlanılmalıdır. Yüksək təzyiqin hamiləlikdə bir çox mənfi təsiri olduğundan bu cür xəstələr hamiləlik boyunca yaxından izlənilməlidir.
*Ev heyvan saxlanılırsa onların peyvəndləri və baxımları aparılmalıdır. 
*Ana namizədi mütləq nizamlı olaraq məşq etməyə cəhd göstərməlidir.

*Hamiləlik əvvəlində və hamiləlik dövründə süni dadlandırıcılar və bunları ehtiva edən qida maddələrinin istifadəsi təhlükəlidir. 
*Gündə ən az bir neçə stəkan süd içərək ana namizədi kalsium əskikliyini aradan qaldıra bilər. Beləcə kifayət nisbətdə kalsium yığılmış olar.
*Hamiləlik əvvəlində cütlərin stressdən mümkün olduğu qədər uzaq qalması və kifayət qədər istirahət etməsi lazımdır. 
*Şəkəri yüksək olduğu sırada hamilə qalan qadınların uşaqlarında anadangəlmə şikəstlik riski əhəmiyyətli ölçüdə artar. Buna görə hamilə qalmağı planlayan şəkər xəstəsi ana, həkim nəzarətində dərmanlarına davam etməlidir. 
*Ana namizədi həddindən artıq kiloludursa həm hamilə qalması çətinləşər həm də hamiləlik əsnasında müxtəlif çətinliklərə səbəb olar. Bu səbəblə hamiləlik əvvəli həkimlə uyğun bir pəhriz tətbiq etmək lazımlıdır. 
*Ana namizədi hamilə qalmadan əvvəl hər hansı bir xroniki xəstəliyi varsa ya da uzun davamlı bir müalicə tələb edən bir vəziyyətdədirsə həkimlə məsləhətləşməlidir. Diyabet, asma, epilepsiya və tiroid, ürək, böyrək və ciyər xəstəlikləri hamiləlik müddətində həkim tərəfindən nizamlı olaraq nəzarət tələb edən xəstəlilklərdəndir. 
*Hamiləlik əvvəli sarılıq faktorlarından biri olan Hepatit virusu daşıyan ana namizədlərinin təsbiti də əhəmiyyətlidir. Çünki doğum sonrası bu anaların körpələrinin peyvənd edilməsi xəstəliyin keçişini önləyəcək.
*Ana və ata namizədinin hamiləlik əvvəlində qan qruplarının bilinməsi, əgər bir qan uyğunsuzluğu varsa anaya doğumdan əvvəl lazımlı peyvəndin vurulması sonrakı hamiləlikdə də təhlükənin qarşısın ala bilər.

*Hamiləlik əvvəlində ana və atada ola biləcək irsi xəstəliklərin təsbiti doğulacaq uşaqda da bu xəstəliyin görülmə ehtimalını təsbit etmə baxımından çox önəmlidir.

P.S. Hər bir hamilə userimizə sağlam hamiləlik keçirib sağlam övladlarını qucaqlarına almağı diləyirəm... :n23:

Qanad | 23 mart 2013 20:13 | Status: Yazar | Şərh: 4 357
Maraqlidir
Sumeyye | 26 dekabr 2012 16:28 | Status: Professional user | Şərh: 1 720
Sitat: Torpaq
bir de Sumeyye indi su ciceyidi.dua edek bebise ziyan olmadan xestelik uzaqlassin

cox sagol canim menim. men hec kime inanmiram balam saglam olacaq inshAllah maraqlanmisham deyirlerki qizilca agir olur suciceyi agir deyil. menim balam sapsaglam olacaq Allah komek olacaq men inaniram buna...!
TATLI GUZEL | 26 dekabr 2012 15:03 | Status: Professional user | Şərh: 5 781
Menlik xeber deyil
Torpaq | 26 dekabr 2012 14:57 | Status: Professional user | Şərh: 3 570
Sitat: Damla
P.S:Samira sensiz cox darixmiwiq

too
Sekine Hesen | 26 dekabr 2012 11:25 | Status: Gümüş user | Şərh: 3 112
hamimelikde hamisini emel etmiwem men kitab almiwdim ordan oxuyurdum ve emel edirdim vede hekimimden meslehet alirdim
Qaracaqiz | 26 dekabr 2012 11:12 | Status: VİP user | Şərh: 1 882
Maraqli ve lazimli xeberdir tesekkur. Men ozum uzr isteyirem hamile olanda bu barede cox maraqlanirdim ve internet vasitesile xeyirli melumatlar elde edirdim.Mene ele gelirki bu barede ister internetde istersede televiziyada qadinlari maariflendirmek lazimdir.Cunki cox qadinlar hamile olanda nelerden isitfade olunub olunmamaq barede elede melumatlari yoxdur.Allah ana olmaqi butun qadinlara nesib etsin.Amin.
Melek_1 | 26 dekabr 2012 10:36 | Status: VİP user | Şərh: 1 002
twk
sanel | 26 dekabr 2012 09:21 | Status: Professional user | Şərh: 3 647
tesekkur butun hamileler sag salamat eline alsinlar bebeslerini amin
Damla | 26 dekabr 2012 08:02 | Status: Brilliant user | Şərh: 7 177
Hamilelik haqqinda her xirda detallari bilirem..O qeder kitab oxumuwam bu haqda+burun gunu rus forumlarini oxuyurdum+hekimimle zenglewirdim+2-ci hamileliyimde her bir seyi canim dostum Samira ile meslehetlewirdim..
Emeye hormet!

P.S:Samira sensiz cox darixmiwiq
UGUR | 26 dekabr 2012 04:36 | Status: VİP user | Şərh: 462
BURDA YAZILANLARIN DEMEK OLARKI COXSUN BILIRDIM.AMMA YENEDE BILMEYENLERDE OXUYUB BILSELER YAXSHIDIR.CÜNKI LAZIMLI MESLEHETLERDI.COXSAGOLUN.
HEYATIM | 26 dekabr 2012 03:47 | Status: Professional user | Şərh: 2 110
MARAQLİ MƏLUMATLARDİ TƏŞƏKKÜRLƏR
P.S | 26 dekabr 2012 00:25 | Status: VİP user | Şərh: 995
lazimli melumat ucun tewekkurler.
Torpaq | 26 dekabr 2012 00:05 | Status: Professional user | Şərh: 3 570
balacaВ qizlarim,ayy ne maraqli nikiniz var...las bayaqdan gorerdim ilin"EN"lerinde sizi de qeyd ederdim
insallah sag salim alarsiniz cubbusu smile
,
balaca qizlarim | 25 dekabr 2012 22:51 | Status: Qonaq | Şərh: 0
mende fevralda korpemi qucagima alacam inwallahhhhhhhh :n23:
Listen to you heart | 25 dekabr 2012 22:17 | Status: VİP user | Şərh: 805
tesekkur edirem maraqli xeberdir
gulya20 | 25 dekabr 2012 22:01 | Status: Professional user | Şərh: 4 677
Hər bir hamilə userimizə sağlam hamiləlik keçirib sağlam övladlarını qucaqlarına almağı diləyirəm...---
Amin Insallah.Allah butun arzusunda olanlara qismet elesin
Lazimli melumatdi.Cox tesekkurler
Aya:)) | 25 dekabr 2012 21:59 | Status: Gümüş user | Şərh: 2 239
Bu xebere gore tesekkurler.Genclerimiz ucun onemlidir
Nurus. | 25 dekabr 2012 20:22 | Status: Brilliant user | Şərh: 6 982
Allah hamıya qismət eləsin bu hisləri yaşamağı
Nergizim_t | 25 dekabr 2012 19:52 | Status: Gümüş user | Şərh: 210
tesekkur edirem menim ucun yerine dusdu )
Torpaq | 25 dekabr 2012 19:29 | Status: Professional user | Şərh: 3 570
bir de Sumeyye indi su ciceyidi.dua edek bebise ziyan olmadan xestelik uzaqlassin.
_Nazlim_ | 25 dekabr 2012 19:21 | Status: Professional user | Şərh: 2 267
bilmediklerimi de oyrendim
Meqa | 25 dekabr 2012 19:15 | Status: Professional user | Şərh: 2 077
P.S. Hər bir hamilə userimizə sağlam hamiləlik keçirib sağlam övladlarını qucaqlarına almağı diləyirəm..
olmayanlarada ALLAH QOYSA İNŞALLAH qismət olsun
rosee | 25 dekabr 2012 19:10 | Status: Professional user | Şərh: 1 850
birde esitmisem ki,hamile qadinlar yatagi ayirir buda teze cixib?
nevaxtdan görulub ki, hamile qadin ayri yatsin görmusuk erinin yaninda yatar
elnare terlan | 25 dekabr 2012 19:00 | Status: VİP user | Şərh: 1 407
mence bilgisiz biride hamile oldugunda usaga ozune ziyan eden seylerden azda olsa bilgilidir
momine_313 | 25 dekabr 2012 18:09 | Status: Şərhçi | Şərh: 81
Cox maraqli melumatdi tewekkurler.
Feriha. | 25 dekabr 2012 17:09 | Status: Professional user | Şərh: 4 746
bacima lazim olan xeberdi twk
Seninle sevgi | 25 dekabr 2012 16:36 | Status: Şərhçi | Şərh: 155
twk
Gulnare4 | 25 dekabr 2012 16:11 | Status: Gümüş user | Şərh: 1 255
maraqli melumatdi yazanin ellerine sagliq
Gunel | 25 dekabr 2012 15:55 | Status: Professional user | Şərh: 4 087
Cox deyerli melumatlardir her bir aileli olan xanimlarimiza gerekli olan xeber.Teshekkurler gozel inshAllah gun o gun olsunki senden o xosh xeberi eshidim...AMINN :n17:
meray | 25 dekabr 2012 15:42 | Status: VİP user | Şərh: 565
Lazımlı məlumatdı təşəkkür, İnşallah ALLAH övlad arzusunda olan hər kəsə nəsib edər