Bürclər / Manşet

Fevralda 2 bürcü xoşbəxtlik, 3 bürcü bədbəxtlik qalanları isə...Mütləq oxuyun

Banu. | 2-02-2018, 08:52
8 395 0
Bürclər 2018-ci il Fevral ayı üçün nə deyir?

Qoç
Fevral 2018 - in ilk on günündə eşq planeti və Qoçun cütlər evinin idarəçisi Venera sizə ümid verəcək və bu ümidlərin yaşıllaşmasına kömək edəcək şanslı bir mövqedə olacaq. İctimailəşmə cütlər arası uyğunlaşmanı təşviq edəcək və əgər istədiyiniz yeni bir əlaqəyə başlamaqsa bir çox adamın toplaşdığı mühitlərdə olmanız sizin üçün yaxşı olacaq. 11 Fevral 2018 - dən sonra Venera, çox güclü olacağı, lakin azad seçimə imkan verməyən Balıq bürcünə keçəcəkdir. Buna görə son iyirmi gündə duyğularınız güclənəcək, lakin duyğuların sizi xoşbəxt etməyə gücü çatmayacaq. Gizli eşq yaşamanız da mümkündür. Özünüzü professional olaraq çətin hədəflərə çatmaq üçün məcbur edirsiniz, lakin ehtirasınız çox böyükdür və bəxtinizdən şans da sizin yanınızdadır. Fevral 2018 - in ilk iyirmi günü boyunca nüfuz, status və prestij simvolu olan Günəş, Qoçun iş evinin idarəçisi Merkuri ilə birlikdə mükəmməl bir evdə olacaq. Beləliklə dəstək, mühafizə və məşhurluq gözləyə bilərsiniz. Ortaq arzuları və niyyətləri olan bir birlik içində və ya qrup proyektlərində çox yaxşısınız. Qoçun idarəçisi Mars işlər, mədəniyyət, səyahət, xaricilər və ya uzaq məsafədən iş yoluyla əlavə enerjinizi xərcləmənizi istəyir. Pul mövzusuna gəlincə Fevral 2018 əliaçıq olacaq lakin son 18 gündə bir az tutumlu davranmanız lazım gələcək. Fevralın ilk iyirmi günündə çox optimist, hərəkətli və formada olacaqsınız. Qoçun idarəçisi Mars, şövqlü Oxatan bürcündədir, həyat verici Günəş yaxşı bir evdə olacaq və Qoçun xəstəliklər evinin idarəçisi hər hansı bir problem yaratmayacaq. Lakin son səkkiz gün problemlər gətirə bilər, buna görə özünüzə yaxşı baxın və işi şansa buraxmayın. Yorğunluqdan və spirt, tütün, dərman istifadəsində həddindən artıqlıqdan qaçının. 

Buğa
Fevral 2018 Buğalar üçün əlaqələr mövzusunda ümid verici bir ay olacaq. Böyük Xeyirxah Yupiter Buğanın cütlər evində olacaq və bu evin idarəçisi Marsla "qarşılıqlı güvən" içində olacaq. Bu bucaq Yupiter və Marsın əl - ələ sizin üçün çalışması mənasını verir. Və yalnız bu qədər də deyil! Son iyirmi gün boyunca Yupiter və Eşq Planeti Venera arasında mükəmməl bir üçbucaq meydana gələcək. Hər iki planet müsbət təsirləriylə tanınır, məmnuniyyət və fürsət gətirir. Lakin yuxularınızın reallaşması üçün bir maneəni aşmanız lazım gələ bilər. Əgər hər hansı bir nöqtədə seçim etməniz lazımdırsa, yaxşıca düşünün, çünki görünüş aldadıcı ola bilər! Əgər birini ideallaşdırmırsınızsa və ayaqlarınızın altınadakı torpaq sağlamdırsa o zaman hər şey yaxşı olacaq. Buğanın idarəçisi Veneranın sizin karier evinizdə olmasıyla, Fevral 2018 - in ilk on günü yeni müvəffəqiyyətlər gətirəcək. Bunların bəziləri şans, bəziləri də fərdi cazibə yoluyla gələcək, lakin ən əhəmiyyətli pay sizin dayanıqlılığınız, iş gördükdə özünüzdən əmin olmanız və istədiyinizi əldə etmək üçün uzlaşma zamanı göstərdiyiniz qabiliyyətdə gizlidir. Səyahətlər, komanda çalışması, müştərilər və ittifaqlar yalnız müvəffəqiyyət üçün deyil, eyni zamanda daha çox qazanmaq üçün də əhəmiyyətlidir. Maddiyyətə verilən əhəmiyyət Fevral 2018 boyunca hədsiz olacaq və siz çoxlu pul qazanacaqsınız. Lakin sərmayə qoymaq, borc almaq və ya başqa əhəmiyyətli işlər görmək istəyirsinizsə tələsməməli və ya vədlərə aldanmamalısınız. Fevral ayı boyunca çox elastik olacaqsınız. Buğanın idarəçisi Venera və həyat simvolu Günəş yaxşı evlərdə tranzit edəcək. Nəzəri olaraq probleminizin olmaması lazımdır. Lakin ayın ikinci yarısında bir nöqtədə böhran reallaşa bilər. Xüsusilə infeksiya və zəhərlənmələrə qarşı çox diqqətli olmanız lazımdır.

Əkizlər
Marsın Əkizlər bürcünün cütlər evində olmasıyla, Fevral 2018 ehtirasla dolu olacaq. Sevdiyiniz adama, onu dəstəkləmək və ya zəfər qazanması üçün çox enerji xərcləyəcəksiniz. Ediləcək ən yaxşı şey cütlərlə əlaqədar proyektlərdə yenilikçi və faydalı şəkildə cəsur olmanızdır. Əgər biriylə eşqbazlıq edirsinizsə, birbaşa olmamalı və niyyətinizi çox da açıq şəkildə ortaya qoymamalısınız. Bəlkə də daha bilvasitə, daha gizli yanaşmaları sınamalısınız. Əgər əlaqəniz çətin zamanlardan keçirsə, ani hərəkətinizin qurbanı olmamağa çalışın! Mars sizin işinizi baltalaya bilər və böyük döyüşün içinə çəkə bilər. Başqa bir baxımdan baxıldığında, Fevral 2018 boyunca Əkizlərin karier və əlaqələri arasında güclü bağlar olacaq. Ortaqlıqlar, əməkdaşlıq və komanda çalışması Fevral 2018 boyunca Əkizlərin professional həyatı üçün çox əhəmiyyətli olacaq. Lakin bu ayda rəqabət və düşmənliklərə də bolca yer var. Mübarizələr sizi motivasiya edəcək və irəliləməyə yönəldəcək. Günəş və Əkizlərin idarəçi planeti Merkuri Fevral 2018 - də sizin 9 - cu evinizdə, Günəş tutulmasının reallaşacağı eyni yerdə olacaq və işlər, mədəniyyət və daha geniş üfüqə sahib əlaqələr (səyahət, onlayn və ya uzaq məsafəli işlər vs.) önə çıxacaq. Əkizlərin karier evindəki səyahəti müddətində Venera sizi şans və fürsətlərlə təqdis edəcək. Fevral 2018 - in son səkkiz günü müvəffəqiyyət üçün ən uyğun dövrdür. Çox səy göstərmədən pul qazanacaqsınız, lakin onu yaxşı idarə etməniz lazımdır. Fevral 2018 boyunca Əkizlərin hədsiz dayanıqlılığı və gücü olacaq və onlar tam sürətlə irəliləyəcəklər. Lakin eyni zamanda onların həddindən artıqlığa və düşkünlüyə meyli də artacaq ki, bu meyli basdırmaq lazımdır. Artıq bu hər vaxtkından daha əhəmiyyətli olan bir intizam problemidir. Əgər daha nizamlı və sağlam həyat tərzi və tutumuna adaptasiya ola bilmirsinizsə, digərlərinin - sevdiyinizin, dostların vs. - köməyini və tövsiyələrini istəyə bilərsiniz.

Xərçəng
Fevral 2018 boyunca Yengəclərin eşq həyatı ciddi bir atmosferdə keçəcək. Yengəcin əlaqələr evində Saturn və Plutonun olmasıyla, birlikdə həyat məsuliyyətlərlə, ortaq maraqlar və ya ortaq səylərlə yüklü olacaq. Bəlkə də hər şeyi daha yetkin şəkildə görür və ya öz həqiqi romantik ehtiyaclarınız haqqında gerçəkləri kəşf etmək istəyirsiniz. Ayın ilk on günündəki Venera tranziti sizi işləri detallı analiz etməyə, bəzi sirləri ortaya çıxarmağa və ya sevdiyiniz adamın psixoloji mexanizmlərini anlamağa itələyəcək. Fevralın son on səkkiz günü intellektual, mədəni və ya ruhi uyğunlaşmanı vurğulayacaq. Son olaraq unutmayaq ki, Yupiter Yengəcin erotizm evində olacaq. Beləcə eşq həyatınızın cinsi komponenti yaxşı çalışacaq və eşq təklifləri bol olacaq. Marsın Yengəcin iş evində olmasıyla, Fevral 2018 boyunca professional təşəbbüsünüz, enerjiniz və iş aclığınız olacaq. Məhsuldarlıq, reaksiya vermə sürətiniz və ilhamınızla önə çıxacaqsınız. Lakin işləri idarə edəcəyiniz, hərəkət edəcəyiniz və hətta döyüşəcəyiniz təcili vəziyyətlər və böhranlarla üzləşməniz lazım gələ bilər. Əgər karierinizdə dəyişiklik etmək istəyirsinizsə, indi artıq tam zamanıdır. Fevral 2018 Yengəclər üçün əsas olaraq maddi mövzularda prioritetli olacaq. Günəş, Merkuri tranziti və Günəş tutulması sizi iş, sərmayə, qaynaqlara çatmağa yönəldəcək. Sponsorluq, hədiyyə və ya maddi bir yaxşılığı qəbul edə bilərsiniz, lakin banklar, sığorta təşkilatları və ya digər maliyyə təşkilatlarıyla əlaqələrinizdə diqqətli olmalısınız. Fevral 2018 sıx və xeyli stressli bir ay olacaq. İş və istirahət etmə arasındakı tarazlığı tapmalısınız. Marsın Yengəcin xəstəliklər evində olmasıyla, kəskin infeksiyalar və ya ağırlaşma, yaralanma və qəza riski vardır. Digər tərəfdən, Fevral enerjili tibbi təşəbbüslər, dişlərlə əlaqədar və ya cəsarət və dayanıqlılıq tələb edən hər hansı cərrahi müdaxilə üçün yaxşı bir zamandır.

Şir
Fevral 2018 boyunca siz bəzi maraqlı hadisələr yaşayacaqsınız. İlk olaraq, Marsın Aslanın erotizm evində olmasıyla partlayışlı cinsilik və romantik gücünüz olacaq. Mars macəra, cilovlanmamış arzular və yandırıcı ehtirasları alovlandıracaq. Ayın başlarında əvvəl eşqlə və dərin hisslərlə başlayan hadisələr bir şəkildə tələskən, çılğın hərəkətlərə və ya problemlərə doğru istiqamət dəyişdirəcək. Aslanın cütlər evində reallaşacaq olan Günəş tutulması gözlənilməz xəbərlərdən və ya hadisələrdən xəbər verəcək. Eşqdə şans böyük ehtimalla Fevralın ilk yarısında Venera da Aslanın cütlər evində olduğu zaman gələcəkdir. Fevral 2018 - də Aslanın əlaqələr evindən sırayla Günəş (Aslanın idarəçi planeti), Venera (sizin karier evinizin idarəçisi) və Merkuri keçəcək. Beləcə ortaqlıqlar və komanda çalışması bu dövrdə müvəffəqiyyətə çatmaq üçün açar sözlər olacaq. Əsl lider keyfiyyətləriniz olmasına baxmayaraq, siz artıq hiyerarxik nərdivanları daha sürətli çıxa bilmək üçün digərləriylə birlikdə ortaq olaraq çalışmalısınız. Özünüzü şişirtmə zamanı deyil; professional ətrafınızdakı kəslər onsuz da sizin xüsusiyyətlərinizin və rəqabət gücünüzün fərqindələr. Mars sizə hədsiz çox yaradıcı enerji verəcək və incəsənətdəki ifadə gücünüzü artıracaq, lakin o eyni zamanda idmanlar, reklamçılıq və ya əyləncə sahəsində də sizə kömək edə bilər. Pul mövzusunda yaxşılaşmalar və xüsusilə ikinci ön gün boyunca əlavə gəlir gözləyə bilərsiniz. Marsın Aslanın 5 - ci evində olması sizə dayanıqlılıq və cinsi güc gətirəcək. Bu tranzit idman salonunda və ya çöldə idman etməyi, uzun gedişləri, rəqs etməyi də təşviq edir. Digər tərəfdən o adrenalin ifrazatını və ekstrem idmanlara və ya riskli hərəkətlərə olan arzunuzu da ortaya çıxaracaq. Diqqətli olmalısınız, çünki bu dövrdəki Günəşlə Aslanın doğum xəritəsindəki Günəş arasındakı zidd bucaq onsuz da tarazlıq itkisini nəzərdə tutur. Saturnun Aslanın xəstəliklər evində olmasıyla, sümüklər, oynaqlar, dişlər və mineral absorbsiyasına maksimum diqqət yetirməniz yaxşı olacaq. 

Qız
Əgər Fevralın ilk on günü qeydə dəyər hadisələrdən məhrumdursa, ikinci on gündən etibarən vəziyyət dəyişəcək. Və işləriniz də yaxşıya doğru inkişaf edəcək. 11 Fevral 2018 - də Eşq və uyğunlaşma planeti Venera Qız bürcünün cütlər evinə keçəcək. Bu Qız bürcləri üçün yaxşı bir xəbərdir, çünki Venera eşq, anlayış və şans gətirir. Xoşbəxtliyə çatma şansınız eyni zamanda Qız bürcünün cütlər evinin idarəçisi Yupiterin Venerayla meydana gətirəcəyi üçbucaqla da artacaq. Böyük ehtimalla müsbət inkişaflar səyahət, görüşmə, danışma və ya mesaj alış-verişi ilə tətiklənəcək. Zehni uyğunlaşma qərar verici faktorlardan biri olacaq. Astroloji mövqelər son günlərdə, Günəş Qız bürcünün cütlər evində tranzit etdiyi zaman, eşq üçün daha da uyğun mühitlər yaradacaq. Fevral 2018 Qız bürclərinə professional həyatda yeniliklər gətirəcək, çünki 15 Fevraldakı Günəş tutulması Qız bürcünün iş evində reallaşacaq və sizin karier evinizin idarəçisi Merkuriylə qovuşma edəcək. Beləcə yeni proyekt başlada bilər, iş, iş mühiti, iş metodunuzu dəyişdirə bilərsiniz. Ya da sizi bu ankından fərqli professional mühitlərə istiqamətləndirəcək gözlənilməz bir hadisə reallaşa bilər. Pul mövzusunda işlər addım - addım yaxşılaşacaq və ikinci on gündəlikdən etibarən hər şey məmnuniyyət verici olacaq. Ortaqlıqlar, iş birlikləri, ittifaqlar və yoldaşınızın dəstəyi sizə pul gətirəcək lakin görünüşə aldanmayın və özünüzə hakim olun. Sərmayə mövzusunda da eyni şəkildə davranmalısınız. Qız bürcünün idarəçisi Merkurinin tibbi evinizdə olması və eyni yerdə reallaşacaq olan Günəş tutulması Fevral 2018 - də Qız bürcü üçün ən əhəmiyyətli mövzunun sağlamlıq olacağını nəzərdə tutur. Bəzi narahat edici hadisələr yaşaya bilərsiniz, lakin onlar sanki daha çox sağlamlığınızı nizama salmaq və ya inkişaf etdirmək üçün şüurlu şəkildə verdiyiniz qərarlar kimi görünür. Siz müalicəyə və ya diyetə başlaya bilər və ya həyat tərzinizi inkişaf etdirməyə qərar verə bilərsiniz. 

Tərəzi
2018-ci ilin Fevral ayı boyunca yeni bir eşq yaşaya bilərsiniz. Çünki Merkuri planeti Tərəzi bürcünün 5 -ci evində olacaq və həm də bu evdə günəş tutulması reallaşacaqdır. Eşqə gəlincə gözlənilməz və ya fövqəladə hadisələr qarşınıza çıxacaq, siz təcrübə edəcək, dəyişikliklərə hazır olacaq və təəccüblənəcəksiniz. Bütün bunların reallaşacağı ən şanslı zaman Fevral ayının ilk iyirmi günü olacaq. Digər tərəfdən ən həssas və romantik, eşq dolu dövr ilk on gün olacaq. Tərəzi bürcünün idarəçisi Venera planeti də sizin 5 - ci evinizdə olacaq. 2018 - ci ilin Fevral ayı boyunca ünsiyyət və səyahət Tərəzi bürcünün intellektual işləri kimi, əlaqələri üçün də əhəmiyyət daşıyacaq. İş və eşq həyatı arasında bağlılıq ola bilər. Çünki Mars planeti 2018 - ci ilin Fevral ayı boyunca Tərəzi bürcünün 3 - cü evində olacaq və sizin zehininizin çarxları həmişə fırlanıb başınızdakı düşüncələrin tez praktikadan keçirilməsini tələb edəcək. İnandırıcı olacaqsınız, ehtiras dolu argumentləriniz olacaq, sözləriniz həvəsləndirici və ovsunlayıcı olacaq. Çox hərəkət edəcəksiniz, çox insanla ünsiyyət içində olacaq və yeni iş əlaqələrinə başlayacaqsınız. Sizin yaradıcılığınız və qabiliyyətiniz yüksələcək və gözlənilməz bir zamanda şans sizi tapacaq. Tərəzi bürcünün idarəçisi Venera planetinin xüsusilə ayın ikinci və üçüncü on günlərində sizin iş evinizdə olmasıyla iş eviniz mükəmməl hala gələcəkdir. İkinci dövr daha comərd olacaq, çünki Günəş də sizin iş evinizə keçəcək. 2018 - ci ilin Fevral ayı həm də pul üçün çox comərd ay olacaq. Fevral ayının ilk on günü boyunca siz mükəmməl bir fiziki görünüşə sahib olacaqsınız. Ayın son on səkkiz günündə Tərəzi bürcünün idarəçisi Venera planeti sizin sağlamlıq evinizdə olacaq, bu səbəblə bəzi xoş olmayan şeylərlə qarşılaşacaq, daimi müayinələrinizi etdirmə qərarı alacaq və sağlamlıq problemlərinizi həll etməyə çalışacaqsınız və ya görünüşünüzü, gigiyenanızı maraqlandıran qərarlar verəcəksiniz. Digər tərəfdən 2018 - ci ilin Fevral ayı boyunca stress çox yüksək olacaq, səbirsizlik və gərginlik tez qərarlar verməklə, münaqişələrlə və ya qəzalarla sona çatacaq.

Əqrəb
Fevral 2018 eşq və evlilik üçün mükəmməl bir aydır. Bütün ay boyu könül işləri üçün uyğundur, lakin son on səkkiz gün xüsusilə uyğun olacaq. Əqrəbin erotizm evinin idarəçisi Yupiter Əqrəb bürcündə olacaq və erotizm evinizdə də Eşq planeti və Əqrəbin cütlər evinin idarəçisi Venera olacaq. Bu ulduz mövqeyi böyük şəhvani güc gətirir və Əqrəblərə zövq və əyləncə, romantik təminatlar, şans və xoşbəxtlik vəd edir. Bu elə bir dövrdür ki, siz eşqinizi elan edəcək, aşiq olacaq, sevdiyiniz adamla birlikdə hərəkət edəcək və ya evlilik və hətta övlad sahibi olmağı belə düşünəcəksiniz. Cütlərin puluyla əlaqədar mövzular maksimum diqqət və incəliklə analiz edilməlidir. Əqrəbin idarəçisi Mars sizin pul evinizdə olacaq. Beləliklə Fevral 2018 pul mövzusunda təşəbbüs və hərəkət ayı olacaq, bu ayda daha çox qazanmaq, işinizi daha məhsuldar hala gətirmək, sərmayə qoymaq və ya müxtəlif şeylər alma ehtiyacı hiss edəcəksiniz. Əsasən pul gördüyünüz işlərdən gələcəkdir. Və bu az hesab ediləcək bir pul da deyil. Lakin, spekulyasiyalar, bəhslər və ya səy göstərmədən qazanc təmin etmək üçün göstərilən səylər itkiylə nəticələnəcək. Digər tərəfdən, ailənizin dəstəyini almanız da mümkündür. Günəş tutulması evlə, əşyalarla və ya uzun vədəli əşyalarla əlaqədar gözlənilməz hadisə və ya yenilənmə gətirə bilər. Son on səkkiz gün professional fürsətlər gətirəcək. Əqrəbdə olan Yupiter sizə hədsiz enerji təmin edir və əhvalınızı yüksəldir. Ümumi mənada Yupiter sizə dəstək verdiyi müddətcə (Noyabr 2018 - ə qədər) həddindən artıqlıqlara meylli olacaq və bu meyl Fevral ayında daha aşkar şəkildə görüləcəkdir. Əgər Fevral 2018 boyunca sağlamlıq problemləriylə məşğul olmaq məcburiyyətində qalacaqsınızsa, bu yalnız diqqətsizlik, diqqət əskikliyi və ya bacarıqsızlıq ucbatından olacaqdır. Böyük ehtimalla ay boyunca formanız yaxşı olacaq, hətta ikinci on gündən etibarən çox yaxşı olacaqdır. 

Oxatan
Fevral 2018 boyunca Mars Oxatan bürcündə tranzit edəcək ki, bu da fiziki enerji, ehtiras, cinsilik və arzu mənasını verir. Mars həm də Oxatan bürcünün eşq və erotizm evinin idarəçisidir. Fevral ayının ümumi görünüşünün necə olacağıyla maraqlanırsınız? Bəli düz başa düşdünüz! Bu ay çox isti bir ay olacaq - çox isti və qışın ortasında olmasına baxmayaraq. Eşq sizi axtarır, siz də onu ... Duyğularınız dərin, arzularınız təcili olacaq və risk və ya nəticələrinə baxılmadan dərhal təmin edilmək istənəcək. Günəş tutulması reallaşdığında, Oxatan bürcünün cütlər evinin idarəçisi Merkuri Günəşə yaxın olacaq. Beləcə gözlənilməz hadisələr reallaşa bilər, vəziyyətlər qarışa bilər və ya səyahətlə, telefon görüşməsiylə və ya mesaj alış - verişiylə əlaqədar yeni ssenarilər ortaya çıxa bilər. Fevral 2018 sizin təşəbbüskar ruhunuzu əks etdirəcək dramatik bir ay olacaq. Təşəbbüs və hərəkət planeti Mars Oxatan bürcündən keçəcək, bu da sizin ehtiraslı, qərarlı olmanız, məhsuldar və qərarlar verə bilmək üçün qabiliyyətli bir lider olduğunuzu sübut edəcəyiniz mənasına gəlir. Yeni və dəcəl fikirlərlə dolu olan Oxatan bürcünün karier evinin idarəçisi Merkuri, Günəş tutulmasının reallaşacağı evdən keçəcək. Dəyişiklik gözlənilir. Oxatan bürcünün iş evinin idarəçisi Venera ikinci on gündən etibarən güclü və prestijli bir mövqedə olacaq. Qısaca Fevral 2018 boyunca əgər məqsədiniz və daha da əhəmiyyətlisi yaxşı bir strategiyanız varsa bir çox şeyə nail ola bilərsiniz. Pula gəlincə, bəli yaxşı pul qazanacaqsınız, lakin onu diqqətlə xərcləməniz və idarə etməniz lazım olacaq. Mars sizə hədsiz canlılıq və ani reaksiyalar gətirəcək: asanlıqla hərəkət edirsiniz, sürətlisiniz, çalışmaq, gəzmək, rəqs etmək, sevişmək vs. ehtiyacı hiss edirsiniz. Marsın enerjisini bu fəaliyyətlərdə xərcləmək ən yaxşısıdır, çünki xərcləməsəniz, miqren, infeksiya, ağırlaşma, qanamalar, əzələ problemləri və ya hətta qəzalarla qarşılaşa bilərsiniz. Mars bir az tələskən, ani və diqqətsizdir, buna görə onun gücünü istədiyiniz istiqamətə istiqamətləndirmək üçün səy göstərməniz lazımdır ki, işlər yolundan çıxmasın.

Oğlaq
Fevral 2018 - in ilk on günü Oğlaqların eşq həyatını pul və məsuliyyətlər kimi praktik narahatlıqlar idarə edəcək. 6 - 7 Fevral arası ehtiraslı bir aralıq dövr meydana gələ bilər və ya cüt olaraq əhəmiyyətli işlər görə bilərsiniz. 11 Fevralda Eşq planeti və Oğlağın erotizm evinin idarəçisi Venera onu çox gücləndirəcək olan Balıq bürcünə keçəcək. Beləcə son on səkkiz gündə daha romantik, daha güclü duyğulara və bəlkə də daha uyğun eşq vəziyyətlərinə sahib olacaqsınız. Bütün bunlara səyahətlər, ünsiyyət və intellektual uyğunlaşma daha da çox kömək edəcək. Çölə çıxma, ictimailəşmə, tanış ətrafınızı genişlətmə və tövsiyə alış - verişi eşq həyatınıza kömək edəcək: Əgər istədiyiniz yeni əlaqəyə başlamaqsa və ya köhnə əlaqənizi canlandırmaqdırsa. Pul Oğlaqlar üçün 2020 - ə qədər, pul evinizin idarəçisi tam da Oğlaqda olduğu zaman xüsusi bir mövzu olacaqdır, lakin Fevral 2018 - in ilk iyirmi günündə, Günəş, Merkuri, Venera və Günəş tutulması pul evində məşğul olduğu zaman bu mövzu daha da çox əhəmiyyət daşıyacaq. Zehin və bədəninizi gəlirinizi artırmaq üçün səfərbər edəcəksiniz, lakin bu işdə şans da sözünü söyləyəcək. Diqqətli olun, çünki gözlənilməz vəziyyətlərlə qarşılaşa bilərsiniz! Doqmatik düşüncələrdən uzaq durun! Sizin təbii strateji düşüncə şəkliniz onsuz da var, lakin artıq ilham və uyğunlaşmaya da ehtiyacınız olacaq. İkinci on gündən başlayaraq məlumat çox əhəmiyyətli olacaq və ünsiyyət, düşüncə alış - verişi, hesab kitab və intellektual səylər sizə müvəffəqiyyətli olmaq üçün kömək edəcək. Fevral 2018 boyunca səylərinizi yaxşı nizamlasanız, özünüzü fiziki baxımdan çox yaxşı hiss edəcəksiniz. Ruh halınız ikinci on gündən etibarən yaxşılaşmağa davam edəcək və siz hadisələrə daha optimist baxımdan baxa biləcəksiniz. Nəzəri olaraq Fevral ayında heç bir probleminizin olmamağı lazımdır, lakin Oğlağın sağlamlıq evinin idarəçisi Merkurinin sizin doğum xəritənizin Günəş tutulması reallaşacaq bir sahəsində olması gözlənilməz hadisələr mənasına gələ bilər, buna görə xüsusilə ikinci on günlükdə diqqətli olun.

Dolça
Fevral 2018 sizə gülümsəyəcək... Mühit xüsusilə ilk iyirmi gün boyunca, Venera (Eşq Planeti), Günəş (Dolçanın cütlər evinin idarəçisi) və Merkuri (ehtiras və cinsilik evinizin idarəçisi) bürcünüzdən keçdiyi zaman möhtəşəm olacaq. Belə bir vəziyyətdə eşqdən zövq almamanız üçün heç bir səbəb yoxdur! Təkliflər, romantik eşq elanları, ehtiras, açıq və ya gizli etiraflar qarşınıza çıxa bilər. Siz ehtiras yayırsınız və işlər ətrafınızda elə bir formaya düşür ki, maksimum başdan çıxarıcı ola bilirsiniz. Bu şansın bir qismi Fevralın son on günlüyünə də əks olunacaq, lakin yanaşmanız daha praktik və realist olacaq. Fevral 2018 - də reallaşacaq gün tutulması Dolçaların professional həyatına yeni bir hava gətirəcək. Dolçada olan Merkuri də yenilənmə üçün sizi həvəsləndirəcək. Dolçanın 11 - ci evində olan, hərəkət planeti Mars əyləncəli proyektlərlə ortaya çıxacaq. Dolça bürcündə tranzit edən Günəş sizi parladacaq, sizi idarəçi mövqeyinə yüksəldəcək və ya təşkil etmə və idarə etmə qabiliyyətlərinizi sübut edə biləcəyiniz vəziyyətlər yaradacaq. İlk on gün boyunca Venera sizə diplomatiya qabiliyyəti, fərdi cazibə yoluyla şans və ya əlaqələr və pul gətirəcək. Fevral 2018 boyunca Venera sizin pulunuzu qoruyacaq və son səkkiz gündə Merkuri və Günəş də ona kömək edəcək. Venera, Merkuri və Günəş Dolçanın karier evində olan Yupiteri dəstəkləyəcək, beləcə müvəffəqiyyət qəti görünür. Fevral 2018 boyunca formanız mükəmməl olacaq, xüsusilə ilk iyirmi gündə canlılıq verici Günəş Dolça bürcündə olarkən. Enerji dolu Marsın və hətta diqqət yetirməsəniz sizi həddindən artıqlıqlara istiqamətləndirəcək olan Yupiterin də dəstəyini alacaqsınız. İlk iyirmi gündə əhvalınız da yaxşı olacaq, hətta ilk on gündə Veneranın optimist və xoşbəxt təsiri altında getdikcə daha da yaxşılaşacaq. Son səkkiz gün daha neytral olacaq.

Balıqlar
Fevral 2018 - in ilk on günü xüsusi hadisələr baxımından çox darıxdırıcı olacaq. Bəzi vəziyyətlərdə Eşq Planeti və Balığın cütlər evinin idarəçisi Veneranın şanssız və narahat edici bir mövqedə olması çətinlik, təklik və ya xəyal qırıqlığı yaşamanıza səbəb ola bilər. Lakin işlər daha sonra yavaş yavaş yaxşılaşacaq. 11 Fevral 2018 - dən sonra başdan çıxarıcı və şəhvətli Venera Balıq bürcünə keçdiyi zaman, xoşbəxt vaxt keçirəcəksiniz: cütlər arası uyğunlaşma, eşqin başlaması və inkişafı üçün uyğun mühitlər meydana gələcək. Eyni zamanda bu dövrdə Venera Balığın idarəçisi və Böyük Xeyirxah Yupiter arasında yaranacaq uyğun bir bucağa doğru hərəkət edəcək və bu hərəkətin təsirləri son on gündə daha da güclənəcək. Qərarlı və məhsuldar Mars, Fevral 2018 boyunca Balığın karier evində olacaq. Mars, sizi cəsarətli hədəflərə yönəlməniz, onlara çatmaq üçün işinizi, özünüzü ortaya qoymanız və professional həyatda nələr etdiyinizi sübut etməniz üçün motivasiya edəcək. Tez-tez Mars sizi intizamsız hala gətirir və ya rəislərinizlə qarşıdurmaya istiqamətləndirir, lakin Fevral ayında o ümumiyyətlə müsbət tərəfini göstərəcək, çünki Balığın karier evinin idarəçisi Yupiterlə xüsusi bir əlaqə içində olacaq. Beləcə beyninizdəki işi görə bilməniz və hətta gözəl pul qazanma imkanınız var. Mars və Yupiter arasındakı bağ, səyahətlərin, uzaq məsafəli iş birliklərinin və ya İnternetin Balıqların professional həyatı üzərində təsiri olacağından bəhs edir: bu eyni zamanda yüksək təhsil, mədəniyyət, ruhaniyyət, hüquqi problemlərlə də əlaqədar ola bilər. Balıqların professional həyatı üçün ən məhsuldar dövr Fevralın son səkkiz günü olacaq. Yupiterin uzun vədəli dəstəyinə sahib olsanız belə, Fevral 2018 - in ilk iyirmi günü boyunca Balığın sağlamlıq evinin idarəçisi Günəş həssas mövqedə olacaq. Buna görə əhvalınız pisləşə bilər, daha çox istirahət etmə ehtiyacı duya bilər və immunitetiniz daha az ola bilər. Özünüzü qorumanız, əlverişsiz vəziyyətlərə qarşı müdafiəsiz olmaqdan qaçınmanız və ifratdan uzaq dayanmanız çox əhəmiyyətlidir. Əgər sağlamlıq problemləriniz varsa, həkiminizi ziyarət etməli və tövsiyələrini dinləməlisiniz. İkinci on gündən etibarən yavaş yavaş forma girəcəksiniz və ayın sonunda formanız artıq yaxşı olacaq.



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.