Münasibətlər / İntim hisslər

Ehtiraslı xanım necə olmalı?

Naza | 3-02-2012, 20:30
25 226 128

Necə edim ki oğlanların xoşuna gəlim? Oğlanların gözləri isə daim axtarır. Kimi? Əlbəttə, gözəl və ehtiraslı xanımı.
Ehtiraslı və seksual qadının "baza"sında nələr olmalıdır? Cazibədarlıq nə hündür boyla, nə uzun ayaqlarla, nə gözəl saçlar, nə də qüsursuz üzlə ölçülmür.
Çox 100 %-lik qızlar var ki, kişilər onlar tərəfə heç gözlərinin ucu ilə də baxmırlar.
İstənilən qız, hətta gözəl olmayan qadın belə, xüsusi şərtlərə əməl edərək ən cazibədar və „can alan“ xanıma çevrilə bilər.
Güzgünün qarşısına keçin, özününzə tamam başqa gözlə, lakin diqqətlə baxın:

Ehtiraslı qadının bədəni

İdman görünüşlü-əzələləri tarım çəkilmiş və qamətli görünüş hər dövrdə, hər bir kişinin ideal saydığı bədəndir.
Düz kürək, boyun və çiyinlərdən uzaqsınızsa, ürəyinizi sıxmayın. Ən münasib yerdə ən asan idman növü ilə məşğul olun. İdman hərəkəti sizi yaşınızdan ən azı 5 yaş cavan saxlayacaq. Gözəl qamətli, incəbelli xanımlara baxan kişilər fikirlərində ağlagəlməz seksual fantaziyalar qururlar.

Seksual qadının fiqurası

Kim deyir ki, kişilər kök xanımları xoşlamırlar? Əksinə, nağara çubuqlu ayaqlar, kürəyin 12 qabırğasının da birdən görünməsi heç də ürəkaçan deyil. Boyunuza uyğun çəki: BUDUR İDEAL BƏDƏN.... Həddən artıq köklük, ağırlıq, bir sözlə, „yekəpərlik“ heç vaxt cazibə şərti sayılmır. Ən pəzəvəng kişilər də həmişə böyük çəkili və irigövdəli xanımlardan çəkiniblər. Çünki onunla „bacarmamaq“ qorxusu onların beyninə həkk olunub. Aşağı ətrafların enini və həcmini konkret olaraq 90 sm-ə çatdırmaq üçüçn əl-ayağa düşməyin. Son vaxtlar sübut olunub ki, kişiləri qadın budlarının köklüyü narahat etmir, əsas belin incəliyidir. Kişilər qollarının asanlıqla sarıla bildiyi və əllərinə sığışan belin „dəlisidirlər“

Seksual qadının saçları

Saç qadını uzaqdan,arxadan və ani görünüşdə nəzərə çarpdıran ən başlıca amildir.Əgər saçlarınızın quruluşu və görünüşü şampun reklamındakı xanımların saçlarına bənzəmirsə, onları yığmağa və kəsməyə tələsməyin.Ən gözəl saç ,təmiz yuyulmuş,səliqəli daranmış yaxud fenlənmiş və mütləq xoş qoxu gələn saçlardır.Kişilərin 70%-i yatağa dağılmış saçların qarşısında tab gətirə bilmir.

Ehtiraslı qadının yerişi

"Kişi yerişli", «qaçaraq» yerişli xanımlar... Hara tələsirsiniz? Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz. Ehtiraslı qadının yerişinin əlamətləri: yüngül, «qu kimi» ayaqlar bərabər məsafədə atılır, qarın bir qədər içəri dartılmış, baş düz, çənə sinənin bərabərində olmalı, gözlər düz baxmalı, əllər yanınca yellənməməli... Bədən hərəkətlərinizin plastikasını artırmaq üçün rəqsə getməyiniz məsləhətdi. İşdən evə yorğun gələn istənilən kişi qadının mətbəxə incə və nazlı yerişlə keçməsinə laqeyd qalmayacaq.

Ehtiraslı qadının baxışları

Anadangəlmə seksual və mənalı baxışı çox az adam qazanır. Dünyanın bütün modelləri, Merilin Monro uzunmüddətli təcrübə və məşqin sayəsində «can alan» baxışlara sahib olublar. Güzgü qarşısında əyləşin: diqqətlə yalnız gözlərinizə baxın. Yavaş yavaş fikirlərində yaxşı, maraqlı və şən hadisələr, sözlər canlandırın. Həmin an baxışınızın necə dəyişdiyini izləyin. Sizin xoşunuza gələn baxışda dayanıb, seçin və həmin baxışı «məşq» etdirin. Əks cinsin nümayəndələrinə baxanda elə edin ki, gözlərinizin dərinliyi gülsün, onunla gözlərin danışsın.

Seksual gülüş

Heç bir kişi gülüşə, özü də qımışaraq gülən gülüşə biganə qala bilməz. Gülərkən, danışarkən dişlərinizin 32-sini ağzınızın içini göstərməyin. Bu kişini qorxuda bilər. Ciddi, bir-birinə yüngülcə toxunan dodaqlar, incə gülüş, mütləq və mütləq təmiz dişlər... Araşdırmalara görə, ilk tanışlıq zamanı kişilərin 80%-i xanımın gözlərinə, dodaqlarına, dişlərinə baxır. Dodaqlarınız ya həmişəlik onu sizə bağlayacaq, ya da əbadi uazqlaşdıracaq. Çox qırmızı vəya tünd rəngli dodaq boyasını görüş zamanı çəkməyin. Ümumiyyətlə, kişilər boyasız, bir qədər nəm dodaqları xoşlayır.

Bədənin seksual ətri

Çox vaxt olur ki, gözəl bir kişi ona yaraşmayan və çirkin bir qadınla görüşür və evlənir. Bu, çox gözəl qadınları özündən çıxarır. Amma əsəbləşməyə dəyməz. Əsas məsələ bədənin ətrindədir. Qadının dərialtı piy təbəqəsinin ifraz etdiyi xüsusui rəngsiz, lakin iyli maddə spesifik və özünəməxsus olur. Lakin bu qoxu hər kişiyə xoş gələ bilməz. Bədənlərinin bir-birinə xoş və «oyadıcı» təsir edən evli cütlüklərin nigahı daha uğurlu olur. Heç bir bahalı ətir və ya krem təmiz dərinin ətrini vermir. Fikir vermisinizsə, hamamdan çıxandan sonra kişiləri qadınlarına daha çox yaxınlaşır, xoş sözlər deyirlər, nəinki hər hansı ziyafətə gedərkən bəzənib-düzənəndə... Kişilər qadınlardan daha təmizkardılar, halbuki əksinə olmalıdır. Ayaqlarını, qollarınızı depilyatorla təmizləyirsinizsə, onu müntəzəm edin. Kişiləri bilmək olmaz. Hərdən onların «yoxlama» əməliyyatları olur. Buna hazır olun.

  1. Dəniz qızı | 24 sentyabr 2015 22:04 | Status: Brilliant user | Şərh: 8 089
    Sitat: Akademik
    <p>oxumushdum bu haqda. twkler</p>
  2. Gulshen. | 17 fevral 2014 18:41 | Status: Qonaq | Şərh: 0
    Tewekkur melumata gore
  3. ay gunes | 20 oktyabr 2013 20:48 | Status: VİP user | Şərh: 917
    tewekkurler
  4. mehimim | 27 may 2013 23:51 | Status: VİP user | Şərh: 664
    mende bunlarin coxu var
  5. milaska-meryem | 21 may 2013 01:25 | Status: Şərhçi | Şərh: 129
    Bunlari bilmeyenler hec aile qurmasinlar,cunki tezlikle qayidarlar.
  6. dowann | 11 may 2013 18:42 | Status: Şərhçi | Şərh: 111
    Ha ha ha bu xususiyetlerin hamısı mende var
  7. Akademik | 3 aprel 2013 17:23 | Status: Professional user | Şərh: 4 583

    oxumushdum bu haqda. twkler

  8. Sevinc.F | 5 mart 2013 22:12 | Status: Gümüş user | Şərh: 952
    Hmmmm tekrar sheylerdi ki.
    Teshekkurler
  9. sevinc keder | 18 oktyabr 2012 17:52 | Status: Professional user | Şərh: 3 818
    Sitat: cucem.
    DEMELI MEN


    sen ne,,,?????
  10. Narin_yagis | 10 oktyabr 2012 08:29 | Status: Gümüş user | Şərh: 601
    HMMMM MARAGLİ XEBERDİ TŞK
  11. Mavish | 26 avqust 2012 15:29 | Status: Brilliant user | Şərh: 2 395
    Ehtiraslı qadının yerişi

    "Kişi yerişli", В«qaçaraqВ» yerişli xanımlar... Hara tələsirsiniz? Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz. Ehtiraslı qadının yerişinin əlamətləri: yüngül, В«qu kimiВ» ayaqlar bərabər məsafədə atılır,

    Düzü mən astagəl gəzə bilmirəm cəldəm

    Güzgü qarşısında əyləşin: diqqətlə yalnız gözlərinizə baxın. Yavaş yavaş fikirlərində yaxşı, maraqlı və şən hadisələr, sözlər canlandırın. Həmin an baxışınızın necə dəyişdiyini izləyin. Sizin xoşunuza gələn baxışda dayanıb, seçin və həmin baxışı В«məşqВ» etdirin

    hə son vaxtlardır məndə belə məşq edirəm baxışlarımı dəyişmək üçün xexe özüm-özümə vurulmuşameeee wink
  12. _Nazlim_ | 26 avqust 2012 15:15 | Status: Professional user | Şərh: 2 269
    caliwaram bezilerini duzeldem
  13. Melek_sima | 26 avqust 2012 15:07 | Status: İstifadəçi | Şərh: 4
    Maraqlı idi. Əlbəttə qadın baxımlı olmalıdı həmişə..
  14. sevmez olaydim | 20 avqust 2012 09:33 | Status: Şərhçi | Şərh: 55
    ela melumatlardi...men ince ve baximliyam :n28:
  15. NANICKA | 17 avqust 2012 09:39 | Status: Şərhçi | Şərh: 220
    HMMMMM MARAQLIYDI
  16. cucem. | 14 avqust 2012 20:23 | Status: Professional user | Şərh: 4 418
    DEMELI MEN :n33:
  17. Sevinc_Bayramova | 14 avqust 2012 10:26 | Status: Yazar | Şərh: 799
    doğru meslehetlerdir ne yaxşı ki ince ve baxımlıyam 1:0
  18. QaRa-CiPp | 9 avqust 2012 16:56 | Status: İstifadəçi | Şərh: 36
    :n12:
  19. Efwin | 9 avqust 2012 16:51 | Status: İstifadəçi | Şərh: 1
    elaaaaaaaaaaaaaaa
  20. jasmin-87-b | 9 avqust 2012 01:24 | Status: Şərhçi | Şərh: 131
    maraqlidi atdim secilmise
  21. Nazli_Melek | 25 iyul 2012 21:19 | Status: İstifadəçi | Şərh: 57
    lazimli melumatlardi emel etmeye deyer wink
  22. AYKA_088 | 18 iyul 2012 14:47 | Status: İstifadəçi | Şərh: 1
    Qadin mutleq her vaxt baximli olmalidir smile
  23. Meryem Babayeva | 13 iyul 2012 02:39 | Status: İstifadəçi | Şərh: 7
    Bu movzuda duzgun fikirler coxdur.Ama yoldasimiz dediyi kimi her kes oz erine gozel gorunmelidir.mence en duzgun fikir de ele budur............. :n43: :n21:
  24. Rushanli Ayka | 27 iyun 2012 13:27 | Status: İstifadəçi | Şərh: 1
    yende twk-ler zehmet cekmisiz


    her ne qederde bilsek bunlari yende yadimiza salirsiz
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.