Münasibətlər / Sevgi

Dahilərin sevgi haqda söylədikləri...

Shebi | 28-10-2016, 09:00
516 2
Dahilərin sevgi haqda dedikləri.
 
 
 




Bu dünyanı alman fəlsəfəsi deyil, sevgi izah edir. Oskar Vayld
  
***
Sevmək – müqayisə etməməkdir. Bernar Qrasse
                 
***
Sevmək – bir-birinə baxmaq deyil, birlikdə bir istiqamətə baxmaq deməkdir. Antuan de Sent-Ekzüperi
 
 
***
Sevmək bir istiqamətdə baxmaq deməkdir? Ola bilər, lakin əgər qadın və kişi televizora baxmırlarsa. Jilber Sesbron
                 
***
Biz dərman vasitəsilə xəstəlikdən xilas oluruq, lakin tənhalığın, ümidsizliyin və çarəsizliyin yeganə dərmanı sevgidir. Dünyada aclıqdan ölən çox insan var, lakin sevginin yoxluğundan ölən daha çox insan var. Tereza Ana
                   
***
Başqalarının sevgisini qazanmağın ən yaxşı yolu onları sevməkdir. Jan-Jak Russo
                   
***
Sevmək – başqasının xoşbəxtliyində öz xoşbəxtliyini tapmaq deməkdir. Qotfrid Leybniç
                   
***
Bir insanın onu sevməsini tələb etməsi ən böyük təkəbbürdür. Fridrix Nitşe
                   
***
Sevgi etibardan təmizdir və xəyanətə uğramış aşiq təəssüf deyil, təəccüb və hörmət doğurur. Andrey Platonov.
                   
***
Qarşılıqsız sevgi adamı alçaltmır, əksinə ucaldır. Aleksandr Puşkin
                   
***
Sevgi insanın ləyaqətinin digərlərində əksidir. Ralf Emerson
                   
***
Bir-birini başa düşmək üçün ümumi bir şeyə malik olmaq, bir-birini sevmək üçün isə nədəsə fərqlənmək lazımdır.
Pol Jeraldi
                   
***
1 anlıq sevgidə bütöv bir ömür var. Onore de Balzak
                   
***
Əgər sevdikləriniz uğruna özünüzü qurban verməyə başlasanız, axırda onlara qarşı içinizdə nifrət oyanacaq.
Bernard Şou
                   
***
Eşq bir dənədir, saxtası isə çoxdur. Fransua Laroşfuko
                   
***
Bir gün küçədə aşiq dilənçi gördüm. Başında şlyapa, əynində sürtülmüş palto, ayağında cırıq ayaqqabı vardı, ürəyində isə ulduzlar parıldayırdı. Viktor Hüqo
                   
***
Sevgi keçmişi və gələcəyi qəbul etməyən yeganə ehtirasdır. Onore de Balzak
                     
***
Sevgi sevən adam qədər dəyərə malikdir. Romen Rollan
                     
***
Əgər sevdiyimiz insanı tanıdığımızı deyiriksə, bu, sevginin bitməsi deməkdir. Maks Friş


info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.