Münasibətlər / Müdrik kəlamlar

Ruhumuza toxunan yazar: Səbahəddin Əlidən...

vanessa0 | 22-11-2016, 22:00
13 076 1

 


 

Qadın sevə biləcəyi zaman sevmir, ancaq təmin edilməyən arzulara kədərlənir, qırılan mənliyini təmir etmək istəyir, itirilən imkanlara yanır və bunlar ona eşq çöhrəsi altında görünürdü.
***
Yalnız dövlətin əmrini etməklə azad olunursa, buna azadlıq demək bir az çətindir.
***
Səni sevirəm. Dəli kimi deyil, çox ağlı başında sevirəm...
***
Danışmağa nə lüzum vardı? Bütün gözəl sözlərdən və xoş insanlardan sıxılan bu məxluqları, bir-birlərinin səssiz mövcudluğu, yorğunluq verəcək qədər doyururdu...
***
İnsanlar bir-birlərini tanımanın nə qədər çətin olduğunu bildikləri üçün bu zəhmətli işə təşəbbüs etməkdənsə, korlar kimi təsadüfi gəzməyi və ancaq çarpışanda bir-birlərinin mövcudluğundan xəbərdar olmağı seçirlər.
***
İnsan başqalarına kömək etdiyi, başqalarını sevdiyi qədər yüksələr. Dünyada həyatın bir tək mənası varsa o da sevməkdir. Hətta qarşılıq belə gözləmədən yalnızca sevmək. Başqa bir insanı bəxtiyar edə bilmək, özünü bəxtiyar edə bilməkdən daha çətin, lakin daha insanca...
***
Günün birində ya dəli olacağıq, ya dünyaya hakim olacağıq.
***
İnsan alışdığı, gözəl bildiyi, özünə yaxın gördüyü yerlərdən ayrılarkən sanki bədəninin bir hissəsini orada buraxırmış kimi üzülür.
***
Halbuki nə şeytanı əzizim, nə şeytanı? Bu bizim qürurumuzun, axmaqlığımızın uydurması... İçimizdəki şeytan çox da hiyləgərcə olmayan bir qaçış yolu... İçimizdəki şeytan yox... İçimizdəki acizlik var... Tənbəllik var... İradəsizlik, məlumatsızlıq və bunların hamısından daha qorxunc bir şey: həqiqətləri görməkdən qaçmaq ehtiyacı var...