Münasibətlər / Analıq məktəbi

Hamilə qadının geyimi necə olmalıdır?

LoVe_FoReVeR | 27-04-2014, 16:30
7 313 25
 

 

Hamilə qadının geyimi təmiz, yumşaq, rahat və gen, hərəkətə mane olmayan və əlbəttə, mövsumə uyğun olmalıdır. Qadın alt paltarını tez-tez dəyişməlidir. Süd vəziləri böyüdükcə büsthalteri də dəyişmək lazımdır. Hamilə qadın sıx, süd vəzilərini, döş qəfəsini basan büsthalterlər geyməməlidir. Girdə corab bağları da geymək olmaz, çünki onlar ayaqların Venoz damarlarını sıxır, qan dövranını pozur və venaların varikoz genişlənməsinə şərait yaradır. Corabları xüsusi rezinlə ya belbağıya, ya da xüsusi bandaja bənd etmək olar. Alt darbalağın rezini də sıx olmamalıdır. Böyüyən uşaqlığın və onun içində inkişaf edən dölun sıxımasına yol vermək olmaz. Hamiləliyin artması ilə uşaqlığın ön qarın divarına təzyiqi də artır, bu da hərdən əzələlərin çox kenişlənməsinə, qarının sallanmasına və dölün uşaqlıq boşluğunda düzgün vəziyyətdə olmamasına gətirib çıxarır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün hamiləliyin ikinci yarısında xüsusi bandaj geymək lazımdır. Onu uzanmış halda geyirlər. Bandaj uşaqlıq üçün daha bir dayaq rolunu oynadığından o qarnı yaxşı tutmalı, ancaq sıx olmamalıdır. Bandajın ipləri hamiləlik artdıqca onu genişləndirməyə imkan verir. Bandajı vaxtında (hamiləliyin 28—30 həftəliyində) və düzgün geyən qadınlarda qarın sallanmır və «hamiləlik çapıqları» az-az olur.

Qadınların çoxu hamiləlik dövründə qədd-qamət-lərini və gözəlliklərini mümkün qədər çox saxlamağa çalışırlar. Bu tamamilə təbii və aydındır. Qarının ölçüsünü koketkalı paltarlar və köynəklər yaxşı gizlədir, onlar həm rahat, həm də gendir, bundan başqa, müasir dəbdə olan gen canlıqlar, gen yubkalar və örtüklər geymək olar. Dar, paltarlar, əksinə, hamilə qadının qəddinin bütün xüsusiyyətlərini qabarıq nə-zərə çarpdırır. Bəzi moda jurnallarında «gələcək analar üçün» olan paltarların fasonları verilir. Paltar və köynəkləri yaxşı yuyulan parçalardan tikmək lazımdır.
Hamiləliyin vaxtı artdıqca qadının bədənin ağırlıq mərkəzi qabağa keçir. Müvazinəti saxlamaq üçün qadın gəzərkən bədəninin yuxarı hissəsini dala əyir, bu da fəqərə sütununun bel şöbəsinin daha da əyilməsinə gətirib çıxarır.

Əgər hamilə qadın hündürdaban çəkmə geyirsə, onun ağırlıq mərkəzi daha çox qabağa çıxır, kürək əzələləri isə daha da gərginləşir. Bundan başqa, belə vəziyyət dölün başının çanağa düzgün düşməsinə mane olur. Hündürdaban ayaqqabılar az dayanıqlıdır, Hamilə qadın belə dabanda asanlıqla burxulub yıxıla bilər. Bu da çox vaxt dölətrafı mayenin vaxtından qabaq xaric olmasına, qanaxmaya və vaxtından əvvəl doğuşa gətirib çıxarır. Bu isə həm ana, həm də uşaq üçün qorxuludur.

 

 

 

 


Real Madrid CF | 1 iyun 2015 01:39 | Status: Professional user | Şərh: 5 389
Tebbi ki rahat ve komfortlu olmalidirki ozunu rahat hiss etsin.
nermin_S | 19 may 2015 19:51 | Status: İstifadəçi | Şərh: 2
Men hamileyem yeni ancaq geniw paltar geyine bilmirem 0101
N....N92 | 13 iyul 2014 13:24 | Status: Professional user | Şərh: 4 373
rahat serbet pambiqdan ve ,s olmalidir
Zulya | 12 iyul 2014 17:22 | Status: Gümüş user | Şərh: 1 643
Sitat: HESENIM
HAMILE QADIN SERBEST GEYINMELIDIR TSK

Duzdu
HESENIM | 14 may 2014 17:55 | Status: Gümüş user | Şərh: 1 265
HAMILE QADIN SERBEST GEYINMELIDIR TSK
Ay_Sun | 30 aprel 2014 11:29 | Status: Redaktor | Şərh: 13 487
Sitat: Meryem_Duyqu
Hamiləlik arzusunda olanları Allah tezliklə arzularına çatdırsın...AMİN!

Amin
SEVDA | 29 aprel 2014 15:18 | Status: Nəzarətçi | Şərh: 17 595
dar geyim tekce hamilelere yox,subay qızlara da ziyandı....
SABINA | 29 aprel 2014 09:21 | Status: Professional user | Şərh: 7 430
ALLAH NESIB ETSIN
Ayanim | 28 aprel 2014 21:33 | Status: Gümüş user | Şərh: 1 925
Allahim birde qismet elesin emel ederem 0117 soz verirem
Gulus. | 28 aprel 2014 13:12 | Status: Professional user | Şərh: 2 448
Sitat: Röyamsan.
Allah bütün arzusunda olanlara qismət etsin.

Amin
Meryem_Duyqu | 28 aprel 2014 12:40 | Status: Yazar | Şərh: 4 142
Hamiləlik arzusunda olanları Allah tezliklə arzularına çatdırsın...AMİN!
N....N92 | 28 aprel 2014 12:22 | Status: Professional user | Şərh: 4 373
ALLAH qismet etsin olmuyanlara
NURLU | 28 aprel 2014 07:00 | Status: Professional user | Şərh: 5 571
Sitat: TERANE1978
Qismet olaca ki yeni bizde emel edek.

olar olar insallah ALLAH boyukdu
Röyamsan. | 27 aprel 2014 23:42 | Status: Brilliant user | Şərh: 6 118
Allah bütün arzusunda olanlara qismət etsin.
Alice | 27 aprel 2014 23:10 | Status: Professional user | Şərh: 5 028
Allah bu gözəl xoşbəxt günü bütün qadınlarımıza yaşatsın.. Ən əsasda saytımızda arzusu olan bir çox övlad arzulayan xanımlarımıza..Amin İnşAllah.. Ondan sonra özləri nə geyinəcəklərini elə gözəl təyin edəcəklərki...
Gulshen. | 27 aprel 2014 22:42 | Status: Qonaq | Şərh: 0
Menen kecdi artiq twkler xeber ucun
nurane55 | 27 aprel 2014 21:00 | Status: Professional user | Şərh: 1 857
Bunları hamiləlikdə kitabdan təkrar-təkrar oxumuşam.
Aynur_Mezahirli | 27 aprel 2014 20:51 | Status: Qonaq | Şərh: 0
Allah hamilelerimizi qorusun sag-salamat azad olsunlar. Hamile geyimlerden ovlad isteyen gozel gelinlerimize qismet olsun insallah.
Tesekkurler xanim...
BITANECIK | 27 aprel 2014 19:25 | Status: Şərhçi | Şərh: 120
Xəbər üçün minətaram...
Lumia | 27 aprel 2014 18:12 | Status: Professional user | Şərh: 5 396
Her qadina qismet olsun hamile geyimi geymek.Tesekkurler.
Naranin Ureyi | 27 aprel 2014 18:04 | Status: Gümüş user | Şərh: 1 577
Butun gelin kocen qizlara hamile paltari geymek qismet olsun. Allah hamisini dardan qurtarsin.
BULUTUM | 27 aprel 2014 18:00 | Status: Professional user | Şərh: 7 383
Qismet olaca ki yeni bizde emel edek.
nergiz_zz | 27 aprel 2014 16:49 | Status: Professional user | Şərh: 3 823
ƏLLƏRİN AĞRIMASIN.ALLAH HƏR BİR XANIMA NƏSİB ETSİN..AMİN.
Nara | 27 aprel 2014 16:36 | Status: Yazar | Şərh: 1 720
ISDEYEN HERKESE QISMET OLANLARI DA DARDAN KUTARSIN ALLAH INSALLAH
Sirinim555 | 27 aprel 2014 16:33 | Status: Şərhçi | Şərh: 433
hamiya qismet
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.