Mətbəximiz / Xəmir yeməkləri

İspanaq sevənlər, əminik ki ispanaqlı börəyi çox sevəcəksiniz

Banu. | 1-12-2020, 13:09
358 0
Ərzaqlar:

• 5 yuxa;
• Yarım kq ispanaq;
• 1 ədəd soğan + 3 yemək qaşığı zeytunyağı;
• 150 qr yağsız ağ pendir;
• 1 yumurta;
• 1 çay stəkanı zeytunyağı;
• 1 çay stəkanı su;
• Qara bibər;
• Duz;

Hazırlanması:

• İspanaqları yuyub, kiçik-kiçik doğrayın.
• Böyük bir qaba qoyub, üzərinə duz, qara bibər səpin.
• Soğanı üç yemək qaşığı zeytunyağında qovurun, dərhal ispanaqların üzərinə töküb, yaxşıca qarışdırın.
• Yumurta, zeytunyağı, su və bir az duzu qarışdırın.
• Yağladığınız qaba bir yuxanı kənarları xaricə sallanacaq şəkildə yayın.
• Üzərinə yağlı qarışığınızdan sürtün.
• 1,5 yuxanı parça-parça bölüb, bütün yuxanın üzərinə bölüşdürün.
• Təkrar yağlı qarışımdan sürtüb, ispanaqlı qarışımınızı nimçənin hər tərəfinə yayın. Əzdiyiniz pendiri səpin.
• Təkrar 1,5 qat yayıb, yağlı qarışımdan istifadə edin.
• Geri qalan yuxanın ortasını bir əlinizlə tutub, nimçədən xaric olan kənarları qopardın və nimçəyə yayın.
• Yağı sürtün.
• Qalan bütün hissəni yayın.
• Ən altdan sallanan kənarları içə qatlayın.
• 180 dərəcə isidilmiş sobada qızarana qədər bişirin.
• İspanaqlı pendirli börək artıq hazırdır.

Nuş olsun!