Mətbəximiz / Xəmir yeməkləri

Dadından doya bilməyəcəyiniz, asan başa gələn ev çörəyi

Banu. | 18-04-2019, 08:33
3 542 0

Tərkibi və istifadə olunan ərzaqlar

  • 1 kq əla növ un
  • 3 stəkan ilıq su
  • 1 x/q duz
  • 1 ədəd yumurta sarısı
  • duru yağ
Mayanı hazırlamaq üçün lazım olan ərzaqlar:
  • 10 qr maya
  • 0,5 ç/q şəkər tozu
  • 0,5 ç/q un

Hazırlanma qaydası

1 Mayanı hazırlamaq üçün lazım olan ərzaqlar iri stəkana tökülür və qarışdırılır.
2 Üzərinə 100 qr ilıq su əlavə edilir və çay qaşığı ilə ərzaqlar tam həll olunana kimi qarışdırılır. Hazırlanmış kütlə isti yerə qoyulur və həcmi artana kimi gözlənilir.
3 Böyük bir qaba un əlavə olunur. Üzərinə 1 x/q duz əlavə olunub əlnən qarışdırılır.
4 Maya stəkanın ağzına kimi qalxdıqda una əlavə edilir.

5 Una 3 stəkan ilıq su əlavə edilir.
6 Su əlavə edilən zaman xəmir əlnən yaxşı yoğrulur.
7 Nəticədə yumşaq xəmir alınır.
8 Alınmış xəmirin üzərinə streç folyo çəkilir. Streç folyonun əvəzinə adı mağaza paketlərindən də istifadə etmək olar.
9 Xəmir 1 saat isti yerdə saxlanılır. Bir saatdan sonra xəmir 2 qat artmış olur.
10 Çörək bişirəcəyimiz qablar unlanır.
11 Alınmış xəmir qablara əlavə edilib 20 dəqiqə bir kənarda saxlanılır.
12 Yumurtanın sarısı ağından ayrılır. Sarısının üzərinə 1 ç/q duru yağ, 1ç/q su əlavə edilib qarışdırılır.
13 Artıq 20 dəqiqə keçdikdən sonra xəmirin üzərinə mətbəx fırçasının köməyi ilə yumurta vurulur.
14 Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada xəmir qızarana kimi bişirilir. Çörək sobadan çıxarıldıqda üzərinə biraz su səpilir (yumşaq olması üçün). 

Bu xəbərləri də oxuyun:

SON DƏQİQƏ: Kommunal xidmət limitləri ilə bağlı QƏRAR verildi

Oğlanlar 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra... - Azərbaycanda məktəbdə ŞOK OLAY

Aysel Əlizadə ailəsini dağıtdığı qadının evindən çıxarıldı - VİDEO

Intihar edən Aysunun SON SÖZÜ: "Məni boynumdakı boyunbağı ilə dəfn edin..." - FOTO

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi - DİQQƏT! Ayın sonuna kimi... - Leysan yağışlar, qar-RƏSMİ